Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali
|
Atış №-si |
Missiya |
Atış zamanı (UTC) |
Raket daşıyıcısı |
Peyklərin sayı |
Peyklərin versiyası |
Orbit (çəkilmə/işləmə) |
|
9 |
Starlink-7 |
18 маy 2020 |
Falcon 9 FT B1049-5 |
60 |
1.0 |
212×386 / 550 кm, 53° |
|
İlon Maskın sözügedən layihəsinə münasibət bildirən bir çox astronom “Starlink” daxilində aşağı orbitlərə yerləşdirilmiş çoxsaylı peyklər astronomların göyü və uzaq ulduzları müşahidə etməsini çətinləşdirə biləcəyini düşünməkdədirlər. Bənzə narahatlıq Beynəlxalq Astronolar İttifaqı tərəfindən də dilə gətirilmişdir.
“SpaceX” şirkəti buna cavab olaraq bildirmişdir ki, problemin həlli üçün dünyanın aparıcı astronomları və astronomiya quruluşları ilə sıx əlaqəsaxlamaqdadırlar. Eyni zamanda şirkətin mühəndisləri bundan sonrakı peykləri qara rəngdə layihələndirəcəklər ki, işığı fəal əks etdirməsinlər və astronomik müşahidələrə maneəçilik törətməsinlər. Bundan başqa şirkət, lazım gələrsə, peyklərin orbitlərini dəyişdirə də bilər.
Bununla belə, 2019-cu ildə göy üzünə göndərilən peyklərin qara rəngdə olmadığı müşahidə edilmişdir. Nəticədə onların SECam (Dark Energy Suvey) teleskopu vasitəsilə aparılan astronomik müşahidələri 5 dəqiqə ərzində əngəllədikləri məlum oldu.
İlon Maskın, haqqında daha çox danışılan və bir çoxları, ilk növbədə də dindar xristianlar tərəfindən əndişəverici olduğu qeyd edilən layihələrindən biri də kiborqalrın yaradılması, başqa sözlə, insanları kiborqlara çevirmək layihəsidir. Söhbət insan beyni ilə kompüter arasında birbaşa əlaqənin qurulmasından gedir.
Layihə haqqında ilk məlumatlar 2017-ci ildə dərc edilmişdır. Məlumatın qaynağı isə İlon Maskın özü idi. O bu barədə həmin ilin mart ayında tvitter vasitəsilə mesay yayınlamış, görülən işlərdən söz açmış, ilk nəticələri gözlənildiyindən daha uğurlu kimi xarakterizə etmişdi.
2019-cu ilin iyun ayında məlum oldu ki, şirkətin bir meymunun beyninə taxdığı ilk interfeys prototipi uğurlau nəticələr verib. Belə ki, meymun fikrinin gücü ilə, heç bir fiziki təmas olmadan kompüteri fəaliyyətə keçirməyi və onun üçün tərtib edilmiş bəsit əməliyyatları yerinə yetirməyi bacarıb.
İlon Mask bu metodla beyni və ya onurğa beyni zədələnmiş və funksiyasını qismən itirmiş insanların üzləşdikləri problemləri həll etməyi düşünür.
Əgər məsələ yalnız budursa, əlbəttə ki, bu niyyət yaxşı niyyətdir. Amma kim zəmanət verə bilər ki, beyinə çiplərin yerləşdirilməsinin arxasında insanları kütləvi şəkildə kiborqlara çevirmək planı durmur? Belə hesab edilir ki, Bill Qeytsin “çipləşdirmə” əməliiyatı kimi bu əməliyyatın arxasında da şeytani qüvvələrin “Vəhy” kitabı əsasında həyata keçirməkdə olduqları qorxunc plan durmaqdadır. Və bu əndişələr, əlbəttə ki, əbəs deyil. Çünki qurulması planlaşdırılan dijital kommunizm cəmiyyətinin əsasını vahid internet (neyronet) şəbəkəsi ilə bir-binə bağlanan kiborq və robotların kommunaları (icmalrı) təşkil edəcək.
Kiborq
“Vəhy” kitabında yazılanlardan belə aydın olur ki, “heyvan” (Dəccal) rəqəmsal çipləri insanların təkcə əllərinə deyil, həm də alınlarına, yəni başlarına yerləşdirəcək:
“O, bütün insanları — kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin. Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır” (XIII fəsil, 16-18).
Beləliklə, bəşəriyyət, göz görə-görə, real dünyadan təcrid edilərək, vahid mərkəzdən (tək göz) idarə ediləcək, xəyali (yalançı), yəni dijital (Dəccal) dünyanın sakinləri olmağa sürüklənir. Bu dünyada, yəni Dəccalın hakim olduğu dünyada kiborqa çevrilmiş insanlar ağa, robotlar isə istismar edilən qullar olacaqlar. Beləcə, insanın insan tərəfindən istismarına son qoyulacaq, istismar edilən sinifləri robotlar əvəz edəcəklər.
Bir çoxlarına təkgözlü, yalançı Dəccalın hakim olacağı belə bir cəmiyyət heç də pis və təhlükəli görünməyə bilər. Hətta çox müsbət bir şey kimi qəbul edilə bilər və şübhəsiz ki, qəbul da ediləcəkdir. Nəyi pisdir ki, heç nə etmir, yeyir, içir, kef içində yaşayırsan?
Bax, elə bu səbəbdən də dindar xristianlar və dindar müsəlmanlar dışında hər kəs Dəccala boyun əyəcəkdir. Qəbul edənlər özlərini ağa zənn edəcək, əslində isə, qəfəsdə yaşayan, yemək-içməyi vaxtı-vaxtında verilən, qayğısına qalınılan dovşandan başqa bir şey olmadıqlarını anlamayacaqlar. Necə ki dovşanlar da, qəfəsdəki bülbüllər də, akvariumdakı balıqlar da anlamırlar.