Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


V FƏSİL Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsi



Yüklə 1,7 Mb.
səhifə28/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   24   25   26   27   28   29   30   31   ...   97
V FƏSİL
Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsi

Qeyd etdiyimiz kimi, 300-lər Komitəsinin əsas hədəfi Qüds (Yerusəlim) mərkəzli Vahid dünya dövləti və Vahid dünya hökuməti qurmaqdır. Bu ideyanın əsas fikir babalarından biri Rotşildlərdir. Əsrlərdir sözügedən ideyanı gerçəkləşdirməyə çalışan və hədəfinə doğru mərhələ-mərhələ irəliləyən sözügedən ailənin, eləcə də digər zəngin yəhudi ailələrinin bu məqsədlə görməli olduğu ilk iş Osmanlı dövlətini, başqa sözlə, İslam Xilafətini məhv etmək, həmin dövrdə Osmanlı dövlətinin tərkib hissəsi olmuş Fələstin (İndiki İsrail) torpaqlarını, o cümlədən Qüdsü “azad etmək” olmuşdur.

Əldə olan məlumatlara görə, Rotşildlər bu fikrə Benjamin Disraelinin İngiltərə baş naziri olduqdan sonra gəlmişdilər.

Mühafizəkarlar Partiyasının təmsilçisi qismində 1868 və 1874-1888 – ci illərdə İngiltərənin baş naziri olmuş yəhudi mənşəli Benjamin Disraelidən bəhs edən Henri Kissencerin yazdığına görə, “Benjamin Disraeli (1804-1881) İngiltərə hökumətinə baş nazirlik edən ən alışılmamış və ən fövqaladə şəxsiyyətlərdən birisiydi. O, frapan geyimli, parlaq və hiyləgər idi. İngilis siyasi hayatında heç bir yəhudi bu qədər yüksək bir mövqeyə yüksəlməmişdi. Siyasi karyerasından öncə bir yazıçıçı və natiq olan Disraeli 1844-cü ildə yayınladığı “Yeni nəsil” adlı hekayəsində yeni bir dunyadan söz edərkən, bu vaqeənin əsas aktyorları kimi Rotşild ailəsini göstərrməkdə idi. Hekayədəki Sidonia xarakterinin Lionel de Rotşildə həsr edildiyi bilinməkdədir.

Sefard yəhudilərindən olan Disraelinin, mədəniyyət, xarici görünüş və alışqanlıqları baxımından onlara bənzəməyən aşkenaz yəhudilərinin təmsilçisi olan Rotşild ailəsinə belə bir rol verməsi təəccüblüdür. Əntiq əşya, hissə sənədləri, qiymətli daş-qaş və əntiq pullarla məşğul olan Rotşild ailəsinin, Disraelinin onlara bicdiyi rola uyğun olduqları və bu rolu mənimsədikləri, sonrakı hadisələrdən anlaşılmaqdadır...

...Disraeli’nin göstərdiyi hədəflər Rotşild ailəsinin aralıqsız olaraq 200 ilə yaxın bir müddətdə həm dünya iqtisadiyyatında, həm də dünya siyasətində əsas qərarverici olmalarını təmin etmişdir. Onun Rotşild ailəsinə göstərdiyi hədəf kitablarında daha cox işarətlərlə, simvollarla bildirməyə çalışdığı sionist layihələr idi. Disraeliyə görə, Rotşildlər yəhudi irqini qürurlandıran insanlardır”.

Disraelinin yəhudi dövləti barədə xəyallarını paylaşanlardan biri də onun yaxın dostu lord Edvard Henri Stenley idi. O və Disraeli bir gün lord Carrinqtonun Hiq Vaykombedəki parkında gəzintiyə çıxmışdılar. Gəzintidən sonra lord Edvard Henri Stenley öz gündəliyinə bunları qeyd etmişdi:

“Hava cox soyuqdu. Geneilfidə hava dəyişikliklərinə qarşı cox həssas olmasına rəğmən, bu dəfə havanın dərəcəsinə fikir verməyərək, planını anlatdı. “Fələstin, təbii sərvətlərə sahibdir” - dedi, - “...Topraq Türkiyədən satın alına bilər. Pul Rotşildlərdən və irəli gələn ibrani kapitalistlərdən gələcək. Türk İmperatorluğu iflasın eşiyindədir və gəlir əldə etmək üçün hər şeyə razı olar. Görülməli olan əsas iş topraq üzərindəki haqqlara sahib koloniyaların qurulması və güvənliyin təminat altına alınmasıdır. Vətəndaşlıq mövzusu bunların gercəkləşməsinə qədər gözləyə bilər”.

Bu mövzuların sıx-sıx yəhudi xalqının gündəminə gəldiyini əlavə etdi. Bunları həyata keçirəcək yeni Məsihin (Maşiahın) öz xalqının əsil xilaskarı olacağını söylədi”.

Disraelinin 1851-ci ildə dostuna anlatdığı bu layihədən bəhs edən Sezai Balçı özünün “İsraili quran ailə - Rotşildlər” adlı məqaləsində yazır ki, sözügedən layihə, yəni İsrail dövlətinin qurulması və yeni Məsih (Maşiah) layihəsi Rotşildlərin bəsirət dolu mali və siyasi tutumlarıyla bir müddət sonra həyata keçirilməyə başlanmışdır. Disraelinin xəyalı 100 il sonra, 1948-ci ildə beynəlxalq əlaqələr və siyasət elmi barədə bütün nəzəriyyələri alt-üst edəcək bir şəkildə İsrailin qurulmasıyla gercək olmuşdur. “Əslində Türkiyənin Rotşild ailesiylə tanışlığı Disraelinin yuxarıda anlatılan hekəyəsindən və “Yeni nəsil” adlı əsərin nəşrindən cox daha oncəki tarixlərə təsadüf etməkdədir”.

Sezai Balçı haqlı olaraq bildirir ki, Rotşild ailəsinin Osmanlı dövlətiylə ilk əlaqələri 1828-1829 - cu illər Osmanlı-Rusiya Savaşı sırasında gerçəkləşmişdir. Savaş sırasında Osmanlı dövləti Dunay qarnizonları üçün gərəkli olan ləvazimatı Rotşild ailəsinin ortaqlarından “Stametz Mayer” şirkətindən satın almışdı. Yunanistanın müstəqilliyini elan etməsindən Osmanlı dövlətinə ödəməli olduğu “Yunan mükufat-i nəqdiyyəsi” adlı təzminatı da 1834-cü ilində Nataniel de Rotşild İstanbula gətirmiş və bu zaman Sultan Il Mahmudla göruşə bilmişdi.

Rotşild ailəsinin axtardıgı fürsət 1853-1856 - cı illər Kırım savaşı sırasında ortaya cıxdı. Həmin savaşdan sonra güclü maliyyə sıxıntısı çəkən İslam Xilafəti, yəni Osmanlı dövləti o dövrdən başlayaraq I Dünya savaşına qədər bir cox Avropa bankirindən borc almışdı ki, bunların arasında Rotşildlər də vardı. Bu barədə Türkiyənin Başbakanlıq Osmanlı Arxivində qorunan sənədlərdən məlumat əldə etmək mümkündür. sənəd qorunmaqdadır. Həmin sənədlərdən belə aydın olur ki, Rotşildlərdən böyük miqdarda ilk borc Kırım savaşı davam edərkən, 1853-cü ildə alınmışdır. Bundan başqa, eyni sənədlərdən o da aydın olur ki, Osmanlılar Kırım savaşından öncə Rotşildlərlə ticarət etmiş və həmin dövrdə də qısamüddətli borclar almışdır. Bu borcu verən Ceyms Mayer de Rotşild (1792-1868) idi.

Bitib-tükənmək bilməyən müharibələr və borclanmalar 1876-cı ilin 30 may tarixində xəlifə və sultan Əbdüləzizin taxtdan endirilməsi və bundan az sonra, daha dəqiq desək, 4 iyunda öldürülməsi ilə nəticələndi. Ondan sonra taxta Fransa Mason Lojasına (Maşnk-i Əzəmlik) bağlı olan Mason Proodos Lojasının üzvü V Murad çıxtı. Təkcə o deyil, şahzadələrdən Nurəddin və Kamaləddin də Rotşildlərin Fransa qolu tərəfindən yönləndirilən həmin lojanın üzvü idilər. Beləcə, Rotşildlər Osmalı dövlətinin, yəni İslam Xilafətinin başına dolayısı ilə özlərinə bağlı olan adamları gətirməyi bacardılar. Lakin V Murad hakimiyyətdə sadəcə 93 gün qaldıqdan sonra ağlını itirdi. Hakimiyyətə masonların proqnozlaşdıra bilmədikləri II Əbdülhəmid gəldi və bu, Rotşildlərin planını müvəqqəti də olsa, pozdu. Lakin artıq Osmanlı dövləti əvvəlki qüdrətinə sahib deyildi. Məşrutiyyətin elan edilməsi və Rusiya ilə davam edən savaş ölkənin daha çox borclanmasına səbəb olurdu. Dövlət iflasın tam astasına gəlmişdi.

İflasın elan edilməsi Osmanlı ilə Rotşildlər arasında bir problemin yaranmasına səbəb olmadı. Çünki Rotşildlərə olan borclar İngiltərə və Fransanın kəfalətləri (zəmanətləri) altındaydı. Osmanlı borcunu ödəməyəcəyi halda bu iki dövlət həmin borcun məsuliyyətini öz üzərinə alacaqdı. Elə bu da Rotşildlərin vəziyyətini Osmanlılara borc vermiş diğər bankirlərin vəziyyətindən fərqləndirirdi.

Əlbəttə, bu o demək deyil ki, Osmanlı borclarını qaytarmırdı. Məsələn, 22 noyabr 1879-cu il tarixində dövlətin öz borclarının qarşılığında gəlir gətirən obyektlərin bir hissəsini kreditorlara kirayə verdiyi məlumdur. Bu məqsədlə “Rüsum-i Sittə İdarəsi” adlı xüsusi idarə də qurulmuşdu. Bundan başqa, Osmanlı dövlətinin bütün daxili və xarici borclarını ödəmək üçün “Mühərrəm Qərarnaməsi” verildi. Qərarnaməyə görə, Osmanlı dövləti bəzı gəlirlərini 13 yanvar 1882-ci il tarixindən etibarən xarici borcların ödənməsinə ayırdı. Təhvil sahiblərinin mənafelərini qorumaq üçün bir İdarə Məclisinin qurulması qərara alındı. Rəsmi adı “Düyün-i Ümumiyə-i Osmaniyə Məclisi” olan və İstanbulda yerləşən bu məclis təhvil sahiblərinin təmsilçilərindən təşkil edilməliydi.

Sezai Balçı qeyd edir ki, bu qurumun təsisindən sonra da müxtəlif səbəblərlə borclanmalar davam etmişdir. Belə ki, dövlət 1886, 1888, 1890, 1891, 1893, 1894-cü illərdə iki dəfə, 1896, 1902, 1903-cü illərdə üç dəfə, 1904, 1905-ci illərdə iki dəfə, 1906, 1908-ci illərdə üç dəfə istikraza getmək məcburiyyətində qalmışdı. II Məşrutiyətin elanından sonra da bu yoldan dönulməmiş, 8 dəfə xaricdən borc alınmışdı ki, onların hamısı yalnız Cümhuriyyət dövründə ödənilə bildi.

II Əbdülhəmid Rotşildlərdən ilk dəfə 1891-ci ildə borc almış, ümumilikdə isə bu ailə ilə iki dəfə borc müqaviləsi imzalanmışdır. 1891-ci borcianmasının eyni zamanda 1877-ci il borclanmasıyla əlaqəli olduğunu yazan Sezai Balçının sözlərinə görə, 5 Mart 1891-ci il tarixində imzalanmış muqaviləyə əsasən, “bu təhvil-təslim prosesi Osmanli dövləti ilə London və Parisdəki Rotşild qrupları və Osmanlı Bankı arasında gerçəkləşdirilmişdir. Bu sözləşmə ilə 1877-ci ildə ixrac edilmiş olan və 4.285.630 sterlin tutan və hələ tədavüldə olan Mühafəza-i Hüquq-i Osmaniyə İstikrazı (Ottoman Defence Loan) və Misir vergisi qarşılıq göstərilərək, Rotşildlər və Osmanlı Bankı arasında imzalanmışdır. Osmanlı dövləti 1877-ci il istikrazının 4.285.630 sterlin dəyərindəki təhvilatının dəyişimi üçün, Rotşildlərdən 4 faizlə 6.316.920 sterlin borc alımışdır. Borclanma müddəti müqaviləyə görə 60 il idi. Borcun illik geri ödənməsi isə 280.612 sterlin 18 şilinq və 4 peni olaraq təsbit edilmişdi. Yəni bu halda 60 il içində Rotşild ailəsinə ödənəcək paranın toplamı üst-üstə 16.837.000 sterlinə çatacaqdı. Bu müqavilə 2 mart 1891-ci ildə sultan və xəlifə II Əbdülhəmid tərəfindən təsdiq edilərək icraata girmişdir”.



Sultan və xəlifə II Əbdülhəmid dövründə Rotşild ailəsindən alınan ikinci borc 1894-cü ilə təsadüf edir. Bu borc 15 oktyabr 1955-ci il tarixinə qədər kecərli olacaqdı. Osmanlı dövlətinin yeni borcları illik 329.249 sterlin, 6 şilin, 1 penilik hissələr halında İngiltərə Bankına yatıracaqdı. Bu halda borc 61 il içində 20.084.189 sterlinə çatacaqdı.

Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsi İslam Xilafətinin, yəni Osmanlı dövlətinin tərkib hissəsi olan Fələstini yəhudi mühacirlərlə məskunlaşdırmağı nəzərdə tuturdu. Ailə bu barədə tələblərini ilk dəfə 1891-ci il borclanmasından sonra açıq şəkildə dilə gətirməyə başladı. Lakin istədiyinə nail olmadı.

II Əbdülhəmidə bu barədə növbəti dəfə müraciət edən şəxsin sionizmin banisi hesab edilən Teodor Hertzelin olduğu bilinməkdədir.

Vyana Universitetində hüquq təhsili alan Teodor Hertzel Budapeştdə  vəkil kimi fəaliyyət göstərməkdə idi, yazıçılıqla da məşğul olurdu və bir neçə pyes qələmə almışdı. O da digər yəhudilər kimi, bütün yəhudilərin bir dövlətinin qurulmasını vacib sayır, buna çalışırdı. Yəhudilərin bütün dünyada əzildiyini və zülm çəkdiyini iddia edən Hertzel 1896-cı ildə "Yəhudi dövləti" kitabını qələmə aldı, 1897-ci ildə Dünya Sionist Təşkilatının qurucularından və təşkilatın İsveçrənin Bazel şəhərində keçirilən təsis konqresinin təşkilatçılarından biri oldu. Onun Konqresdəki nitqi zamanı "mən bu gün burda yəhudi dövlətini qurdum, ancaq bunu yüksək səslə söyləsəm, bütün dünya mənə gülər. Ancaq beş, ya da əlli il sonra bunu hər kəs belə qəbul edəcək" dediyi məlumdur.

Rotşildlər tərəfindən maliyyələşdirilən həmin konqresdə yaradılması planlaşdırılan yəhudi dövlətinin sərhədləri də müəyyən edilmiş, Hertzel Dünya Sionist Təşkilatının sədri seçilmişdi.

Yəhudilərin Fələstinə yerləşdirilməsini hədəfləyən Teodor Hertzel  17 may 1901-ci il tarixində II Əbdülhəmid ilə görüşə bildi. Görüşdən sonra “Daily Mail” qəzetinə müsahibə verən və sultanla görüşməsindən duyduğu məmnuniyəti dilə gətirən Hertzel II Əbdülhəmiddən yəhudilərin dostu kimi bəhs edərək bildirmişdir ki, II Əbdülhəmid yəhudilərin, müəyyən bir yerdə toplu halda olmamaq şərtiylə, Osmanlı topraqlarına gəlmələrini qəbul etsə də, Fələstinə yerləşmələrini qəbul etmədi. 

Hertzelin əsil istəyi yəhudilərin məhz Fələstində məskunlaşmasını təmin etmək idi. Bunun qarşılığında Rotşildlər Osmanlı borçlarının önəmli bir qismini ödəməyə hazır idilər. Lakin II Əbdülhəmid borcların ödənilməsi təklifini də rədd etdi. Osmanlı arxivlərində bulunan sənədlərdən belə məlum olur ki, xəlifə, Hertzeli hüzurundan qovmamış, onunla xoş davranmış, fəqət yəhudilərin yerləşə bilmələri üçün onlara Mesopotamyanı təklif etmişdi.

Rotşildlər “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsini yalnız və yalnız I Dünya savaşında ingilislərin əli ilə gerçəkləşdirə bildilər. Həmin savaşda Fələstin cəbhəsinə başçılıq edən Mustafa Kamal Paşanın 75 min müsəlman türk əskərini ingilislərə əsir verərək geri çəkilməsi səbəbindən ingilislər qalib gəldilər və Fələstin torpaqları, o cümlədən Qüds ingilislərin əlinə keçdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin