Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə22/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   18   19   20   21   22   23   24   25   ...   105
Con Kerri
2014-cü il mart ayının əvvəlində Rusiyanın Kırımdakı fəaliyyətləri ilə əlaqədar iki ölkə arasındakı münasibətlərin kəskin şəkildə kəskinləşməsi ilə əlaqədar ABŞ-ın dövlət katibi Con Kerri özünün bir televiziya müsahibəsində "sıfırlama" nın keçmişdə qaldığını söyləyərək bildirdi ki, "Rusiya ilə münasibətlərin fərqli bir mərhələsinə qədəm qoyduq" (Россия-США: точки согласия..,,  2013).

Martın 30-da, V. Putin B. Obamaya zəng edərək, Ukrayna böhranından birlikdə çıxış yolu tapmaq təklifini irəli sürdükdən sonra Parisdə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi C. Kerri arasında görüş keçirildi (Бывший директор ЦРУ, 2014). Aprelin 14-də Putinlə Obama daha bir telefon görüşməsi keçirdilər. Görüşlərdən sonra rəsmi Vaşinqtonun yaydığı bəyanatda Rusiyanın Ukraynadakı silahlı separatistlərə verdiyi dəstək pisləndi və Moskvanın situasiyanı bilərəkdən gərginləşdirdiyi qeyd edildi. Obama Ukraynadakı bütün tərəfləri silahı burağmağa və masa arxasına keçməyə çağırdı. Moskvaya da öz nüfuzundan istifadə edərək silahlıların zəbt etdikləri binaları tərk etməsinə yardımçı olması istəndi (Президенты России и США.., 2014).

17 apreldə Ukraynada keçirilən antiterror əməliyyatı fonunda Cenevrədə AB, ABŞ və RF-nın yüksək rütməli məmurları arasında Ukraynada gərginliyi azaltmaqla bağlı dördtərəfli görüş keçirildi. Görüşün sonunda bəyanat qəbul edildi (Женевское заявление.., 2014).

2014-cü ildə Amerika rəhbərliyi, Rusiyanın Krımın ilhaqına və Ukraynanın şərqindəki münaqişəyə cavab olaraq, Rusiyanın hərəkətlərinə qarşı çıxmaq və “bölgədəki rus təcavüzünün qarşısını almaq” məqsədi ilə “Avropanın durdurma təşəbbüsü”nü başlatdı. NATO tərəfdaşları ilə xüsusilə Şərqi Avropada fəal qarşılıqlı fəaliyyət planı işlənib hazırlandı (Дональд Трамп за ценой.., 2018).




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin