BəXTİyar tuncay etnoqonik miFLƏR


Bu sözlərdən sonra qız yola çıxır, yol alır



Yüklə 1,66 Mb.
səhifə127/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   123   124   125   126   127   128   129   130   ...   165
Bu sözlərdən sonra qız yola çıxır, yol alır,

Az-uz gedir, yorulur, nəhayət, evə varır.

Evə girməzdən əvvəl ətrafa yaxşı baxır,

Ağacın üzərində bir yazı görüb oxur.

Tanrı qutsal ağaca kitabə vurmuş imiş,

Bura gələnlərə belə buyurmuş imiş:

Bil ki, Böyük Tanrıdr bu ağacı yaradan,



Yaradıldı bu ağac göylə, yerlə həmzaman”.

Heç kimsə görməmişdir bu yerə canlı gəlsin,

Hələ insan oğlunun ayağı bura dəysin...

(Ögəl, 2006, səh. 127-128)

Məlum olduğu kimi, animizm ilkin dini təsəvvürlərin əsa­sında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ru­hun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhli­lini verən E.Teylor təlim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vurğulayırdı: birincidə ruh varlığın məh­vindən, daha doğrusu, daşıdığı cismin ölümündən sonra da mad­di həyatda fəaliyyətini davam etdirir, ikincidə isə bədəndən ay­rılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qal­xır. Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız pred­metlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəl­təbii xüsusiyyətlərin icraçılarına çevrilir. Animistik görüşlər Azər­baycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə də mədəniyyətin bütün formalarına aid nümu­nələrdə cansız varlıqların şüurlu başlanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, əncir ağacını kəsəndə “Ruhu səni tuta­caq” qənaətinə gəlirlər. Gecə yerə qaynar su atanda “Torpağın ruhunu incitdin” deyirlər. Quşa daş atanda “Onun ruhundan qorx!..” xəbərdarlığını edirlər (Qafarov, 2010, s. 15).

“Kitabi-Dədə Qorqud” eposunun “Basat Dəpəgözi öldürdi­gi boyu”nda totemizmin mahiyyətində duran əsas məsələ («qan­qohumluğu») özünə əsaslı yer alır. Basat Təpəgözə (Dəpəgözə) öz nəslini təqdim edəndə deyir ki, «Anam adın sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan Aslan!» R.O.Qafarov haqlı olaraq qeyd edir ki, burada ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsinə - matriarxat (anaxaqanlıq) dövrünə aidliyinə işarə olunur. Belə ki, Basat anasının adını birinci çəkir. Bu oğuz adətlərinə tamamilə zidd idi. Ancaq anaxaqanlıq dövrü­nün təsəvvürləri ilə üst-üstə düşür (Qafarov, 2010, s. 26).

Alim yazır:

Totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni bar verməməsi. Maraqlıdır ki, Şimali Azərbaycanda yaşayan hunlar da barsız palıd ağacını totem saymışlar. Pir kimi götü­rülən «xan çinar» da bəhrə vermir. Xalq inanışlarında söyüd ağacını kəsən adam bədbəxt olur. Söyüd ağacı da meyvəsizdir. Bu, tabu ilə bağlı seçimdən irəli gəlirdi, yəni totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı əməl edə bilsin.



Ağac toteminin Azərbaycan mifoloji sistemində böyük əhə­miyyət kəsb etməsini əsaslandırmaq üçün yüzlərlə misal gətirmək olar. Təsadüfi görünsə də, oğuz mifoloji sistemində toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox (eposda “iç oğuz”, “dış oğuz” şəklində verilir) motivlərində Azərbay­can türklərinin soy-kökündə duran qurumların əksəriyyəti Oğuzun gölün ortasındakı ağac koğuşunda rastlaşdığı gözəl­dən doğulan oğlanların adı ilə (Göy, Dağ və Dəniz) bağlanır. Burada da məhz ana xətt ağacla əlaqələndirilir. Eləcə də “Salur Qazanın evi yağmalandığı boy»da dar anında oğuz igi­di ağacdan kömək umur: «Məni sana asarlar götürməgil, ağac!” Özü də bunu islam yolunda vuruşduğu və Allahın bir­liyinə şübhə etmədiyi halda edir. Yaxud «Baybörə oğlı Bamsı Beyrək boyu»nda totemizmə söykənən “Kölgəlicə qaba ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq” etirafında bir qızın demək istədiyi belə bir fikir ifadə olunmuşdur: qardaşım Beyrəyin yoxa çıxması ilə nəslimizin kökü yerdən üzülmüşdür”(Qafarov, 2010, s. 26-27).

Ağacın ana başlanğıc kimi çıxış etməsi və bu halın ana­xaqanlıq dövrünün məhsulu olması heç bir şübhə oyatmır. Tə­sadüfi deyil ki, arxeoloji qazıntılar Azərbaycanda ağac-ana (Umay ana) bağlılığının köklərinin ən azı Eneolit, yəni Mis-Daş dövrünə qədər uzandığını göstərmişdir.

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqat­çılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qə­dər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazi­sin­də yüzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, on­ların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır. Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Mə­sələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır (Azərbaycan tarixi, 1994, s. 31-32).

Azərbaycan və türk dünyasının mifologiyasının böyük bili­cisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı mo­no­qrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir:

Ağacın doğum piri olması, onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamə­tidir. Bir çox axtarışlar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi - mə­dəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan əvvəl 4-3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içə­risində bir əl - üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.

Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olun­muşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki, burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qə­dim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar." (Se­yidov, 1983, s. 37-38).

Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə bir­gə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dün­ya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. Belə inam hökm sürürdüsə, deməli,uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi:

Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umay­la ağac həmişə qoşa xatırlanmışdır və bu hal XIX-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir” (Seyidov, 1983, s. 38).

Bu sitatdan göründüyü kimi, qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözü­gedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaş­dığı­nı sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılma­sı da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Mə­sələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. “Qədim türk lüğəti”ində də təs­bit edilmişdir (ДТС, 1969, с. 631). Bu səbəbdən də ilahə heykəl­ciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər.

Məshəti İsmayıl Rüstəm qızı yazır:

Xalq inamına görə «hər bir şeyin, ağacın, suyun əyəsi var», «nə ki, görürük hamısı əyəlidi» ifadələri, «gecə ağac al­tına getməzlər əyəsi səni vırar» kimi inamlar, ümumilikdə ağac­la bağlı inanclar sisteminin bir hissəsidir” (İsmayıl Rüs­təm qızı, 2008, s. 65).

Alim daha sonra bildirir:



Xalq arasında qələmə ağacının əsməsi ilə bağlı müxtəlif fikirlər var. Dеyirlər ki, günüsü оlan qadın qələmə ağacına söy­­kəndiyinə görə qələmə həmişə əsir. Bu dеyimlə bağlı tоpla­dığımız bir əfsanə isə dini rəvayətdən qaynaqlanır. Əfsanəyə gö­rə Sara İbrahim pеyğəmbərin еvlənməsindən çоx məyus оlur. Günlərin bir günü fikirli-fikirli qələmə ağacının altında оturur. Оnun ürəyinin əsməsi bu ağaca kеçir. Еlə о zamandan qələmə ağacı əsim-əsim əsir” (İsmayıl Rüstəm qızı, 2008, s. 66).

Rəvayətə görə Anadoludakı qızılbaş şiələr ziyarət etdikləri görklü ağaca baş endirər, ildə bir dəfə orada mərasim keçirər və qurban verərmişlər (Bəydili, 2003 b, s. 19). Yaxud Kiçik Asiya qı­zılbaşlarında müqəddəs ağacın ilahi vəsf daşıdığını bildirmək üçün həmin ağaclar sadəcə olaraq “dədə ağacı” adlandırılırdı (Bəydili, 2003, s. 18). Türklərin mifoloji düşüncəsinə görə mü­qəd­dəs “öv­liya ağac” Tanrıya qovuşmağın yolu idi (Bəydili, 2003, s. 17).

Mövzumuz baxımından uyğurların genezisi ilə bağlı Güveyninin təqdim etdiyi bir mifik süjet də çox maraqlıdır:



...Qaraqorum çaylarından sayılan iki çay var idi. Bunlar­dan birinə Toğla, digərinə də Selenqa adı verilmişdi. Bu çaylar axaraq, Kamlança adlı bir yerdə birləşirdilər. Bu iki çayın arasında iki dənə ağac var idi. Bu ağaclardan biri fısdıq, digəri isə farsların nay dedikləri ağaca bənzəyirdi. Bunların yarpaq­ları qışda da sərv kimi tökülməzdi. Meyvələrinin dadı və şəkli isə eyniylə fısdığınkinə bənzəyərdi. O biri ağaca da Tur ağacı de­yirdilər. Bu iki ağac iki dağın arasında yüksələrək böyümüşdü.

Bir gün bu iki ağacın ortasına göydən bir işıq düşdü. Bu­na görə də hər iki tərəfdəki dağlar yavaş-yavaş böyüməyə baş­ladılar. Bunu görən xalq isə heyrətlər içində qalmışdı. Qəlb­lə­rində ehtiram hissi baş qaldıran uyğurlar oraya yaxınlaşdılar. Tam yaxınlaşdıqları vaxt qulaqlarına zərif və gözəl musiqi səsləri gəlməyə başladı. Hər gecə buraya işıq düşməyə və işıqla birlikdə şimşək çaxmağa başladı. Başqa bir gün isə eyni yerdə beş ayrı yerdə qurulmuş çadır gördülər. Çadırların hər birində bir uşaq oturmuşdu. Hər uşağın da qarşısında onları doyu­racaq qədər süd dolu əmziklər asılmışd. Çadırn döşəməsi isə yuxarıdan aşağıya qədər gümüşlə bəzədilmişdi.

Bütün boyların rəisləri və xalqları bu qəribə şeyi görmək üçün yerlərini buraxb gəlmişdi. Bu mənzərəni görüncə ehtira­mla diz çöküb salam verdilər. Bir az sonra da uşaqları götürüb çölə çıxdılar. Bəslənib böyümələri üçün onları süd analarına və dayələrə verdilər. Hamı fürsət düşəndə onlara ehtiram göstərir, hər şey hədiyyə edirdi. Uyğurlardan ata və analarının kim olduğunu soruşdular, onlar da o iki ağacı göstərdilər. Buna görə xalq uşaqları götürüb ağaclarn yanına getdi. Uşaq­lar ağacları görən kimi eyniylə övladın ataya göstərdiyi ehti­ramı göstərdilər, qarşılarında diz çöküb yeri öpdülr.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin