Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


ABŞ-ın dövlət katibi Mayk Pompeo



Yüklə 2,93 Mb.
səhifə7/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   2   3   4   5   6   7   8   9   10   ...   105
ABŞ-ın dövlət katibi Mayk Pompeo
Vey İ ABŞ-ı Çinin müəyyən etdiyi “qırmızı xətti” aşmamağa çağırmış, Tayvan məsələsinin Çinin “qırmızı xətti” olduğunu xatırlatmış və Mayk Pompeonun Tayvanda keçirilən prezident seçkilərində qalib gələn Tsay İnvenə təbrik mesajı göndərməsindən narahat olduqlarını növbəti dəfə dilə gətirmişdir.

Çinin xarici işlər naziri eyni zamanda rəsmi Vaşinqtonu Pxenyanla nüvə silahı barədə aparılan danışıqları təxirə saldığına görə də sərt dillə tənqid etmişdir:

Biz Koreya Xalq Demokratik Respublikasının son bir neçə il ərzində gərginliyi azaltma və nüvəsizləşdirmə istiqamətində bəzi müsbət addımlar atdığını müşahidə etməkdə idik. Təəssüflər olsun ki, Amerika tərəfi bu addımlara heç bir gözəgəlimli cavab vermədi. Bu, Şimali Koreya-ABŞ dialoqunun dalana dirənməkdə davam etməsinin əsas səbəbidir”.

Van İnin bəyanatında diqqət çəkən daha bir incə məqam onun növbəti dəfə Çin-Rusiya münasibətlərini növbəti dəfə xüsusi olaraq vurğulaması idi. O, ABŞ-ın tutumunu “siyasi virus” kimi tərif edərək bildirmişdir ki, Çin və Rusiya bir-birilərini “əsassız ittihamlar”a qarşı dəstəkləməkdə və müdafiə etməkdə, “ədalətin carçısı” kimi çıxış etməkdədirlər:

“Nə qədər ki, Çin və Rusiya çiyin-çiyinə durmuşlar və əməkdaşlıq edirlər, dünyadakı sabitlik etibarlı şəkildə qorunacaq, beynəlxalq ədalət də effektiv şəkildə varlığını sürdürməkdə davam edəcək” (Михаил Юшков , 2020).

İndi əsas sual Rusiyanın da bu cür düşünüb-düşünməməsindədir. Fakt budur ki, ABŞ-ın koronavirus salğınına görə Çindən təzminat tələbinə qoşulan ölkələr içərisində Rusiya da var. Və fakt bir də budur ki, Rusiyanı etibarlı əməkdaş hesab etmək sadəlövhlük olar. Ukrayna da bir zaman Rusiyanın sözlərinə etibar etdi, nüvə silahından imtina etmək müqabilində ABŞ və Rusiyanın onun ərazi bütövlüyünün qarantı kimi çıxış edəcəkləri barədə verilən vədlərə, 1994-cü ildə imzalanmış sazişə inandı. Nəticə isə göz qabağındadır, Rusiya nəinki əhdinə sadiq qalmadı, əksinə, Kırımı işğal etdi və indi də Donbas və Luqanskı, daha dəqiq desək, Şərqi Ukrayna ərazilərini Ukraynadan qoparmaq üçün bu ölkədə fəaliyyət göstərən rus separatçılarını hər cür dəstəkləyir.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin