Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


V FƏSİL Blokçeyn texnologiyaları



Yüklə 14,92 Mb.
səhifə18/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
V FƏSİL
Blokçeyn texnologiyaları
Elmi-texniki tərəqqinin qaçılmaz məntiqi nəticəsi olan dijital kommunizm cəmiyyətində nağd pula ehtiyac olmayacaq, o, tədricən dövriyyədən çıxacaq, elektron pulla əvəz olunacaqdır. Bunun əlamətlərini artıq indidən görməkdəyik. Hazırda nağdsız pul sistemi Kanada, İsveç, Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Almaniya kimi bir çox ölkədə uğurla tətbiq olunmaqdadır. Məlumat üçün bildirək ki, 2015-ci ildə nağdsız pul tranzaksiyalarının həcmi 1.66 trilyon dollar olmuşdur. Bu, 2014-cü ildəki göstəricidən 14% daha çox idi.

Əldə olan statistk məlumatlara görə, 2006-cı ildə İsveçdə ümumi pul kütləsinin 50%i nağd olaraq tranzaksiyalarda istifadə olundusa, 2017-ci ildə bu göstərici 26%-ə düşmüşdü. 2020-ci ildə isə bu ölkədə nağd pulun işlənməsi halına, demək olar ki, heç rast gəlinmir. Bunun səbəbi, təbii ki, İsveçdə texnologiyanın həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni sistemə keçidə kifayət edəcək səviyyədə olmasıdır.



Kağız pulların dövriyyədən çıxmasını zəruri edən bir çox səbəblər var. Bu səbələr içərisində saxta pulların basılmasını ilk sıralarda qeyd etmək lazımdır. Bu baxımdan 2016-cı ildə, Peruda 30 milyon dollar dəyərində saxta pul çap olunması hadisəsini misal çəkə bilərik. Deyilənlərə oğurluq və qarət hallarını da əlavə etmək lazımdır.

Nağdsı paraya keçməyi zəruri edən səbələrdən danışarkən, kağız pulların tez köhnəlməsi, aşılanması və ya başqa təsirlər nəticəsində sıradan çıxmasını da qeyd etməliyik. Məsələn, 2018-ci ildə Hindistanda siçanların ATM-in içində olan 18000 dollar dəyərində pulu gəmirdikləri məlumdur. Koronavirus bəlasından sonra isə məlum oldu ki, dövriyyədə olan nəqd kağız və metal pullar virusların yayılmasında əsas rolardan birini oynamaqdadır.

Elektron pul mübadiləsinin kağız və metal pul dövriyyəsinə nisbətən bir sıra üstün cəhətləri var. Bunlar aşağıdakılardır:


  1. Vergi qaçaqçılığı, korrupsiya və digər qanundan kənar fəaliyyətlərin aradan qalxması və ya minimuma enməsi.

  2. Tranzaksiyaların sürətini artırması.

  3. Müştərilərin işinin rahatlaşdırılması.

Beləliklə, dünyanın tədricən məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestri olan blokçeyn texnologiyasına keçişi qaçılmaz bir zərurətə çevrilmişdir.

Bu texnologiyanın tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitkoinin yaranması ilə başlayır. Blokçeyndə verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nigahla bağlı məlumatlar saxlamaq mümkündür. Daha dəqiq desək, istənilən məlumatları qorumaq olar. Onun əsas və danılmaz üstünlüyü bu reyestrin əlavə bir yerdə saxlanmamasıdır. O bütün dünya üzrə bir neçə yüz, hətta min kompüter arasında bölüşdürülüb. Bu şəbəkənin istənilən İstifadəçisi reyestrin aktual versiyasına sərbəst girişə malikdir ki, bu da onu bütün iştirakçılar üçün tamamilə şəffaf edir. Bu isə hər cür iqtisadi və hüquqi maxinasiyaları bütünlüklə istisna edir.

Blokçeyn – sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların ictimai bazasıdır. Burada rəqəmsal qeydlər “bloklar”da birləşir, bu bloklar isə daha sonradan çətin riyazi alqoritmlərin köməkliyi ilə kriptoqrafik və xronoloji “zəncir”-də birləşir. Hər blok özündən əvvəlki blok ilə əlaqəlidir və özündə bir sıra qeydə sahibdir. Yeni bloklar nizamlı şəkildə zəncirin sonuna əlavə olunur.

Bitkoin
Hər bir blok dörd komponentdən ibarətdir:

Blokun ölçüsü (Size),

Tranzaksiya sayğaçı (#TXs),

Blokun başlığı (Header),

Tranzaksiyalar (Tranzactions).

Blokun ölçüsü və tranzaksiya sayğacı, uyğun olaraq, blokdakı baytların və tranzaksiyaların saylarını göstərir. Tranzaksiyalar – bloka daxil olan tranzaksiyaların siyahısıdır. Blok başlığına altı sahə daxildir:



  1. Version – versiya nömrəsi (konsensus protokolunun yenilənməsini izləmək üçün istifadə edilir);

  2. PreviousHash – zəncirdə bilavasitə əvvəl gələn blokun heşi;

  3. Timestamp – blokun yaradılması tarixi;

  4. Target – hədəf qiyməti, mayninq prosesində bu qiymətdən kiçik olan heş axtarılır;

  5. Nonce – mayninq alqoritmində istifadə edilən sayğac;

  6. Merkle Root – bloka daxil olan bütün tranzaksiyaların heşləri əsasında yaradılan binar ağacdır.

Şifrləmə prosesi eyni şəbəkədə işləyən çox sayda müxtəlif kompüterlər vasitəsilə yerinə yetirilir. Onların hesablaması nəticəsində hər biri eyni nəticəni əldə etdikdə bloka unikal rəqəmsal imza atılır. Reyestr yeniləndikdən və onda yeni blok təşkil edildikdən sonra, o dəyişdirilə bilməz. Bununla da onu saxtalaşdırmaq mümkün deyil. Ona sadəcə yeni qeydlər əlavə etmək olar. Bir detalı nəzərə almaq mütləqdir ki, reyestr bütün kompüterlərdə eyni anda yenilənir. Məlumatlar bazası bölünərək, öz kompüterinə xüsusi proqramı quraşdırmış milyonlarla kompüterdə yerləşir. Blokçeyn bu halı ilə qlobal bir kompüter rolunu oynayır və həmin məlumatlar daim kopyalanaraq daha çox kompüterin yaddaşında saxlanılır.

Məlumat bazasının paylanmış formada olması Blokçeyni xakerlər tərəfindən demək olar ki, qırılmaz edir. Çünki xakerlər öz məqsədlərinə çatmaq üçün şəbəkədə olan bütün kompüterlərdəki mılumat bazası nüsxələrinə eyni anda giriş əldə etməlidirlər. Texnologiya həmçinin şəxsi məlumatların təhlükəsizliyini təmin etməyə imkan verir, belə ki, şifrlənmə prosesi geri dönülməzdir. Hətta orijinal sənəd və yaxud tranzaksiya gələcəkdə dəyişilsə də, nəticədə digər rəqəmsal imza əldə edəcək ki, bu da sistemdə uyğunsuzluq olduğunu bildirir.

Y.N.İmamverdiyev “Blokçeyn texnologiyaları: komponentləri, tətbiqi və problemləri” adlı məqaləsində haqlı olaraq yazır ki, mütəxəssislər artıq “Blokçeyn 1.0” (kriptovalyutalar), “Blokçeyn 2.0” (ağıllı müqavilələr) və “Blokçeyn 3.0” (dövlət idarəçiliyi, təhsil, elm, mədəniyyət və s. sahələrdə tətbiqlər) kimi inkişaf mərhələlərini ayırırlar. Blokçeynə bu marağın səbəbi onun təhlükəsizliyi, şəffaflığı, anonimliyi və verilənlərin tamlığını heç bir üçüncü tərəf olmadan təmin etməsi və bu özəllikləri Bitkoinin timsalında bir neçə il müddətində praktiki olaraq fasiləsiz işləməsi ilə sübuta yetirməsidir.

Bir sözlə, Blokçeyn bu gün sadəcə bank sektorunda deyil, seçkilərdə səsin hesablanmasında, vergilərin yığılmasında, elektron hökumətin təşkilində, musiqidə və s. tətbiq edilir. Bu texnologiya həmçinin mülkiyyət hüquqlarını, əvvəlcədən verilmiş istiqrazları, yol hərəkəti qaydalarını və nigahların bağlanmasına qədər bütün məlumatları özündə saxlama gücünə sahibdir. Blokçeyn kağıza yazıla biləcək hər şeyi yazır, fərq təkcə ondadır ki, bu məlumatları dəyişmək, kopyalamaq və ya saxtasını yaratmaq mümkün olmur.
Hal-hazırda bazarda həm qapalı, həm açıq, həm də hibrid blockchainlər mövcuddur. Avropa Birliyinin özünün qapalı Blokçeynini və kripto valyutasını yaratmaqda olduğu məlumdur. Bənzər çalışmalar ABŞ, Çin, Rusiya və Türkiyə kimi bir çox ölkədə aparılır. Türkiyə öz çalışmalarına digər türk və müsəlman dövlətlərini də dəvət etməkdə maraqlıdır.

Blokçeyn istənilən valyutaya sərbəst dönərlilik qazandırmaq baxımından çox önəmli sistemdir. Bu sistemə tam keçişdən sonra ABŞ dollarının dünya üzərindəki hegomoniyasını qoruyub saxlaya biləcəyi inandırıcı görünmür. Çünki Blokçeyn bütün valyutalara eyni şanslar verir.



II Dünya savaşından sonra dünyanın bir nömrəli valyutasına çevrilən və müharibəyə qədər eyni funksiyanı yerinə yetirmiş İngəltərə funt sterlinqininin yerini tutan dollar ilk dövrlərdə qızıl qarşılığında basılırdısa, 1972-ci ildən bəri “kağızdan qüllə”, “qarşılıqsız para” olaraq Federal Ehtiyat Fondu (FED) bankirləri tərəfindən çap edilir. Buna rəğmən hələ də “Dünya valyutası” kimi iş görür. Amerikalılar da, diğər ölkə sakinləri də dolları “Amerika dövlətinin pulu” zənn edirlər. Halbuki onun gerçək sahibləri 12 ailədən ibarət olan və sayıları 300’ü keçməyən bankirlərdir. Məhz onlar bu valyutanı çap edir və onunla dünyanı idarə edirlər. Bu idarəçiliyin adına “Dollar İmparatorluğu” deyilir.

FED
FED-in sahibi 8 ailədir. Bu ailələrdən dördü ABŞ-da, dördü isə ABŞ dışında yaşamaqdadır. ABŞ-da yaşayan 4 ailə bunlardır :

1. Rokefeller ailəsi

2. Qoldman Saxs ailəsi

3. Lehman qardaşları ailəsi

4. Kuhn Loebs ailəsi.

ABŞ dışında yaşayan 4 ailə ise aşağıdaklardır:

1. Rotşild ailəsi (The Rothschilds of Paris and London)

2. Varburq ailəsi (Warburgs Bank of Hamburg)

3. Lazard ailəsi (The Lazards Brothers of Paris)

4. Moses Seifs ailəsi (The Israil Mosses Seifs of Rome).

Aşağıdakı 10 bank FEDiin tamamına yaxınını nəzarətdə saxlayır:

1. NM Rothschild of London

2. Rothschild Bank of Berlin

3. Warburgs Bank of Hamburg

4. Warburgs Bank of Amsterdam

5. Lehman Brothers of New York

6. Lazard Brothers of Paris

7. Kuhn Loeb Bank of New York

8. The Israel Moses Seifs Bank of Italy

9. Goldman Sachs of New York

10. J.P. Morgan Chase Bank of New York.


ABŞ-dakı bütün FED-lərin ən böyük hissələrinə David Rokefeller, Rotşildlər, Pol Varburq, Cakob Şiff və Ceyms Stillman ailələri sahibdirlər. Tanınmış Amerika tarixçisi Karol Quigley özünün “Faciə-Ümid” adlı kitabında qəraragahı İsveçrənin Bazel şəhərində yerləşən “The Bank of International Settlements” (BIS) haqqıında yazır ki, bankın sahibləri dünya bankçılıının nəhənglərindən hesab edilən bu 4 qrupdur :

1. Bank of America (Rokefeller ailəsi)

2. City Group ( Rokefeller ailəsinin nəzarəti altındadır) 3.

Welles Fargo (Rokefeller ailəsinin nəzarəti altındadır)

4. J.P. Morgan Chase ( Morqan ailəsi).

Bu qruplarda əsasən Rokefeller, qismən də Rotşild ailəsi hakimdir. Rokefeller tərəfindən dünyanın ən güclü özəl bankı kimi qurulan The Bank of International Settlements (BIS) ABŞ-dakı FED-lerin, eləcə də Bank of England, Bank of İtaly, İsveçrə Milli Bankı, Hollandiya Bankı, Almaniya Bankı, Fransa Bankı və Kanada Bankının da sahibidir.

Dolların tarix səhnəsinə çıxışı Amerika xalqının İngiltərəyə qarşı üsyanından sonrakı dövrlə bağlıdır. 1776-cı ilə qədər sürən bu üsyan zamanı ingilis bankirlər üsyançıları maliyyələşdirirdilər. Əvəzində isə Amerikanın valyutasını çap etmək haqqını əldə etməyi tələb edirdilər. Onların bu istəyi həyata keçdi. Amerikanın qurucuları ingilis bankirlərə bu hüququ verdilər. 1865-ci ildə vəyəndaş müaribəsinə son qoyan və ABŞ-ın ilk prezidenti olan Abraham Linkoln “savaş xərcləri səbəbiylə” bankirlərin bu hüququnu ellərindən alaraq dolların çap hüququnu dövlətə verdi. Amerika dövləti onun dövründə ilk dəfə dolların çapına başladı. Fəqət bu, uzun sürmədi. Abraham Lincoln suiqəstin qurbanı oldu. O, öldükdən sonra əski qaydaya geri dönüldü. Bankirlər dollar basmağa davam etdiler.

Hazırda beynəlxalq valyuta ehtiyatların 4%-i SDR təşkil edir.

Karol Quigleyin yazdığına görə, BIS bütün Qərb ölkələri və inkişaf etməkdə olan milli dövlətlərin bankçılıq sistemlerini nəzarətdə saxlamaqdadır. Onun qərargahının Bazeldə, il boyu qalın qarla və sıx meşələrlə örtülü Alp dağlarının zirvəsində yerləşdiyi məlimdur. Bilderberq toplantılarının həyata keçirildiyi Davos qəsəbəsi də eyni bölgədə yerləşir. Bu da təsadüfi deyil. Qərargahın burada yerləşməsi on illər əvvəl qlobal kapitalizmin əsas təşkilatı olan və mərkəzi Nyu-Yorkda bulunan CFR rəhbərliyi tərəfindən qərara alınıb. Bu yerin seçilmə səbəbi, dış gözlərdən uzaq durmaq və diqqət çəkmədən çox gizli qərarlar ala bilməkdir. “Gladio”nun qurulma qərarının alındığı gizli təşkilatın - “P-2” İtalya framasonlarının “Alpino Lojası” da onun qonşuluğunda məskunlaşıb. Maraqlıdır ki, sözügedən lojanın yerləşdiyi yerin tam yanında II Dünya savaşı zamanı Adolf Hitlerin ana qərargahı olmuş “Nazi İnternational” yerləşməkdədir.

Beləliklə, dolların əsl sahibi ABŞ dövləti deyil. ABŞ dollarları əslində borc kimi alır və hər il bankirlərə 599 milyard dollardan artıq faiz ödəyir. Bu o deməkdir ki, Amerika dövləti və xalqı öz pulu olan dollardan faiz ödəyərək istifadə edir. Qızıl qarşılığı olmayan bu valyutanın dayanaqlılığının əsil səbəbi neft satışlarının onun vasitəsilə gerçəkləşdirilməsidir. Neft dollarla satılıb-alındığı üçün başqa mallar da onunla satılıb-alınır. Buna qarşı çıxmaq istəyənləri isə Səddam Hüseyn və Müəmmar Qəddafinin acı taleləri gözləyir. Bu iki prezidentin hərbi əməliyyatla devrilməsinin əsl səbəbi nefti digər valyutalarla satmaq istəmələri idi. Hazırda İranla ABŞ arasındakı problemin əsas səbəblərindən biri və birincisi də məhz budur. İsrailin təhlükəsizliyinin təmin edilməsi və İranın Nüvə proramı kimi məsələlər isə əslində bəhanədir, İranın cığırından çıxa bilməməsi üçün ona edilən təzyiq vasitələridir.

İAEA-nın İranın nüvə silahı istehsal etmək üçün bütün zəruri texnologiyaya sahib olmadığını söyləməsinə rəğmən, ABŞ bu “təhlükə” ni əldə əsas tutaraq rəsmi Tehranı daim sıxışdırmağa çalışmış, bu yolla onun nefti avro və yuanla satmaq planlarının önündə sədd çəkməyi bacarmışdır.



1944-cü ildə bankirlər “Bretton Woods para anlaşması” ilə dolları dünya valyutası kimi qəbul etdirdilər. Bu anlaşmaya görə bir dollar 0,888 qram qızıla bərabər sayıldı. İştirakçı 48 ölkə milli valyutalarını dollara qiyasladılar. Beləcə valyutaya bağlı maliyyə sistemi ortaya çıxdı. Dollar qızıla bağlı idi və ya belə olduğu hesab edilirdi.

1960-cı ildə prezident Con Kennedi ABŞ xəzinəsinin dolları sözügedən bankirlərdən borç şəklində almasına qarşı çıxdı, 1110 sayılı qanun təklifi ilə bankirlərin pul çap etmək hüququnun dövlətə dövr edilmesini tələb etdi. Tələb edər-etməz, prezident Linkolnun taleyini yaşadı, eynən onun kimi Kennedi də sui-qəsdin qurbanı oldu. Yerinə qardaşı, o dövrdə ədalət naziri olan Robert Kennedi hazırlanırdı ki, ona da sui-qəsd edildi.

1965-ci ildə Fransa prezidenti Şarl de Qoll, FED-in əldə olan qızıldan daha çox dollar çap etdiyini anlar-anlamaz, Fransanı əlində olan dollar ehtiyatının əvəzində Amerikadan qızıl tələb etməyə başladı. Mübahisələr 1972-ci ilə qədər davam edir, De Qolun haqlı olduğu üzə çıxır, nəticədə dövrün ABŞ prezidenti Riçard Nikson həmin il məcburən dolların qızıla qiyasını aradan qaldırır. Beləcə dollar qarşılığı olmayan kağız pula çevrildu. Fransanı susdurmaq üçün SDR (Special Driving Right) adlı yeni başqa bir beynəlxalq valyuta icad edilir. 2016-cı ildə Çinin milli valyutası da SDR-lərə əlavə edilir.

Dollar beynəlxalq valyutaya çevrildiyi gündən bəri dünya dövlətlərini və xalqlarını sömürmək aləti kimi çıxış edir. Belə ki, yüz dollarlıq bir əskinazın çapı bankirlərə bir neçə sentə başa gəlir. Bir neçə sentə başa gələn bu kağız parçaları, üzərində yazılmış məbləğdə borc verilir, geri qayıdarkən, həmin bir neçə sent dəyərində olan kağız parçası 100 dollar şəklində, özü də faizi birlikdə dünyanı idarə edən şeytani güclərin cibinə axır.

Hazırda Çin, Rusiya, Türkiyə və İran başda olmaqla, bir sıra dövlət öz aralarında apardıqları ticarət zamanı milli valyutalardan istifadə etmək üşün yollar arayırlar. Bunu gerçəkləşdirmək üçün SWİFT-ə (Society for Worldwide İnterbank Financial Telecommunications) alternativ beynəlxalq pulköçürmə sistemləri qurmaq üçün çalışırlar və buna artıq nail də olublar. Bundan sonra ABŞ istədiyi dövləti SWİFT-dən kənarlaşdıraraq, onun beynəlxalq əməliyyatlarını blokadaya sala bilməyəcək. Bununla belə, dollarla ticarət ABŞ-ın icazəsi olmadan, başqa pul köçürmə sistemləri vasitəsilə köçürülə bilməz. Elə bu səbəbdən də dolların (Rokfellerlərin) imperatorluğundan və ABŞ-ın diktatından qurtulmağa çalışan dövlətlər milli valyutalarla ticarətə üstünlük verməyə çalışırlar.



Məlumat üçün bildirək ki, SWİFT hazırda dünyada müəyyən standartlar əsasında fəaliyyət göstərən ən etibarlı və ən təhlükəsiz pulköçürmə sistemidir. 1973-cü ildə 19 ölkənin ərazisində yerləşən 248 bank tərəfindən təsis edilib. Mənzil-qərargahl Brüssel yaxınlarında yerləşir. 2015-ci ilin statistikasına görə 200-dən artıq dövlətin 11-dən artıq maliyyə təşkilatı onun üzvüdür. Günlük dövriyyəsi 30 milyon məlumat həcmindədir.

Qeyd etdiyimiz kimi, Çin, Rusiya, Türkiyə və İran başda olmaqla, bir sıra dövlət SWİFT-ə alternativ beynəlxalq pulköçürmə sistemləri qurublar. Deyilənlərə Rusiyanın 2014-cü ildə qurduğu SPFS (СПФС) pulköçürmə sistemini misal çəkmək olar. 2017-ci ilin statistikasına görə, Rusiya daxilində pul köçürmələrin 78 %-i SPFS vasitəsilə həyata keçirilib.

Bu sırada Çinin 2015-ci ilin 8 oktyabr tarixindən işə saldığı CİPS (Cross-Border İnterbank Payment System), Avropa Birliyinin 2019-cu ildən fəaliyyətə başlayan İNSTEX (İnstrument in Support of Trade Exchanges) sistemlərini də qeyd etmək yerinə düşər.

Blokçeyn texnologiyaları dünya ölkələrinə və onların milli valyutalarına ABŞ-ın və dolların, eləcə də Beynəlxalq Valyuta Fondunun hegemonluğundan xilas olmaq inkanı verir. Xilaskar yolunda isə, şübhəsiz ki, ənənəvi valyutaları əvəz etməli olan virtual, yəni rəqəmsal valyutalar olacaq ki, elmi ədəbiyyatda bu tip valyutalara “kriptovalyuta” deyilməkdədir.

İnternet  şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyutanın maliyyə sistemində innovativ bir yenilik olaraq, yeni tip ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı proqnozlaşdırılır. Mütəxəssislər onu  “İnternetin qızılı” da adlandırmaqdadırlar.

Kriptovalyutaların tarixçısinin 1998-ci ildə çap edilən “Vey Day “b-pul”” (“b-money”) adlı yazı ilə başladığı söylənilir. Burada anonim, paylaşdırılmış pul vəsaitlərinin rəqəmsal sistemi ortaya qoyulmuşdu. Bundan qısa zaman sonra Nik Sabonun “bit qızıl”ı (“bit gold”) ortaya atıldı. “Bitcoin” və digər kriptovalyutalar kimi “bit qızıl” da rəqəmsal valyuta  sistemi idi. Sistemin istifadəçilərinə kripto qrafiklə bir araya gətirilmiş və açıqlanmış üsullarla “Proof-of-Work” funksiyalarını həll etmək təklif olunurdu. Daha sonra bir təsdiqləyici sistem əsasında dəfələrlə istifadə edilə bilən valyuta sistemi işıq üzü gördü. Onun yaradıcısı Hal Finney idi.



Yuxarıda adı çəkilən valyutaların heç biri mərkəzləşdirilmiş deyildi. İlk mərkəzləşdirilməmiş valyuta 2009-cu ildə Satosi Nakamota ləqəbli birisi tərəfindən yaradılmış bitkoin olub. Satosi Nakamota ləqəbli bu şəxs şəffaf iş sxemi olan, “SHA-256” kripto qrafik “heş” (hash) funksiyasından istifadə etmişdi. 2011-ci ilin aprel ayında isə “Namecoin” mərkəzləşdirilməmiş bir DNS yaratmaq cəhdi kimi yaradılmışdır ki, bu internet senzurasını çox çətinləşdirəcəkdi. 2011-ci ilin oktyabr ayında “Litecoin” meydana gəldi. Digər əhəmiyyətli bir kriptovalyuta, “Peercoin” ilk dəfə olaraq “Proof-of-Work” // ”Proof-of-Stake” birgə sistemindən istifadə etmişdir.

“IOTA”nn “Blockchain”ə əsaslanmayan ilk kriptovalyuta olduğu və “Tangle”dən istifadə etdiyi məlumdur. Bundan sonra çox başqa kriptovalyutalar da yaradılıb, amma onların çox azı uğur qazanıb, texniki yenilikləri olmamaları səbəbindən bitkoinlə rəqabət apara bilməyib. Hazırda üzərində FED-in işlədiyi kriptodollar, İMF-nin dövriyyəyə soxmağa çalışdığı “feniks”, “Facebook” artıq hazır olan “libra”sı, eləcə də dövlətlərin milli banklarının hazırlamağı düşündükləri kriptovalyutaların “birkoin”lə rəqabət aparıb-apara bilməyəcəyi tam məlum deyil. Fikrimizcə, o, bütün dövlətlər, banklar və aparıcı şirkətlər tərəfindən söz və əl birliyi ilə qadağan edilməsə, onunla rəqabət aparmaq mümkün olmayacaq və heç bir dövlətə və banka bağlı olmayan, vahid mərkəzdən idarə edilməyən bitkoin dünyanın əsas valyutasına çevriləcəkdir. Hər hansı bir dövlətin  siyasətindən, qanunlarından, rul vahidindən aslı olmayan və heç bir dövlət tərfindən tənzimlənməyən bu valyutanın əsas valyutaya çevrilməsi isə bütün beynəlxalq və milli bankların çökməsinə və lazımsız bir şeyə çevrilməsinə gətirib çıxara bilər.

Sənaye kapitalı (Rokfellerlər) ilə Rotşildlərin nəzarətində olan bank (sələm) kapitalı arasında, başqa sözlə, “Wall Strit”lə “Main Street” arasında gedən və gündən-günə dərinləşən qarşıdurma da sələm kapitalının və onun əsasında fəaliyyət göstərən bank sektorunun çöküşü üçün münasib zəmin hazırlamaqdadır. Yeni Dünya düzənində, yəni dijital kommunizmdə əski kapitalizm düzəninin əsasında duran sələm kapitalına və ümumilikdə burjuaziyaya yer olmayacaq.

Bitkoinin, eləcə də digər kriptovalyutaların qiyməti bazardakı tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilir. Onlardan istifadə etməyi heç kim kimisə nə məcbur və nə də kiməsə qadağan edə bilməz,  çünki rəqəmsal valyutanın dövriyyəsinə və onu istifadə edənlərə heç kim nəzarət etmir. Kriptovalyuta birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmaması, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olmasıdır. Bu kimi valyutaların sayəsində fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, həmçinin heç bir komissiya xərci ödəmədən valyuta mübadiləsi edir. Bir sözlə, kritovalyuta maliyyə sahəsində inqilabi yenilkdir və dijital kommunizmin bərqərar olmasında əsas rollardan birini oynayır.



Hazırda internetdə 2 trilyondan dollardan artıq kriptovalyutanın olduğu ehtimal edilir.

Kriptovalyutanın əldə edilməsi prosesi “mayninq” adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində “coin” (koin) adlanır və coinlərin emissiyası yalnız öncədən müəyyən olunmuş alqoritm əasasında  məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir.

Bu sətirlərin yazıldığı 12 may 2020-ci iltarixində, saat 12.10-a olan məlumata görə, 1 birkoinin dəyəri 8 711,58 ABŞ dolları idi.

Blokçeynin və ümumilikdə İKT-nin (İnformasiya-Kommunikasiya Texnologiyalarının) həyatımıza gətirdiyi ən böyük yeniliklərdən biri də elektron dövlətdir (e-dövlət) ki, onun dijital kommunizmin əsas siyasi qurumu olması gözlənilir. Elektron dövlət irəli texnologiyalardan istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT-nin köməyi ilə elektron hökumət, elektron parlament və elektron məhkəmə orqanları dəstəkləyir.



E-dövlətə hazırlıq indeksinə görə, ABŞ, Kanada, Avropa Birliyi, Yaponiya, Güney Koreya və s. kimi ölkələr öndə gəlir. Diktatura, rüşvət və korrupsiyanın hakim olduğu dövlətlərin hakim dairələri, o cümlədən Azərbaycan hakimiyyəti (Əliyevlər rejimi) bu üsuldan tam istifadəyə tələsmirlər. Hərçənd ki, bu bu prosesdən kənar qalmaq artıq qeyri-mümkün hal almaqdadır. Odur ki, hətta Azərbaycan kimi ölkələrdə də bu istiqamətdə müəyyən işlər görülməkdədir . Bu baxımdan İnternet şəbəkəsinin imkanlarından istifadə etməklə dövlət qurumlarının saytlarının yaradılması, orada bu təşkilatlar, onların strukturları haqqında məlumatın və lazımi sənədlərin yerləşdirilməsi, vakant iş yerlərinə müsabiqələrin elan edilməsi, bəzi kommunal borcların onlayn rejimdə ödənilməsi, abituriyentlərin qəbul imtahanları üçün sənədlərin verilməsi, elektron kitabxanaların  yaradılması və s. kimi işlər reallaşdırılmışdır. Proqramda bir çox məsələlərlə yanaşı, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkili nəzərdə tutulur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.

Elektron dövlət (e-government) anlayışı çox hallarda elektron hökumət kimi nəzərdə tutulur. Lakin bu cür ifadə düzgün deyildir. Belə ki, elektron hökumət elektron dövlətin bir qoludur. Müasir beynəlxalq hüquqi sənədlərdə, əsasən insan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarında "government" dedikdə bütünlükdə dövlət nəzərdə tutulur. Analoji olaraq, "three branches of government" ifadəsində yalnız hökumət deyil, dövlətin hər üç qolu nəzərdə tutulur. Hazırda elektron hökumətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.



Demokratiya və texnologiyalar mərkəzinin (Center for Democracy and Technology) direktoru Ceyms Dempsi Elektron dövləti bu cür təsvir edir: "Elektron dövlət IKT-dən istifadə etməklə hökuməti vətəndaşlar üçün daha əlyetərli, effektiv və məsuliyyətli etmək məqsədi daşıyır. Elektron dövlətə keçid dövlət qulluqçularının hər birinin iş otağının kompüterlə təchiz olunması demək deyildir. Əksinə, e-hökumətdə dövlət qulluqçuları ilə digər vətəndaşlar arasında qarşılıqlı münasibəti dəyişməlidir".

Elektron dövlətin məqsədi öz idarəetmə fəaliyyətinə İKT-ni tətbiq etməklə dövlət xidmətlərini vətəndaşın, biznes dünyasının ixtiyarına vermək və daha təsirli və səmərəli bir idarəetməyə nail olmaqdır. E-dövlət xidmətləri hökumət-vətəndaş (G2С), hökumət-biznes (G2B), hökumət-hökumət (G2G), hökumət-qulluqçu (G2E) və hökumət-qeyri-kommersiya təşkilatları (G2N) əlaqələri üzərində qurulur.

Mədəni və demokratik dövlətlərdə artıq çoxdan elektron seçki (e-seçki) sisteminə keçmişlər. Bu üsul seçki saxtakarlığını sıfra endirdiyi üçün diktatura rejimlərinin hakim olduğu ölkələrdə tətbiq edilmir. Bu baxımdan Əliyevlər rejiminin hakim olduğu Azərbaycan da istisna deyil.

Elektron seçki seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə metodu səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir.

Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və İnternet vasitəsi ilə həyata keçirilən elektron seçki sistemidir.

Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar:

-Seçicilərin iştirak sayının yüksək olması.

-Səsvermə prossesində və səslərin sayılması zamanı xətaların aradan qalxması.

-Seçkiyə inamın artması.

-Seçicinin yalnız bir namizədə səs verə bilməsi.

-Etibarsız sayılan səslərin sayının azalması, bəzən elə olur ki, ləğv edilən bülletenlər qalır və məğlub olanlar arasındakı fərqdən üstün olur.

-Məhdud imkanlı seçicilərin daha praktik səs verə bilmələri.

-Seçim prosesində gizliliyin təmin olunması.

-Seçkilərdə qanun pozuntularının azaldılması.

-Nəticələrin daha qısa zaman ərzində müəyyən olunması.

-Mövcud seçki prosesinə nisbətən daha az kadrlardan istifadə edilməsi.

-Maliyyə vəsaitinə qənaət.

Bütün bu seyilənlərə distant təhsili də əlavə etmək lazımdır. Tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunan fоrması olan distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Distant təhsil ənənəvi təhsildən çevikliyi, modulluluğu, iqtisadi səmərəliliyi, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadəsi və s. Keyfiyyətləri ilə fərqlənir.

Tədricən dijital cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilməkdə olan bu tip təhsildə infirmasiya və biliklər  öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir.

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Elmi-texniki inqilab və 4-cü sənaye inqilabı bunu tələb edir. Fəqət bıçaq cərrahın əlində şəfa alətinə, qatılin əlində qətl alətinə, atom enerjisi alimin əlində elektrik enerjisinə, siyasətçi və hərbçilərin əlində kütləvi qırğın silahına çevrildiyi kimi, 4-cü sənaye inqilabının yenilikləri, o cümlədən distant təhsil də şeytani qüvvələrin əlinə keçərsə, nəyə xidmət edəcəyini düşünəndə adamın tükləri biz-biz olur. Məsələn İlon Mask hazırda insan beyninə yerləşdiriləcək çiplər vasitəsi ilə biliklərin, eynən kompüterə yükləndiyi kimi, beyinlərə də yüklənilə bilməsi layihəsi üzərində işləyir. Pisdirmi? Əlbəttə ki, pis deyil. Pis olan odur ki, övladlarımızın beyninə hansı biliklərin yüklənəcəyinə biz yox, onlar qərar verəcəklər. Nə yükləmək istədiklərini isə gizlətmirlər. İnsanları Allahın dinindən uzaqlaşdırmaq üçün hər kəsi deist etmək istəyirlər.

Müzakirələrdə deizm ilə yanaşı, ateizm və satanizmdən də söhbət gedir.

Bu üçündən hansı olacağına hələ tam qərar verməyiblər.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin