Böyük Britaniyanın dünya iqtisadiyyatında yeri və mövqeyi
Birincisi, Birləşmiş Krallıq valyuta-maliyyə ittifaqına inamsızlıq göstərirdi ki, bu da həm daxili siyasi səbəblərlə, həm də, vahid valyutanın tətbiq edilməsinin iqtisadi nəticələrinin qeyri müəyyənliyi ilə izah olunurdu.
İkincisi, Böyük Britaniya tərəfindən öz maraqlarının qorunması AİB daxilində münaqişələrə gətirib çıxarırdı və iqtisadi əməkdaşlığın dərinləşməsinə mane olurdu.
Üçüncüsü, Böyük Britaniyanın kontinental tərəfdaşları onun valyuta-maliyyə sahəsinin inteqrasiyasına əks təsirini məhdudlaşdırmağa can atırdılar. AİB aid olan bir çox məsələlər kəskin fikir müxtəlifliyinə səbəb olurdu, çünki, Böyük Britaniya üçün AİB ilə qarşılıqlı münasibətlər mövzusu birbaşa onun təhlükəsizliyinə və xarici siyasət prioritetlərinə: Avropa ilə və yaxud ABŞ ilə olmaq məsələsinə toxunurdu. Britaniya tədqiqatçılarının fikrincə, “Avropa məsələsi” özündə suverenlik və mənsubiyyət problemlərini tamamilə yeni keyfiyyətdə siyasi iqtisad problemləri ilə birgə daşıyırdı.
Breksit probleminə toxunaraq qeyd edək ki, 2010-cu ildə hakimiyyətin konservatorlara keçməsi və onların liderinin D.Kemeronun Baş nazir təyin edilməsi 2008-ci ildə başlayan iqtisadi böhran dövründə baş verdi. 2010-2011-ci illər ərzində Avropa İttifaqında ən böyük büdcə kəsirinə və bununla bağlı sosial sahədə mənfi nəticələrə malik olaraq, Böyük Britaniya ciddi çətinliklərlə üzləşdi. Belə şəraitdə, Aİ rəhbərliyinin inteqrasiyanın dərinləşdirilməsi üzrə növbəti təşəbbüslərindən sonra D.Kemeron referendumun keçirilməsi ideyasını səsləndirdi və bu referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb qalmaması məsələsini müzakirə etməyi təklif etdi. Avropa İttifaqından çıxmaq haqqında ictimai kompaniya 2011-ci ildə yüz mindən artıq imza toplamış petisiyanın qəbulundan başladı, lakin, Böyük Britaniya parlamenti onu vaxtsız hesab edərək, bu məsələyə baxmaqdan imtina etdi. Bununla belə, Aİ ilə daha sərfəli münasibətlər və ya onunla əlaqələrin qırılması barəsində geniş ictimai tələbin mövcudluğu ortaya çıxdı. 2012-2013-ci illər dövründə D.Kemeron avro skeptik əhval-ruhiyyəli parlament üzvlərinin (əksərən ingilis əsilli) təzyiqinə məruz qaldı və Avropa İttifaqı ilə yeni danışıqların təşəbbüskarı oldu. Şəraitin inkişafına təsir edən son dərəcə vacib amil 2014-cü ildə Böyük Britaniya üçün qoyulmuş rekord məbləğdə yüksək -1,7 mlrd. funt sterlinq həcmdə üzvlük haqqı oldu. Avropa İttifaqından çıxmaq üzrə kompaniyanın təşkili təşəbbüsünü 2014-cü ilə Avropa Parlamentinə britaniya seçkilərində qələbə qazanmış Birləşmiş Krallığın Britaniya avroskeptik müstəqillik Partiyası öz üzərinə götürdü. Bu partiyanın qələbəsi qanunauyğun idi, çünki, bu dövrdə Avropa İttifaqının digər ölkələrində də avroskeptik partiyaların məşhurluğunun yüksəlişi vaxtı idi. Referendumun keçirilməsinə və Böyük Britaniyanın Aİ-da üzvlüyünə yenidən baxılmasına bilavasitə hazırlıq 2015-ci ildə başlanıldı. D.Kemeron hökuməti Aİ ölkələrinin imzalaya biləcəyi gələcək razılaşmanın əsas prinsiplərini işləyib hazırladı. Avropa İttifaqının sədri D.Tuskun adına yazılmış 10 oktyabr tarixli məktubda qarşıdakı danışıqlarda Londonun əsas tələbləri öz əksini tapmışdır. Onun mahiyyəti aşağıdakılardan ibarət idi: