Bəxtiyar Tuncay


Canlı təbiətdə “qədər və qəza”



Yüklə 1,11 Mb.
səhifə28/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   24   25   26   27   28   29   30   31   ...   96
Canlı təbiətdə “qədər və qəza”

Cansız təbiətlə bağlı alimlərin təsbit edə və hesablaya bilmədikləri, demək olar ki, bircə dənə də olsun, ölçü və ya qanun qalmamışdır. Yəni fiziklər Allahın fiziki dünya üçün təyin və təqdir etdiyi ölçüləri, yəni qədəri Onun ilhamı (kəşf) sayəsində ortaya qoya biliblər. Canlı təbiətlə bağlı isə məsələ bir qədər fərqlidir. Bilinən şey çox olsa da, bilinməyənlər hələ ondan qat-qat çoxdur.

Əgər cansız təbiətdəki şey və hadisələrin ölçülərini təsbit etmək bir o qədər də çətinlik törətmirsə, canlı təbiətlə bağlı ölçü meyarlarını ortaya qoymaq nisbətən çətindir və bu üzdən də alimlər bu zaman riyazi hesablamalardan daha çox fəlsəfi və məntiqi fikirlərə əsaslanırlar. Onlar isə bir sıra hallarda Çarlz Darvinin məşhur nəzəriyyəsi kimi özünü doğrulda bilmir. Bu o deməkdir ki, Allah fiziki aləm üzərindən sirr pərdəsini daha çox götürüb. Canlı aləmdə isə alimlər üçün hələ öyrənməli olduqları daha çox sirr var. Bununla belə, bilinənlər canlı orqanizmlərin də riyazi yolla hesablana bilən ölçülərə, yəni qədərə bağlı olduğunu tam tərəddütsüz söyləməyə əsas verir.

Elmin təsbit etdiyi həqiqətlərdən biri budur ki, fiziki cisimlər atomlardan təşkil olunduğu kimi, canlı orqanizmlər də hüceyrələrdən təşkil olunublar. Onlar (insan, heyvan, bitki, göbələk, mikrob, bakteriya, həşərat) ayrı-ayrılıqda tək bir vücud əmələ gətirən vahid sistem kimi gözdən keçirilirlər. Bu halda mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.

Yüksək orqanizmlərdə hər bir orqanda qan damarları və sinirlər vardır. Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya orqanlar sisteminin məcmusu aparat adlanır.

İnsan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin sistemi), duyğu orqanları sistemi, sinir sistemi.

Vikipediyada yazılanlara görə, dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlər, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlər hesab olunur.





Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin