"Monohibrid çarpazlaşma zamanı alınmış ikinci nəsil hibridləri arasında fenotip əlamətlər 3:1 nisbətində: 3/4 dominant, 1/4 resessiv olmaqla parçalanır."
İki təmiz ya allel fərdin çarpazlaşmasına monohibrid çarpazlaşma deyilir. heteroziqot fərdlərin çarpazlaşmasından törənən fərdlərin bir hissəsi dominant, digər hissəsi isə resessiv əlamətlərin daşıyıcısıdırlar. Resessiv əlamətlər birinci nəsil hibridlərində itməyərək, gizlin qalaraq ikinci nəsil hibridlərində üzə çıxırlar. Əlamətlərin parçalanması fenotip üzrə 3:1 nisbətində və genotip üzrə 1:2:1 nisbətində olması aşağıdakı şəraitdən aslıdır:
1. Çoxsaylı çarpazlaşdırma öyrənildikdə
2. A və a allel tərkibli qametlər bərabər saylı və eyni həyat qabiliyyətli olduqda
3. Müxtəlif allelli qametlər bir-biriləri ilə eyni ehtimalda qarışırlar.
4. Müxtəlif genotipli ziqotlar bərabər həyat qabiliyyətlidirlər.
İrsiyyət qnununu əsas müddəaları bunlardır:
- Əlamətlərin nəsildən-nəsilə ötürülməsinə diskret irsiyyət faktoru – gen cavabdehdir.
- Hər bir diploid fərd ya orqanizm əlamətə cavabdeh genin bir cüt allelinə malikdir; bunlardan biri ata, digəri isə anadan götürülmüş olur.
- İrsi faktorlar nəsildən-nəsilə cinsiyyət hüceyrələri vasitəsi ilə ötürülür. Qamet formalaşdıqda, hər birinə ancaq hər cütdən bir allel düşmüş olur (O qamet təmiz sayılır ki, ikinci allelə malik olmur).
|
AB
|
Ab
|
aB
|
Ab
|
AB
|
AABB
|
AABb
|
AaBB
|
AaBb
|
Ab
|
AABb
|
AAbb
|
AaBb
|
Aabb
|
Ab
|
AaBB
|
AaBb
|
aaBB
|
aaBb
|
Ab
|
AaBb
|
Aabb
|
aaBb
|
Aabb
|
Beləliklə Mendel tarixdə ilk dəfə Allahın əzəldə təyin və təqdir etdiyi, rəqəmlərlə ifadə edilə və hesablana bilən qanunları təsbit edə bilmiş, eyni zamanda həm də riyazi genetikanın əsasını qoymuşdur.
Bu qanunlar və ya qanunauyğunluqlar çox sadədir və asanlıqla izah edilə bilinir.
Bu gün elmə Mendelin yaşadığı dövrdə məlum olanlardan daha çox şey məlumdur. Məsələn, məlumdur ki, DNT və zülaldan əmələ gəlmiş hüceyrəvi struktur olan xromosom hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Yunan dilindən tərcümədə boyanan cisimciklər deməkdir. Hüceyrənin daxili quruluşunu öyrənmək məqsədi ilə işlənilən əsas boyalarla rənglənir.
Artıq qeyd etdiyimiz kimi, hüceyrə canlı formalarının ən kiçik vahididir. Eukariot hüceyrələr sitoplazma və nüvədən meydana gəlir. Nüvənin içində isə xromosom adı verilən ipə bənzər cisimciklər vardır. Xromosom, molekulyar strukturu yaxşı bilinən DNT ilə histon və bir çox başqa zülalların birləşməsindən təşkil olunan mürəkkəb bir strukturdur.
Hüceyrənin bölünməsi dövründə xromosom ikiləşir və bala hüceyrələrə bərabər miqdarda paylanır (mitoz bölünmə). Bu, Allahın əzəldən təyin və təqdir etdiyi qədərdir.
Dostları ilə paylaş: |