Mobil cüzdan
Müasir insan həyatının böyük bir hissəsini işgüzar görüşlər, danışıqlar,
ezamiyyətlər və s. əhatə edir və bəzən elə olur ki, mobil telefonun balansıı artırmağa
belə vaxtı olmur. Bu baxımdan onlayn mobil bazarı özünü çox gözlətmədi və yeni
interaktiv xidmət olan “mobil cüzdan”- təklif etdi. Bu nə işə yarayır?
Mobil cüzdan mextəlif xidmətlər üçün ödənişlər etmək və istənilən GSM
telefonlar və ya GSM və JAVA dəstəkləyən smartfonla vasitəsilə pul köçürmələrini
həyata keçirən yeni nəsil ödəmə sistemidir.
Bundan əlavə fərdi mobil cüzdan sahibinə gələn pul məbəğini nağd pula çevirə
bilir.
Bu sistemin əsas imkanları bunlardır:
İnternet və internet servislərinin ödənişi;
Digər ödəniş sistemlərinə pul köçrmələr (məsələn,WebMoney);
64
Kommunal xidmətlər, sabit xətt telefoniya xidmətlərininin və s.
ödənilməsi;
Öz mobil cüzdanından digərinə komissiya haqqı tutulmadan köçürmələr
etmək;
Vəaitlərin CONTACT bank sistei vasitəsilə nağdlaşdırılması.
Təkcə öz xidmətlərini ödəmək üçün deyil, qohumlarınızın, yaxınlarımızın da
ödənişlərini həyata keçirmək mümkündür. Məsələn, telefonun balansını artırmaq
üçün pul köçürmək.
E-ASAN
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
ölkə Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb. Vəndaşlara
göstərilən xidmətin operativliyini, keyfiyyət və şəffaflığını artırmaq məqsədi daşıyan
mexanizm müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanır. Bu
mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş
formada həyata keçirilməsini təmin edir. İndi 9 dövlət qurumunun təqdim etdiyi 23
xidməti bir ünvandan almaq mümkündür. Asan Xidmət Mərkəzlərinin xidmətlərindən
vətəndaşlar həmçinin telefon və ya internet vasitəsilə ünvanladığı müraciətlər
əsasında istifadə edə bilirlər. E-Asan vasitəsilə əhaliyə bir sıra elektron xidmətlərin
göstərilməsi təmin edilir. Mərkəzlərin sayının artırılması dövlət xidmətlərinin
vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətli olmaqla
yanaşı, bir sıra vacib xidmətlərin "ASAN"a gətirilməsi və ya onlayn təqdim olunması
məqsədəuyğun sayılır.[75]
|