Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)
2013-cü ilin avqust ayında Rusiya-Amerika münasibətləri, mütəxəssislərin fikrincə, soyuq müharibə dövrünün sonundan bəri ən aşağı səviyyəyə çatdı. ABŞ prezidenti Obamanın sentyabr ayında Moskvaya nəzərdə tutulmuş səfəri Rusiyada müvəqqəti sığınacaq verdiyi keçmiş MKİ (CIA) zabiti Edvard Snoudenə, Suriyadakı vəziyyətə və Rusiyadakı insan hüquqları ilə bağlı fikir ayrılıqlarına görə ləğv edildi (Мария Макутина, 2013; В Кремле опровергли.., 2016).
Barak Obamanın 2013-cü ilin sentyabrında Moskvaya səfərini ləğv etməsi ilə bağlı Ağ Evin xüsusi açıqlamasında son 12 ayda raketdən müdafiə və silah nəzarəti, ticarət və iqtisadi əlaqələr, qlobal təhlükəsizlik problemləri, insan hüquqları və vətəndaş cəmiyyəti kimi mövzularda irəliləyiş olmadığı qeyd edilməkdə idi (Нажали паузой.., 2013, s. 16).
Ukrayna hadisələri və Krımın 2014-cü ildə Rusiya Federasiyası tərəfindən işğalı ölkələr arasında gərginliyin yeni mərhələsinə səbəb oldu.
Ukraynadakı hadisələrdən və "Kırım baharı"ndan sonra ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdi, onun beynəlxalq təcridini təşkil etməyə çalışdı və Moskva ilə Vaşinqton arasındakı dialoq demək olar ki, nəticəsiz qaldı (От «империи зла».., 2018). 2014-cü ilin mart ayından etibarən Amerika administrasiyasının təşəbbüsü ilə 2009-cu ildə yaradılmış Rusiya-Amerika Prezident Komissiyası çərçivəsindəki fəaliyyətlər dayandırıldı və ikitərəfli əməkdaşlıq istiqamətində bir sıra digər fəaliyyətlər də ləğv edildi. Bəzi Rusiya rəsmiləri, Federal Məclis üzvləri və sahibkarlara, eləcə də şirkətlər və banklara qarşı viza, maliyyə və əmlak sanksiyaları tətbiq edildi.
Dostları ilə paylaş: |