BəXTİyar tuncay etnoqonik miFLƏR


Maraqlıdır ki, Ön Asiya türkmənlərinin etnik tərkibi ge­noloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir”



Yüklə 1,66 Mb.
səhifə77/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   73   74   75   76   77   78   79   80   ...   165
Maraqlıdır ki, Ön Asiya türkmənlərinin etnik tərkibi ge­noloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir” (Koroğlu, 1999, s. 15-16).

S.P.Tolstov və ona istinad edən X.Koroğlu Səlcuqluların Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni oğuzların yaşadığını etiraf etmişlər:

Xl əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsil əhalisinə çev­ril­miş hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir. Oğuz­­ların 12 sağ, 12 sol (yaxud İç oğuzlar və Daş oğuzlar) qa­nada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümən­başı ümumi adın adını daşyan 24 hun ağsaqqalı) tam uyğun gəlir (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15).

Yeri gəlmişkən qeyd edək ki, ərəb tarixçilərinin dövrümü­zədək ulaşmış əsərləri oğuzların Azərbaycan və Anadoluya guya Səlcuqlular dövründə gəldiyi barədə qondarma konsepsiyaları kökündən rədd edir. Məsələn, Mühəmməd Vakidi (740-823) xə­li­fə Ömərin zamanında, təqribən 638-639-cu illərdə ərəb ordusu­nun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məley­kəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxa­nasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır (Ko­roğlu, 1999, s. 57-58). Ənvəri eyni zamanda həmin bölgədə ya­şayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir.

Maraqlıdır ki, “Xannamə”də Gün xanın məşhur vəziri Irkıl Xocanın adı ilə də rastlaşırıq ki, burada onun adı özbəklərin ikinci əfsanəvi xanı Uluq xanın adı ilə yanaşı yad edilir:

Başçısız və padşahsız gəzən özbəklər Uluq xana bir elçi göndərir və onlara tabe olmasını tələb edirlər. Əgər tabe olmasa, döyüşəcəklərini bildirirlər. Bu vaxt özbəklərin içində İrkıl Kugərdi adlı bir ağıllı adam var idi. Bu yaşlı kişi bütün özbəkləri toplayır və Uluq xanla birləşmələri üçün məsləhətlər verir. Onun sözü ilə bütün özbəklər Uluq xana tabe olmağa razı olurlar və bir çox hədiyyələrlə xanın yanına gedirlər. Xan da onları bəy eləyir (Ögəl, 2006, s. 394).

Dastanın “Uluq xanın türkmən döyüşü” adlı növbəti bölü­mündə türkmənlərin 27 uruqdan (boydan) ibarət olduğu bildirilir və onlardan bir neçəsinin adı sadalanır. Bu dəfə də Azərbaycan və Anadolu boylarının adı çəkilir, Türkmənistandakı boylardan isə söhbət belə getmir. Yuxarıda təqdim edilən siyahıda adı “ləb­nət” kimi keçən boyun adı bu siyahıda daha düzgün, “lənbə” kimi təqdim edilir. Bu siyahıda ığdırların da adına rast gəlinməsi diqqət çəkir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin