Bəxtiyar Tuncay III dünya savaşi giRİŞŞƏT dövlət başçılarının görüşləri
Rusiyalı iqtisadçı R. Andreyeşevin fikrincə, ŞƏT daxilində intensiv əməkdaşlıq əlamətləri bir o qədər də gözə dəymir. Bu birliyin ortaya çıxmasının əsas səbəbi təsisçi ölkələrin ABŞ-ın bölgədə yeritdiyi siyasətdən məmnun olmamalarıdır. Yəni təşkilatın daha çox ABŞ-ın yeritdiyi siyasi-iqtisadi xəttə qarşı müdafiə səddi kimi qurulduğunu söyləmək daha doğru olar. Bununla belə, ŞƏT bölgədə sabitliyi təmin etmək imkanına sahib deyildir . Rusiya Müdafiə Nazirliyinin Hərb Tarixi İnstitutunun rəisi A. Koltyukovun sözlərinə görə, Çin, Pakistan, İran və Hindistan ŞƏT-i ABŞ təhlükəsinə qarşı bölgə ölkələrinin birliyi kimi gözdən keçirirlər. Çünki ABŞ-ın bölgəyə yönəlik siyasəti bu ölkələrin hamısının təhlükəsizliyi üçün ciddi problemlər yaradır (Куртов А., 2009). Ekspertlər qeyd edirlər ki, ŞƏT 2001-ci ildən fəaliyyət göstərdə fə üzvləri arasındakı ziddiyyətlər üzündən heç vaxt təsirli bir təşkilat kimi çıxış edə bilməyib. Deylənlərin həqiqət olduğunu sübut etmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə Çinlə Hindistan və Hindistanla Pakistan arasındakı qarşılıqlı ərazi iddialarını misal çəkmək yetərlidir. Çinlə Rusiya arasındakı təşkilatdaxili münasibətləri də ideal hesab etmək olmaz. Məsələ burasındadır ki, Çin ŞƏT ölkələrini istehsal etdiyi mallar üçün əlavə istehlak bazarı kimi nəzərdən keçirir, Rusiya isə təşkilatın ilkin məqsəd və hədəflərindən, yəni terrorizmə, ekstermizmə və separatizmə qarşı mübarizə hədəflərindən kənara çıxmamlıdır. Bir sözlə, Rusiya özünün nüfuz dairəsi hesab etdiyi MDB dövlətlərinin, yəni Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi keçmiş sovet respublikalarının, başqa sözlə, əski rus müstəmləkələrinin Çinin iqtisadi nüfuz dairəsinə düşə biləcəklərindən narahatdır və qətiyyətlə buna mane olmağa çalışır (Баранов А. Ю., 2009, s. 57-59). Ən böyük ziddiyyət isə Hindistanla Pakistan arasındadır.
Kəşmirin, bir hissəsinə də olsa, sahib olmaq Pakistana müttəfiqi Çinlə həmsərhədd olmaq imkanı vermişdir. Üstəlik də bu ərazi Hindistanı Orta Asiya bölgəsi və Əfqanıstandan ayırır. 1962-ci il Hindistan-Çin savaşından sonra Kəşmirin bir hissəsi Hindistandan qopardılmış və Çinin tərkibinə keçmişdir. Çin bundan öncə də, daha dəqiq desək, 1950-ci illərdə Kəşmirin Aksayçin adlı hissəsini ələ keçirə bilmişdi. Beləcə, Kəşmir məsələsi təkcə Pakistanla Hindistan arasında deyil, Çinlə Hindistan arasında da əsas problemlərdən biri olaraq qalır. Kəşmir probleminin həll olunmamış qalması 1965, 1971-1972, 1999-cu illər Pakistan-Hindistan savaşlarının əsas səbəbi olub. Deyilənlərə 2019-cu il gərginlik və qarşıdurmasını da artırmaq lazımdır. 2020-ci ilin yazında Hindistanın Kəşmirin xüsusi statusunu ləğv etməsi növbəti qarşıdurma üçün ciddi zəmin hazırlamışdır. Çinlə olan ərazi problemi səbəbindən Hindistan nəinki “Bir zolaq, bir yol” layihəsinə yaxın durmur, əksinə ABŞ-ın təhrik və dəstəyi ilə özünün alternativ “Ədviyyat yolu” adlı layihəsini önə sürməyə çalışır. Bu ölkənin Çin və Pakistana qarşı ABŞ tərəfindən silahlandırıldığı bilinməkdədir (Ankit Panda, 2000; Malik, Iftikhar H.,1992, s. 203–214; Navnita Behera, 2000). 11 may 2020-ci il tarixində Hindistan Müdafiə Nazirliyi açıqlama verərək, həmin gün ölkənin şimal-şərq sərhədində Çin sərhədçiləri ilə qısa müddətli atışma yaşandığı bildirdi. Yüklə 2,93 Mb. Dostları ilə paylaş: |