Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ


İdil bulqarlarında kurqan mədəniyyəti



Yüklə 267,84 Kb.
səhifə13/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
2.6. İdil bulqarlarında kurqan mədəniyyəti

Bulqarların Orta İdilə hansı tarixdə köç etdikləri məsələsi bugünün özündə də həll edilməmiş qalmaqda və qızğın diskussiyalar mövzusu olmaqdadır. Arxeoloqlar Novinkovsk kurqanlarına əsaslanaraq bu hadisənin Qubrat Xanın Büyük Bulqar dövlətinin dağılması ilə əlaqələndirirlər (Vasileva İ. N., 1997, s. 226-227).

Eyni kurqanlara istinad edən Q. İ. Matveyeva bulqar boylarının bir qisminin Asparux dönəmində Dunay istiqamətində köç etdiyi dövrdə digər bir qisminin də Orta İdilə köçdüyünü söyləməkdə və Novinkovsk kurqanlarını onlara aid etməkdədir (Matveeva G. İ., 1997, s. 42).

Novinkovsk II kurqanından tapılan skeletin kəllə quruluşunu tədqiq edən N. M. Rud da sözügedən kurqanları İdil-Don bölgəsinin bulqar əhalisinə aid olduğunu təsdiq etmişdir (Rud N. M., 1987, s. 141). Eyni fikri İ. Qazimzyanova və A. Xoxlov da təsdiqləməkdədirlər (Dinçer Koç, 2010, s. 41).

Novinkovsk kurqanlarının tarixləndirilməsi məsələsindən söz açan R. Baqutdinov yazır ki, Avrasiyanın orta əsrlərə aid arxeoloji tapıntılarından məlum olan kəmər-qayışları araşdıran A. Bogaçyev sözügedən kurqandan tapılmış eyni tipli əşyaları digərləri ilə müqayisə edərək, elm aləmində "Pereştepinsk-Şilovsk səviyyəsi" adı ilə tanınan mədəniyyəti ayırmış və onu VII əsrin II yarısına aid etmişdir.

Alimin sözlərinə görə, numizmatik məlumatlar da eyni tarixi təsdiqləməkdədir. Belə ki, Şilovsk kurqanlarında iki ədəd qızıl Bizans sikkəsi aşkar edilmişdir ki, onlardan birinin üzərində Bizans imparatoru Herakleios (610-641) və oğlu Herakleios–Konstansın (641-668) təsvirləri əks olunmuşdu. İkincisi də Bizans sikkəsiydi. Fəqət kimə aid olduğu müəyyən edilə bilinməmişdir (Baqautdinov R., Xuzin F., 2006, s. 41, 108-109; Dinçer Koç, 2010, s. 41).

Beləliklə, bulqarların İslamdan öncə öz ölülərini digər Türk xalqları kimi kurqanlarda dəfn edildiyi məlum olur.

Bulqar kurqanları xəzər kurqanları ilə bəzi oxşar cəhətlərə malik olsa da, xəzər kurqanlarından fərqli olaraq bulqar kurqanlarının örtüklərinin altında 1-dən 12-yə qədər məzara rast gəlinir. Qəbir kameralarının formaları əsasən düzbucaqlı formadadır (Dinçer Koç, 2010, s. 43).

Sümüklərin çoxu anatomik düzənə sahibdir. Lakin məzarlardan 10-da sümklər qırıqdır və bir yerə toplanmışdır, 10 məzarda isə sümüklər ətrafa səpələnmiş vəziyyətdədir. Novinkovsk II məzarlığındakı kurqanlardan dördü salamat qalmış, qalanları isə qarətçilər tərəfindən dağıdılmışdır (Baqautdinov R., Xuzin F., 2006, 23).

Brusyansk III məzarlığındakı qəbir çuxurlarının 80%-i düzbucaqlı, 20%-i isə oval formalıdır. Bu kurqanların torpaqdan olan örtükləri yuvarlaq şəklə və 18-40 m diametrə sahibdirlər.Hündürlükləri 0,25-3,0 m arasındadır. Bəzi kurqanların torpaq örtüklərində taxta parçaları və sütunlara rast gəlinməkdədir. Bütün düzbucaqlı kameralar quzey-güney yönlüdür. Çuxurların köşələri at dişləri ve kəllələri də daxil olmaqla, müxtəlif heyvan sümükləri ve keramika parçalarıyla doldurulmuşdur (Dinçer Koç, 2010, s. 44).

Ya. F. Fedorov və Q. O. Fedorovun yazdıqlarından anlaşıldığı kimi, Orta İdil ərazisindən tapılmış bulqar kurqanlarının bənzərlərinə Quzey Qafqazda da rast gəlinməkdədir. Bunlardan 12-si 1969-cu ildə M. Q. Maqomedov tərəfindən Dağıstanın güneyində aşkarlanaraq tədqiq edilmişdir (Fedorov Ya. F., Fedorov Q. O., 1978, s.100).


Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin