Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


IV FƏSİL Süni intellekt (Aİ) və robotlar



Yüklə 14,92 Mb.
səhifə14/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   10   11   12   13   14   15   16   17   ...   78
IV FƏSİL
Süni intellekt (Aİ) və robotlar
İnsanlar qədim zamanlardan özləri kimi hərəkət edə bilən “ağıllı” maşın və mexanizmlər üzərində düşünmüş, onları düzəltməyə çalışmışar. Paralel olaraq beyninin nə olduğunu, necə işlədiyini öyrənmək istəmişlər. Bu çərçivədə də bütün canlılar içərisində sadəcə insana xas olan zəkanın, yəni intellektin nə olduğu sualına cavab axtarmışlar.

Dilimizə ərəb dilindən keçmiş “ağıl” (əql) kəlməsinin sinonimləri “zəka” və “intellekt”dir. Bunlardan birincisi fars mənşəli, ikincisi isə latın mənşəli kəlmələrdir. Gündəlik həyatımızda hər üçündən istifadə etsək də, bu terminlərlə faktiki olaraq eyn şeyi nəzərdə tuturuq. Söhbət süni ağıldan gedərkən, daha çox “süni intellekt” terminindən, bəzənsə “süni zəka” və çox az hallarda isə “süni ağıl” terminləri ilə üzləşirk. Azərbaycan elmi ədəbiyyatında bunlardan birincisi möhkəmlənmişdir.

“İntellekt” (ağıl, zəka) anlayışının ümumi qəbul olunmuş tərifi hələ də yoxdur. Bu qabiliyyət tədqiqatçılar tərəfindən fərqli şəkillərdə təsvir və izah edilir. Məsələn,   “Oxford Dictionary of Psychology” adlə mötəbər lüğətdə bildirilir ki, "İntellekt koqnitiv (zehni, əqli) qabiliyyətdir." Lüğət məqaləni Amerika psixoloqu Veşlerin (D. Wechsler) 1944-cü ildə intellektə verdiyi təriflə davam etdirir: "fərdin məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir".

Lüğətdə Amerikalı psixoloq Stenberqin (R. Sternberg) fikirlərindən sitat gətieilir və məlum olur ki, onun fikrincə, intellekti real mühitə uyğunlaşmaq, bu mühitdə seçim etmək və onu formalaşdırmaqdan ibarət mental fəaliyyətdir.

Azərbaycan Sovet Ensiklopediyasında verilmiş tərif nisbətən daha məntiqli və mükəmməl görünür. Orada deyilir ki, intellekt cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək, insanın öz davranışını şəraitin tələbinə uyğun surətdə dəyişdirmək qabiliyyətidir. İntellekt fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur".



İsmayıl Calallının qələmə aldığı və 2017-ci ildə nəşr etdirdiyi “İnformatika terminlərinin izahlı lüğəti”ndə süni intellektlə bağlı bildirilir ki, İntellekt:

1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, “düşüncəsiz” olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir.

2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı. Məsələn, diskdən oxunan verilənləri gözləyən proqram həmin zaman başqa məsələni yerinə yetirməklə, bütövlükdə sistemin məhsuldarlığını yüksəltmiş olur.

3. Mühakimə və məntiq sahəsində: intellektuallıq, proqramın insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya maşının (məsələn, robotun) ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.

“Süni intellekt” termini ilk dəfə 1956-cı ildə Dartmount Kolecində düzənlənən və tanınmış alimlərin qatıldığı konfranssa “Artificial Intelligence” (Aİ) kimi işlədilmiş və bundan sonra beynəlxalq aləmdə bu cür işlədilməsinə qərar verilmişdir. Toplantıda İştirak edən C. Makkarti (Lisp dilinin banisi), M. Minski (MIT Süni İntellekt Laboratoriyasını qurucusu), K. Şannon (IBM), A. Nyuell (ABŞ Süni İntellekt Dərnəyinin ilk başqanı) ve H. Simon (Nobel mükafatı laureatı) ağıllı kompüterlərin gerçəkləştirilməsinin mümüknlüyünüdilə gətirərək, aparılmalı elmi tədqiqat işlərinin istiqamətlərini müəyyənləşdirmiş, gördükləri işlər və əldə etdikləri nəticələr barədə məlumat vermiş, tövsiyyə və məsləhətlərini dilə gətirmişdilər.

Bildiyimiz kimi, ağıl insanı heyvanlardan fərqləndiriən ən əsas xüsusdur və bu fərq insanın və heyvanların fəqli genetik yapılarından qaynaqlanır. Tanrının Proqramı olan genetik struktur heyvanları ağılsız, bizisə ağıllı edir. Deməli, doğuşdan var olan və genlərimizə yazılmış olan ağlın əsasını İlahi Proqram təşkil edir.

Aİ-nin, yəni süni intellektin əsasını da məhz proqramlaşdırma (progarmming), başqa sözlə, proqram təminatı təşkil edir. Proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq sahəsini əhatə edən proqramlaşdırmanın kompüterdəki həlli aşağıdakı mərhələlərdən ibarətdir:

1. Məsələnin qoyuluşu: Məsələ haqqında informasiyanın toplanması; məsələnin şərtinin formalaşdırılması; son məqsədin müəyyən olunması; nəticələrin formasının müəyyən olunması; verilənlərin təsviri (onların tipləri, dəyişmə diapazonu, strukturu və s.).

2. Məsələnin, modelin analizi və tədqiqi: Movcud analoqların analizi; texniki və proqram vasitələrinin analizi; riyazi modelin hazırlanması (işlənilməsi); verilənlərin strukturunun hazırlanması (işlənilməsi).

3. Alqoritmin hazırlanması (işlənilməsi): Alqoritmin layihələndirilməsi üsulunun seşilməsi; alqoritmin yazılış formasının seçilməsi (blok-sxem, psevdokod və s. testin və testləşdirmə üsulunun seçilməsi; alqoritmin layihələndirilməsi.

4. Proqramlaşdırma: Proqramlaşdırma dilinin seçilməsi; verilənlərin təşkili qaydalarının dəqiqləşdirilməsi; seçilmiş proqramlaşdırma dilində alqoritmin yazılması.

5. Testdən keçirmə və sazlama: Sintaksisin yoxlanılması; məntiqi quruluşun və semantikanın yoxlanılması; test hesablamalar və testin nəticələrinin analizi; proqramın təkmilləşdirilməsi.

6. Məsəslənin həllinin nəticələrinin analizi və lazim gələrsə riyazi modelin dəqiqləşdirilməsi (2-5 mərhələlərinin təkrar ediliməsi).

7. Proqramın müşayiəti: konkret məsəslələrin həlli üçün proqrama əlavələrin edilməsi; həll olunan məsələ, riyazi model, alqoiritm, proqram, testlərin toplanması və istifadəçi üçün sənədləşmənin tərtibi.

Beləliklə, təbii ağılla süni ağlın (Aİ) ortaq xüsusiyyəti onların hər ikisinin əsasında proqram təminatının durmasıdır. Birinci halda proqram təminatçısı Allah, ikinci halda isə insandır. Birinci proqram genləridən, ikincisi isə alqoritmlərdən ibarətdir.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin