Mühazirə 1 Ədəbiyyatşünaslığın ədəbi-nəzəri fikrinin ilk mərhələsi



Yüklə 1,3 Mb.
səhifə1/5
tarix20.01.2017
ölçüsü1,3 Mb.
#744
növüMühazirə
  1   2   3   4   5
Mühazirə 1

Ədəbiyyatşünaslığın ədəbi-nəzəri fikrinin ilk mərhələsi
Ədəbiyyat tarixçisi həm ədəbi şəxsiyyətlərə və onların yaradıcılığına, həm də ədəbi metod, ədəbi növ və janrlara tarixən yanaşır. Tarixi bədii faktları ümumiləşdirir, yaradıcılıq prosesinin inkişafını sistemli izləyir, ehtiyac duyanda sənətkarın sosial mühiti haqqında geniş fikir söyləyir. Onun müqayisə və paralelləri ədəbi nıühitin mahiyyətindən doğur, ədəbi mənzərənin inkişafını şərtləndirir; ədəbiyyatın öz daxili qanunları ilə necə, hansı axarda, hansı ənənələr, hansı yaradıcılıq prinsipləri ilə inkişaf etdiyini göstərir, bəzən əsərin elmi-tekstoloji tədqiqinə üstünlük verir, tarixi-coğrafı şəraitin səciyyəsini açır, mükəmməl elmi dövrləşdirmə aparır.

Ədəbiyyat milli-ictimai, milli-mənəvi tarixə çevrilən prosesdir. Bu proses əsrdən əsrə, ədəbi mərhələdən ədəbi mərhələyə zənginləşir. Onun ideya-məzmunu, forma-təsvir vasitələri, ədəbi meyl, ədəbi məktəb və cərəyanların istiqamətləri dəyişir. Bir ədəbi meyli başqa bir ədəbi meyl, bir ədəbi məktəbi başqa bir ədəbi məktəb, bir üslubu başqa bir üslub əvəz edir. Bəzən də üslubların, ədəbi meyl və ədəbi məktəblərin tipləri inkişafını paralel davam etdirir. Həyatı, insanın mənəvi-psixoloji dünyasını hərtərəfli ifadə etmək üçün təzə janrlar, təzə yazı-ifadə tərzləri yaranır. Hər ədəbi nəsil ədəbiyyata özünün ədəbi payını verir. Ədəbi nəsillər ənənəyə, klassik ədəbiyyatın təcrübəsinə söykənir, onu təkcə bədii yaradıcılıqda yaşatmır, həm də təzə müasirlik çalarları ilə zənginləşdirirlər. Ədəbiyyat tarixçisi bunlara ciddi fikir verir, bədii nıədəniyyətin müasirlik, humanist və vətənpərvərlik ruhunun, idrakı-tərbiyəvi əhəmiyyətinin təhlilini qabardır.

Müxtəlif ölkələrdə, o sıradan Azərbaycanda ədəbiyyat tarixi yaratmağın, ədəbi prosesi öyrənməyin, onu sistemləşdirmək və ümumiləşdirməyin çoxəsrlik ənənəsi vardır, Azərbaycanda bu ənənə başlanğıcını, cünk, təzkirə və müntəxəbatlardan almışdır. Təzkirəçilər imkanları daxilində dövrü, dövrün xüsusiyyətlərini öyrənmiş, öz toplularında ayrı-ayrı sənətkarlar haqqında məzmunlu fikirlər söyləmiş, ədəbi prosesin ənənə və təcrübəsi ümumiləşdirilmiş, onun zənginləşməsində bir qanunauyğunluq olmuşdur. Ədəbiyyatşünaslar bunları nəzərə almış, ədəbi-nəzəri fikrin inkişafını iki qeyri-bərabər mərhələyə ayırmışlar: ədəbi-nəzəri fıkrin ilk və ədəbi-nəzəri: fikrin yeni - XX əsr mərhələsi.

Ədəbi-nəzəri fikrin inkişaf mərhələbri həmişə bir-birinə bağlı olmuş, biri digərini tamamlamış, biri o birini zənginləşdirmişdir. Bir nəsil o biri elmi nəslin təcrübəsindən və elmi ümumiləşdirmələrindən istifadə etmişdir.

Antik yunan filosofları bədii yaradıcılığın təhlili, poeziyanın və dramaturgiyanın mürəkkəb xüsusiyyətbrinin öyrənilməsi ib ardıcıl və davamlı məşğul olmuşlar. Düzdür, incəsənətin məznıun predmetinə və onun idraki-tərbiyəvi əhəmiyyətinə, obraza və ümumibşdirmoyo, fabulanı qurmaq və sözdən istifadə etmək üsullarına və digor aktual problemlərə münasibətdə anlik filosoflar materialist və idealist cəm həyə ayrılırdılar. Fales, Platon, Pindar, Demokrit, Sokrat vo Aristotel yunan ədəbiyyatınm özünəməxsusluğunu öyrənir, şe'rin poetikasml dərinbşdirir, yaradıcıhğa formanın tələb və komponentbri baxımından yanaşır, onu gerçəkliyirı təqlidi, estetik amal və düşüncənin ifadəsn kimi qiymətbndirirdibr: "Epik və fəc'i poezıya, həmçinin komediya vl difirambik poeziya... bütün bunlar hamısı, ümumiyytəb desək, toqlidi sənətdir: bu sənətbr bir-birindən üç cəhətdon - ya təqlidin nə ib olduğuna görə fərqbnir ki, bunlar da həmişə eyni cür olmur" (Aristotel). Antik ədəbi-nəzəri fikirdə "həyatı təqlid" sadəcə natura, real varlığın dərki və ifadəsi deyildir; səciyyəvini, ümummaraq səviyyosində dayana biləni seçmək və ümumibşdirmək, onu fərdi iste'dadın və dünyagörüşün gücü ib təzədən yaratmaq, bədii-fikri şəklə salmaqdır.

Yunan filosoflarının, xüsusən Platon və Aristotelin sənət anlayışı geniş və sistemli idi. Onlar "insan ruhunun musiqisi"ni - poeziyanı, əf-| sanə və əsatirbri şərh edir, yaradıcıhğın dərkinə və elmi təhlilinə onun' mənşəyindən başlayrıdılar. Ancaq Platonun sistemi, sənət və gözəllik, anlayışı idealist idi. O, elə zənn edirdi ki, "kölgənin gölgəsi" olan sənət disolərin daxili ictimai, mə'nasını aça bilmir, 'xeyirxah adamlar kabusunun təqlidçibri" - şairlər yalnız ideal mə'nəvi substansiyanın xari; fornıasının üzünü köçürürbr.

Obrazı idrakm natamam forması hesab elon Platon "Fedr", "Pir", "pövlət", "Qanunlar, "Parmenid", "Timey" və başqa əsərbrində matejalistlərə - Heraklit və Demokritbrə qarşı mübarizə aparır, incəsənə-tjn vəzifə və mahiyyətini ziddiyyotli mövqeydən şərh edir, praktik sə-ngtlərb müqayisədə onun önəmliyini tamam azaldırdı. Çünki Platon j^ürtoce zadəgan dövbtinin, quldarların filosofu-ideoloqu idi. Bu alim 0byektiv idealizmin əsasını qoymuş, dünyanı "ideyalar abmi"nə vo "şeybr abmi"nə ayırmışdır. Onun məntiqində "ideyalar aləmi" birinci, "şeybr aləmi" isə ikincidir, "ideyalar abmi"ndon törəmədir. İdeyalar əbədidir, dəyişməzdir, müstəqil mövcuddur, şeybr, təbiət hadisəbri isə ideyaların kölgəsi olduğundan gerçək deyildir, nisbidir, müvəqqətidir. Platonun tə'liminə görə təbiətdəki hər şeyin ilkın olan ideyası vardır. platon iddia edirdi ki, ideya şeybrin on gözəl nümunəsidir, lakin idey-alar əslində görünməzdibr, görünən ancaq onların kölgəbridir".

Əgər Homer Rapsodu tanrılar və muzalar cərəfindən ilhamlandı-ran nəğməkar, Pindar şairi muzaların peyğəmbəri, muzalarla dinləyi-cibr arasında vasitəçi adlandırırdısa, Platon bu əsatiri görüşbrdən bə-dii yaradıcılığa aid bütöv bir nəzəriyyə yaratmışdır. Onun nəzəriyyə-sində incəsonət mütləq gözəlliyin seyri və tanrıların rəhni ib əşyalann ədəbi ideyalarınm kəşfino yönələn vasitədir. Əsl şair öz ağıl və sə'yinə heç nə ilə borclu deyil - onun duyduqları, yaratdıqlan delf ilahibri və müqoddəsbrin xəbərbri kimi göybrin ne'mətidir. Poetik yaradıcılıq haqqmda Platon ilahi coşğunluq, vəcd kimi damşır və belə hesab edir ki, ilham və vəcd incə və saf qəlbi sarıb onu oyadır və mahnılarda, başqa poetik yaradıcıhq növbrində təzahür edən vakxiq vəziyyətə sar, qədimin saysız hadisobrini bəzəyir və nəsilbri tərbiyəbndirir. La-kin sənət vərdişbrinə arxalanıb şair olacağma irıan və muzaların gön-dərdiyi coşğunluq olmadan poeziya qapılarma yaxınlaşan qeyri-kamil, yarımçıq şair olur və beb açıq fikirli şairin yaradıcıhğının kö-fgəsində qahr. Platon "Fedr" dialoqunda şaıri beb səciyyəbndirir: "Şair nə isə... yüngül, qanadlı və müqəddəs bir şeydir; o. ilhamlanmış və haldan çıxmış hoyacanh voziyyətdon əvvəl yarada bilməz və bu vaxt onda qətiyyət idrak olmaz". Eyni zamanda, Platon yaradıcı şəxsiyyətin fərdi xüsusiyyətbrini nəzərə almır. Onun nozoriyyosində intellektual amilin, sənətkarhq fərdiliyinin, təcrübə və orijinal düşüncə tərzinin normal psixoloji vəziyyətdəki təəssürat, müşahido və əməyin rolu yoxJ dur. Tanrıların ilhamlandırdığı "incə və saf" qəlbə malik şair öz yara-dıcıhğı üçün cavabdeh deyil: O, divanə vəziyyətdədir, başı hərlənir özündən söyləmir, yalnız ilahi qüvvələrin vasitəçisi, muzalarm peyğəmbəridir". Platonun yaradıcıhğında estetik həzz əsas, zərurı şərt deyildir. şərt incəsənət əsərlərinin üç vacib keyfiyyətə malik oimasıdır;, nəyin təsvir edilməsi, təsvirin gerçəkliyi və ahəngdarhğı. "Qədinı dövrün ensiklopedik dühası", "ən universai zəka", "müdriklər müəlli-mi" Aristotel isə biliyi həyatdan, tocrübə və fəaliyyətdən ayırmır, scja sənətinə yaradıcı təqlid-obyektiv in'ikas kimi baxır və Platonun fəisəıjj sistemi - ədəbi ideyalar tə'limi ilə barışmırdı. Onun fikrincə, şair, ger-J çəkliyi əks etdirən ədəbi təcrübəyə və müəyyən pripsiplərə, dərk edil-) miş niyyətə və məqsədə əsaslanır.

Qədim yunan fəlsəfəsinin son dövrünün filosofu - Aristotel incəsənəti, fəlsəfə, məntiq, psixologiya və təbiətşünashğı mükəmməl biiir-| di. Lakin "Metafizika", "Fizika", "Ruh haqqında", "Orqanon", "Siyasət", "Etika", "Dialoqlar", "Didaskalilər", "Nikomax etıkası", "Ritori-ka" və başqa əsərləri sübut edir ki, Aristotel incəsənətə həmişə mateJ rialist istiqamətdən baxa, qiymət verə bilməmişdir. Ç'ox zaman mate-J rializm və realizm arasında çırpmsa da, Aristotel yunan sənətkariarı-, nın yaradıcıhq təcrübəsini, sələflərinin ədəbi-estetik fikirlərini sistem-iəşdirmiş, dövrünün, yunan cəmiyyətinin estetik biliklər toplusunu "Poetika"nı yaratmışdır.

Aristotelin təlimində cəmiyyətin həyatı, insanın mə'nəviyyat və psixologiyası, onun hərəkət və münasibətindəki ümumi, etik-əxlaqjj normaları tamamlayan cəhətləri təqlidin məzmunu, əsas istiqamətidir. "Toqlidçilər hansı hərəkət və fəaliyyət (adamların) təqlid edir, bu adamlar mütləq ya yaxşı, ya da pis olurlar,... deməli, ya özümüzdən yaxşılarına, ya pislərinə, ya da ki, özümüz kimilərinə təqlid etmək ia-zım gəlir, rəngkarlar məhz belə edirlər: məsələn, Poliqont - yaxşı, Paf-j son - pis, Dionisi isə adi adamları təsvir eləmişlər... Bu vəziyyət hənı nəsr, həm də adi nəzmlə olan nitqə də addir". Surət və xarakterdən, komiklik və tragiklikdən, bədii məzmunun sosial mahiyyəti idrak və tərbiyəvi əhəmiyyətindən, sadəlikdən və həyatilikdən danışan, ilk dəfəi katarsis (təmizlənmə) tə'limini əsaslandıran, incəsənətin növ və janrla-rının təsnifatını verən Aristotel təqlid nəzəriyyosini - varlığı real ifadə: üstün tuturdu. Təqlidi yaradıcıhqda isə səciyyəvi cizgüori ilə seçilən ümumiləşdirilən obraz, həyatm özünoməxsusluğunu, onun ifadəli, və dolğun tosvirini görmək istəyir vo bu prosesdə sənətkann təyyül və tobii iste'dadının gücünə inanırdı. O, montiqini fatklarla andırır, fərdi yaradıcıhğın məzmun-forma müxtəliiıiyini, onun lcişaf istiqamotini tamamlayan fikirlər söyləyirdi. O, təqlidin və katarsisin mənşəyini fəaliyyətdən, estetik meyl və zövqdən, daxili tələb və ehtiyacdan ayırmırdı: "Poeziya, sonətini, ümumiyyətlə, hom də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqhqdan bütün insanlara xas-

cjır və onlar... ilk biliklori məhz onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya zövq verir. Həqiqətən baş verən hadisolər bunu sübut edir: həyatda bizə iyrənc görünən şeylorin təsvirino baxarlcən xoşumuza gəlir".

Sonətkarm şoxsi "mən"i, gerçəkliyi necə və nə şoküdə yaşaması, onu mə'nalandıra bilmək bacarığı Aristotel estetikasında ciddi pro-blemdir. O, adi, bəsit, ötori və keçici hadisələrin təsvirini sevmir; "ciddi şairi", ciddi yaradıcıhğı uca tutur. Homerin əsərlorində dövrün rcal ifadəsini tapırdı. Fərdi yaradıcıhqda forma zənginliyini, fabulanm ay-dıniıq vo dinamikliyini, hadisələrin və xarakteriorin təbiiliyini iste'dad, toqlidin mükomməlliyi kimi qiymətləndirir: "Daha ciddi şairlər gözəl əmolləri, həm də özlərinə bənzər adamların əmollərini təcəssüm etmək-io məşğul olmuş, daha yüngüllərini iso əvvəllor gülməli nəğmələr yaz-maq yolu ilə yaramaz adamların əmollərini əks etdirmişlər. Halbuki o biriləri (əvvəlinciləri) himn və mədhiyyə yaradıcıhğı ilə moşğul olmus-lar". "Daxili məzmunun ziddinə gedib, fabulanı uzatmaqia hadisə vo hərəkotin tobii osasını pozanları" Aristotel pis şairlər adlandınr, onla-nn əsorlərindo mə'nah məzmun-ideya, düşündürücü motləb tapa bil-mir; qəhrəmanı şe'r və "yamb yaradıcıları" onda forəh doğururdu: "Homer... ciddi poeziya növünün on böyük şairidir, çünki o nəinki Şe'ri yaxşı qoşurdu, eyni zamanda dramatik təsvirlər yaradırdı, eləcə də komediyanın əsas formasını birinci dəfə o göstərmiş, laqqırtını deyil gülməlini dramatik cəhətdən işləyib mə'nalandırmışdır; buna görə "İliada" və "Odisseya"nın faciə əlaqəsi necədirsə, "Margit"in də ^omediya əlaqəsi elədir".

İİk dəfə odəbiyyatı Iirik, epik və dramatik növlərə ayıran, novator-'uq anlayışma yaxm mülahizolər söyləyən Aristotel ideyanın hərəkət və fəaliyyətdə açılmasım, fikrin tə'cirli, əhəmiyyətli və düşündürüJ olmasını vacib bilirdi.

Bədii yaradıcılıq haqqında mülahizələr və fikirlər təkco yunan filosoflarımn yox, həm də xalq yaradıcılığında, yunan söz ustalarınıjj əsərlərində inkişaf edirdi. Bə'zən yunan əfsanələrində şairlor tanrılar v^ muzalarla rəqabət aparırdılar, famiris mahnıların qoşulması vo ifasın. da muzalarla yarışa girir, onlara qalib gəlir və buna görə do muzalar tərəfindən cəzalandırıhr, kor olur, səsini və lira çalmaq qabiliyyotini itirirlər. Əfsanəvi şair Lip sənət hamisi - tanrı Appalonla roqaboto gir. diyi üçün öldürülür.

Hessiod, Esxil, Evripid, Homer, Sofokol və Pindar gerçəkliyin ol razlı ifadənin spesifikliyindən, məzmunun açılmasına kömək edən ml zan və cizgilərin reallıq və aydınhğından, fabulanm mürəkkəblik və onu qura bilmək üsullanndan danışır; yaradıcıhqda ictimai-sosial mfl tivlərin - vətəndaşhq qayğı və narahathğın, əxlaqi-mo'novi zonginliyin təsvirini vacib şərt - me'yar hesab edirdilər. Buna görə do, "Qurbağa-lar" əsərində iki qüdrətli şəxsiyyət - Esxillə, Evripid qarşılaşır vo onla-rın mükalimələri yaradıcjilığın tutumu və istiqaməti haqqında düşüncələri, komediyadan alınan təəssüratları dərinloşdirir. Dünyag-örüşləri və meylləri fərqli olsa da, qayğı hissi, sənətə realist münasibət Esxillə Evripidi birləşdirirdi. Onlar insanlarm fikri, əxlaqi-mə'nəvi cəl hətdən zəifləmələrindon gileylənirdilər. Ancaq müəllifin - Aristofana Dionisə bərabər mövqedə zənn etdiyi Esxil yaradıcılıqda fəcioni, mürəkkəb dramatik səhnələri, güclü xarakterləri, ümumən votondaşhqj pafosunun dərinliyini bəyənirdi. Evripidin əsərlərində ictimai motivla rin zəiflik və adiliyi onıın düşüncə və narahathğını artırırdı.

Evripid, ilk baxışda "ev həyatının" - məişətin təsviri ilə məhdudİM şan, bədii sistemi, ümumiləşdirməni sevməyən səntkradır. Əslində isl o, insanı xırdalayan, əxlaqi-mə'nəvi aləmdə boşluq yaradaıı comiyyotl^ banşmır, bədii məntiqin inkar pafosu ilə əsaslandırırdı.

Müəyyən mə'nada qədim Roma ədəbiyyatı antik yunan ədəbiyyal tının təcrübəsini davam etdirir, onu zənginləşdirirdi. Qədim Roma fl losoflan və söz ustaları fıkir söyləyəndə, mühakimə yürüdondo aııtikj mədəniyyətin nailiyyətlorindən istifadə edirdilor. Buna göro do Rom^ ədəbi-nəzəri fikrinin yetkinlik və kamilliyi ifadəsini Kvant Horatsinifl| "Pizonlara məktub" adı ilə yayılan "Poeziya sonəti" mənzum traktäP tında tapmışdır.

Horatsinin tə'limində əsər "əxlaqi-tərbiyo çərçivəsindon kənara" çıxmamalı, "həqiqətə oxşamah", insanın hissinə, duyğu və düşüncəsinə to'cir göstərməlidir. Şair - fılosofun inamında sənətkar müşahidə aparmaqla, hoyatı öyrənməklə kifaytələnməməlı, hom də özünün is-te'dad və dünyagörüşünə uyğun mövzu və forma seçməlidir.

"Lutsiliyə məktublar" əsərində Lutsiy Anncy Seneka da təkcə əx-laqi-etik problemlərə toxunmamış, həm də bədi, yaradıcıhğın spesifik-liyindon, məzmuna uyğun forma seçməyin çətin.iiyindən danışmış, belə qərara gəlmişdir ki, fəlsəfə insanı fazilliyə apanr, kamilləşdirir, incə-sənot iso "əqli məşq etdirir", hərəkətə gətirir.

Epikıır, Lutsiy Anney Seneka, Tit Lukrets; Kar, Mark Avreli vo Filoden folsəfəni və ədəbi-nəzəri fikri hərəkotə gətirmiş, incəsənətin bir çox sahəsino münasibət bildirmişlər. Lukretsi sənətlərin mənşəyindən danışmış, insana zövq verən epik, lirik, dramc.tik növləri, sənətlərin mə'nəvi ehtiyacın, zövqlə təbiəti təqlidin yaratdığını söyləmişdir.

Həyatda və incəsənətdə zövqün davamlıhğı və təzahür müxtəlifli-%i Epikur fəlsəfəsinin əsası, mə'na istiqaməti idı. O, belə zənn etmiş-dir ki, incəsənətirı müxtəlif sahələrindon alınan zövq həddi aşmamalı, adi səviyyədə olmahdır. Çünki zövq çoxluğu insanın psixoloji gərgin-'Jyini, həyəcan və emosiyahhğı artıra, onu həyati vəziyyətdən çıxara bilər.

Orta əsrlərin əvvəllərindən Qərbi Avropada materialist ən'ənə xey-11 zoifləyir, ədəbi-nəzəri fikir dini-teoloji istiqamtədə inkişaf edirdi. ^Vrel Avqustun (354-430) estetikası gözəlliyi, gözəlliyin təzahür ^üxtəlifhyini və onun tə'sirini Allahdan ayırmır, sənətkan Tanrınm kölgəsi kimi mə'nalandırırdı. Bu dövr yaradıcılığm özündə də ideya, bədii dərinlik nəzərə çarpmır, incəsənətin predmeti daha çox mistj.. kaya, simvolizm, alleqoriyaya axırdı.

Feodalizm dövründə Şərq və Avropa ölkələrində incəsonotin bir çox sahəsi - me'marlıq, xəttatlıq, musiqi və nəqqaşhq inkişaf edir, elrn ocaqları, dünyəvi və dini elmləri öyrədən mədrəsələr fəaliyyət göstərir 1067-ci ildə fəaliyyətə başlayan "Nizamiyyə" mədrəsəsində elm və mə8 dəniyyət güclü inkişaf tapmışdır. Xətib Təbrizi burada dilin və ədə, biyyatın tədrisinə istiqamət vermiş, "ədəbiyyat və dilçilikdə royasətə çaf'mış, "bütün ədəblərin imamı" kimi tanınmışdır. O, Şərq şe'rinj tarixi inkişafda öyrənmiş, onlarla qəsidəyə, habelə Əbu Təmmannv əsərlərinə dörd cilddə şərhlər yazmışdır. Şərhlərində şe'r "xalqın ləya-i' qəti, milli varlığı, heysiyyətidir" - fikrini əsas almış, "şair şahlar iiçüni yox, xalq üçün yazmalıdır" - demişdir.

Xətib Tobrizmm estetik tə'limindo forma məzmundan törəyiH məzmunla müəyyənləşir; məzmunu, bədii üsulları həyatdan alınanl şe'irin "ömrü əbədi, tə'siri hüdudsuz olur". Şe'rə yeni ölçülərlə, yeni cs-tetik tələblərlə yanaşan şərhçi məzmun-ideyanı, bədiiliyi və ifadə lərzi-1 nin aydınlığını əsas alır, əsərin dilinə, dilin qramatik normaları ilə dey-j il, leksik mə'nası ilə yanaşı şərh edirdi.

XI-XII əsrlər Azərbaycanda bədii mədəniyyətin və odəbi- nəzəfl fikrin inkişafmın yeni mərhələsi idi. Xətib Təbrizi, Əbulhəsən BohJ mənyar, Mənsur Təbrizi, Yusif Xoylu, Eynəl Quzat, Əbülhüseyn Zən-I cani, İbrahim Urməvi, Xaqani, Nizami ədəbi-nəzəri fikirlə ardıcıfl məşğul olur, yaradıcıhğın spesifik inkişafına uyğun mülahizələrini ya! şərhlərində, ya da bədii əsərlərində söyləyirdilər.

Nə Xəqani, nə Nizami, nə Nəsimi, nə də Xətai şərh yazmamış, gdəbiyyatın tərbiyəvi əhəmiyyətindən, onun predmetindən və xalq həyatına bağlıhğından ancaq bədii əsərlərində damşmışlar. Bunlar bu sənətkarların yaradıcıhğma, ədəbi görüşlərinə məhdudluq gətirə bil-nıənıişdir. Xəqaninin estetikasında bədiiliyin me'yarı gerçəklikdir, "həyat həqiqətinin güczüsü kimi" ifadə olunmasıdır:

İndi hər sözümdə bir həqiqət var, O güzgü məhək tək olmuşdur, me'yar. Mədh ilo özümü etmərəm bədnam, Göstərməz doğrunu əyri bu ayna.

Nizaminin estetikası Xaqaninin sənət və sənətdə gözəllik anlayışı-na yaxın idi. Hər iki sənətkarda şərt reallıq, sadəlik, aydınhqdır, kəla-mın bədii fikri-dəyəri, oyatdığı tə'sirdir, cəmiyyətin maraq və ehtiyacı-nı ödəyə bilməsidir:

Ayna tək hər yerdə görünsən əgər, Hər şeyin əksini sən doğru göstər, Yalanlar ardınca getsə sənətkar, Əyri pərdə kimi baş-ayaq çalar.

Nizami "uydurmadan" qaçır, "yad özünü öz sözünə" qatmır, "könhə sözə" yeni mə'na verir, tə'siri "ən doğru sözlərlə" oyatmağa ça-lışırdı.

Əl Fərabi hərtərəfli yaradıcılıq imkanlarına malik olmuş, "Elmlə-r'n mənşəyi", "Şe'r sənətinin qanunları haqıqnda risalə" və "Poetikaya Şərhbr" kitablarında Şərq poeziyasının xüsusiyyətlorindən, mövzu SeÇmək, onu ifadə etmək, hadisələri bir istiqamətdə cəmləşdirə bilmək

priıısiplərindən, şe'rin lexniki üsullarından - vəzn, qafiyə vo rədifjə sistemindən danışmış; faciə və komediya haqqında orijinal fikir]Əj. söybmişdir. "Böyük musiqi kitabfnda isə musiqini mə'nəvi-ruhi t^ mizləyici adlandırmışdır. IVfetrin, melodiya və jestin musiqi ehnin^ kökü olduğunu demişdir.

Azərbaycan İntibahı ərəfəsində və İntibah illərində, xüsusən Xll. XIV əsrbrdə Azərbaycanda ədəbi-nəzəri fikirb sistcmli və fasibs^ məşğul olmağın on'ənə və təcrübəsi yaranırdı. Çünki İntibah modə. niyyətinin mərkəzləri Marağa rəsədxanası, Təbrizin böyük elm ,şohər. ciyi "Rəbi-RəşdL, Bakı və Naxçıvan me'marhq sənəti, qodim Goncə. Nizaminin "Xəmsə ən'ənəsi - həyatın və yaradıcıhğın bütüıı sahobrina tə'sir göstərir, incəsənətdə varhğa, insana və kainatın mürokkobliyinə dövrün ziyahsının baxışı və münasibəti ifadə olunurdu. Azorbaycanda ədəbi-nəzəri fikir inkişaf edir, tənqidin foalhğı artır, poetika kitablan, təzkirəbr, risab və traktatlar yazıhrdı. Tənqid dövrün estetilc düşüncəsi, - Nərəddin Tusi, Vahid Təbrizi, Şərəfəddin Rəmi, Sadiq bəy Sadiqi, Əssar Təbrzi, İbn Sina, Fəxrəddin Kürkani və Arif Ərdə-bili əsərbrində formalaşır, onların məşğul olduqları problembrdə bl genişlik, bir ədəbi müəyyənhk yaranırdı.

Arif Ərdəbili "söz mülkünün sultanı" "Gəcə xəzinədarı" - Nizami əsərbrinə və bədiilik konsepsiyasına tənqidi yanaşırdı. Bə'zən onuj məcazlar sistemində, insana, hadisə və əhvalatlara yanaşmaq üsıılun-l da, yaratdığı obrazlarm hərəkət, münasibət və davranışlarında reallıJ və aydmhğa, məntiqə uyarhq tapmırdı. Nizaminin sözləri ib müasirlJ rinə deyirdi:

Var doğru yazmağa, madam ki, imkan,

Neçin golsin gərək ortaya yalan.

Şərəfəddin Rami ("Ənisül-uşşaq", "Həqayiq-Hədaiq"), Vahid Təl rizi ("Risaleyi-cəmi-miixtəsor", "Miftahül-bədaye") və Əssar Təbril ("Əl vafi fi te'dadül-qəvafi") şe'rin xüsusiyyətbrindən, rəng, boya vj bənzətməbrin uyarhğmdan, qafiyə seçmək və onu işbtmək üsullarınj dan, vəznbrdən və ədəbi şəkilbrin imkanından danışır, sanki ədəbj nəzəri fikri sistemə salmağın, zənginbşdirməyin və inkişaf etdirməyii yolunu göstərirdibr. Nəsrəddin Tusi "Əsaül-iqtibas" və "Me'yarül əş'ar" əsərbrində şe'rin xüsusiyyətbrini geniş mə'nada açıqlayır. Şairil yaradıcıhq mövqeyindən, sözü seçmək və amala uyğun işbtmək üsUlJ wından söhbət açırdı. Beb bir mürəkkəb və oxşar proses özünü Av-r0pa ədəbiyyatında göstərdi. İtaliya filosofu Foma Akvinskinin (1225-1275) əsərbrində gözəllik duyulub, dərk olunsa da, onun estetikası di-nj-teoIoji səciyyəli idi. Onun nəzəriyyəsində fikir həyatın təhlilindən ^oğmur, sənətkar əvvəlcədon hazır ideyanın dərkinə can atır. Çünki poma Akvinski dini ehkamlara əsaslanan, mücərrod idealist mühaki-məbr yürüdən filosof idi. O, "katolik məzhəbini sistemə salmış və mö'tədil realizm mövqeyindən kilsə ehkamlarının "mütbq həqiqiliyini •fəlsəfi cəhətdən əsaslandırmışdır". Foma Akvinskinin yaradıcıhğında allah "varhğm yaradıcısıdır, inkişaf və təkamülün istiqamətvericisi-dir", "varhğı ideyalar hahnda özündə cəmbşdirən ruhi mövcudiyyət-dir", "maddi olmayan xalis ruhi formadadır, həm də bütün formaların mənbəyi", yaradıcısıdır.

Cəmiyyətdə sənətkarın mövqe və yaradıcıhğma, formanın materiyaya - məzmunu uyarhğına, bədiilik və orijinalhğa, həyatda və bədii əsərdə gözəlliyə, sözün düzümünə və onun oyatdığı tə'sirə münasibətdə klas-sikbrin bir qisim materialist ən'ənəni dərinbşdirir, digərbri isə antik filosofa - Platona yaxınlaşırdılar.

Beblikb də, antik fəlsəfi fikirdən İntibaha qədər incəsənətin özü-nəməxsusluğuna, həyatda və incəsənətdə gözəllik probleminə, əsasən, obyektiv idealist mövqedən yanaşjlmışdır. Şərqdə və Qərbi Avropada Platonun və platonçuların tə'siri geniş olmuşdur. İntibah dövründə iso yaradıcıhğın tosdiq pafosu, bəşəri-humanist, vətonpərvər ruhu gücb-nir, həyat insanın mənafeyinə, istək və arzusuna uyğun təhlil olunur; zülmə və istismara, soisal odalətsizliyə qarşı mübarizə genişbnir; şəx-siyyətin fikri-mə'nəvi azadhğı, onun arzu və düşüncəsinin genişliyi söz sənətinin əsas motivinə, ideya istiqamətinə çevrilirdi. Şərqdə və Avro-Pada estetik fikrin, incəsənətin bütün sahəbrinin təcrübosi ümumibş-^inlir, ədəbi növ və janrların poetik işbkliyi artır, bir xalq o biri xal-9m ədəbi-mədəni nailiyyətbrindən istifadəyə ehtiyac duyurdu. Şərq ^kəbrinə "Xəmsə" ən'ənəsi Azərbaycandan yayıhrdı. Aristotelin ^əhmənyara, İbn-Sinanın "Kitabül-əI-Şofa" və "Danişnamə" əsərbrinə J^'siri aşkar duyuJurdu. Buna görə də İbn-Sinanın yaradıcıhğmda tə-b,ət hərəkətdədir, cisimbr məzmun və forma birliyindədəir.



Mühazirə 2

ƏDƏBİ-NƏZƏRİ FİKRİN YENİ, MÜASİR MƏRHƏLƏSİ
İlk ədəbi məktəbdən - klassisizmdən əvvəl, xüsusən Qərbi Avropa mütəfəkkirləri yaradıcılığın xüsusiyyətlərini dərindən öyrənir, incəsənətin təcrübəsini ümumiləşdirməyə çalışırdılar. Filosof, hüquqşünas tarixçi, siyasi xadim və yazıçı Frensis Bekonun (1561-1626) "Yeni Orqanon" əsərində təbiət ilkindir, şüur törəmədir, bədii idrakın həyatı varlığın ziddiyyət və mürəkkəbliyini dərk və ifadə imkanı genişdir, yaradıcı xasiyyətdir. Ancaq Benedikt Spinoza, Conn Lokk, Corc Berkli və David Yum sənət nəzəriyyəsinin inkişafını orijinal istiqamətə sala bilmədilər. Fransız filosofu və təbiətşünası Rene Dekart (1596-1650) "Metod haqqında mühakimə" və "Metafizik düşüncələr" əsərlərində bədii təqlid və idrakdan, məzmun və forma müxtəlifliyindən, gözəllikdən və gözəlliyin predmetindən ümumi şəkildə danışırdı. Sadəcə F.Bekon və T.Hobbs sənətə materialist mövqedən yanaşır, yaradıcılığın predmetini, sənətkarın rənglərini həyata çəkmək istəyirdilər.

Şərq mütəfəkkiri - Füzuli nə Hobbsa, nə də Dekart və Bekona


bənzəmirdi. Şerin mənşəyinə dini-idealist baxımla yanaşır, bəzən gö-
zəlliyi ilahiləşdirir, gözəli sufı-panteist mövqeydən ilahi zirvəyə qaldı-
rır. Elə bilirdi ki, "söz nazil"dir, "ərşdəndir gəlib hədiyyə bizə". Füzuli
sözün qədrini bilir, onun tərbiyəvi əhəmiyyətinə, "bir xəzinə" olduğu-
na inanır, mənanı uca tutur, məzmunu formadan ayırmırdr.
Söz mənadan asılıdır, məna sözdən hər zaman,

Bir-birindən asılıdır necə ki, cism ilə can.


Sənətkarın orijinallığı - başqalarına oxşamaması, "söz almazı ilə məna gövhərini dələ" bilməsi və şeirdə məzmun-ideya dərinliyi Füzulinin bədiilik və gözəllik anlayışını şərtləndirirdi:

"Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaq qalmışam, axtarıb tapdığım sözləri bağrımın qanı ilə yazmışam. Səhəri yazdıqlarım başqa şairlərin əsərlərinə oxşadığını görüb, yazdığımı pozmuşam (şeirlərin sırasına salmamışam). Elə olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini dəlməklə məşğul olmuşam. Amma oxuyanlar, bu fikir anlaşılmır, bu söz xalq arasında işlənilmir, xoşa gəlmir, dəyən kimi yazdıqlarım gözümdən düşmüş, hətta üzündən köçürməmişəm". Yaradıcılıqla elmin vəhdəti, bunların bir-birini tamamlaması Füzuli estetikasının əsasıdır. O, məna-məzmunsuz, "elmsiz şeiri" divar sanırdı. Sənətkardan hərtərəfli duyum, kamil zövq, poetik "mən"in özünü "təfəkkür atəşində" əritməsini istəyir və şeirin üç xüsusiyyəti olduğunu söyləyirdi: "Birincisi, onu soyləyənin könlü heç qızıl sərf etmədən, bir zərər görmədən fərəh və zövq duyur. İkincisi yazanın adı şeir vasitəsilə aləm səhifəsində əbədi olaraq qalır. Üçüncüsü budur ki, onun nəzmi özgələrə də şadlıq və zövq verir".

Füzulinin əsərlərində sadəlik mənanın dərinliyindən, fikrin aydınlığından, sözlərin sərrast seçilməsindən və məqamında işlənməsindən yaranırdı, "Rind və Zahid" əsərində Rind deyirdi: "Səndən nə gizlədim, qarışıq sözlərin içərisində məna mənə aydın olmadı. Əgər məqsədin kəmal ərz etməkdirsə, ustad olmağına şübhə etmirik, ancaq bizə rəhmin gəlsin. Əgər vəd və nəsihət etmək istəyirsənsə, gərək bu qarışıq sözlərdən vaz keçəsən. Kəlmələri məzmuna pərdə etməyəsən. Əsl məsələ mənadadır, kəlmələri bəzəməkdə deyildir. Söz odur ki, onu avam da başa düşə. Oxucuların nəsihətini eşit, hər kəs ilə onun öz əqlinin səviyyəsində danış".

M.Servantes sənət nəzəriyyəsi ilə sistemlə məşğul olmamışdır, ehtiyac dünyada ədəbi şəxsiyyətlərə - fərdi yaradıcılığa, xüsusən Şekşpir dramaturgiyasına bir sənətkar təmkin və müdrikliyi ilə yanaşmışdır; onun yaradıcılığında bədiiliklə ideyalığın harmonikliyini, insana və insan taleyinə humanist münasibətin ifadəsini tapmışdır. "Don Kixot" romanında komediyanın poetik imkanından danışarkən onu "insan həyatının güzgüsü, əxlaq nümunəsi və həqiqətin təcəssümü" adlandırmışdır. Bu ona görə elə idi ki, XVII əsrin əvvəllərindən Avropada ədəbiyyata ciddi yanaşılır, estetiklik məzmundan, fikir və hissdən ayrılmır, ilk ədəbi məktəbin - klassisizmin prinsipləri müəyyənləşirdi. Klassisizmi XVII əsr fransız ictimai-siyasi həyatı və fransız ədəbi mühitinin zəngiliyi, sənətkarların fıkri-məfkurəvi birlıyi, onların zövq düşüncələrinin, estetik görüşlərinin bir nöqtədə cəmləşməsi, istifadə olunan formaların, təsvir və ifadə vasitələrinin oxşar və yaxınlığı yaratmışdır.

Klassisizm yaradıcıhğın, estetik fikrin, ədəbi əlaqəlorin və qarşılıq-? ədəbi tə'sirin inikşafmda yeni dövr, yeni mərhələ idi. Bu mərhobdə a°3sənət inkişaf edir, tənqid ədəbi prosesin çevik və fəal qoluna çevrilirdi. Rus mütorəqqi ziyalıları klassisizmin nailiyyətlərindən, klassi-sizm dövründə hazırlanan estetik me'yar və ölçülərdən dövrün tələblə- | rinə uyğun istifadə edirdilər. Buna baxmayaraq, ədəbiyyat nəzəriyyə, sinin maarifçi realizm mərhələsi klassisizm ədəbiyyatından və klassfl sizm estetikasından fərqlənirdi. Maarifçi realistlərdə ağılla iste'dad, ağılla idrak bir-birinə qovuşur, fərdiləşdirmə, ümumiləşdirmə və tipik-ləşdirmə yaradıcıhğın istiqamətini şərtləndirir, surət həyatın axarında təhlil olunur, metodun mahiyyətini tamamlayan fıkirlər söylənir və elmin özü - ədəbiyyatşünashq yaranırdı. Artıq realizm özünün kur in-kişaf dövrünə qədəm qoyur, ədəbi fıkir antik modeldən, klassik ədə4 biyyatdan hazır süjet və motivlər götürmək üsulundan imtina edir, sa-1 dəcə antik sənətkarların yaradıcılıq istiqamətlərindən və həyatı ifadə | üsullarından öyrənmək, ondan istifadə etmək vacib şərt sayılırdı.

XVIII əsrin 50-60-cı illərində Avropada realizmin formalaşmasıl ədəbi cərəyan hahna düşməsi klassisizmin tə'sirini zəiflədə, ədəbiyyatı bir istiqamətli inkişafa sala bilmədi. Klassisizm geniş yayılır. Rusiyada özünün milli spesifık ən'ənəsini yaradırdı.

Rus materialist fəlsəfəsinin M.V.Lomonosov (1711-1765) tobiət-1 şünashğı inkişaf etdirəndə və rus mədəniyyətinin xüsusiyyətlərindənl danışanda məntiqini faktlarla əsaslandırırdı. O, "Ritorika və natiqlik! sənətinə rəhbərlik", "Rus şe'rinin texnikası haqqında məktub" və "Kil-1 sə ədəbiyyatının mənfəəti haqqmda" adlı əsərlərində fərdi yaradıcılığını təcrübə və özünəməxsusluğundan istifadə edirdi. Şe'rin bədiilik vl emosionallığı, sənətkarın sözdən istifadə üsullan, incəsənətin tərbiyəvfl əhəmiyyəti haqqında orijinal fikirlor söyləyir, müasir məzmunlu,j yüksək mündəricəli əsərləri təbliğ edirdi. Ancaq Lomonosov odəbi növlərə və janrlara dünya ədəbiyyatının ən'ənə və təcrübəsindon yox,| öz birtərəfli düşünco və müşahidələrindən çıxış edib qiymot verirdi. Eləj bilirdi ki, nəsrlə yalnız "mə'lumatlar,tarix, dərs kitabları, şe'rlə himn-| lər, odalar, komediyalar, satiralar" yazılmahdır. Bununla borabər,| Lomonosov rus poeziyasından islahatlar aparır, şe'r dilini təbii, milli( xüsusiyyotləri ilə inkişaf etdirməyin yol və üsullarını göstərirdi. "Dinij kitabların faydası haqqında" əsərində "üç üslub" nəzəriyyosini osas-| landırmağa çahşırdı; qərara gəlirdi ki, sonətkarlar sözləri məzmun va| formasının xarakterinə, surətlərin amal və psixologiyalarına uyğun seçməlidirlər. Lirik şe'rlər, odalar, qəhrəmanlıq mənzumələri, himnlər və poemalar yüksək üslubla yazılmahdır. Dramlar və faciələr, məz-ı unu ınəişətdən, yaşayışm müəyyən sahələrindən və təbiət mənzərəlodən ahnan poemalar orta üslubla qələmə almmahdır və burada ugm kilsə-slavyan spesifik nitqindən, həm do canlı danışıq dilindən istifado edilməlidir. Aşağı - adi üslubla komediyalar, təmsil və alleqoriyanın bəzi nümunələri, mənzum məktublar yazılmalıdır.

XVIII osrdə Kornelin yaradıcıhğı, sosial pafoslu teatn Avropanın hir Ç°x ədibini tə'siri altmda saxlayırdı. Volter bə'zi əsərlərində klassi-sizm dramaturgiyasının üç vəhdət qanundan istifadə edir, obrazları xeyirxahhğa, vətəndaşhq inam və duyğusunun təsdiqinə və rasional tə-şəkkülo istiqamətləndirirdi. İ.Qotşedin (1700-1766) görüşləri, incəsənt, xÜsusən teatr düşüncələri Bualonun (1636-1711) tə'siri ilə formalaşırdı. 0, "Almanlar üçün tənqidi poetikanın təcrübəsi" əsərində klassisizm estetikasından qabağa gedə bilmir, daha çox vətəndaşhq borcu duyğu-sunun təsvirindən danışır, teatrı tərbiyə vasitəsi, əxlaq və düşüncənin moktəbi adlandırırdı.

Nəzəriyyəçilərin və söz ustalarının çoxu klassisizmin həm güclü, həm do zəif və kəsərsiz cəhətlərini bilir, əsərlorində realizmin prinsiplə-rini, onun ifadə imkanlarının genişliyini əsaslandınrdılar. D.Didronun (1713-1784) axtarışlarında, xüsusən "Gözəllik haqqında" adh əsərində gözollik yaradıcıhqda - təsvirdə, surətlərinin əməl, arzu və fəaliyyətlə-rində yaramr. Gözolliyin mahiyyəti, mə'na vo məzmun dərinliyi müqayisədə, qarşılaşdırma prosesində, lövho və mənzərələrdə görünür, tə'siri artınr, qənaəti dərinloşdirir. D.Didronun "Dramatik ədəbiyyat haqqında", "Aktyor haqqında paradoks" və "Salonlar"ında estetik əməl təsvirin realhq və təbiiliyini, ideyalıhğı və bədii-məntiqi is-hqamət sərrasthğmı əsaslandırmaq, faktlarla dramm müstəqil psixo-*°ji janr olmasına inam oyatmaqdır.

Yaradıcılığın spesifikliyi, janrların forqi və onların mə'na tutumu, teatrın tərbiyəvi əhəmiyyəti və "qanunlara əlavə" olması fıkri - alrnan ^aterialist-estetiki Q.Lessinqin (1729-1781) əsərlorində daha geniş, öaha reaolist təhlil olunurdu. O.Aristotelin "təmizlənmə" nəzəriyyəsi-nə XVIII əsrin ideya-bədii tələbi ilə yanaşmış, ona əxlaqi-tərbiyəvi Jj^'na vermiş və incəsənətin - "teatrın mahiyyəti xalqa xidmətdir" -eınişdir. Poeziyadan danışanda "şe'rin bütün növləri insanı valeh et-^Üdir" - qərarına gəlmişdir. Bu nəzəriyyəçi V.Şekspiri dövrünün . 0vük moralisti, onun "Otello"sunu isə fəlakətli qısqanchq dərsliyi ad-an^ırmışdırQ.Lessinqin "Laakon" və "Hamburq dramaturgiyası"nda incaSə nət təkrarolunmaz yaradıcılıqdır, sənətkar isə tarixin müəyyən parça sında yetişən orijinal milli simadır. Ona zaman, ədəbi inkişaf, mühitjn müxtəlifliyi tə'sir göstərir. iste'dadlı sənətkarın yaradıcılığında xalnln tarixi, mədəni və iqtisadi-siyasi həyatı ifadəsini tapır. Lakin LessinQ hər cür təsviri və surəti, xüsusən klassisizmin obraz yaratmaq, sözdə* istifadə etmək üsullarını bəyənmirdi, elə zənn edirdi ki, klassisiznıin nümayəndələri həyata statik, birtərəfli yanaşır, obrazları daxili zicjj diyyət, büdromə və tərəddüdlərdən təmizləyir, onları donuq və dəyiş, məz verirlər. Belə surətlər varlığı hərtorəfli ifadə etmir, canlı insana a* oxşayır.

Q.Lessinq təkcə ədobi janrları yox, incəsənətin bütün növlərini ta-rixi dinamikası ilə araşdırır, onlrın fərqini, tə'sir doğrumaq imkanları, nı göstərməyə çahşırdı. Onun təhlilində şair rəssama, rəssam da hckəl-taraşa bənzəmir. Söz ustasının üsulları çox müxtəlif və zongindir. 0, həyatı realist və romantik müxtolifliyi ilə canlandıra bilir. Əsərdə hisl xəyal, arzu, meyl, hərəkət və münasibət güclü olur, dctal və mənzərj lər, rəng və boyalar tə'sir oyadır, obraz real və canlı insanlardan seçill mir. Lessinqə görə, sənətin spesifikliyi nə rəssama, nə də heykəltaraşa belə geniş ifadə imkanı vermir. "Məkani" sənətlər - heykəltaraşlıq va rəngkarlıq varlığm ümumi axınmdan ancaq bir anı, bir parçanı alır və şəxsiyyətin yalnız bir ümumi cəhətini göstərir.

İncəsənətin spesifıkliyindən, məzmun və formadan danışanda LeJ sinq Klod Helvctsini, Helvetsi də Lessinqi tamamlayırdı. Helvetsinin yaradıcılığa və onun tarixi inkişafma, xalqm bədii zövq və tələbina, münasibəti konkret idi. Onun "Zəka haqqında" adlı əsərində zövg həmişə tə'sirə uğrayır, kamilləşir, xalqın arzu və düşüncosini, meyl \J təşəbbüsünü şərtləndirir. Helvetsinin yaradıcılığında bədii zövq bədii mozmundur, fikir, arzu və təşəbbüs, meyl və münasibət anlayışdır.

Daha çox Avropa ədəbiyyatının poetik xüsusiyyətlərini sistemləşı dirən Helvetsi nə məzmunu, nə formanı, nə də surətləri dövrdə'n, dövrün mcyl və təməyüllərindən ayırmırdı. Zaman keçdikcə janrlarıfl, zəngilləşməsini, onların imkanlarının artmasını xalq həyatmın inkişau fı, xalqın düşüncə və mə'nəviyyatı ilə əlaqələndirirdi.

İlk dəfə epik janrın iri formasının təkamülünü vo franısz dramatul rgiyasının inkişafmı tarixən izləyən Klod helvetsi yaradıcılıqda zanıa-; nın realist ifadəsini başlıca şərt, sənətkar amalı hesab edirdi. BildirirdıjİrVlU ^srm ictimai-siyasi hadisələri, burjua əlaqo və münasibətlərinin . ^işafı ədəbi fikrə və bədii yaradıcıhğa tə'sir göstərirdi. Burjuaziya !Lyatın bütün sahələrinə müdaxilə edir, özünüıı məram və ideahnı fər-,: yaradıcılıqda görmək istəyirdi. Mütəroqqi ziyahlar, xüsusən realist JlƏtkarlar feodalizmin durğunluğu, onun yaşayış və davranış norma-• fj ilə barışmır, elmi və bədii idrakı inkişaf etdirir, bədii sözün üsul və vasitələrini sadələşdirməyə, uyarlı formaya salmağa çalışırdılar. Onlar oıiətkarm diqqətini müasirliyə, cəmiyyətin varlığını bütöv - müsbət və mjnfi keyfıyyətləri ilə ifadəyə çəkir, ədəbi normalara yaradıcı-tənqidi vanaşırdılar. XVIII əsrin tükənəcəyində, Fransa burjua inqilabı (1789-j794) ərəfəsində şe'r şəkillərinin sayı artır və onların çərçivəsi genişlə-nirdi. Bə'zi sənətkarlar epik şəklin çətin formasına - tarixi romana mÜraciət edir, xalqın həyatı, mübarizəsi, istək və arzusu haqqmda ge-niş təsəvvür oyadırdılar. Bununla belə, XVIII əsrdə ədəbi-nəzər fikirdə miirokkəblik, çoxistiqamətlilik, yaradıcıhğa fərqli sinfi münasibət il-dən-ilo gücləndirdi. Poeziya subyektiv bədii dərk, şairin öz aləminin, öz fikir və düşüncəsinin tosviri kimi qiymətlondirilirdi; Lessinq elə bi-lirdi ki, dövrün mürəkkəb ictimai-siyasi problemlərini maarifçiliklə, insanm əxlaqi-mə'nəvi kamilliyi ilə həll etmək mümkündür. Buna görə də Lessinq müsbət surət üzərində ətraflı dayanır və onu dövrün maa-rifçilik ideyalarının daşıyıcısı və istiqamətvericis;i kimi öyrənirdi.

Bu dövr Avropa mexaniki metafizik materializmi və klassik al-man fəlsəfəsi də bədii yaradıcıhğa tə'sir göstərirdi: İ.Kantm metafizik idealist görüşü, G.Hegelin nıütləq idealist fəlsəfəsi, Feyerbaxın məh-dud idrak nəzəriyyəsi və mücərrəd insan anlayışı ədəbi-nəzəri fikrin ınkişafını ləngidirdi. Bədii yaradıcıhğı təhlil edəndə, incəsənətin pred-^etindən danışanda Kant "şey özündə" anlayışı, Hegel "mütləq ideya" "3 düşünürdü. Seyrçi və metafizik materialist Fcyerbax isə idraka in-toşaf - tarixi proses kimi yanaşa bilmirdi.

"Özündə şey" eklektik idealizmlə materializmi barışdırmağa çalı-§^n bir filosofun - Kantın ancaq dünyaya idcya-fəlsəfi baxışmı deyil, bəm də "gözəlllik analitikasmı, bədii idrak və əxlaq, məzmun və for-^a> bədii zövq və qiymətləndirmək, yaradıcıhqda insanı təhlil etmək ə obraz yaratmaq konsepsiyasını, zaman və məkan anlayışmı şərt-0l}dirir və onun tə"limini idealist istiqamətə salırdı. Buna görə də "Xalis zəkanm tənqidi", "Əməli zəkanın tənqidi", "Mühakimə qabiliyyətj. nin tənqidi" və "Gözəllik analitikası" əsərlorində Kant estetikliyi bədij idrakdan, əxlaqı isə ümumi və şəxsi mənafedən ayjrır, elə zənn edirdj ki, bədii idrak mahiyyəti, mə'na və məzmunu aça bilmir, hadiso və əh-valatı qiymətləndirəndə estetik zövq taqətini itirir, kəsərdən düşijr Kantın anlayış və ifadə tərzində zaman və məkan bədii yaradıcılığa məzmun dərinliyi və tə'sir gcnişliyi gətirmir.

İncəsənətin poetik xüsusiyyət və spesifikliyi ilə Hegel cavan yaşla-rından, İyen, Hcydelberq, Nürnberq və Berlin universitetlərində mühazirələr oxuduğu dövrlərdon məşğul olmuş, artıq "Estetikadanl mühazirələr və ya incəsənət fəlsəfəsi"ndə bədii yaradıcılığı milli tarixi inkişaf kimi dərk etməyə çahşmışdır. Sonralar bu filosof incəsonətin inkişafını simvolik, klassik və romantik forma ilə bağlamış,gerçəkliyj və hərəkəti mütləq rııhdan ayırmamış, şe'rin predmetini ideyamn hissi ifadosində axtarmışdır: "Hər cür hiss və ehtiras, ürəyin dərinliyindənı| gələn hər cür tələbat, hər növ konkret həyat incəsənətin materialınjj əmələ gətirir" - demişdir.

Hegel incosənətiıı bütün sahələrindən yazırdı, "elmi təhlil vo mən-tiqində fərdi yaradıcıhğı ictimai-siyasi mühitdən, tarixi şəraitdən, xal-l qın mə"nəviyyat vo psixologiyasmdan ayırmırdı". Bədii əsərin xalql həyatına, dövrə və zamana məxsusluğunu, tarixi şəraitdən və digər sol sial amillərdən asılı olduğunu göstorirdi.

İctimai şüur formalarmı sıx əlaqədə götürən Hegel incosonotin növlərini sistemləşdirilmiş, əsəri bütöv - məzmun və forma daxilindəl öyrənmiş, fərdi üslub səviyyəsinə qalxmayan yaradıcılığı bəyənməmiş-| dir. "Estetikadan mühazirələr və ya incəsənət fəlsəfosi"ndə incəsənətil ruhun ilkin və təkmilləşmiş forması hesab etnıişdir. Hegelə görə "incə-| sənətin məzmununu ideya, formasını isə hissi tərtibat təşkil edir. İncə^ sənətdə gözəllik kateqoriyası bilavasitə ideya ilə bağlıdır. İdeya ger^j çəkliklə vəhdət təşkil edir və ancaq gerçəklikdə özünə forma kəsb edir.j İdeyaya uyğun olaraq formalaşmış gerçəkliyə Hegel ideal adı verir.] İdeal və onun inkişafı haqqında tə"lim Hegelin incəsənət fəlsəfəsininl məzmununu təşkil edir.

İdealın inkişaf pilləlori incəsənətin formalarına uyğun gəlir. Hə-min pillələr və ya formalar ideya ilə zahiri forma arasındakı münasi-bətlərin müxtəlifliyinə və differensiasına uyğundur. Məsələn, zahiri forma ideyaya uyğun gəldikdə simvolik incəsənət yaranmışdır ki, bu

ancaq Şərq üçün xarakterikdir, ideya isə zahiri formanın tam uyğunluğu şəraıtində isə klassik incəsənət yaranır, bu da antik dövr üçün xarakterıkdir; zahiri forma inkişaf edib təbiətə qalib gəlmiş ideya üçün kıfayət etmədikdə romantik incəsənət (orta əsrlər) yaranmışdır özünün bu fikirinə uyğun olaraq Hegel incəsənət növlərıni sistemləş-dirır və belə hesab edır ki, me'marhq simvolik incəsənətə, heykəltəraş-l,q klassık ıncəsənətə, rəssamlıq, musiqi, poeziya romantik incəsənətə aiddir."

Hegel incəsənətin mahiyyətini açanda, ona alim-filosof münasibə-ti bıldırəndə "mütləq ruhun öz-özünə inkişafı konsepsiyasından çıxış" etmış, yaradıcıhq prosesinin elmi şərhində isə zamanla, sosial mühitlə "bağlıhğı, fıtrı ıste"dadın fəaliyyətinə analitik baxışın vacibliyini əsas" alnıış və yaradıcıhğın "qeyri-şuriliyi fikrini" bəyənməmişdir. Bu alim incəsonətın növlərini, janr, üsul və formalannı, yaradıcılıq metodlarını forqlondırmiş, lakin bədii idrakın "həm obyektini, həm də subyektini hərəkət edən ruh" adlandırmış, bədii gözəlliyi real varlığa, təbii-həyati gözolliyə qarşı qoymuşdur.



Mühazirə 3

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin