II FƏSİL
Dijital kommunizmin texniki alt yapısı
5-ci nəsil (fifth generation) texnologiyası olan 5G mobil rabitənin telekommunikasiya standartlarının “4G/IMT - Advanced”dən sonrakı mərhələsidir. 4G-yə nisbətən daha geniş və sürətli ötürücülük qabiliyyətinə malik olan 5G həm də abonentlər arasında birbaşa əlaqəni təmin edən “device-to-device (qurğu qurğuya) rejimində çalışır. Qurğular arasında əlaqənin daha sürətli (1-2 Gbit/san) saxlanılmasını, elektrik akkumlyatorunun daha uzun çalışmasını təmin edir ki, bu da əşyaların internetinin (İoT) inkişafına müsbət təsir edir.
Məlumat üçün bildirək ki, Əşyaların İnterneti (İoT) - fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, senorlar və qəbul edicələrlə bu əşyaların biri - birinə bağlanması və verilənləri ötürməsidir. Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinə qənaətə gətirib çıxarır.
Smart ev, yəni ağıllı ev, ağıllı şəhər, ağıllı nəqliyyat, ağıllı zavod, ağıllı fabrik, ağıllı hotel, ağıllı ticarət mərkəzi, ağıllı taksi, ağıllı metro və s. bu kimi smart sistemlər məhz İoT sayəsində fəaliyyət göstərir. Şübhəsiz ki, bu kimi sistemlərin inkişafı və genişlənməsi vijital kommunizmin əsas elementlərindən birini təşkil edəcək. Məsələnin təhlükəli tərəfi isə odur ki, şeytani qüvvələr insanların kütləvi çipləşdirməsini həyata keçirməklə, onları İoT-a bağlı “əşya”lara çevirməyə çalışırlar. Dərinin altına yeridilən çiplər maaş kartlarını, şəxsiyyət vəsiqəsi və pasportları, tibbi qeydiyyatların aparıldığı kartları, sığorta kartlarını və s. əvəz etməlidir. Beləcə, çipləşdirilmiş və süni intellekt (süni zəka) tərəfindən tam nəzarət və idarə edilə bilən, smart şəhərlərdə yaşayan “əşya-insan”ların (kiborqların) və robotların kommunasını (icmasını) yaratmaq istənilir. “Dijital kommunizm” anlayışı da məhz buradan qaynaqlanır.
Dostları ilə paylaş: |