Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə14/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   10   11   12   13   14   15   16   17   ...   105
Şarm əl-Şeyxdə (Misir)
Bütün bu görüşlər sayəsində strateji silahlara nəzarət sahəsində ciddi irəliləyişlər qeyd olunmuş, ideoloji-siyasi ziddiyyətlərə son qoyulmuş, əməkdaşlığın genişlənməsində nail olunmuşdu. Nəticədə ABŞ Rusiyanın əsas investoruna çevrildi. 1992-1998-ci ildə Rusiyaya yatırılan investisiyaların həcmi 7,7 milyard dollara çatmıdı ki, bu da bütün investisiyaların üçdə bir demək idi (Российско-американские отношения.., 2011).

1995-ci ilin sentyabrında NATO ölkələri Bosniyaya müdaxilə etdilər. Bu, Rusiya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Təkcə Qərb və NATO deyil, eləcə də B. Yeltsin və A. Kozyrev bu cür hərəkətlərin qarşısını ala bilmədiklərinə görə tənqid atəşinə tutuldular. Rusiyanın passiv mövqeyində istifadə edən Qərb dairələri NATO-nun Şərqə doğru genişlənməsi perspektivlərini ciddi şəkildə müzakirə etməyə başladılar. Bu barədə niyyət C. Buş administrasiyasının sonunda elan edilmiş, B. Klinton administrasiyası tərəfindən prioritet məsələyə çevrilmişdi (Глебов Г.И., Милаева О.В., 2010).

Moskvada NATO-nun genişlənməsinə hazırlıq Rusiyaya təzyiq cəhdi və Qərbdən gizli bir təhdidin ifadəsi kimi qiymətləndirildi. 1996-cı ilin yayında qarşıdan gələn prezident seçkilərini və siyasi elitanın anti-Qərb hissəsinin mövqeyinin möhkəmlənməsini nəzərə alan prezident B. Yeltsin "həddən artıq qərbyönümlü" olduğu sanılan A. Kozyrevi vəzifəsindən azad etdi, onu güclü siyasətçi və mülayim dövlət xadimi kimi tanınan Y. Primakovla əvəzlədi (Гарусова Л. Н., 2004; Алексей Богатуров, 2007).

H. Kissencer və Y. Primakov
Beləcə, Rusiyanın milli maraqlarının qorunması zərurəti önə çıxdı və bu, Y. Primakovun rəhbərliyi altında həm nazirin özü, həm də tabeçiliyində olanların çıxışlarının əsas leytmotivinə çevrildi. ABŞ və Avropa Birliyi ilə əməkdaşlıq xəttini davam etdirən yeni xarici işlər naziri, Qərbdən gələn təşəbbüslərlə "şərtsiz razılaşma" mövqeyindən imtina etdi. O, qarşıda duran əsas vəzifəni Rusiyanın maraqlarını Qərbin maraqları ilə uzlaşdırmaqda deyil, ortaq maraqların axtarılıb tapılmasında görürdü.

Birləşmiş Ştatlar öz milli maraqlarını dünyanın digər ölkələri kimi Rusiyaya da qəbul etdirməyə çalışır, Y. Primakov isə Vaşinqtonla tərəfdaşlıq xəttindən kənara çıxmamaq şərtilə, buna qarşı durmağı zəruri sayırdı (Алексей Богатуров, 2007). Eyni zamanda ABŞ-ın özündə də siyasi dəyişikliklər baş verməkdə idi. Konqresin respublikaçıların nəzarəti altına keçməsi ilə "yeni soyuq müharibə rüzgarları” əsməyə başlamışdı. . Respublikaçı müxalifət liderləri Klintonu "xarici siyasəti rusların əlinə keçirməkdə" tənqid edir və "Soyuq müharibənin qalibləri" mövqeyindən çıxış edərək, Rusiyanı bazar iqtisadiyyatı olan demokratik ölkələrlə "əhatə etmək" üçün NATO-nun sürətlə genişlənməsində israr edirdilər.

1990-cı illərin ikinci yarısında Rusiya xarici siyasətində "demokratik həmrəylik" prinsipindən imtina etdi, çünki NATO-nun genişləndirilməsi planlarına qarşı idi. Bununla belə, rəsmi Moskva 27 may 1997-ci ildə Parisdə Rusiyanın genişlənməyə uyğunlaşdırılması proqramı olan “Rusiya-NATO Qurucu Aktı”nın (Основополагающий акт, 1997) imzalanmasına mane olmadı və proqramın ilk mərhələsi 1999-cu ildə həyata keçirildi, Çexiya Polşa və Macarıstan NATO-ya qəbul edildilər.



1998-1999-cu illərdə NATO-nun Kosovoya müdaxiləsi ilə əlaqədar yaranan kəskin diplomatik gərginlik, yəni Balkanlardakı hadisələrlə bağlı fikir ayrılıqları Rusiya ilə Qərb arasındakı münasibətlərin digər sahələrinə sıçramasına da səbəb oldu.



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin