Tarix üzrə fəlsəfə doktoru , Ələkbər Ələkbərovun “Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabından VIII hissə ( Son )
Türk dillərində, məsələn Azəbaycan türkcəsində, “-in” ismin yiyəlik halının şəkilçisidir, məsələn “kimin? - İbrahimin”. Fikrimizcə, müasir rus dilinin yiyəlik halının şəkilçisi olan “-и(н)” həmin vasitə ilə yaranmışdı - кого, чей? - Саши(н). Yaxud başqa misal - “innə/ninnə/lay-lay”.
İngilis dilində “an” sait səslə başlayan ismin önündə istifadə olunan qeyri-müəyyənlik artiklidir. Fransız dilində də “un” qeyri-müəyyən ismin qarşısında istifadə olunan artikldir. Maraqlıdır ki, eyni vaxtda “un/in/an” zaman-məkan funksiyasını bidirən hissəcikdir, məsələn, latın dilində “annus/il”, italyanlarda anno/il”; ingilislərdə “and”, almanlarda isə “und” zaman/məkan davamlılığını bidirən bağlayıcıdır; almanlarda və ingilislərdə “end” sonluğu bildirən ifadədir ki, ona roman və germam dillərində “finish/fine”, rus dilində isə “конец” deyirlər. Əlbəttə ki, bunu hindavropa dillərinin qohumluğundan ortaya çıxan xüsusiyyətlə bağlaya bilərlər. Lakin türk dillərində də bu xüsusiyyətlər və analogiya qorunur – “an” (çox qısa bir vaxt ölçüsü) və “son”. Ərəb dilində isə “başlanğıc” bildirən “kənə/olmaq” felini buna misal gətirmək olar: “innəmə əmrahu izəə əradə şeyyən ən yəkulə ləhu kun fəyəkunu – Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” [Quran, XXXVI:82]
Maddilik informasiyanın xüsusiyyətlərini daşıyan “un/in/an” insan/qəbilə bildirən sözlərin yaranmasında da iştirak edir – şumerlərdə en/tayfa başçısı, kahin/, türklərdə xan/tayfa başçısı, kahin/, аna/valideyn, mən, man, min /1-ci sifətin tək halda şəxs əvəzliyi, mannalılar, vənədlər, vonoqurlar tayfaları; çinlilərdə van /başçı, kahin/, hindavropalılarda bu “man, pan /insan, ağa/”, samilərdə - yəhudi ben, ərəb. metateza vasitəsi ilə ibn –oğul, mən –«kim» sual işarəsi. Fars və erməni dillərində “an/yan” artıq soyad və mənsubiyyət bildirən şəkilçidir /Sistani, Pərixanyan/. Məhz həmin şəkilçi biz Ərdəşir Babəkanın adında da müşahidə edirik. Bu zaman-məkan mənasını bildirən şəkilçini biz toponimik formant/şəkilçi kimi “Gordion, Panteon, Askalon”yer adlarında görürük. Əgər “an/on” hissəcikinə “k-“ hərfi əlavə olunsa proteza hadisəsi nəticəsində eyni məna verən “kan“ hissəciyi yaranır (Abakan, Mərdəkan, Namazqan). Orta fars, pəhləvi dilində Hindukan /Hindistan/ sözünün “qan/can” formada əksini biz Adurbadaqan, Azərbaycan adlarında müşahidə edirirk.
Ərəb dilində müəyyənlik artikli “əl”-dir. Fransız dilində isə biz onun “le” forması ilə qarşılaşırıq. Fikrimizcə, fransız dilində istifadə olunan “le” ərəb “əl” artiklinin metatezaya uğramış formasıdır (mənanın qorunması ilə hərflərin yer dəyişməsi, məsələn “kab/bak - həcm” – müəllif) və ərəblər Əndəlüsü (qədim “İberiya” – müəllif) tutduqdan sonra o da bura, həmin regiona gələrək, roman dillərinə təsirini göstərmişdir. Lakin ərəblər germanlardan uzaq idi və onların da dilində “all, always, alles” hissəciklər yalnız “işığa” xass olan zaman-məkan funksiyasını icra edirlər. Nəhayət, Avropa dillərində “al” müəyyənlik bildirən suffiksinin rolunu da oynayır, məsələn “natural”. Maraqlıdır ki, həmin hissəciyin metatezası istər hindavropa dillərində, istərsə də sami dillərində müəyyənlik bildirən artiklin inkar formasını yaradır - samilərdə əl/lə, ivritdə lö (“in” - rus dilində «не/нет», ingl. «no», alman. nicht., fars nə). Beləliklə, «əl/lə»~«in/no» dil ifadələlərinin qarşı-qarşıya qoyulması “in/no” ~ “əl/lə” anlayışlarının informasiyalığı haqqında məlumat verir. Bu müqayisə isə onu sübut edir ki, artıq türk dillərində də ”li/lu/la” özündə bütün yuxarıda nümunə gətirdiyimiz «in/an» mənalarını əks edir – “lu/insan (ulu)”, “lala/böyük qardaş”, “lu/insan/+lu/insan/+bi / (türk dillərində oba /ev, yaşayış yeri/ mənasını verən hissəcik) → “insanlar/tayfa”. Bunun əsasında da Azərbaycanın qədim türk tayfası lu(l)lubi; mənsubiyyət və toponimik formant şəkilçisi “lı/li/lu” Kartli (qurteli) /tarixi Qırdman/Qardabani - indiki Şərqi Gürcüstan/, Biaynili /Urartu/, Yaroslavl, Peryaslavl [122, 387-419], Gəncəli Nizamini misal çəkmək olar.
Bəzi hallarda “in/un” say funksiyasını da icra edir. German dillərində «ein/one/un»dir. Lakin türk sayları daha kamildir və ”un/in” onlarda daha yüksəyə doğru dialektik inkişafı təsdiqləyir - «10/on» «1000/min». “İşıq” mənasında “uz/üz” hissəciyinə “y” hərfinin protezası vasitəsi ilə “yuz/100» anlamı meydana gəlir və ”dəniz”; “ulduz”; “qızmaq” sözləri də həmin qeyd etdiyimiz hissəciklərinin vasitəsi ilə yaranmışdır.
Nümunə gətirdiyimiz İnsan düşüncəsinin aşağı qatları ilə bağlı olan adı çəkilən hissəciklərin sayını artırmaq da olar. Maraqlıdır ki, “un/in” hissəciyi bir çox qədim bütpəstlərdə “Allah” mənasını da bildirirdi. Məsələn, bu vikinqlərdə – Troyadan Avropaya köçən asların başçısı – Odin. Yaxud da Kiyev slavyanlarının dillərində vaxtı ilə “bir/1” mənasını bildirən “первый, перший” sayları vikinqlarin ora gəlişindən sonra “один” sözü ilə əvəzləndi və bu da skandinavların baş Allahı Odinlə bağlı idi. Kiyev slavyanlarının Xristianlıqdan əvvəlki Baş Bütü isə - Perun və onun əsasında yaranan “первый, перший” idi ki, onun da kök samitləri türk “bir/pir” mənasını verir. Perun adındakı “un” şəkilçisi isə dediyimiz “un”u əks etdirir. Maraqlıdır ki, vikinqlərdə Asqard – Allahlar ölkəsidir. Həmin “on/un” hissəciklərinə yunanlarda Poseydon, romalılarda Neptun – dəniz tanrılarının adlarında da rast gəlmək olur. Burada da, həmin hissəciklərin artıq su ilə bağlılığını, məsələn, Van gölü, Don→Tanais, Dunay→Danay, Dnepr→Danapr, Dnestr→Danastr və İordan çaylarının adlarında müşahidə edirik.
Dostları ilə paylaş: |