Bəxtiyar Tuncay qazan xanin yarliqlari qazan Xan. Orta əsrlər Şərq miniatürü



Yüklə 416,48 Kb.
səhifə1/2
tarix24.03.2020
ölçüsü416,48 Kb.
#102367
  1   2

Bəxtiyar Tuncay

QAZAN XANIN YARLIQLARI




Qazan Xan. Orta əsrlər Şərq miniatürü
Abaqa Xanın nəvəsi, Arqun Xanın böyük oğlu olan Qazax Xan 1271-ci ilin noyabr ayının 5-də Mazandaranda dünyaya gəlmiş, atasının hakimiyyəti dövründə Xorasan, Mazandaran, Qum və Reyin (indiki Tehran) hakimi olmuş, bu vəzifəni Keyxatu Xanın dövründə də davam etdirmişdir.

Keyxatu Xanın edamından sonra hakimiyyəti öz əlində cəmləşdirmiş Bayduya qarşı cəbhə alan Qazan yerli əhalinin dəstəyini qazanmaq üçün əmir Novruzun məsləhəti Əl-Bürz dağında, Reylə Amul arasında yerləşən Larican qalasında İslamı qəbul edir və bundan sonra Mahmud Qazan adı ilə tanınmağa başlayır (Рашид ад-Дин, 1946. Т. 3, s. 163). Dövrünün böyük ilahiyyatçı və sufi alimi onun din sahəsində müəllimi olur (Абу Бакр ал-Кутби ал-Ахари, 1984, s. 97, şərh 63-64).

Baydu üzərində qələbədən sonra , 1295-ci ilin 3 noyabrında Arranda baş tutan Qurultayda elxan seçilən Qazan Xan İslamı dövlət dini elan edir. Və dərhal da müharibələr nəticəsində təsərrüfatı dağıdılmış ulusun qalxınması istiqamətində çalışmağa başladı. Vəzr təyin edilən Fəzlullah Rəşid əd-Dinin məsləhət və köməyi ilə böyük islahatlar geçəkləşdirildi.

Qazan Xan taxta çıxanda həm maliyyə sistemi, həm də ordunun təchizatı çökmüş vəziyyətdə idi. Bu barədə K. Yahun bunları yazmaqdadır: “Qazan Xanın islahatlarından öncə kimsə iki min dəst zirehi bir arada görə bilməzdi. İslahatlardan sonra ildə on min dəst zireh və silah istehsal edilməyə başlanmışdı. Bundan başqa, sadəcə Qazan Xana aid əlli özel silah dəsti vardı” (Karl Jalun, 1940, s. 337).



Qazan Xanın islahatlarından söz açan Mustafa Uyarın yazdıqlarından belə anlaşılır ki, islahatlardan sonra silah və diğər hərbi təçhizat üçün xərclənən vəsait, daha öncəki xərclərin yarısından daha az idi: “Reşîdüddin'in rivayetinden, bir terzinin ve bir silah tüccarlarının İlhan Hülegü döneminden başlayarak Moğol (Tatar – B. T.) aristokrasisine yardakçılık sayesinde nasıl para sızdırdıklarını öğrenmekteyiz. Gazan Han'dan önce yönetim ve malî işlere “rezil, kişiliksiz, düzenbaz" insanlar tayin edilmiş, bitikçi ve ilgiler hilekârlığa tenezzül eder hale gelmişlerdi5. Bunun âmilleri, devletin malî sistemi içerisindeki yolsuzluklardan ziyade, gerek malî ve gerekse askerî sistemdeki adem-i merkeziyet; askerî aristokrasi ve aristokrat olmayan sivil memurlar arasmdaki ayrışma; emîr ve kumandanların kişisel ve yerel eğilimleriydi. Bu durum, 1290'lardan başlayarak Ebû Sa'îd döneminin kapandığı 1335 yılma dek sürmüştür” (Mustafa Uyar, 2011,. s. 263-264).


Yüklə 416,48 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin