Baxış Leyla Habil qızı


kimi işlədilir.  Bu sözün ingilis dilindəki qarşılğı firewall



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
BAXI-LEYLA

 
kimi işlədilir. 
Bu sözün ingilis dilindəki qarşılğı firewall
 
sözüdür. Firewall
 
sözünün mənası isə 
bitişik iki binanı yanğından qoruyan divardır. Maraqlı cəhət odur ki, alman dilində 
kompüter texnologiyalarına aid olan ədəbiyvatların əksəriyyətində bu termin 
“firewall” kimi işlədilir. 
Şlüz
– müxtəlif lokal və qlobal protokollardan istifadə edən kompüter 
şəbəkələrini əlaqələndirmək(birləşdirmək) məqsədilə tədbiq edilən 


32 
aparat(məsələn,marşrutlaşdırıcı) və proqram təminatıdır. Kompüter texnologiyasında 
şlüzlər tədbiq sahəsindən asılı olaraq müxtəlif funksiyaları yerinə yetirir. 
1.3.
 
Müasir şəbəkənin funksiyaları 
Bütün insan həyatı digər insanlar ilə davamlı dialoq və qarşılıqlı əlaqə 
şəklində keçir - bu proses şəxsiyyət və təcrübə inkişafı üçün əsas amillərdəndir.
Əminliklə demək olar ki, bütün əməliyyatlar fərdlər arasında qarşılıqlı səviyyə və 
keyfiyyət ilə birbaşa bağlıdır. Bu cür qarşılıqlı yollar daim təkmilləşdirilir.
Dil 
bacarıqlarının və komandanın bütün üzvləri ilə anlaşıqlı ünsiyyətin inkişafı - şübhəsiz 
ki, təcrübəli kollektivin yaranmasının təməlidir. 
Ünsiyyət vasitələri daha da inkişaf etməyə başladı-şifahi danışıqdan sonra 
yazı, daha abstrakt mövzular üzrə söhbət imkanı, riyaziyyat, ətraf aləmin 
qanunauyğunluqlarının düstur şəklində ötürülməsi yarandı, texnoloji tərəqqi poçt, 
teleqraf, radio, televiziya, telefon və digər rabitə vasitələrini verdi. 
Müasir dünyada fəaliyyətin məhsuldarlığı insanların və kollektivin, 
həmçinin, şirkət və müştəriləri arasındakı sürət və keyfiyyətdən asılıdır. Kompüter və 
kompüter şəbəkələrinin yaranması böyük sıçrayış yaratdı. Hazırki dövrdə müasir İT 
infrastruktura malik şirkətlər tez və problemsiz,eləcə də biznes-poseslərin,həmçinin, 
insanlar və şöbələr arası ünsiyyət reqlamenti rəqiblər üzərində üstünlükdür. Hətta 
ümumi trenddən biraz geri qalmış şirkət çox qısa bir zamanda özünə cəlbetmə 
qabiliyyətini itirir. 
Müasir şəbəkələr təlimə olan yanaşmanı dəyişir: 

Cisco Networking Akademiyasında bir sıra virtual siniflər 
meydana gəlir; 

İnsanların onlara uyğun zamanda istədikləri videomateriallara 
baxmaq imkanı yaranır; 

Birgə iş və təlim meydançaları yaranır; 

Mobil öyrənmə imkanı dəstəklənir. 
Müasir şəbəkələr ünsiyyətdə yanaşmanı dəyişərək təmin edir: 

Ani mesajaşma vasitələri- ICQ, Jabber, Skype, IRC, Whatsapp və s.; 


33 

Sosial şəbəkələr; 

Birgə iş(əməkdaşlıq) üsulları (məsələn, sənədlərlə iş); 

Blogs - məqalə və onlara şərh yükləmək üçün (ciscotips.ru) 

Wiki - online ensiklopediya, istifadəçilər rahatlıqla bir termindən 
digərinə hipperlink-lər vasitəsilə keçid edə bilir; 

Podcasts – yüklənmiş audio yazılara qulaq asmaq üçün analoq bloq, 
lakin burada məlumatlar mətn yox,audio yazı(səs) formatında tərtib olunur; 

P2P – protokollarla faylların köçürülməsi, burada fayllar mərkəzi 
serverdə deyil, birbaşa ünsiyyətdə olan istifadəçilərin kompüterlərində saxlanılır. 
Müasir şəbəkələr - kompüterlərin lokal şəbəkədə birləşmə toplogiyasının yeni 
və daha müasir şəkildə birləşməsidir. Bu şəbəkələr virtuallaşdırmada gecikmələri 
aradan qaldırır, serverlər arası rabitələrin daha yaxşı təşkil olunmasına xidmət 
göstərir.
Hal-hazırda məşhur və kütləvi şəkildə istifadə olunan qlobal şəbəkə 
İNTERNET-dir.
İnternetdə meydana gələn problemlər bir qayda olaraq qlobal 
xarakter daşıyır və milyonlarla istifadəçiyə təsir edir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin