Bazar iqtisadiyyatına keçid


Marketinqin idarəedilməsi mərhələsi



Yüklə 87,48 Kb.
səhifə21/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   ...   14   15   16   17   18   19   20   21   22
Marketinqin idarəedilməsi mərhələsi.

1929-1933-cü illər dünyada baş verən iqtisadi böhran iqtisadiyyatın mürəkkəbləşməsi, dərinləşməsi satış bazarında inhisarçıların olması rəqabət mübarizəsinin kəskinləşməsi və digər bu kimi proseslər nəzəriyyəçilərin və praktiklərin diqqətlərinin bu vacib məsələyə yönəldilməsini zəruri etdi. Onlar ilk növbədə məhsulların bazarda satışının təşkilinə, firmaların “ətraf mühitlə” olan qarşılıqlı əlaqələrin öyrənilməsinə dair problemin araşdırılmasına, təhlilinə, elmi nəticələrin və qərarların çıxarılmasına diqqət yetirmək məcburiyyətində qaldılar. Mütəxəssislər belə yekdil bir fikrə gəldilər ki, müəssisələrin idarəetmə sistemində marketinqin tətbiq edilməsi zərurəti qaçılmazdır. O məhsulların bilavasitə istehsalçılardan istehlakçılara çatdırılması prosesini sürətləndirməyə, onların reallaşdırılması üçün münasib şəraitin formalaşmasına yaxşı zəmin yaratdı. Marketinq konsepsiyasina belə baxış XXəsrin 70-ci illərinin əvvələrinə kimi davam etdi. həmin dövrdə kimi sənayecə inkişaf etmiş dünya ölkələrində məhsulların istehsal həcminin surətlə artması və bunun isə real tələbdən xeyli yüksək olması vəziyyət istehsal-satış proseslərin qarşılıqlı əlaqədə və vəhdətdə oması vəziyyəti istehsal satış proseslərinin qarşılıqlı əlaqədə və vəhdətdə tənzimlənməsinin yeni sisteminin yaradılması zərurətini qarşıya çıxardı.

IV. XX əsrin 70-ci illərindən Sosial marketinq mərhələsi başlandı. Bu konsepsiyaya uyğun olaraq müəssisənin təsərrüfat fəaliyyəti yalnız bazarın real vəziyyətini nəzərə almaqla həyata keçirilməlidir. Müasir dövrdə iqtisadiyyatın müxtəlif sahələrində və sferalarında fəaliyyət göstərən bütün müəssələrin ən vacib problemi hazır məhsulun satışının təşkilidir.

Marketinq SSRİ –də istifadə edilməsi 70-ci illərin ortalarına təsadüf edir. 1976-cı ildə SSRİ TTP-nin nəznində marketinq məsələləri üzrə seksiya (bölmə) yaradılmışdır. 80-ci illər SSRİ-nin bir çox iqtisad təmayüllü ali məktəblərdə marketinq kursu tədris edilməyə başlanmışdır.

Marketinqin unversal tərifi yoxdur belə ki onu hər bir iqtisadçı marketinqin məzmun və mənasından istifadə edərək müxtəlif cür izzah etməyə çalışmışdırlar, odur ki marketinqin indi 2 minə qədər tərifi vardır. Marketinqə ümumi olaraq tərif versək- o istehsalan olunan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.

Marketinqin əsas vəzifəsi aşağıdakılardır: bazarın öyrənilməsi, tələbatın strukturu və dinamikası, istehlakşıların zövqü və arzuları haqqında dəqiq informasiya toplamaq, cari və perispektiv təlabata müvafiq olan əmtəələrin istehsalını təşkil etmək , müxtəlif yarmarkaların, sərgilərin keçirilməsi, reklam, güzəştlər və qiymət siyasəti, servis xidməti göstərilməsi, zəmanətlər vasitəsi ilə məhsulun satış üçün əlverişli şərait yaratmaq və s. bir sözlə, müasir marketinqin başlıca vəzifəsi məhsulun bazarın tələblərinə uyğunlaşdırılmasıdır.




Yüklə 87,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin