Mühazirə 1 Ədəbiyyatşünaslığın ədəbi-nəzəri fikrinin ilk mərhələsi


Mühazirə 5 XIX VƏ XX ƏSRLƏRDƏ ƏDƏBİYYATŞÜNASLIQDA CƏRƏYANLAR



Yüklə 1,3 Mb.
səhifə3/5
tarix20.01.2017
ölçüsü1,3 Mb.
#744
növüMühazirə
1   2   3   4   5

Mühazirə 5

XIX VƏ XX ƏSRLƏRDƏ ƏDƏBİYYATŞÜNASLIQDA CƏRƏYANLAR
Müqayisəli-tarixi metoddan çox-çox əvvəl "Kəlilə və Dimnə" onlarla dilə çevrilmiş, ayrı-ayrı ölkələrdə onun süjetlərindən, obraz və motivlərindən iqtibaslar edilmişdir. XIX əsrin sonuna qədər bu müxtəlif ölkələrə keçid mərkəzi Bizans, İtaliya və İspaniya olmuşdur. T.Benfeyin inamında iqtibaslar təbii-xalqların mədəni, iqtisadi, siyasi əlaqələri, İsgəndərin yürüşləri, ərəb istilaları və XI-XII əsrlərdə səlib yürüşləri dövründə baş vermişdir. Metodun nümayəndələri bunları nəzərə almış və belə qərara gəlmişlər ki, xalqlar "Kəlilə və Dimnə"nin və "Min bir gecə"nin süjetlərindən, nağıl və həkayətlərindən istifadə etmişlər. Müqayisəli-tarixi metodun digər nümayəndələri - Librext və Keller zaman çərçivəsini qırmış, erkən orta əsrlərdə və ədəbi inkişafın intibah mərhələsində iqtibasın genişləndiyini, dünya ədəbiyyatını hərtərəfli əhatə etdiyini söyləmişlər. Çünki benfeyçilər motiv, lövhə, bədii vasitə və üsul iqtibası axtarmış, ancaq təsirdən bütün dövrlərdə janrların tipoloji əlamət yaxınlığından danışmışlar. Ancaq təsirdən, xalqların bir-birilərindən hazır məzmun, sujet və obraz götürmələrindən danışan komparativistlərin inamında incəsənət cəmiyyətdən, ictimai-siyasi mübarizələrdən təcrid olunur, öz-özünə qapanır, öz-özünü yaşayır və estetik zövqün formalaşmasında həyatın, sənətkarın xəyal və fantaziyasının əhəmiyyəti azalır.

T.Benfey inanırdı ki, süjetdə və bədii motivdə gəzərilik, bir ədəbiyyatdan o birinə keçmək daxili bədii özünə məxsusluqdur. "Kəlilə və Dimnə"dən "Min bir gecə"dən, Şərqin ayrı-ayrı əsatir, əfsanə, nağıl lətifə və dastanlarından Avropa ədəbiyyatına xeyli süjet, obraz, janr bədii motiv və təsvir üsulları keçmişdir. Bunlar müasir dövrdə də varlığını, tipoloji xüsusiyyətlərini saxlamış, dəyişən sadəcə onların zahiri əlamətləri olmuşdur. Buna görə də ədəbiyyatşünas Şərq süjetlərini öyrənməklə kifayətlənməmiş, onların variantlarını, variantların yaranma və inkişaf tarixini müəyənləşdirməlidir.

A.Teylor, L.Morqan, Y.Lippert və D.Frezerin əsərlərində bir xalqın ədəbiyyatından dikər xalqın ədəbiyyatına ideya və süjetin, obraz və variantın keçməsi qanunauyğunluqdur. Onlar bildirdilər ki, xalqlar öz milli mühitlərində ya oxşar, ya da eyni inkişaf tipi yaşayırlar. Bu da, onların həyat və məişətində, meyl və düşüncəsində, ideya-siyasi mübarizəsində bənzərlik yaradır. Bənzərlik yaradıcılığın üsullarına, əsərin məzmun-forma və janr xüsusiyyətlərinə təsir göstərir. Yaradıcılığı boyu F.İ.Buslayevin elmi tə'sirini yaşayan, mifoloji sktəbin nəzəri və təcrübi prinsiplərini bəyənən A.N.Veselovski komnarativizmə müdaxiləsiz, sərbəst gəlmişdi. Rusiyada bu cərəyanı, bütövlükdə ədəbi-estetik fikri yeni inkişaf yönünə salmışdı. Veselovski qənaətə gəlmişdi ki, poetik yaradıcılıq on yüksək, ənlcamü inkişaf mərhələsində möhkəm və əbədi ideyalarla kifayətlənir. Çünki söz sənəti belə süjetləri, obraz və ideyalan həmişə yaratmır, on

ları özündən əvvəlki ədəbi nəsillərdən götürür, yeni axarda, yeni istiqanıətdə inkişaf etdirir, zənginləşdirir. Avropa və Şərq klassikləri mükəmməl obrazlar yaratmış, həyata geniş müdaxilə yolu seçmişlər. Sonralar ədəbiyyata gələn sənətkarlar onların üsullarını, məzmun-ideya, surət, konflikt və süjetlərini başqa forma və istiqamətdə təkrar etmişlər. Buna görə də dünya xalqlarının şifahi və yazılı ədobiyyatlarında yaranan möhtəşəm obrazlar - Leylilər, Xosrovlar, F'austlar, Mefistofellər, Gaurlar və Don Juanlar müxtəlif adlarla, başqa bədii ölçü və boyalarla Avropa ədəbiyyatını dolamışlar. Hcmer, Esxil, Sofokl, Pindar, Firdovsi, Nizami, Şekspir, Balzak və Puşkin motivlərini və obrazlarını ədəbi inkişafın ayn-ayrı mərhələlərində axtarmaq və tapmaq mümkündür.

A.Veselovski ədəbiyyatı müqayisəli öyrənir və bu tədqiq üsulunu təbliğ edirdi. Amma bu alimin əsərlərində müqayisə, qarşılıqlı əlaqə və tə'sir istiqamətini dəyişir, iqtibas, bir xalqm o biri xalqdan hazır süjet-^r götürməsi "zərurətinin" şərhinə yönəlirdi. O, Şərq süjet vo obrazla-nnın Avropa və slavyan ölkələri ədəbiyyatının Bizans vasitəsilə keç-diyini sübut etmək istəyirdi.

XIX əsrin sonunda A.Veselovski daha çox folkloru və apokrifik 3dobiyyatı öyrənir və qərara gəlırdi ki, ən qədim incəsənət sinkretik xarakterdə olmuş və ədəbiyyatın yeni inkişaf mərhələlərini bütün xalq-'^r keçirmişlər. Eyni zamanda, A.Veselovski "Bokaçço, onun mühiti və yaşıdları", "V.A.Jukovski, hiss və qəlb təxəyüirj poeziyası", "Tarixi Poetika", "Romanın tarixi, ya nəzəriyyəsi", "Epitetlərin tarixindən"Lirikanın və dramın tarixindən" əsərlərində müqayisəli-tarixi met dun dikər nümayəndələrindən fərqlənirdi göstərirdi ki, oxşar həyat raitində orijinal süjet və surət, yaxın məzmun, bədii struktur və tf^ tərzi yarana bilər. A.Veselovski konkret tarixi şəraiti və onun tə'sirj,. nəzərə alır, yaradıcılıqda iste'dadın, dünyagörüşün, ədəbı tocrübənj ' ən'ənə və xəlqiliyin rolunu qiymətləndirirdi.

Normativ poetikanı tarixi poetika ilə əvəz etmək istəyƏll A.Veselovski "süjetin öz-özünə yaranması" nəzəriyyəsini boyənmk onu zəngilləşdirməyə çalışmışdır. İngilis alirai E.Lenq Eduard Teyl0l run elmi-nəzəri əsərlərini əsas almış və "süjetin öz-özünə yaranması* nəzəriyyəsinin estetik prinsiplərini bu özüllə müəyyənləşdirmişdir. Çünki E.Lenq özünün sənət anlayışının nəzəri əsaslarmı E.Teylorun yaradacılığında tapmışdır.

Həm Teylor, həm də E.Lenq elə bilirdilər ki, inkişafın müəyyaq mərhələsində xalqlarm məişətlərinin, dini təsəvvür və anlayışlarının eyniliyi oxşar məzmunların, oxşar obraz və süjetlərin yaranmasına sə-bəb olmuş; hətta, dini mifləri, dini dərk və duyum eyniliyi, həyataB cəmiyyətə oxşar mövqeydən baxışları yaratmışdır.

Komparativizmin "klassik modelini" fransız komparativistləri ya-ratmışlar. Onlar yaradacılığı birtərəfli öyrənir, formanı və onun bütün ünsürlərini gerçəklikdən ayırırlar. Amerika komparativistləri isə ədə-biyyatşünaslığa daha mürəkkəb üsullarla-siyasi konsepsiya ilə yanaşır-lar. Ədəbiyyat tarixini milli çərçivədə - Afrika, Asiya, Qərbi Avropa regionları üzrə sistemləşdirməyi və öyrənməyi elmi prinsip hesab edir-lər.

Psixoloji istiqamət XIX əsrin tükənəciyində Rusiyada yaranmış, dünyanın ayn-ayn ölkəsində geniş yayılmışdır. İstiqamətin ölçü və es-tetik prinsiplərini A.A.Potcbnya (1835-1891) çox cildli bir əsərdə I "Yaradıcıhğm psixologiya və nəzəriyyəsi"ndə müəyyənləşdirmişdir.| A.A.Potebnya ədəbiyyatşünas, dilçi-alim idi. Yaradıcıhğının ilk illsd rində o, mifoloji cərəyanın tə'sirinə düşmüş, sonralar onun nəzəri-elmij əsaslarını və estetik prinsiplərini tənqid etmiş, komparativizmə meyl göstərmişdir. Bu alim cərəyanlara dilin nəzəri-təcrübi tələbləri ilə ya-j naşmış, daha çox poetik dili əsaslandırmağa çahşmışdır. Lakin A.A.Potebnya incəsənətin ümumiləşdirici xarakterini, bədii obrazınj sənətkarın görüşlərini, ədəbi mövqeyini ifadə edə bilmək imkanlarımj inkar etmişdir. T.Raynov, D.Ovsyaniko-Kulikovski, A.QorifcldLezin, V.Xarsiyev və başqalan A.Potebnyanın davamçıları kimi foaliyyət göstərmiş, psixoloji istiqaməti fərdi yaradıcıhq axtarışlan ilə zənginləşdirmişlər.

Psixoloji istiqamət avtobioqrafikliyi, özünütəsdiq və müşahidəni, təsvirin emosionalhğını önəmli hesab edirdı. A.Potebnya və onun da-vamçıları elə bilirdilər ki, ədəbiyyatm predmeti sənətkarm tərcümeyi -hah və psixologiyasıdır, onun iztirabları, tokrarolunrnaz həyəcanları, nio'nəvi sarsıntı və düşüncələridir. Onlann əsərlərində özünü dərk və jnüşahidə, hissi-emosional təsvir vacib yaradıcıhq şərtlərindədir. La-kin psixoloji istiqamətdə dərk, duyum və mışahidə ziddiyyətli və nıəhdud səciyyə daşıyırdı. Bu ədəbi istiqamətdə müşahidə ancaq özü-nümüşahidədir, dərk ancaq özünü, özünün mə'nəvi-psixoloji aləmini dərkdir. A.Potebnyaya görə özünümüşahidə vo avtobioqrafiklik bə-dii-estetik dəyəri artırır, zaman və gerçəkliyin ınüxtəlifliyi, surətlərin fıkir və düşüncəsi hərtərəfli dərk olunur, yazıçın ın hiss və həyocanları duyulur. Sənətkar əsəri özünün tərcümeyi-halını açmaq, onu lövhələr-də, hadisə və əhvalatlarda göstərmək və özünü, Özünün mə'nəvi-psixoloji aləmini real dərk etmək üçün yazır.

Sosial darvinizmlə bağh olan pozitivist nəzəriyyə və tə'limlər geniş yayılır, konkret bir problemin tədqiqində müəyyən nailiyyətlər qaza-nırdı. Nəzəri-estetik fıkrin zənginləşməsində, müasir ədəbiyyatşünas-lığın, xüsusən tarixi poetikanm təşəkkülündə və inkişafında bu cərəy-an, nəzəriyyə və istiqamətlərin önəmli rolu olmuşdur. Ancaq tarixi-fəlsəfi ümumiləşdırmənin zəifliyi, induktiv dərk bu ədəbi istiqamətləri birtərəfli axara sahr, bədii yaradıcıhğın vacib problemlərini həll et-məyə qoymurdu. Ümumiyyotlə, XIX əsr, pozitivizmin ilk mərhələsi, gah bir-birini tamamlayan, gah da bir-birindən ayrılan pozitivist ədə-biyyatşünashq istiqamotlərlə zəngin olmuşdur. XX əsrdə isə milli-azadlıq hərəkatları genişlənir, sinfi ziddiyyətlər mürəkkob xasiyyət alırdı. Bu da pozitivist dorkdə müxtəlifliyi zəiflodir, bədii yaradıcıhğı həyatdan ayırmaq, məzmuna e'tinasız yanaşmaq, təkcə formanı qiy-mətləndirmok meylini gücləndirirdi.

XX əsrin ovvəllərində psixoloji istiqamət zoifləyir, intuitivizm və fornıalizm yayılır, liberal vo bitərəf burjua ədəbiyyatşünas və sosioloq-'an bu istıqamətlərin mövqeyində dayanır, yaradıcıhğı insanın arzu və düşüncələrindən, şüurlu münasibətindən ayırmağa çalışırdılar. For-•^alizm məzmuna, ideya-siyasi kamilliyə əhəmiyyət vermir, idrakıntəxəyyül və xəyalın imkanlarını formaya və dilin ahəngdarlığına isti-qamətləndirirdi.

İntuitivizm mahiyyətcə mürtəce ədəbiyyatşünaslığın cərəyanlarına oxşayır, yaradıcılıqda ağılın rolunu, məntiqin, obyektiv əhomiyyətini danır, bu prosesi intuitiv fəaliyyət adlandırırdı.

İntuitivizmin yaradıcısı Anri Berqsondur (1859-1941). A.Berqson clmi axtarışa XIX əsrin sonunda başlamış və intuitivizmin xüsusiyyət-lərini də bu dövr müəyyənləşdirmişdir.

Anri Berqson ədəbi-estetik fıkrin inkişaf tarixini, öz dövrünün so-siologiyasını dərindən öyrənmişdi. O, "Yaddaş vo materiya", "Yaradı-cılıq təkamülü" və "Gülüş" əsorlərində yaradıcılığın psixologiyasına toxunur, idrak və fantaziyaya, məzmuna, varlığı ifadə imkanlarına. münasibət bildirir, qorara gəlirdi ki, intuitiv dərk müşahidəyə, hoyatı hərtərəfli əhatəyə imkan verir, dünyanın dərkini dinamikləşdirir, əsorəj emosianallıq gətirir, sənətkarı ağılın vo məntiqi düşüncənin ağır yükündən qurtarır.

Anri Berqsonun və onun davamçılarının tə'limində fərdlorin özi təcrübolori, öz fordi mühitləri olur və onlar bir-birilərindon seçilon, bir-birilorinə oxşamayan öz fərdi aləmlərini yaradırlar, sənətkar da lbrddir, o, ancaq özünün fərdi intuitiv dünyasını ifadə edir. S.Bekketj deyirdi:Yazıçı "Hər hansı bir şey haqqında yazmır, sadəcə o, nosə ya-, zır. "Nosə yazmaq" üçün ona bilik, ağıl və idcal yox, bütöv intuisiya,) psixoloji enerji kərəkdir." Eyni zamanda, A.Berqson, Z.Freyd, K.Yunq, Q.Rid, M.Barres və S.Bekket sənotkarı siyasotdən, estetikanıj obyektiv aləmdən ayırır, fəlsəfı istiqamotlərdə həqiqət tapmır, dünyanıi necə varsa, elə də görməyi sadolövhlük adlandırır, yaradıcılığın mən-, bəyini ancaq odəbi şəxsiyyotin intuisiyasında axtarırdılar. Q.Rid elə bilirdi ki, incəsənət tarixi dünyanı müxtəlif üsullarla görmək tarixidir;] görmək isə vərdişdir, öz-özü ilə razıhqdır. Buna görə də sənətkar noyi-sə görmok istədiklərini görür, görmək istəmədiklorini "dağıdır, məhv edir"; bacarıqla, arzu və istəklə gördüklori - intuitiv müşahidolərini reıj allaşdırır, formaya sahr. M.Barrcs bunlan - "yeni görümü", sübyektiv ruhun obyektiv həqiqətdən üstün olduğunu, bodii yaradıcılıqda ruhun "xəsto düşüncələri", "xostə təəssüratları" məhv etdiyini əsaslandırmağa ealışırdı. Çünki modernist bir istiqamətdə - intuitivizmdə yalnız bir mozmun, bir forma-sənətkarın özünü ifadəsi osasdır.

İncəsənəti fəlsəfəyə müncər edən, fərdiliyi və onun hər dəfə yeni-jg0 təzahürünü "pocziyanın materiah" sayan B.Kroçenin sənət anlayı-m /iddiyyətli, tamam sürüşkən idi. Buna görə də biri onıı hegelçi, dikə-A marksist, başqası kantçı, bir başqası isə maxist adlandırırdı.

Benedetto Kroçe (1866-1952) intuitivizmin on'ənolərini davam et-^irir, ancaq onu zənginləşdirə bilmirdi. O, ya Anri Berqsonu təkrar edir, ya da ziddiyyətli mülahizələri ilə ona yaxınlaşırdı. Sadəco B.Kroçe yaradıcılığı praqmatik niyyət vo monfəətlənməkdən - "utilitar yükdən" konarda zənn edir, onun fikri-struktur istiqamotindo intuitiv qavrayış axtarırdı; inam oyatmaq istoyirdi ki, intuitiv dərk və təsvir jıadisələri, konfliktləri konkretləşdirir, obrazda bütövlük, səciyyəvi 0hvalatları öziində comloşdirə bilmok xüsusiyyəti ümumiliklə fərdiliyi geniş ləzahür etdirmok keyfiyyoti yaradır. B.Kroçe onu da deyirdi ki, fbrdüik, yazıçının boyaları, bədii üsul və vasitələri təkrarsızlıqdır, ye-nidən təzahürüdür. Ümumiləşdirmə, incəsənotdə yalnız səciyyələndir-nıə, fərdiyyəti müəyyənləşdirmədir; özünü intuitiv bədii ifadə həmişə sərbəstdir, öz özünə törəyən hoqiqətdir; intuisiya dorkdən, hiss etmə nıənimsəmədən uzaqdır; bütövlükdə incəsənət-intuisiyadır, intuisiya isə ifadə etməkdir.

İtaliya fılosofu B.Kroçe yaradıcılığın mürəkkobliyindən və dilin xüsusiyyətlərindən, hidisələri ifadə üsullarından danışır, intuitiv dərk və təsviri realizm və romantizm müxtəlifliyinə qarşı qoyur, incəsənətin tipoloji öyrənmə prinsiplərini bəyənmir, ədobiyyatşünashğın zənginliy-ino və onun imkanlarının genişliyinə şübhə ilə yanaşırdı.

A.Berqson da, B.Kroçe də bədii tə'sirə inanırdılar. Lakin B.Kroçe yaradıcıhğm mofkurə sahəsi olduğunu söyləmir, incəsənətlə oxlaq ara-sına sədd çəkirdi.

Həm intuitiv, həm də formalizmin tə'siri geniş idi. Ancaq XX əs-rin ovvəllorində kur inkişaf dövrü yaşayan rus formalizm əvvəlcə sər-bost cərəyana oxşamırdı, rus futurist şe'rinin estetik tələblərini əsas alırdı. Sonralar V.Eyxenbaum, R.Yakobson, Y.Tınyanov, B.Tomaşevski və başqaları formalizmin prinsiplərini hazırlamış, onu ədobiyyatşünaslıq cərəyanı səviyyəsinə qaldıra bilmişlər.

Mükəmmol estetik sistem yarada bilməsəlor də, formalistlər ədə-biyyatda mə'na, fıkir və tə'sir müxtəlifliyi tapır, onu spesifık sahə kimi öyrənirdilər. Lakin formalistlərin axtarışlarında bədii əsər xalis for-'ftadır, bodii ünsür və materialların əlaqəsidir: sənotkarın vəzifəsiədəbi üsullar sistemi yaratmaqdır. Formalistlər üslubu poetik dilin^ kompozisiyasını təhkiyənin üsullar sistemi kimi öyrənir, fabulanı süje-tin tərkib və təşkili üçün əsas material hesab edirdilər.

Fabula, formalits lərə görə, materialını ya həyatdan, ya da bədij əsərlərdən alır. Belə materialı sənətkarlar mənimsoyirlər və onu təzə-dən - süjet üsullan ilə işləyirlər. Belə bir inamdan sonra formalistlər qərara gəlirdilər ki, ədəbiyyat ədəbi üsulların növbələşmə və əvəzlən-məsidir; belə üsul və sistemlər əvvəlcə böyük sənətkarlarm yaradıcı-lığında yaranır və onun ardıcılları bu üsullardan istifadə edirlər.

Formalistlər ədəbiyyatşünaslığa tarixən yanaşa bilmir, məzmunu bədii yaradıcılığın yaxmına buraxmırdılar. Sənətkarm fərdi yaradıcı-lığı və dünyagörüşü, milli tarixi və onun ədəbi prosesin inkişafında ro-lu formalistlərin axtarışlarından kənarda qalırdı. Bunlarla yanaşı, formalistlər üsluba və əsərin dil xüsusiyyətlərinə, onun musiqililik vəi ahəngdarlığına qayğı ilə yanaşırdılar.

Əslində, freydizm intuitivizmə, strukturalizm isə formalizmə ya-xmdır. Əsası XX əsrdə Avstraliya həkimi Ziqmund Freyd (1856-1939) tərəfindən qoyulan freydizmdə aparıcı instinkdir, insanın seksual enerjisi və onun fərdi bioloji keyfiyyətləridir. Çünki bu cərəyanın tə-j rəfdarları düşüncə və idrakı qiymətləndirmir, bədii yaradıcılığı həyat-dan və fəaliyyətdən ayırır, burada seksual özül və başlanğıc, seksual simvol, seksual öz-özün idarə, kortəbiilik və instinkt üstünlüyü axta-rırdılar.

Linqivistik konsepsiyanın, ədəbi-bədii əsərlərin linqivistik təhlil metodunun - strukturalizmin yaradıcılarından biri Ferdinand Sössür olmuşdur. O, "Ümurrti linqivistika kursu" kitabında strukturalizmin üsullarını, nəzəri prinsiplərini müəyyənləşdirmək istəmişdir. F.Sössür dilə işarələr sistemi kimi baxmış; qərara gəlmişdir ki, söz struktura da-xil olanda özünün tarixi mə'nasını ifadə ilə yox, başqa elementlərlə I sözlərlə bağlı, əlaqədə açılır, məzmun daşıyır.

Mühazirə 6

ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR

Gerçəkləşmiş metodlar, cərəyanlar yaradıcılıq metodlarına yaxın onlardan az fərqlənən anlayışlardır. Çünki cərəyanlar həm obrazlı təfəkkür, bədii dərk üsullarıdır, həm də onları cəmiyyətin inkişafı, yeni düşüncə və ideyaların, fərdi yaradıcılıqların məzmun - strukturuna çevrilməsi, yeni estetik üsullar, təzə duyum və mənalandırma formaları, eyni zamanda, ayrı-ayrı fərdi üslubların ümumi oxşar müqayisədə görünür, cərəyanların bədii inkişafın kateqoriyaları olduqları müəyyənləşir; cərəyan incəsənətin inkişafının "bədii tendensiyası kimi meydana çıxır, iki qütb arasındakı - həm dünyaya, həm də bədii ənənəyə münasibətdə sənətkarı istiqamətləndirən metod və üslublar arasındakı əhatə kimi meydana çıxır. Bədii cərəyanın əsas xüsusiyyəti, əsas mahiyyəti budur ki, bədii cərəyan şəxsiyyət və dünya haqqında bədii konsepsiyanın tipologiyasıdır.

Cərəyan - axınların invariantıdır; axınlar - dünyanı tipoloji bədii konsepsiyaların variatıtlarıdır. Bədii cərəyan-gerçəkləşmiş bədii metoddur, dünya haqqında bədii konsepsiyanın tipologiyasında əksini tapan obrazlı təfəkkür üsuludur. Bədii cərəyan incəsənətin inkişaf qanunauyğunluğudur və dünyanı obrazlı şəkildə mənimsəməyin tiplərinin, bədi həqiqətin tiplərinin növbələşməsini əks etdirir.

Cərəyanda bədii prosesin bədii - ideoloji, məfkurəvi - estetik xüsusiyyətləri özünü biruzə verir. Bədii cərəyan bədii prosesin estetik kateqoriyası kimi ənənə və yenilikçiliyin qarşılıqlı təsirinin real tarixi nəticələrini, bədii şüurun tarixi cəhətdən şərtlənmiş yaradıcılıq nəticələrini əks etdirir". İctimai-siyasi mühit, elmi-mədəni tərəqqi həmişə yaradıcılığa, bədii əsərin məzmun-formasına, ədəbi meyl, cərəyan və metodlara təsir göstərir. Yeni estetik prinsiplər, yeni ədəbi ölçü və üsullar ədəbi-mədəni inkişafın bir mərhələsində yox, bütün dövrlərdə, fərdi yaradı-cılıqların müxtəliflik və zənginliyində təşəkkül tapır, fasiləsiz təkmilləşmə, yeni istiqamətlər artma prosesi keçirir. Ancaq yaradıcılıq metodlarından cərəyanların bədii-fikri tutumu az, məhdud olur. Cərəyanlar yalnız aşkar, hazır ideyalar, ədəbi-fıkri manifest və bəyannamələr üsulu ilə yaranan əsərləri əhatə edir. Klassisizm özünün ədəbi normaları poetik qanunlarının əsasını antik yunan ədəbiyyatmdan götürmüşdür. Cərəyanı yaradanlar cərəyan formalaşana qədər onun ədəbi normalarını hazırlamış, bəyan etmiş, bədii əsərləri necə, hansı poetik üsul və qanunlarla yazmaq haqqında fıkirlər söyləmişlər. Akademizm XVI əsrin sonunda İtaliyada təşəkkül tapmış, Avropa ölkələrində yayılmışdır. Bu cərəyanın nümayəndələri müasir gerçəkliyə etinasız qalmış, formanı məzmundan ayırmış, antik və İntibah mədəniyyətindən götürülən ədəbi norma və qaydalara ciddi yanaşmış, onları dəyişməmiş, yaradıcıhq axtarışları ilə təzə inkişaf axarına salmaq haqqında düşünməmişlər.

XIX əsrin axırlarında Fransada yaranan neorealizm tez yayılmış, təzahürünü incəsənətin bütün sahələrində tapmışdır. Neorealistlərin hazır ədəbi məramı olmuş və bədii əsərlər bu sabit məramın tələblərinə uyğun yazılmışdır. Onlar dövrlərinin mədəni və iqtisadi-siyasi əlaqələ-rini bəyənmiş, kapitalizmin şişirdilmiş, qeyri-adi rənglər vurulmuş, qəhrəmaniləşdirilmiş tarixini yaratmağa, lransız burjuaziyasmın mə'novi-psixoloji, ideya-fikri, irqi-sinfi üstünlüklərini göstərməyə ça-lışmış və bunları simvolistlərə qarşı qoymuşlar. Bunlarla yanaşı, bə'zən, ancaq tendensiyalı cərəyanlar və bu cərəyanların tələbi, poetik normaları ilə yazılan əsərlər ömrünü yaşayan, ədəbi tarixə çevrilən ədəbi məktəb və istiqamətlərin mündəricəsində yaranmışdır. XVIII əs-rə qədər slavyanların ədəbiyyatı çox zəif inkişaf etmişdir. Onlar "Şah-namə", "Töhvət ül-İraqeyn", "Mədain xərabələri", "Leyli və Məcnun", "Xosrov və Şirin"ə bənzər əsərlər yarada bilməmişlər. Ona görə də slavyanlann ədəbiyyatında erkən güclü romantik təsvirlər, həqiqətin dərin bədii ifadəsi olmamışdır. Romantizm Avropa ədəbiyyatından rus ədəbiyyatına keçən bir cərəyanın - klassisizmin bətnində, onun ırıəzmununda inkişaf etmişdir. Bu ona görə belə idi ki, cərəyanlar, ədəbi məktəb və istiqamətlər əsrlərin tələbi ilə yaranmış, bu və digər falqm bədii ehtiyacını ödəmişdir.

Öz dövrünün ədəbi prosesinin konsepsiyasının, bədii şüurun tarixi Oəticoləı inin ifadəsinin - cərəyanın məzmunu və funksiyası cəmiyyətin |və insan fəaliyyətinin təsvir istiqaməti ilə müəyyənləşir. Çünki ad ve-rilməsə də, hər dövr özünün ədəbi meyl və istiqamətlərini yaradır. Bi-2lm eradan əvvəl VI əsrdə yunanların yaratdığı vətəndaşhq lirikası bir, v əsrdə formalaşan antiaristokrat dramaturgiya başqa, Homerin ma-Pyyətini mifologiyadan alan, dünyanı, milli qəhrəmanhğı dərk təhkiyəsi isə ayrı istiqamət idi. Antik yunan və Roma ədəbiyyatında yaranan ədəbi meyllərdə gerçəklik mifoloji məzmuna hopdurulurdu Əsas obraz - Allah geniş təhlil olunur, dünya Tanrının tanrılara münasibətində dərk edilir, mə'nalandmlırdı.

Qədim Azərbaycan ədəbiyyatında bir-birinə bənzəməyən ədəbi meyllər yaranmışdır, ancaq onlara adlar verilməmişdir. "Avesta" xüsusən onun "Qatlar" hissəsi ictimai-siyasi, dini-fəlsəfı poetik əxlaq toplusudur. Dünyanın belə didaktik dərki-humanist duyğu, tə'sirU ədəbi ən'ənə erkən orta əsrlər Azərbaycan ədəbiyyatında davam etdi-rilmiş və ilk ədəbi meyllərdən biri xeyli dərinləşmişdir. Xaqaniyə qədər dünyavi hisslər, şərin inkarı, sevginin təmizliyi və real insani münasi-bətlər milli qəzəllərin məzmunu, poetik istiqamətlərindən biri, rübai-nin imkanı daxilində mədhiyyə pafosunun davam etdirilməsi onun başqa axarı idi. Əxlaqi-fəlsəfi və ictimai məzmunlu qəsidələr yazanda Xaqani hünər göstərir, ədəbi inkişafı bir, geniş süjetli lirik-epik po-eziyası ilə onu başqa yönə sahrdı.

Şərq xalqları ədəbiyyatında didaktik əsərlər az yazılmışdır. Niza-mi "Sirlər Xəzinəsi" ilə ən'onəyə humanist yön vermiş, "Xəmsə" axan ilə bərabər təzə bir istiqamət - real aləmi əxlaqi-didaktik söyləmə ilə canlandırmaq üsulu yaratmışdır.

XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında bədii dərk çox geniş və əhatəli olmuşdur. İdeya-estetik tələb İntibahın tələbi idi. Real bədii ifadə - tipik romantik obraz özünü və mühitini dərk edən insan idi. Romantizm formalaşandan sonra süjet və bədii məntiqə şəxsiyyətin daxili-mə'nəvi, əxlaqi-psixoloji aləminin təhlili məzmun vermişdir. Klassisizmdə isə bədii nitqin əsasını vətəndaşhq ləyaqəti, dövlətə sevgi hissinin dərinliyi şərtləndirmişdir.

Ədəbi meyl və cərəyanlar sabit qalmır, dəyişir, ya növbələşir, ya da yan-yana inkişaf tapır, amma onlar xronoloji ardıcıllıqla yaranmır. Bu estetik kateqoriyalarda sənətkarları yaxın dünyagörüş, bir-birini tamamlayan əqidə və inam, ideal və arzular birləşdirir. Çünki "cərəyan bədii proses kateqoriyası kimi bir tipioloji model üzrə təşəkkül tapan konkret əsərlər sistemində yaranır və dünyanın bədii konsepsiyasınm tipi ilə, dünyanın mövcud vəziyyotinin strukturundakı bədii dərki ilə müəyyənləşir (Y.Borev).

Hər hansı yaradıcıhq metodunun və sistemli ədəbi cərəyanın yazıu və şifahi ədəbiyyatda əvvəlcə ilk ünsürləri, səciyyəvi əlamətləri yaranırVo bunlar ədəbi inkişafdan ədəbi inkişafa genişlənir, müxtəlif dövrlə-rin fərdi bədii üslublarının yaradıcılığını əhatə edir. Onların həyati piündəricə alan, mahiyyətində dərin mozmun daşıyanları yayılır, po-ctik amalı yaxın sənətkarların yaradıcıhğında ədəbi meyl, ya da isti-qamət, dərin ən'ənələrdon sonra isə müəyyən bir corəyan kimi forma-laşır.

XIX əsrin tükənəcəyindən dekadent - mociernist cərəyanlar yara-nır, futurizm, simvolizm, akmeizm və formalizm geniş yayılırdı. pimyagörüşləri, üslubları, həyat və insan anlayışları, yaradıcılıq taley və axtarışları qismən yaxm olan sonotkarlar müəyyən ədəbi qrup, meyl vo cərəyanlar ətrafında cəmləşirdilər. Dekadent yazıçılar, çox hallarda varlığı mürəkkəbliyi ilə yaşaya, dövrün aparıcı pafos və istiqamətini görə, həyatlarını xalq həyatına qata bilmirdilər. Müasir bir mövzu on-ların yaradıcıhğmda adiləşir, dinamik təşokkül tapmırdı. Çünki deka-dent - modernistlər məzmun-ideyaya soyuq, e'tinasız yanaşır, "saf sə-nət", çevik forma uğrunda mübarizə aparırdılar; həm roman - german, həm slavyan, həm də türk, orəb və farsdiili odəbiyyatda mozmunla for-ma vəhdətləşmir, diqqət bədii üsulların müxtəlifliyinə, vəzno, ahəngə, qafiyəyə, sözün düzümünə, çoxsəsliliyə, musiqidə hərəkət edən səs for-malanna, bütövlükdə dilin semantikasına verilirdi. Rus dekadent-modernirst ədəbiyyatının yaradıcıları - Minski, Merejkloski, Solloqub və Bolomont elə bilirdilər ki, poeziya formadır. bədii üsullardır, səslər kombinasiyadır.

Avropa və rus dekadent - modernist yazıçılarının ədəbi mühitdə öz mövqeyləri, öz inam və əqidələri olmuşdur. Rusiyada dekadent-modernist ədəbiyyatı yaradanlardan biri - V.Bryusov Pol Verlenin, Mallarmenin, Meterlinq və Rembonun yaradıcılığını mükəmməl öy-rənmiş, dekadent cərəyanlarm mahiyyətinə enə bilmişdir. Bədii əsər yazanda o, yalnız iste'dadla, məzmunun təmizliyi və xəlqiliyi ilə kifay-stlənmir, həm də sözü və sosi necə işləlmək, ahəngi hansı axara salmaq üsulları axtarır, "sənətdə tamam yeni yol açmaq" istəyirdi. V.Bryusov deyirdi: "Ən parlaq ulduzu dumanda belə axtanb tapmaq lazımdır. Mən onu görürəm, bu, dekadent odəbiyyatdır".

Nə futurizm, nə də akmeizm formalizm yayılmamışdır. Ancaq hər 'ki cərəyan məzmunu vo bədii üsulları ilə formalizmi tamamlayırdı. Gəiəcək mə'nasında işlənən, ədəbi təcrübə vo ən'ənəyə e'tinasız qalan füturizm XX əsrin əvvəllərində İtaliyada yaranmışdır. Futurizmin ya radıcısı F.Marinetti imperializmin və onun qəsbkarlıq siyasəf • bəyənmiş, hərəkəti, qarışıq dinamizmi yaradıcılığın məzmunu hesab etmişdir.

Slavyandilli xalqlann bə'zi sənətkarları futurizmə tez yiyələnmi onu yaymış, özlərini "yeni həyatın insaları" - yazıçıları adlandırmıslar Buna görə də İ.Severyanin klassik bədii mədəniyyəti bəyənməmiş, fu turizmi "köhnəlmiş Puşkinə", böyük təhkiyə ustası L.N.Tolstoy kimi ədiblərə qarşı qoymuşdur. Eyni zamanda, futuristlərin müşahidəsində' futurizm simvolizmin bətnində təşəkkül tapmış, onun ən'ənələrini da-vam etdirmiş, "niqabsızlığı" ilə seçilmişdir. "Niqabsızlıq" geniş təzahür tapsın - deyə V.Xlebnikov, A.Kruçennıx, D.Burlyuk, V.Şerşeneviç Və İ.Severyanin bədii əsərdə tam forma və bədii üsullar sərbəstliyi aramış, poetik "mən"i məzmun "yükündən" qurtarmaq istəmişlər. Futurizmin nümayəndələri insanın fikri-mo'nəvi təkamülünü, yeniliyin müxtəlif-liyini görmüş, amma onların ancaq formasına bədii qiymət vermişlər. Varlığı qeyri-adi, mürəkkəb formal üsullarla - təsviri sənətdə abstrakt xotlərlə, rəng və işarələrlə, musiqidə qarışıq səs-küylo, bədii ədəbiyyat-da səs və söz birləşmələri ilə ifadə etməyə çahşmışlar. Ekspertsionizm, formalizm, futurizm, qismən də akmeizmlə birləşir. Akmeizm yunan sözüdür, mə'nası zirvə, yüksək mərhələ,çiçəklənmə və kamilləşmə de-məkdir. Bu ədəbi cərəyan XX əsrin əvvəllərində rus ədəbiyyatında -N.Qumilyov, A.Axmatova, S.Qorodetski, B.Sadovski, M.Zenkeviç, Q.İvanov, Z.Kippius və O.Mandelştam yaradıcılığında yaranmış və inkişaf etmişdir. Akmeistlor simvolizmə qoşulmur, simvolizmdən eh-tiyat və qənaotlə istifadə edirdilər. Çünki akmeizm simvolizmə antite-zis kimi yaranmışdı. Lakin M.Qorki "Şəxsiyyətin iflası" məqaləsindo az qala simvolistlərlə akmeistləri eyniləşdirmiş, bu cərəyanlarda "hec bir pafos" tapa bilməmişdir: "Özünü keçmiş ədəbi həyata qarşı qoyan bu "yeni sənətkarların" əsərlərində hcç bir pafos yoxdur; səminu duyğular sönmiiş, fikirlər qanadını itirmiş, fərəhsiz, ağır və xəstə bır hala düşmüşdür".

Akmeistlər yaradıcıhğa simvolist kimi başlamış, sonralar akmeist şe'rlər yazmışlar. Akmeistlər sanki yeniliyi, müasir hoyatı görmək, onu özünəməxsusluğu ilə canlandırmaq istəmomişlər; hətta, sevgi onlar111 əsərlərində açıq-saçıq, natural, fərdi-fizioloji xasiyyət daşımışdır. N.Qumilyov və A.Axmatova qüvvətli və iradəli şəxsiyyətləri təsvir edir, onların ifadəli obrazlarını yaradırdılar.

Həm akmeizm, həm də ekspressionizm formalist corəyanlardır. jvlüasir Avropa və Amerika ədəbiyyatında işlənən ekspressionizmdə şərt ifadəlilikdir, səs, söz və söz birləşmələrindən uyarlı istifadədir, I formanm qeyri-adiliyi, məzmunun şərtiliyidir. Bu ədəbi cərəyanlarda fasiləsiz sarsıntılar keçirən, gah sevinən, gah da bədbinləşən, tənhala-şan, inam və ümidini itirən, gah da çaşqın və qorxulu ohvali-ruhiyyələr keçirən obrazlar yaradıhr. F.Kafkanın yaradıcıhğında rö'yalar, qorxu-lu və vahiməli hadisələr göstərilir, yuxularda mürəkkəb gərgin və-ziyyətlər yaradıhr; bunlar tə'siri azaltmır, obrazların kamilliyinə və ifadəliliyinə xələl gətirmir.

Ədəbi cərəyanların hamısı eyni dərəcədə yayılmamış, eyni dərəcə-I də tə'sir oyatmamış, ədəbiyyatları eyni dərəcədə əhətə edə bilməmişdir. Klassisizm, sentimentalizm, naturalizm və simvolizm daha çox yayılmışdır.



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin