Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


II FƏSİL ABŞ-Çin qarşıdurması: Rusiyanın mövqeyi necə olacaq?



Yüklə 2,93 Mb.
səhifə5/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   2   3   4   5   6   7   8   9   ...   105
II FƏSİL
ABŞ-Çin qarşıdurması: Rusiyanın mövqeyi necə olacaq?
Hələlik tammiqyaslı savaşdan söhbət etmək tezdir, amma qarşıdurmanı maliyyə müstəvisinə keçirən ABŞ senatorlarının Çini ABŞ-ın maliyyə bazarından tamamilə məhrum etməyə hazırlaşdıqlarını, beləcə, ticari savaşın daha da dərinləşəcəyini indidən və tam qətiyyətlə söyləmək olar. Bu bazarların Çinin nəhəng şirkətləri üçün əsas maliyyə qaynaqlarını təşkil etdiyini nəzərə alsaq, qlobalistlərin fəxrlə “Çinerika” (Çin+Amerika) adlandırdıqları sistemin çökəcəyi və bunun qlobalizmin, başqa sözlə Rotşildlərin qurmaqda olduqları “Çin mərkəzli Yeni Dünya düzəni” sonu olacağı heç bir şübhə oyatmır.

Yaxın zamanlara qədər Çin şirkətləri, o cümlədən dövlət şirkətləri ABŞ-ı maliyyə bazarlarında çox fəal idilər. Bu onlara böyük investisiyalar cəlb etməyə, dünyanın aparıcı bankları ilə əməkdaşlıqlarını dərinləşdirməyə böyük imkanlar yaradırdı. İndisə bu imkanların sonu gəlib.



ABŞ senatı
Rəsmi Vaşinqtonun nöqteyi-nəzərincə, Çin şirkətlərinin Amerika bazarlarında səhm və istiqraz yerləşdirməsindən aldıqları bonuslar, Vaşinqtonun bu yolla Çin şirkətlərinə təzyiq edə bilmək üçün əldə etdiyi rıçaqlar ilə müqayisədə kiçik bir mənfəət idi. İndi bu rıçaqların işə düşdüyünün şahidi oluruq: ABŞ Senatı yekdilliklə Amerika birjalarında satılan Çin şirkətlərinin səhmlərinin və depozit qəbzlərinin delistisiyasına (ticarətdən kənarlaşdırılmasına) səbəb olacaq bir qanun qəbul etmək qərarına gəliblər. və çox güman ki, həmin qanun hazırda oxumaqda olduğunuz monoqrafiya, onun müəllifi tərəfindən sona çatdırılmadan artıq qəbul edilmiş olacaq.

BBC İnformasiya agentliyinin həmin qanunun qəbul edilməsi ilə bağlı yaydığı bir xəbərdə deyilir ki,ABŞ Senatı bəzi Çin şirkətlərinin ABŞ birjalarında səhm satışını qadağan edə biləcək bir qanun qəbul etdi. Qanun xarici şirkətlərdən ABŞ-ın audit və digər maliyyə standartlarına uyğun gəlməsini tələb edir. Artıq o, Nümayəndələr Palatasına (ABŞ Konqresi) göndərilib.

Qanun layihəsi, eyni zamanda açıq şəkildə satılan şirkətlərdən xarici bir hökumətin sahibi olduqları və ya nəzarət etdikləri barədə məlumat vermələrini tələb edəcəkdir (Иван Данилов, 2020).

Əslində bu qanun bütün xarici şirkətləri nəzərdə tutsa da, əsl hədəfdə olan bilavasitə Çindir.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin