Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.
Birjada təyin edilən qiymətlər, hərracların və ticarət təşkilatlarının qiymətləri.
İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.
Beynəlxalq sövdələşmədə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.
Bazar münasibətləri mübadilə dairəsində onun subyektləri.
Bazar münasibətləri mübadilə dairəsində onun subyektləri-alıcı və satıcılar arasında iqtisadi münasibətlərdir. Bu münasibətlər malların istehsaldan istehlak yerlərinədək yeridilməsi, onların satışının təşkili və son istehlakçıya çatdırılması ilə əlaqədar olan bütün iqtisadi münasibətlər sistemini əhatə edir. Bazarda alıcı və satıcı simasında qarşılaşan iqtisadi varlıqlar: 1) geniş əhali kütləsi 2) firmalar, müəssisələr, təşkilatlar 3) dövlət hesab olunur. Real bazar şəritində bazar subyekləri arasında şərtlər irəli sürülür: istehsalçı nəinki alıcıları öyrənməli, hətta onunla rəqabətdə olan istehsalçıları tanımalıdır; məhsulu konkret olaraq hansı bazar üçün ishehsal edildiyini bilməlidir, hansı məhsulun buraxılması onun özü və alıcıları üçün faydalı olduğunu, faydalılıq və keyfiyyətlilik baxımından necə nə qədər istehsal ediləcəyini müəyyənləşdirilməlidir, məhsulun rəqabət tablı olmasını təmin etməlidir.
Bazar iqtisadiyyatı sisteminin subyektinə, itisadi insan anlayışına istehsal üzrə sahibkar, mülkiyyətçilər, biznesmenlər, menecerlər, bankirlər, kommersantlar, fermerlər, muzdlu işçilər və geniş mənada istehsalçılar və s. daxildir.
Dostları ilə paylaş: |