Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


VI FƏSİL “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsi



Yüklə 1,7 Mb.
səhifə29/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   25   26   27   28   29   30   31   32   ...   97
VI FƏSİL
Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsi

2 noyabr 1917-ci il tarixində “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin həyata keçirilməsinin ikinci mərhələsinin, daha dəqiq desək, İsrail dövlətinin qurulmasına aparan sürəcin ilk toxumları səpildi. Həmin dövrdə İngiltərə hökümətində xarici işlər naziri olan Artur Jeyms Balfourun təəşəbbüsü ilə tarixə Balfour Deklarasiyası kimi düşən deklarasiya qəbul edildi. Və həmin deklarasiyadan sonra başlayan proses 14 may 1948-ci ildə İsrailin qurulması sona çatdı.

Sözügedən deklarasiya Britanyanın baş naziri Lloyd Corcun kabinəsi tərəfindən hazırlanmışdı. İngiltərə hökuməti bu sənəddə Sionist hərakatının liderlərinə Fələstin topraqlarında bir musəvi dövləti qurulması məsələsində dəstək verəcəyini rəsmən ifadə edilməkdə idi. Deklarasiya ABŞ tərəfindən də son dərəcə müsbət qarşılanmış və ABŞ-ın Orta Şərqə yönəlik siyasəti üçün onun Orta Şərqdə bir musəvi dövlətinə hər zaman ehtiyacı olacağı ifadə edilmişdi.

1918-ci ildə ABŞ prezidenti Tomas Vudrou Vilsonun deklarasiyaya dəstək verdiklərini açıqlamasının ardından Fransa və İtaliya hökumətləri də Balford deklarasiyanı dəstəklədiklərini bəyan etdilər və Orta Şərqdə bütün Qərb dövlətləri tərəfindən dəstəklənən İsrail dövlətinin qurulmasının önü açıldı.

1920-ci ildə bugünkü Birləşmiş Millətlər Təşkilatının sələfi olan Millətlər Cəmiyyəti Fələstin üzərindəki ingilis mandatını tanıdı. Həmin ildən etibarən sionistlər dünyanın bir çox yerində dağınıq vəziyətdə yaşayan yəhudiləri Fələstinə köç etdirmək səylərinə başladılar. Köç prosesini maliyyələşdirənlərin başında, əlbəttə ki, Rotşildlər dururdu.

Bu planı həyata keçirmək üçün prosesə şiddətlə qarşı çıxan müsəlmanların mənəvi birliyinə son qoymaq, bunun üçünsə onların birlik simvolu olan xəlifələyi ləğv etmək lazım idi. Bunu etmək heç də çətin olmadı. 1924-cüüü ildə Mustafa Kamalın başçılığı ilə toplanan Böyük Millət Məclisi xilafətin ləğv edilməsi barədə qərar qəbul etdi.

1930 və 1940-cı illər arasında Hitlerin yəhudilərə uyguladığı soyqırım nəticəsində Fələstinə böyük bir yəhudi köçü başladı. II Dünya savaşında Almanyanın məğlub olmasından sonra İngiltərə İsrail məsələsini Birləşmiş Millətlər Təşkilatında gündəmə gətirdi. ABŞ, Fransa və Rusiyanın da dəstəyiylə BMT 1947-ci ilin noyabrında Fələstinin biri yəhudi, o biri ərəb olmaq üzrə iki dövlət arasında paylaşılmasına qərar verdi. Qüds şəhrinə də BMT nəzarətində beynəlxalq bir bölgə statusu verildi.

Qüds şəhərinə BMT nəzarətində beynəlxalq status verilməsi ilə Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsinin birinci bölümü bitmiş oldu. Bundan sonra Rotşildlər tərəfindən təşviq edilən qlobalizm siyasətinə start verildi. Bu siyasətin son hədəfi ailə tərəfindən idarə ediləcək Qüds mərkəzli Ümumdunya Yəhudi Dövlətinin qurulması idi. Lakin bu qərar ərəbləri məmnun adə bilməzdi və etmədi də. Yəhudilər onu qəbul etsə də, ərəblər rədd etdi. Nəticədə İsrail-Fələstin savaşı başladı.

14 may 1948-ci il tarixində BMT qərarını əldə əsas tutan David Ben Qurion İsraili müstəqil dövlət elan etdi. Bundan 24 saat sonra Misir, İordaniya, Suriya, Livan və İraq orduları hücuma keçərək, “İsrail topraqları”na girdilər.

1949-cu ilin ilk aylarında BMT nəzdində İsrail və onunla savaşan ərəb ölkələri (İraq xaric) arasında sülh müzakirələri təşkil edildi və müzakirələr sonucunda atəşkəs anlaşması imzalandı. Anlaşmaya görə, sahil şeridi, Cəlilə və bütün Nəcəf İsrailə, Yəhuda və Samiriyə (Batı Şeria) İordaniyaya, Qazzə Misirə və Qüdüsün isə əski şəhərin də daxil olduğu doğu qismi İordaniyaya, batısı da İsrailə keçdi. Lakin bu, İsraillə Fələstinlilər arasındakı gərginliyi azaltmadı.

1967-ci ildə tarixə “Altı günlük savaş” adı altında düşən üçüncü ərəb-İsrail savaşı başladı.  5 İyun 1967-ci il tarixində İsrail ilə Misir, İordaniya və Suriya arasında başlayan və cəmi 6 gün sürən bu savaşda Ərəb İttifaqının yanında yer alan İraq, Səudiyyə Ərəbistanı, Sudan, Tunis, Mərakeş və Tunis kimi digər ərəb ölkələri də  əskər və silah yardımıyla qatılmışdılar.

İsrailin tam üstünlüyü ilə bitən bu savaşdakı önəmli olaylardan biri də hərbi əməliyyatları müşahidə etmək üçün bölgəyə göndərilən “USS Liberty” adlı bir Amerika gəmisinin İsrail tərəfindən hücuma uğraması olmuşdur. Hazırki bir çox problemin əsasını qoymuş sözügedən hərbi əməliyyatlar sonunda Misirin Sinay yarımadası,  Suriynın Colan təpələri  və Fələstinin Qazzə Şəridi ilə Batı Şeria topraqları İsrail tərəfindən işğal edildi və nəticədə İsrailin ərazisi dörd dəfə böyümüş oldu. Savaş sonrasında Sinay yarımadasından Misir lehinə geri çəkilən İsrail işğal etdiyi digər torpaqları özünə qatdığını elan etdi. Onun bu qərarının BMT tərəfindən pislənməsi də İsraili geri addım atmağa məcbur edə bilmədi. 

Müharibənin bitməsindən sonra toplanan BMT Təhlükəsizlik Şurasına vasitəçi kimi dəvət edilən Türkiyənin kamalist hakimiyyəti o dövrdə təktərəfli mövqe sərgiləyərək, gözlənildiyi kimi, İsraili  dəstəkləyən bir tutum sergilədi. Bundan başqa, Türkiyə Mərakeşdə toplanan İslam Konfransı Təşkilatında alınan “İsraillə diplomatik əlaqələrin kəsilməsi barədə” qərara da veto qoydu.

Burada 1956-cı il Süveyş böhranı barədə də bir neçə söz demək lazımdır. Bu böhran Misir üçün hərbi cəhəttən məğlubiyyət, fəqət siyasi cəhətdən qələbə olmuşdur. Həmin il İsrail ABŞ və keçmiş SSRİ-nin, yəni Rusiyanın təzyiqləri ilə Sinay yarımadasını azad etməyə məcbur oldu.

Misir sərhəd bölgəsinin əskərlərdən təmizlənməsi və partizanların sınırı keçib İsrailə girməsini əngəlləmək məqsədilə bölgəyə BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razı oldu. Eyni zamanda, öncəki Süveyş böhranı zamanı İsrail gəmilərinə bağlayaraq, böhranın yüksəlməsinə səbəb olduğu Tiran boğazını  təkrar açmağı qəbul etdi. Nəticədə İsrail-Misir sınırında bir müddət sakitlik hökm sürdü.

1956-cı il böhranından sonra bölgədə siyasi tarazlıq dəyişmiş, bu dönəmdə heç bir ərəb ölkəsi İsraili diplomatik mənada tanımamışdır. Həmin ilin 16 may tarixində, axşam saat 10-da BMT qüvvələrinin komandiri general İndra Cit Rixye Birləşmiş Ərəb Cumhuriyyətlərinin Müdafiə nazirliyində çalışan general Mühəmməd Fövzidən  bir məktub aldı. Məktubda bunlar yazıılmışdı:

Nəzərinizə çatdırılır ki, bütün BƏC zirehli birliklərinə İsrailə qarşı ediləcək bir hərəkata hazır olmaları üçün əmr verdim. Hər an hər hansı bir ərəb ölkəsinə qarşı hücum hərəkatı başlaya bilər. Bu təlimatlar səbəbimizdən birliklərimiz Sinayda, doğu sınırlarımızda zatən hazırdı. Sınırlarımız boyunca müşahidə nöqtələri quran Bütün BMT TŞ adından sənin təcili olaraq, bütün birliklərini geri çəkmə əmri verməni rica edirəm.”

Rixye BMT baş katibinə ondan təlimatlar almaq üçün bu barədə məruzə edəcəyini söylədi. BMT-nin o dövrki baş katibi U Tanın onu qəbul edecəyini də sözlərinə əlavə etdi. Fəqət 18 may günü Misirin Xarici işlər naziri BMT qüvvələrinin Misirlə Qazzə Şəridinin arasındakı ərazini tərk etməli olduğunu bildirdi. Misir hərbi qüvvələri BMT-nin hərbi birliklərinin öz ərazisinə girməsini əngəllədi. Belə olan halda, Hindistan və Yuqoslavilya U Tanın qərarını gözləmədən özlərinin BMT qoşunları içərisində yer alan hərbi birliklərini çəkmək qərarı aldılar. U Tan Misir-İsrail səhəddindəki BMT qüvvələrini İsrail ərazisinə çəkməyi tövsiyyə etdi, lakin İsrail bunu rədd etdi. Nəticədə mayın 19-da BMT qüvvələrinə geri çəkilmək barədə əmr gəldi. Bundan sonra Misir prezidenti Camal Əbdülnəsr  qoşunlarını yenidən Sinaya yerləşdirdi və İsrail sınırındaki tanklara və birliklərə baxış keçirdi.

Mayın 22-də Misir Tiran boğazını dənizdən İsrailə hərbi ləvazimat göndərilməsi səbəbindən bağlamaq məcburiyyətində olduğunu bəyan etdi və 23 mayda boğazı bütün gəmilərə qapatdı. Bu addımını 18 yanvar 1951-ci ildə qəbul edilmiş və 17 fevral 1958-ci il tarixində son şəklini almış BMT Dəniz  Konvensiysı Qanununun üçüncü maddəsi ilə əsaslandırdı və həmin maddəyə uyğun olaraq, 12 dəniz mili genişliyindəki dəniz sahəsinni nəzarətə götürdü. Misir sözügedən sahədən keçən bütün gəmiləri yoxlamaq səlahiyyətinə sahib olduqlarını elan etdi və oradan keçən bütün gəmilərdə axtarışlar aparmağa başladı.

Əslində BƏC boğazda sadəcə 5 km genişlidəki bir əraziyə nəzarət etmək haqqına sahibdi. Bu vəziyyət boğazın böyük bir qismini çevrələyən Misirın gəmiləri yoxlaya bilməsi və körfəzə keçişlerin nəzarətini əlində tutması səbəbiylə mübahisələrə səbəb olmaqda idi. Camal Əbdül Nasirin sərgilədiyi bu tutum neft tankerlərinin keçişinə böyük əngəl yaradırdı. Ən böyük zərbə isə, təbii ki, İsrailə dəyirdi. İsrailin Aralıq (Ağ) dənizi üzərindən gerçəkləşdirdiyi ticarət əlaqələri böyük problemlərlə üzləşmişdi. Bir sözlə, bəlirsizlik davam edirdi. Bununla belə, İsrailə aid olmayan bəzı neft gəmiləri bu yoldan istifadə edə bilirdi. Nəticədə yaranmış vəziyyət beynəlxalq məhkəmənin mövzusu halına gəldi və İsrail Misirin tutumunun qeyri-qanuni olduğunu önə sürdü. Bundan öncə, yəni 1957-ci ildə də İsrail Sinay və Gazzədən geri çəkilərkən də “casus belli” elan etmişdi.

İsrailin boğazdan sərbəst keçməsi səbəbindən ərəb dövlətləri arasında bəzi narazılıqlar vardı. İsrailə bu haqları təmin edən Quru suları və Quru sularına Yaxın Bölgələr Konvensiyasının 16-cı maddəsinin 4-cü bəndi idi. Misir buna əməl etmək məcburiyyətində idi. Bununla belə, bəzi çətinliklər yaradırdı. Qarşıda ərəb-İsrai savaşının yenidən alovlanması üçün yeni zəmin yaranmaqda idi.

May və iyun ayları boyunca İordaniyanı savaşın dışında tutmaq üçün var gücü ilə çalışan İsrail çoxtərəfli hucumların baş verə biləcəyindən narahat idi və Batı Şeriadakı Fələstinlilər ilə uğraşmaq məcvuriyyətində qalmaq istəmirdi. İordaniya kralı Hüseyn mayın 30-da Fələstin ilə qarşılıqlı müdafiə andlaşması imzaladı. Bu səbəblə də Misir və Suriya arasında olan hərbi birliklərə qatıldı. Misir prezidenti Nasır bundan bir neçə gün öncə kral Hüseyni “imperializmin nökəri” adlandırmış olmasına rəğmən, “Bizim əsas vəzifəmiz İsrailin məhvini gerçəkləşdirməkdir, ərəb xalqı savaşmaq istəyir” şəklində bir bəyanatla çıxış etdi. 1967-ci ilin may ayının sonunda İordaniya qüvvələri Misir generalı Əbdül Münim Riyadın əmrinə verildi. Eyni gün Nasır “Misir, İordaniya, Suriya və Livan orduları İsrail sınırlarında mövqe tutmalı, mücadilənin qüruru üçün İraq, Əlcəzair, Küveyt, Sudan və bütün ərəb xalqı hazır olmalıdır. Bu hərakat bütün dünyanı şok edəcek. Bu gün onlar ərəb xalqının savaşa hazır olduğunu biləcək. Kritik saat yaxınlaşdı. Ciddi bir hücum üçün bəlli bir səviyyəyə çatdıq, bundan artığı açıq ifadə edilmək üçün deyil” – deyə yeni bir bəyanatla çıxış etdi.

İsrail İordaniyanı savaşa girməməsi üçün dəfələrcə xəbərdar etsə də, İordaniyanın sərt cavabı ilə üzləşdi: “Əğər İordaniya müharibəyə qatılmazsa, ölkədə vətəndaş müharibəsi başlayar”.

İsrail savaşın çıxacağı halda Batı Şerianın üzərində nəzarətin bütünlüklə İordaniyanın əlinə keçə biləcəyindən narahat idi. Narahatçılığın başqa bir səbəbi isə ərəb hərbi qüvvəlerinin İsrailin daxili sularından sadəcə 17 kilometr aralıda olması idi. Bu nöqtədən həyata keçirələcək bir tank hücumu İsraili saat yarım ərzində ikiyə bölə bilərdi. Üstəlik də Batı Şeriadan gerçəkləşdiriləcək hər hansı bir hücum İsrail üçün böyük bir təhlükə yarada bilərdi. Bu azmış kimi, Iraq, Sudan, Küveyt və Əlcəzair də bölgəyə öz zirehli texnikasını göndərmişdi.

1967-ci ilin 27 mayında Ərəb Ticarət Birliyində çıxış edən Camal Əbdül Nasir əsas vəzifənin İsraili  yox etmək olduğunu bəyan etdi. Lakin, İsrailin keçmiş xarici işlər naziri Abba Ebanın da yazdığı kimi, onun əslində müharibə etmək fikri yox idi, onun əsas amacı SSRİ-nin köməyi ilə müharibəsiz bir qələbə qazanmaq idi. Bunun gerçəkdən belə olduğunu Jeyms Reston da özünün 4 iyin 1967-ci il tarixində “Nyu York Tayms” qəzetində yayınlanan yazısında təsdiqləməkdədir: "Qahirə müharibə istəmir və savaşa hazır deyildir. Lakin o, savaşın hər an çıxa biləcəyini başa düşür, O, artıq vəziyyətə nəzarəti bütünlüklə itirmişdir".

Yenidən alovlanmaq üzrə olan müharibənin əvvəllərində Mısır üst-üstə 160 min olan əskərinin 100 minini Sinay yarımadasına yerləşdirmişdi. Bu əskərlərin üçdə biri Yəməndəki vətəndaş müharibəsində iştirak etmiş təcrübəli əskərlər idi. İordaniya ordusunun 55 min, Suriya ordusunun 75 min əskəri vardı. İsrail ordusunun toplam əskər sayı isə ehtiyatdakılar da daxil olmaqla 264 nəfərdən ibarət idi.

İyunun 1-də, axşam İsrailin müdafiə naziri Moşe Dayan yüksək rütbəli komandanlarla toplantı keçirərək, Misirə qarşı hazırladığı planı onlara təqdim etdi. İsrailin ilk və ən sarsıdıcı həmləsi Misirin hava qüvvələrinə qarşı başladılan önləyici hava hucumu oldu. Həmin dövrdə Misirin hava qüvvələri ərəb ölkələrinin hava qüvvələri arasında ən böyüyü idi. Misir hamısı sovet istehsalı olan 450 yeni tipli savaş uçağına sahib idi. Bunlardan 30-u İsrail ordusuna və mülki mərkəzlərinə ağır xəsarət yetirmək imkanında olan “Tu-16” markalı orta  bombardıman təyyarəsi idi. İlk olaraq onları sıradan çıxartmaq lazım idi. 

İyunun 5-də, İsrail vaxtı ilə 07:45-də çalınan həyacan siqnalının ardınca İsrail hava qüvvələri gözlənilmədən əməlliyata başladı. İsrailin əlində olan 200 təyyarənin, 12-si xariç, hamısı havaya qaldırılaraq, Misirin hərbi aerodromlarını və havadan müdafiə sistemlərini hədəfə aldılar. Beləcə, Misirin havadan müdafiə sistemlərinə və təyyarələrinə aşırı dərəcədə xəsarət yetirildi. Hərbi aerodromlar eyni zamanda top atəşlərinə də məruz qalmış, nəticədə Misirin təqribən 300 təyyarəsi məhv edilmişdi.

İngiltərə və ABŞ-ın dəstəyi ilə həyata keçirilən hücum gözlənildiyindən də uğurlu oldu. Misirin hərbi aerodromları elə bir xəsarət aldı ki, sağ qalan uçaqları havaya qaldırmaq mümkünsüz oldu. Bu hücumda İsrail sadəcə 19 uçaq itirdi. Onların da əksəriyyəti təmir edilə biləcək yüngül xəsarətlər almışdı.

Artıq savaşın nəticəsi əvvəlcədən bəlli idi. Bu səbəbdən də İordaniya savaşa daxil olmaq istəmirdi. Lakin Camal Əbdül Nasir kral Hüseyini dilə gətirə bildi və kral öz qoşunlarına hücum əmri verdi.

Müharibədən öncə İordaniyanın 300 modern tankı, 200 topu və sadəcə 24 ədəd təyyarəsi vardı. Ordu 55 min professional əskərdən ibarət idi. İsrail bu orduya qarşı Batı Şeria cəbhəsində sahəyə 40 000 əskər və 200 tank çıxarməşdı. Məqsəd İordaniya ordusunun irəliləməsinə yol verməmək idi. Əsas qüvvələr isə Misirə qarşı göndərilmişdi.

İyunun 5-də İordaniya hərbi birlikləri Qüds bölgəsinə hücuma keçərək, BMT müşahidəçilərinin bulunduğu Hökumət Mehmanxanasını ələ keçirdilər və şəhərin İsrailin nəzarətindəki qərb qismini bombalamağa başladılar. Qalileyadakı qoşunlar Tel-Əviv istiqamətinə atəş açdılar. İordaniya Kraliyyət Hava Qüvvələri  isə İsrail aerodromlarına hücüma keçdi. Hava və topçu hücumları kiçik miqyaslı zərərlərə səbəb oldu. Bunun qarşılığında İsrail hava qüvvələri İordaniya hava qüvvələrini də Misirin hava qüvvələrini məhv etdiyi qaydada məhv edə bildi və havada tam bir üstünlük ədə etdi.

İyunun 6-da İsrail birlikləri əks-həmləyə keçti. Ehtiyat paraşütçü tüməni Qüdsü mühasirəyə aldı və bu, tarixə “Qanlı Sursat Təpəsi” adı ilə düşmüş təpənin ələ keçirilməsi ilə tamamlandı. Piyada tüməni Latrundakı qalaya hücuma keçdi və səhərə yaxın oranı ələ keçirərək, Beyt Horondan Ramallaha doğru irəliləməyə başladı, axşam Ramallaha çatdı. Burada İorddaniyanın 60-cı tüməni yox edildi.

İyunun 7-də ağır döyüşlər oldu. Yəhudilər həmin döyüşdən sonra ən böyük xəyallarını gerçəkləşdirdilər. İsrail birlikləri Qüdsün Əski şəhər hissəsinə daxil oldular, Batı Divarını və Tapınaq Dağını ələ keçirdilər. Daha sonra Yudea, Quş Etzion və Hebron işğal edildi. Yəhudi orduları irəliləməkdə davam edərək, Nablusu tutdular, bundan sonra İordan çayına qədər olan torpaqları ələ keçirdilər.

İyunun 7 və 8-də davam edən döyüşlərdə böyük itkilər verən Misir və Suriya orduları geri çəkilməyə məcbur oldu. İsrail Suriyaya aid Colan təpələrini də işğal etdi. Lakin yəhudilər üçün ən önəmli olan Qüdsün Əski şəhər hissəsi, Batı Divarı və Tapınaq Dağı idi. Tapınaq dağının ələ keçirilməsi ilə “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsinin ikinci bölümü də tamamlanmış oldu. Bu savaşda ərəblərin ən böyük səhvi o idi ki, SSRİ-yə həddən artıq çox güvəndilər, ABŞ və İngiltərənin İsrailin arxasında durduğuna isə ciddi əhəmiyyət vermədilər. Bu savaş əslində ABŞ və İngiltərənin SSRİ, yəni “Ümumdünya Kommunist Cəmiyyəti” qurmağı hədəfləyən və bu məqsədlə ərəblərlə işbirliyinə önəm verən Rusiya üzərində möhtəşəm qələbəsi idi. Qərb imperializmi rus imperializminə qalib gəlmişdi.

1967-ci il savaşında məğlub olan və torpaq itirən Misir, İordaniya və Suriya savaşdan sonra aldıqları silah və sursatlar ilə ordularını yenidən təmin etdilər və təşkilatlandırdılar. İsrail də eyni dönəm içində ABŞ və Fransadan  aldığı modern silah və təçhizatlardan başqa, bunların bir qismini öz imkanlarıyla istehsal etməyə başladı. Misir kanalından keçmə çətinlikləri səbəbiylə sulardan geçmə təlimlərinə ağırlıq verirdi. İsrail isə kanalın şərqində 1967-ci ildən etibarən güçləndirdiyi "BAR-LEV Xətti" ilə lazım gəldiyi zaman qələbə qazanacağını və bu müddət içində Suriya-Livan  tərəfindəki ərəb ordularına hücum edərək, bunları sürətlə məhv edəcəyini düşünürdü. Misirlə Suriya arasındakı uzaqlığın 300 km olması və Misirlə İsrail arasında kanal və çölün yerləşməsi İsrailə manevrlər etmək imkanı verirdi.

Ərəblər danışıqlar yolu ilə itirdikləri torpaqları geri almağa çalışırdılar. Fəqət İsrail işğal etdiyi torpaqlardan çəkilmək fikrindən çox uzaq idi. Belə olan halda, sülh danışıqlarından ümidini kəsən Misirin yeni prezidenti Ənvər Sədat və Suriya prezidenti Hafiz Əsəd 1 aprel 1973-cü ildə bir araya gələrək, İsrailə qarşı yeni hərbi əməliyyatlara başlamaq barədə fikir birliyinə gəldilər və bu planı gizli saxlamağa qərar verdilər. Lakin plan həyata keçirilmək ərəfəsində ikən, Misir və Suriyadakı sovet hərbi təlimatçılarının və ailələrinin hava yolu ilə bu ölkələri tərk etməsindən şübhələnən İsrail 1973-cü ilin 6 oktyabrında, saat 03.00-də öz hərbi qüvvələrini hazır vəziyyətə gətirdi.

Həmin ana qədər ərəb quru qoşunlarının sayı, Misirinki 325 min, Suriyanınkı isə 112 min olmaq üzrə, 473 min ikən, İsrailin əskərlərinin sayı 105 min idi. Ancaq İsrail sürətli və təsirli səfərbərlik sistemiylə onların sayını 48-72 saat içində 300 minə çıxara bilmişdi.

Yenidən alovlanan bu savaş da rəsmən Misir və Suriya ilə İsrail arasında cərəyan etdi. Livan və İordaniya savaşa rəsmən qatılmaqdan qaçındılar. Bununla belə, bu savaşda bütün ərəb ölkələri tam bir yardımlaşma içində Misir və Suriyaya malî, siyasî və hərbi yardımda bulunmuşdular.

Misir və Suriya orduları İsraillilərin Yom Kippur bayramını qeyd etdiyi gün, yəni 6 oktyabr 1973-cü il günü saat 14:00-da hücuma keçdilər. Suriya cəbhəsindəki hücumları Colan  bölgəsində durduran İsrail əsas gücünü Suriya cəbhəsinə yönəltdi ve 9 oktyabr sabahı Colan cəbhəsində əks-hücuma keçdi. 22 oktyabr 1973-cü ildə İsrail Hermon dağının  hakim yüksəkliyini, yəni 2201 saylı təpə bölgəsini ələ keçirdi və Suriya topraqlarında 20 km dərinlikdə, 40 km genişlikdəki bir ərazini işgal etdi.

Sinay cəbhəsində kanalı keçməyə müvəffəq olan Misirin 1-ci və 2-ci orduları BAR-LEV müdafiə xəttini ələ keçirdilər və kanalın 10–15 km qədər şərqinə tərəf irəlilədilər. 14 oktyabr günü 70 min əskər və 700 tank ilə İsrailin ikinci müdafiə mövqelərinə həmləyə keçdilər. Ancaq Suriya cəbhəsində vəziyyəti öz lehinə dəyişməyi bacaran və 4 zirehli birliyini Sinay cəbhəsinə sövq edən İsrail qısa bir zamanda bu cəphədə də üstünlük əldə edə bildi. 16 oktyabr 1973-cü il tarixində İsrail qoşunları Sinay cəbhəsində əks-hücuma keçdi və 18-19 oktyabr gecəsi Süveyş kanalının qarşı tərəfinə keçdi. Misir İsrail ordusunu yalnız İsmailiyə-Qahirə  yolunun 5 km qədər şərqində durdura bildi.

BMT-nin 22 və 24 oktyabr tarixli atəşkəs qararlarına əhəmiyyət verməyən İsrail, 26 oktyabr günü BMT Barış Gücünün gəlməsiylə atəşkəsə uydu. Bunda SSRİ-nin bölgəyə təktərəfli hərbi qüvvə göndərmək istəməsinin də təsiri olmuşdu. Atəşkəs qərarı tətbiq edilməyə başladı.

Bu savaş sonunda Misir 500, Suriya 500, Iraq 120, İsrail isə 600 tank itirdi. Savaş sırasında Misir-Suriya qüvvələri 8500, İsrail isə 6000 əskərindən məhrum oldu. Ərəblər itirilmiş torpaqlarını qaytara bilmədilər, İsrail daha əvvəl işğal etmiş olduğu torpaqları, o cümlədən Tapınaq təpəsini əlində saxlamağı bacardı.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin