19.2.Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan bankın
səhmdarı ola bilməzlər.
19.3.Bank yalnız adlı səhmlər buraxa bilər.
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 106-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın imtiyazlı
səhm sahibləri səs hüququna malik ola bilməzlər.
19.4.Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı
əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
M a d d ə 2 0.
Bankın nizamnaməsi və reqlamenti
20.1.
Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq
nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər
maliyyə
bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2.
Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş
qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət
göstərir:
20.2.1.bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati
şöbələri, onların bölmələri və funksiyaları, tabeliyi və hesabat verməsi qaydası;
20.2.2.bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin
vəzifələri;
20.2.3.daxili
audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;
20.2.4.bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin
həyata keçirilməsi üzrə
səlahiyyətləri;
20.2.5.filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə
onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.
20.3.
Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən
təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri
imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısıbank tərəfindən
maliyyə bazarlarına
nəzarət
orqanına bir
nüsxədə
təqdim
edilir
və
maliyyə
bazarlarına
nəzarət
orqanında saxlanılır.
20.4. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində
və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində
maliyyə bazarlarına
nəzarət orqanına təqdim edilir.
M a d d ə 2 1.
Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər
21.1.Bank məcmu kapitalmı, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş
vəsaitini daimi olaraq
maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi
məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın
məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin
strukturu,
komponent
ləri və hesablanması qaydası
maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilir.
21.2.Heç bir bank
maliyyə bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi
olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı
onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.
21.3.Heç bir xarici bank
maliyyə bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi
olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli
f
ilialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
21.4.Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına
bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının
milli valyut
asında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
21.5.Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu
kapitala bərabər tutulmuş vəsaitin miqdarının
maliyyə bazarlarına nəzarət orqanının banklar
üçün müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum
miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri
bütün hallarda dərhal bu barədə
maliyyə bazarlarına nəzarət orqanına bildiriş
göndərməlidirlər.
M a d
d ə 22.
Bankın
Dostları ilə paylaş: