Bəxtiyar Tuncay



Yüklə 1,11 Mb.
səhifə33/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   29   30   31   32   33   34   35   36   ...   96
Xromosom

Gen ədədi

Nukleotid ədədi

Tanımlanmış Nukleotidlər[1]

1

3,148

247,200,000

224,999,719

2

902

242,750,000

237,712,649

3

1,436

199,450,000

194,704,827

4

453

191,260,000

187,297,063

5

609

180,840,000

177,702,766

6

1,585

170,900,000

167,273,992

7

1,824

158,820,000

154,952,424

8

781

146,270,000

142,612,826

9

1,229

140,440,000

120,312,298

10

1,312

135,370,000

131,624,737

11

405

134,450,000

131,130,853

12

1,330

132,290,000

130,303,534

13

623

114,130,000

95,559,980

14

886

106,360,000

88,290,585

15

676

100,340,000

81,341,915

16

898

88,820,000

78,884,754

17

1,367

78,650,000

77,800,220

18

365

76,120,000

74,656,155

19

1,553

63,810,000

55,785,651

20

816

62,440,000

59,505,254

21

446

46,940,000

34,171,998

22

595

49,530,000

34,893,953

X xromosomu

1,093

154,910,000

151,058,754

Y xrosomu

125

57,740,000

22,429,293

Bu ölçülər insanoğlu üçün əzəldən cızılmış bir qədərdir və onu digər canlılardan fərqli hala gətirir. Məsələn, məlumdur ki,



İnsanabənzər meymunlarda – şimpanze, qorilla, oranqutanlarda – insana nisbətən 2 xromosom çoxdur. 

Qeyd edildiyi kimi, insanda 23 cüt xromosom var – bunlardan 23-ü anadan, qalan 23-ü isə atadan bizə keçmişdir. Cəmi 46 xromosom edir. Şimpanzelərdə isə – 24+24=48 qədərdir. Bu qədər meymunlar üçün əzəldən cızılmış qədərdir və insanın qədərindən fərqlənir. İnsanla meymun arasındakı fərq də bu qədərlərin fərqindən qaynaqlanır.

Meymunun bütün canlılar içərisində insana xarici görkəmcə ən yaxını olması heç də ateistlərin inandıqları təkamülün nəticəsi deyil, insanın ikinci və şimpanzenin 12 və 13-cü xromosomlarının birləşdirilmiş strukturunun oxşarlığından qaynaqlanır.

Hər bir xromosom minlərlə sayda genlərə malikdir. Hər bir gen isə insanın yalnız bir əlaməti (məsələn, gözlərin, dərinin rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s.) barədə məlumatın daşıyıcısı olur. Bu da Allahın hər bir insane üçün ayrı-ayrılıqda əzəldən cızmış olduğu qədərdir. Bu qədər və ya qədərlər, insanları bir-birindən dərisinin, gözünün, saçının rənginə, burnunun və ya kəllə quruluşunun antropoloji formasına, boyunun uzunluğuna, bədənin tük örtüyünün sıxlığına və s. əlamətlərə görə fərqləndirir.

Hüceyrələrin daxilindəki sonuncu 1 cüt xromosom isə cinsi xromosomlardır. Qadınlarda cinsi xromosomlar eyni (X və X), kişilərdə isə müxtəlif (X və Yiqrek) olur. Beləliklə, qadın xromosom dəsti – 46 XX, kişi xromosom dəsti isə – 46 XY-dir. Bu fakt isə Allahın qadın və kişilər üçün cızdığı iki fərqli qədərdən xəbər verir.

Allahın əzəldən təyin və təqdir etmiş olduğu qədərə görə, yumurta hüceyrəsi və spermatozoidin hər birində 23 sayda xromosom vardır. Mayalanma zamanı bunların birləşməsi nəticəsində yeni orqanizm hüceyrəsi əmələ gəlir və onun da daxilində 46 sayda (23 sayda anadan + 23 sayda atadan) xromosom olur.


Birləşməyə (mayalanmaya) hazır olan cinsi hüceyrələr (yumurta hüceyrələri və spermatozoidlər) qamet adlanırlar. Qadın qametləri ancaq bir növə malik olur – 23 X. Kişi qametləri isə iki növ olur: 23 X və 23 Y. Qadın cinsi hüceyrəsini X-spermatozoid və ya Y-spermatozoid mayalandıra bilər. Buna görə də əgər qadın cinsi hüceyrəsini X-spermatozoid mayalandırarsa qız (23 X ana + 23 X ata = 46 XX) uşağı, Y-spermatozoid mayalandırarsa oğlan (23 X ana + 23 Y ata = 46 XY) uşağı dogulmuş olur.

Beləliklə, doğulacaq uşağın qız və ya oğlan olacağı əvvəlcədən Allah tərəfindən təqdir edilmişdir və istər qadın, istərsə də kişi olsun, hər bir insanın qədəri 23 xromosom daşıyan spermozoidin 23 xromosomlu yumurta hüceyrəsi ilə qovuşması ilə başlayır və onun qədərinin ilk hissəsi ana bətnində keçir.

Yuxarıda qeyd etdiyimiz kimi, bitki, göbələk, heyvan, həşərat və s. canlı növləri fərqli xromosom sayına sahibdirlər. Bu saylar sabitdir, yəni dəyişməzdir və bu səbəbdən də bir növdən təkamül yolu ilə başqa növün törəməsi mümkün deyildir.

Aşağıdakı cədvəldə fərqli canlı növlərinin sahib olduqları xromosom sayları əks olunub:



Allah tərəfindən xromosomlara yazılmış rəqəmsal informasiya təkcə ayrı-ayrı canlıların və insanların deyil, bütöv nəsil və soyların, eləcə də ayrı-ayrı etnosların da gələcək qədərini bəlirləyir. Bunu vaxtilə “Kurqanlarda yatan mifoloji təfəkkür və genetik tariximiz” adlı kitabımı yazarkən anlamışdım. Həmin kitabda qədim və orta əsrlər kurqanlarından çıxan sümüklərin genetik analızı əsasında gəlinən nəticələri əldə əsas tutaraq, Türk etnosunun genetik tarixini qələmə almağa çalışmışdım. Gəldiyim nəticəyə əsasən, irsiyyətin müəyyən edilməsinin əsasını təşkil edən Y-xromosomu atadan oğula keçdiyi və minillər ərzində dəyişmədiyi üçün təkcə ayrı-ayrı fərdlərin deyil, həm də ayrı-ayrı xalqların nəsil ağacının izlənməsinə imkan yaradır.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin