Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


VIII FƏSİL Çinin Hindistan və digər qonşu ölkələrlə ərazi problemləri



Yüklə 2,93 Mb.
səhifə90/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   86   87   88   89   90   91   92   93   ...   105
VIII FƏSİL
Çinin Hindistan və digər qonşu ölkələrlə ərazi problemləri
Hər ikisi XX əsrdə ortaya çıxmış bugünkü Çin və Hindistanın ərazilərinin əksər hissəsi birincinin ərazisinin yaponlar, ikincisinin isə ingilislər tərəfindən işğalına, daha sonra isə müstəqillik əldə etmələrinə qədər müxtəlif Türk sülaləri tərəfindən idarə olunmuş və Türk dövlətlərinin tərkib hissəsi olmuşlar.

Çin Xalq Respublikasının hazırda Hindistan, Çin Respublikası, Yaponiya, Vyetnam, Butan və digər qonşu ölkələrlə həll edilməmiş ərazi problemləri var. Bunlardan ən başlıcası Hindistanla olan və tarixi qədimlərə qədər uzandığı hesab edilən mübahisələrdir. Bu mübahisələrin tarixi qədim hesab edilsə də, bu fikrin heç bir əsası yoxdur və Çinin vaxtilə tərkib hissəsi olduğu, başında mancur tatarlarının durduğu Qinq (Tsin) imperatorluğunu, eləcə də daha öncə tərkib hissəsi olduğu Uluq Ulus // Uluq Orda (Tatar) dövlətlərini Çin dövlətləri, onların tarixlərini də özünün tarixinin tərkib hissəsi kimi təqdim etməsindən qaynaqlanır.

Hindistan da ingilis işğalına qədər Beöyük Muğal (Moğol) inperatorluğunu tərkib hissəsi idi. Bu imperatorluğun Qinq (Tsin) imperatorluğu ilə olmuş sərhədlərini (Chaliand G., 2004) Çin-Hindistan sərhədi kimi gözdən keçirilməsi mənasızdır. Üstəlik də həmin dövrdə təbii sərhədləri təşkil edən keçilməz dağlar tərəflərdən heç birini maraqlandırmamışdır. Bu dağ və sərhədlər Böyük Muğal imperatorluğunun ərəzilərinin ingilislər tərəfindən işğalından sonra önəm daşımağa başlamışdır. Odur ki, sözügedən münaqişənin əski tarixi Hindistan yarımadasının sahibinə çevrilmiş Böyük Britaniya imperatorluğu ilə Qinq (Tsin) imperatorluğu arasında mövcud olmuş sərhədd münaqişəsinin tarixidir və Çinlə Hindistana heç bir dəxli yoxdur. Yalnız sonradan, yəni Hindistan və Çin adlı dövlətlərin tarix səhnəsinə çıxışından sonra sözügedən münaqişə Hindistan-Çin münaqişəsi xarakteri almışdır.

Bu manaqişələrdən birincisi 1962-ci ildə baş verən Çin-Hindistan savaşıdır. Bu savaş elmi ədəbiyyatda bəzən “1962-ci il Çin-Hindistan sərhədd savaşı” kimi də adlandırılmaqdadır ki, bu da onun xarakterindən irəli gəlir.

Çin inqilabından və Hindistanın müstəqilliyini qazanmasından və iki yeni gənc dövlət arasında münasibətlərin qurulmasından bir müddət sonra baş verən sözügedən savaş 1 il sürmüş və Çinin qələbəsi ilə bitmişdi. Əldə edilən atəşkəs razılaşması ilə hər iki dövlət əski sınırlarına dönmüşdülər.

Qeyd edək ki, Çin inqilabından sonra yaranan Çin Xalq Respublikasını rədsən tanıyan ilk ölkələrdən biri də Hindistan olub. Bu hal ilk öncə iki ölkə arasında dost münasibətlərinin qurulmasına səbəb olmuş, ancak bu, Tibet olayının ortaya çıxmasına qədər sürmüşdür.

Savaşın əsas səbəbi iki ölkənin Himalay dağlarında bulunan sınırları üzərindəki anlaşmazlıqlar olsa da savaşın başlamasına yol açan başqa təsirlər də az deyildi.

Çin ordusu 1950-ci ildə Tibeti işğal edərək öz ərazisinə qatmışdı. Tibetin işğalından sonra 3.225 kilometrlik bir sərhədd xəttinə sahib olan iki ölkə arabir bu sınır xəttinin haradan keçməli olması məsələsinə fərqli baxışlar üzündə kiçik miqyaslı silahlı çatışmalar yaşamağa başladılar. Həmin tarixdən etibarən Çin Hindistanın quzeyində yer alan bəzı bölgələri də öz ərazisi kimi göstərən xəritələr yayınlayırdı ki, bu da qarşı tərəfin ciddi narazılığına səbəb olmaqda idi (İndo-China War.., 2013). Elə bu səbəbdən də Hindistan Çin Kommunist Partiyasının rəhbərliyinə məktub yazaraq ÇXR-in sözügedən siyasətinə kəskin etirazını bildirdi. İki ölkə arasında vəziyyətin əsaslı surətdə gərginləşməsi də elə bundan sonra başladı.

1959-cu ildə Tibetdə yaşanan üsyan və Dalaylamanın Hindistana sığınması onsuz da gərgin olan iki ölkə münasibətlərini daha da gərginləşdirdi.

Eyni illərdə gərgin olan Çin - Sovet və Çin - ABŞ əlaqələrinin əksinə olaraq, Hindistan bu iki ölkəylə xoş müanasibətlər içindəydi. Bu da Çin rəhbərliyində Hindistanın bu iki ölkədən hər hansı birisiylə ona qarşı ittifaq quracağı qorxusunu doğururdu. Problemin həlli üçin 1960-1962-ci illərdə müzakirələr aparılmasına rəğmən, hər hansı bir nəticəyə gəlmək mümkün olmadı.

Savaş uzun müddətdən bəri savaşa hazırlıq görən Çin ordusu birliklərinin 20 oktyabr 1962-ci il tarixində Hindistanın quzey-doğu bölgəsindeki Çin-Hindistan sınırlarından hücuma keçməsiylə başladı. Eynı anda Aksay Çində yerləşdirilmiş olan Çin birlikləri də hücuma keçərək irəliləməyə başladı (Battle of.., 2013). Müharibə dənizdən 4.250 metr yüksəklidə yerləşən dağlı bir coğrafyada baş verdi (Calvin James Barnard, 2011).

Bu olaylar yaşandığı sırada Qərbı dövlətləri Hindistana dəstəklərini sürdürmüşlər. Həmin dövrdə Çində meydana gələn təbii fəlakətlər və keçmiş SSRİ ilə yaşanan ziddiyyətlər səbəbindən sovet mühəndislərinin bu ölkəni tərk etməsi səbəbiylə Çində dərin böhran baş qaldırmışdı. Savaş onun qələbəsiylə bitsə də, ölkə heç bir qazanc əldə edə bilmədi (Rowland John, 1967, s. 141).

Nikita Xruşşevin başçılığq etdiyi SSRİ-nin savaşdan öncə də, savaş dövründə də, sonra da Hindistanın yanında yer alması Çin-SSRİ münasibətlərinin pozulmasına səbəb oldu (Calvin James Barnard, 2011). Çünki hər iki ölkədə kommunist partiyaları hakimiyyətdə idi və məntiqlə SSRİ Çinə dəstək verməli idi, yəni ən azından gözlənti bu idi. Bənəzər halla Hindistan da üzləşmişdi. O da öndərlik etdiyi Qoşilmayanlar Həərəkatı ölkələrindən heç bir dəstək görməmişdi. Görmədiyi üçün də dərin xəyal qırıqlığına uğramışdı.

Çin və Hindistan orduları növbəti dəfə 1965 və 1967-ci illərdə üz-üzə gəldilər. Bu qarşıdurma tarixə 1967-ci il Çin-Hindistan sərhədd münaqişəsi kimi düşüb. Ona bəzən “Çol hadisəsi” də deyilməkdədir. Həmin ilin payızında Hindistanın Sikkim protektoratının sərhədində meydana gələn bu silahlı toqquşma iki ayrı döyüşdən - Natula və Çola bölgəsindəki toqquşmalardan ibarət idi.

1962-ci ildə Çin-Hindistan müharibəsindən sonra iki ölkə arasında münasibətlər gərgin olaraq qalırdı. 1965-ci ildə Çin qoşunları Hindistan hərbçiləri tərəfindən işğal edilən Sikkim sərhəd bölgəsi istiqamətində bir sıra hərbi əməliyyatlar aparsa da bir nəticə əldə edə bilmədilər. 1967-ci ilin sentyabrında Natuladaki Hindistan sərhəd postu Çin qüvvələri tərəfindən hücuma məruz qaldı. Döyüş beş gün davam etdi, bütün Çin quru hücumları dəf edildi. Tərəflər artilleriya atışları ilə mübadilə etdilər və Hindistan artilleriyası düşmənə böyük ziyan vurdu. Hindistan bu döyüşdə 62 hərbçisini itirdi, Çin tərəfinin itkiləri isə bilinmir.

Sülh müqaviləsi 1993 və 1996-cı illərdə imzalanmışdır. Fəqət tam anlaşma əldə edilməyib. Odur ki, gərginlik bugünə qədər davam edir. 2020-ci ilin 10 may tarixində yayılan bir xəbərdə deyilir ki, bir gün öncə Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar

Məlumata görə, “hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sıkkım ştatının Çinlə sərhədində baş verib.

Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.

İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.

Xatırladaq ki, ...Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır” (Hindistan və Çin.., 2020).

Növbəti gün yayılan xəbərdən isə belə məlum oldu ki, Hindistan və Çin ordusu arasında toqquşma yaşanıb. Toqquşma Hindistanın Çinlə sərhədində baş verib. 

“Hindistan Müdafiə Nazirliyinin verdiyi açıqlamada, ölkənin şimal-şərq sərhədində Çin sərhədçiləri ilə qısa müddətli atışma yaşandığı bildirilib.  

Açıqlamada, ümumilikdə 11 əsgərin yaralandığı, bunlardan 4-nün Hindistan hərbçisi, 7-sinin isə Çin əsgərləri olduğu qeyd edilib. Tərəflər arasındakı danışıqlardan sonra, atışma dayandırılıb. 

Hindistan Müdafiə Nazirliyi, Nakula bölgəsində baş vermiş bu olayın səbəblərini açıqlamayıb” (Hindistanla Çin arasında.., 2020).  

Vəziyyətin hansı həddə olduğunu anlamaq üçün xəbər saytlarına düşən 19.01.2020 tarixli və “Hindistan Çin və Pakistanla sürətli müharibəyə hazırlaşır” başlıqlı bir xəbərə də mütləq diqqət etməmiz vacibdir. Həmin xəbərdə bildirilirdi ki, Hindistan öz hərbi doktrinasını dəyişməyi planlaşdırır. Rəsmi Dehli ordunu “soyuq start” prinsipinə keçirmək istəyir. Hazırda bu prinsiplə bağlı ölkənin siyasi rəhbərliyində müzakirə aparılır.

... “soyuq start” prinsipi ordu və hərbi texnikanın nüvə təhdidi kritik həddə çatmamış tez bir zamanda ölkə sərhədlərinə yeridilməsidir. Bəzi ekspertlər Hindistanın bu prinsipi Çin və Pakistan üçün tətbiq etdiyini bildirib” (Hindistan Çin və Pakistanla.., 2020).

2020-ci ilin iyun ayının 16-da yayılan xəbərlər də maraqlıdır. Məsələn, bir xəbərdə belə deyilməkdə idi: “

Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında növbəti dəhşətli toqquşmalar baş verib. XeberOxu.Az xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar nəticəsində azı 20 Hindistan əsgəri həlak olub. Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb.

Xatırladaq ki, daha əvvəl olan toqquşma nəticəsində Hindistan tərəfindən 3 əsgər həlak olub” (Son dəqiqə.., 2020).

Qeyd etdiyimiz kimi, Çin təkcə Hindistanla deyil, digər qonşuları ilə də problemləri olan ölkədir. Bu problemlər səbəbindən 1979-cu ildə sözügedən ölkə ilə Vyetnam arasında da savaş çıxmışdı. Fevral-mart aylarında baş vermiş bu müharibə tarixə iki sosialist ölkə arasında baş verən ilk müharibə kimi düşmüşdür.



Çin işğalçı Fransaya qarşı silahlı mübarizə apardığı dövrdə Vyetnama ciddi dəstək vermiş və bunun nəticəsində Vyetnam müstəqilliyini bərpa edə bilmişdi. Vyetnam müharibəsi zamanı (1965-1975) Çinin kommunist Şimali Vyetnama əhəmiyyətli hərbi (mühəndislik və zenit təyyarələrinin göndərilməsi daxil olmaqla) və iqtisadi yardım da verdiyi məlumdur (The Encyclopedia of the Vietnam,, 2011, s. 199).

Lakin sonra hər şey dəyişdi və məsələ iki ölkə arasında müharibə səviyyəsinə gəldi. Bu müharibənin səbəbləri barədə Vyetnam və Çin fərqli mövqelərə sahibdirlər.

Vyetnam tərəfinin fikrincə, 1975-ci ildə Vyetnam kommunistlərinin qələbəsindən və Vyetnamın iki hissəsinin yenidən birləşməsindən sonra Çinin cənub qonşusuna qarşı siyasəti dəyişməyə başladı. Çin rəhbərliyi öz sərhədlərində güclü bir dövlətin, üstəlik də SSRİ-nin müttəfiqi olan bir dövlətin yaranmasında qətiyyən maraqlı deyildi. Yəni Sovet-Çin qarşıdurması sonuncunun xarici siyasətini böyük dərəcədə təyin etməkdəydi və bu xarici siyasət Vyetnamı SSRİ-nin müttəfiqi olması səbəbindən düşmən kimi gözdən keçirməyə sövq edirdi.

Həmin dövrlərdə Çin və sovet "təsir dairələri" arasındakı toqquşmanın tipik bir nümunəsi Kambocadakı hadisələr idi. Burada 1975-ci ildə Pol Potun rəhbərlik etdiyi Khmer Rouge, başqa sözlə Qırmızı Khmerlər hakimiyyətə gəldilər və Çini özlərinə əsas və tək müttəfiq seçdilər. Hakimiyyətə gələr-gəlməz, Khmer Rouge, Vyetnama qarşı ərazi iddiaları irəli sürməyə və sərhəddə təxribatlar təşkil etməyə başladı, nəticədə uzunmüddətli bir müharibə vəziyyəti meydana gəldi. Həm Kambocadakı Vyetnam icması, həm də Kamboca ilə həmsərhəd bölgələrdə yaşayan vyetnamlılar bundan çox əziyyət çəkirdilər.



Bir neçə məhdud hərbi əməliyyatlardan sonra Vyetnam rəhbərliyi daha qətiyyətli hərəkət etmək lazım olduğu qənaətinə gəldi.

1978-ci ilin noyabrında Vyetnam SSRİ ilə uzunmüddətli dostluq və əməkdaşlıq müqaviləsi imzaladı və çox keçmədi ki, Vyetnam ordusu Kambocaya geniş miqyaslı müdaxiləyə başladı (25 dekabr 1978), Pol Potu iki həftə içində devirərək və Vyetnamla əməkdaşlıq etməyə hazır olan Henq Samrini hakimiyyətə gətirdi.

Çin Kambocada baş verənlərdən çox narahat idi. Ortada dost rejimin devrilməsi faktı var idi. Narahatçılığa başqa bir səbəb Sovet-Vyetnam müqaviləsinin imzalanması idi. Üsütəlik də ruslar Əfqanıstanda özlərinin kuklası olan bir rejimi hakimiyyətə gətirə bilmişdilər. Bütün bunlar bölgədə Sovet təsirinin artmasına səbəb oldu. Çin rəhbərliyi Sovet İttifaqının onu tədricən peyk dövlətlər zənciri ilə əhatə etdiyini görməyə və bununla razılaşa bilməzdi (The Encyclopedia of the Vietnam,, 2011, s. 199). Odur ki, Vyetnam qüvvələrinin Kambocadakı Khmer Rouge üzərindəki təzyiqini yüngülləşdirəcək və vəziyyəti dəyişəcək məhdud bir hərbi əməliyyat keçirmək qərarı verildi.

Çinlilərsə müharibənin başlama səbəbini başqa cür şərh etməkdədir. Onların şərhinə görə,

1975-ci ildə Vyetnam KP baş katibi Le Duan Moskvaya səfər etdi, bu müddətdə "iki ölkə arasındakı sarsılmaz dostluq və sosialist düşərgəsinin birliyinin möhkəmləndirilməsi" barədə birgə bəyanat yayıldı. Le Duanın 1977-ci ildə SSRİ-yə təkrar səfərindən sonra Vyetnam (1978-ci ildə) CMEA-ya qəbul edildi.

1978-ci ildə Le Duan yenidən SSRİ-yə səfər etdi, burada qarşılıqlı hərbi yardım haqqında saziş, habelə digər altı saziş imzaladı. Bu müqavilələrə əsasən SSRİ Vyetnamda dəniz və hava bazaları yaratmaq hüququnu əldə etdi. O, həmçinin sovet yönümlü kollektiv Asiya təhlükəsizliyi sisteminin yaradıldığını elan etdi. Bütün bu hərəkətlər ÇXR-in şimalından və cənubundan strateji Sovet gənələrinin yaranmasına səbəb oldu (Оборонительная война.., 2012).

Sovet-Vyetnam əməkdaşlığının nəticəsi Vyetnam-Çin sərhədi ilə bağlı sualların qəfil ortaya qoyulması oldu. Vyetnam Tonkin körfəzinin demarkasiyası ilə bağlı iddialara başladı, Vyetnam körfəzin dəniz ərazisini ⅔-ni tələb etdi, Çin rəhbərliyinin Çinin ərazisi hesab etdiyi Parasel və Spratli qrupundan bir neçə adanın işğalını həyata keçirdi və qalan adalara da ərazi iddiaları qaldırdı. Quru sərhədində qarşıdurmalara səbəb olan sonsuz sərhəd mübahisələri başladı.

Eyni zamanda, əvvəllər əldə edilmiş razılaşmaları pozaraq, Vyetnam keçmiş Cənubi Vyetnamda yaşayan Çin vətəndaşlarından Çin vətəndaşlığından imtina etmələrini tələb etdi. Etnik Çinliləri Vyetnamdan sıxışdırmaq üçün bir kampaniya başladı, nəticədə yüz minlərlə insan Cənubi Vyetnamdan bölgədəki qonşu ölkələrə qaçmağa məcbur oldu.

Vyetnamın şimalında ənənəvi olaraq Çindən gəlmiş mühacirlərdən "sərhədi təmizləmək" üçün bir kampaniya aparıldı. Bütün bu tədbirlər 1978-ci ilin sonlarında 280 mindən çox insanın Vyetnamdan qovulmasına səbəb oldu.

Sovet-Vyetnam müqaviləsi imzalandıqdan sonra Vyetnam Çin tərəfdarı olan Khmer Rouge hökumətini devirmək üçün Kambocaya əsgər göndərdi.

yni zamanda, 1974-cü ildən bəri getdikcə qanlı hala gələn Çin-Vyetnam sərhədində qarşılıqlı təxribatlar davam edirdi. 1979-cu ilin fevral ayına qədər silahlı təxribatların sayı 3535-ə çatmışdı.

Çin tərəfinin bildirdiyinə görə, yalnız 1978-ci ilin avqustundan 1979-cu ilin fevral ayına qədər Vyetnam tərəfindən 705 sərhəd pozuntusu olmuş, ortaya çıxan qarşıdurmalarda 300-dən çox Çin vətəndaşı öldürülmüşdü.

Çin-Vyetnam sərhəddində davam edən silahlı insidentlər, vyetnamlıların fikrincə, Çin tərəfi tərəfindən törədilən təxribatların nəticəsi idi.

Yanvarın 18, 10 və 16-da Çin Xarici İşlər Nazirliyi sərhəddə təxribatların dayandırılmasını tələb edən ardıcıl üç bəyanat verdi, Vyetnam hakimiyyəti Çin Xarici İşlər Nazirliyinin açıqlamalarına məhəl qoymadı (Оборонительная война.., 2012).



1979-cu ilin yanvarında, müharibə başlamazdan bir neçə gün əvvəl, Çin Prezidenti Den Siaopin ilk dəfə ABŞ-a rəsmi səfərə getmiş və burada "Çin Vyetnama dərs verməyə hazırlaşır" ifadəsini işlətmişdi. Amerika prezidenti Cimmi Karter ilə görüşündə fəal şəkildə SSRİ-yə qarşı Amerika dəstəyini almağa çalışmışdı. Sovet yayılmaçılığının təkcə Çinə deyil, həm də ABŞ-ın maraqlarına da zərər verdiyini iddia etmişdi (40 лет назад.., 2019).

Müharibəyə hazırlıq bir neçə ay davam etdi. Noyabr ayında SSRİ ilə Vyetnam arasında qarşılıqlı yardım haqqında saziş imzalanandan sonra, 7 dekabr 1978-ci ildə ÇXR Mərkəzi Hərbi Şurasında bu vəziyyətdə fəaliyyət strategiyasının hazırlanması məqsədilə xüsusi iclas keçirildi. Mərkəzi Hərbi Şura sədrinin müavini Den Siaopin, Vyetnamla həmsərhəd olan Quansi Çjuanq Muxtar Vilayətinin şərq hissəsinin komandiri təyin edildi. Əlavə qoşunların Vyetnamla sərhədə köçürülməsi qərara alındı.

8 Dekabr 1978-ci ildə Mərkəzi Hərbi Şura SSRİ və Monqolustan ilə həmsərhəd olan hərbi rayonlara: Şenyanq, Pekin, Lançjou (Qansu əyaləti) və Sincan əyalətlərinə yüksək hazırlıq barədə əmr verdi. Bu bölgələrin qoşunların daimi düşərgə yerlərindən dağıdılmasını istisna etmək üçün gizli şəkildə yerləri dəyişilməli idi. Fərmanda göstərilirdi ki, Çin rəhbərliyi qarşıdakı əməliyyatda SSRİ və Monqolustandan da böyük əks-həmlə gözləyir. Vyetnam Əməliyyat səhnəsi, SSRİ-nin də müharibəyə girməsi halında ikinc dərəcəli sayılırdı.

Yanvarın 8-i səhər, Quançjou Hərbi Dairəsinin bir qrup hərbi birliklərinin əməliyyat yerdəyişdirilməsi başa çatdırıldı. Yunnanda əlavə qoşunların cəmləşdirilməsi də tamamlandı.

Elit qüvvələr Vyetnamla sərhəd yaxınlığında cəmləşdi. Sovet məlumatlarına görə: onların ümumi sayı 600.000 nəfəri əhatə edən 44 bölmədən ibarət idi (Вооружённая борьба.., 1984, s. 190). Bu qrupdan ümumi sayı 250.000 nəfər olan qoşun (Bakshi G.D., 2004; James Linder, James Gregor, 1981) Vyetnam ərazisinə keçdi. Vyetnam tərəfində onu 100 min nəfərlik hərbi qüvvə qarşıladı (Russel Howard,1999). Müdafiənin birinci xəttində Vyetnamın yalnız sərhəd qoşunları və xalq milisinin hissələri var idi. Vyetnam Xalq Ordusunun (VXO) nizami bölmələri Hanoy və Haiphonq bölgəsini müdafiə etmək üçün ikinci cərgədə yerləşdirilmişdi, lakin müharibə başlar-başlamaz onların bəziləri sərhədə qədər irəlilədilər və döyüşlərə qatıldılar. Çinlilərin say üstünlüyü, Vyetnamlıların isə döyüş təcrübəsi vardı.

HHQ Mərkəzi Komitəsinin Siyasi Bürosu tərəfindən hərbi əməliyyatların başlanması ilə bağlı son qərar fevralın 9-da qəbul edildi (Скворцов В. Н., 1981, s. 44).

17 fevral 1979-cu il tarixində saat 4: 30-da Çin qoşunları Çin-Vyetnam sərhədi istiqmətində irəliləmək barədə əmr aldılar. Eyni zamanda, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bir hissəsi Çin neft platformalarını qorumaq üçün Tonkin körfəzini nəzarətdə saxlamaq üçün göndərildi.



Həmin gün səhər tezdən artilleriya hazırlığından sonra Çin Xalq Qurtuluş Ordusu (ÇXQO) Vyetnamın şimal əyalətlərinə hücum etdi və dərhal da sərhədçi və milislərin sərt müqaviməti ilə qarşılaşdı. İşğal bir neçə istiqamətdə baş verdi: Laokay, Kaoban və Lanqşon. Ümumiyyətlə isə, döyüşlər demək olar ki, bütün Vyetnam-Çin sərhədi boyunca gedirdi. Müharibənin ilk üç günü ərzində Çin Laokay əyalət mərkəzini ələ keçirməyə və bəzi yerlərdə Vyetnam ərazisinin 15 km içlərinə doğru irəliləməyə müvəffəq oldu (Владимир Славин, 2007). Ancaq bundan sonra hücum tempi kəskin şəkildə azaldı.

Fevral ayının sonunda Çin ordusu, daha bir əyalət mərkəzini - Kaobanqı ələ keçirdi.



İşğalın son nöqtəsi, Çin qoşunlarının Hanoya gedən yolu açdığı yerdən, şiddətli döyüşlərdən sonra Lanqşon tutulduqdan sonra gəldi. Martın 5-də Vyetnamda ümumi bir səfərbərlik elan edildi. Lakin eyni gündə Çin rəsmi olaraq hücumun dayandırılmasını və qoşunların çəkilməsinin başlandığını elan etdi. Buna baxmayaraq, döyüşlər, Çin məlumatlarına görə, martın 16-da Çin qoşunlarının Vyetnamdan çıxarılmasının tamamlanmasına qədər davam etdi.

Çin-Vyetnam müharibəsinin səciyyəvi və çox qeyri-adi bir xüsusiyyəti o idi ki, döyüşlər sadəcə quruda gedirdi. Hər iki tərəf müxtəlif səbəblərdən, faktiki olaraq, döyüş təyyarələrindən və donanmadan istifadə etmədi (Михаил Михайлович Ильинский, 2000, s. 418-486).

Çinin Yaponiya ilə də mübahisəli ərazilər problemi var. Söhbət Senkaku (Diaoyu) adalarından gedir. İnsanla məskun olmayan, 1895-ci ildən etibarən (1945-1972-ci illər istisna olmaqla) Yaponiyanın tərkibində olan bu adalara həm Çin Xalq Respublikası, həm Çin Respublikası (Tayvan), həm də ruslar haqq iddia etməkdədirlər (Junko Ogura, 2012; Nicholas Kristof, 2012; John W. Finney, 2012).

Professor Li Sokvo və digərlərinin yazdığına görə, sözügedən adalar, 1970-ci illərdə, orada neft yataqlarının mövcud olma əlamətləri aşkar edildikdən sonra önəm qazanmış və mübahisələr mövzusuna çevrilmişdir (Lee Seokwoo et al., 2002, s. 11-12). Bundan əlavə, ərazi nəqliyyat yollarına və balıq ovu sahələrinə olduqca yaxındır (Q&A.., 2012).

Adalar Şərqi Çin dənizində Yaponiya, Çin və Tayvan sahilləri arasında yerləşir. Arxipelaqa daxil olan adaların hər birinin sahəsi 800 m² ilə 4.32 km² arasında dəyişir (China-Japan tensions.., 2010; 1969 Chinese atlas.., 2015).

Yaponiyanın mövzu ilə bağlı rəsmi mövqeyi belədir ki, yaponlar XIX əsrdə Senkaku adalarını kəşf etdilər və adaların heç kimə aid olmadığına qərar verdilər və bununla da onları Yapon imperatorluğuna qatdılar. 1970-ci illərə qədər, ÇXR və Çin Respublikası (Tayvan) I Çin-Yapon müharibəsindən əvvəl Çin adalarının məskunlaşmasına dair sənədli sübutların olduğunu bildirənə qədər, ÇXR Yaponiyanın adalar üzərindəki suverenliyini tanıyırdı, lakin sonra iddia etməyə başladı ki, Yaponiya Senkakuya olan bütün ərazi iddialarından imtina etməlidir.

II Dünya Müharibəsi başa çatdıqdan sonra yaponlar bəzi digər ərazilərlə yanaşı, sözügedən adalardan da çəkilmək məcburiyyətində qalmışdılar.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin