QURD NƏBİ ÇOBAN
Çomağa söykənən, qoyunu sayan,
Tütəyə can verən Qurd Nəbi Çoban.
Çarığı qapqara, dolaqları ağ,
Mis kimi parlayır dağarcıq, bıçaq.
O öz sürüsünü yamaca yayır,
Keçini, qoyunu, quzunu sayır.
Sonra da güc verir öz tütəyinə,
Dünyanı salmayır heç ürəyinə.
O cansız tütəklə nə sirlər saçır,
Dünyanın içini, dışını açır.
Fırlan, ey dəyirman! Dönür dəyirman,
Qəm, kədər yox olur, şadlanır insan.
Quzular sıçrayır daşdan, səkidən,
Köpəklər yumşalır şirin türküdən.
Dilsiz tütək ötür, necə inləyir,
Yanıqlı səsini yadlar dinləyir.
Axşam olan kimi sərin yel əsir,
Qurbağa, çəyirtkə səsini kəsir,
Tütəyin səsindən qoyun kökəlir,
Quzular boy atıb birdən yekəlir.
Tütək səsi axıb köylərə çatır,
Köylərdən dağlara, göylərə çatır.
Axşam nə söyləsə bu cansız tütək,
Sabah bütün oba onu biləcək.
Bu üzdən Kırımın türküsü birdir,
Türküdə gizlənən bir ulu sirdir.
Lozan, aprel 1920.
Dostları ilə paylaş: |