Bəxtiyar Tuncay


Y-xromosomlar və insan soyunun qədər proqramı



Yüklə 1,11 Mb.
səhifə34/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   30   31   32   33   34   35   36   37   ...   96
Y-xromosomlar və insan soyunun qədər proqramı
Y-xromosomların tədqiqi əsasında kurqan mədəniyyətini yaradan və arxeoloqlar arasında «kurqan etnosu» kimi tanınan etnosun kimliyini və bu «etnos»un hazırki xalqlar arasındakı varislərini müəyyənləşdirmək istiqamətində aparılan tədqiqatlar son dərəcə maraqlı nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Həmin nəticələr bunlardır:

1. Genetiklərin əldə etdikləri nəticə iranşünaslarla türkoloqlar arasında skiflərin mənşəyi ilə bağlı iki əsrə yaxındır ki, davam edən mübahisəyə son qoymuş və sözügedən xalqların türk olduqlarını birmənalı şəkildə təsdiq etmişdir. Belə ki, Qara dəniz sahillərindən Altaya qədər uzanan geniş ərazidəki fərqli skif kurqanlarından tapılmış 96 skeletdən götürülmüş nümunələrinin tam genomlu SNP markerləri üzrə PCA analizləri aparılmış, bu zaman 8 skif genomunu, eləcə də 167 daha qədim və 777 müasir genomu əsas götürmüş və məlum olmuşdur ki, e.ə. I minillikdə Uralda, Qazaxıstanda və Qara dəniz sahillərində yaşamış skiflər öz aralarında genetik bağlarla sıx bağlı olmaqla yanaşı, bu gün həmin ərazilərdə yaşayan türk xalqlarının ulu babalarıdırlar, özləri isə həmin ərazilərin son tunc dövrü əhalisinin, onlar vasitəsilə isə Mərkəzi Avropanın eneolit və tunc dövrləri qəbilələrinin, o cümlədən çuxur və kərtmə mədəniyyətlərini, eləcə də Samara mədəniyyətini yaratmış qəbilələrin birbaşa varisləridirlər.

2. Mərkəzi Asiyadan Şərqi Türküstan və Balkanlara, Volqadan Hindiquşa qədər uzanan geniş ərazilərdə yaşayan xalqların böyük əksəriyyəti bu gün türk dilinin müxtəlif ləhcə və şivələrində danışırlar. Bu ərazi tunc dövründə kərtmə və Andronovo mədəniyyətlərinin, dəmir dövründə isə iskit, sak, sarmat və hunların yaşadıqları ərazi ilə üst-üstə düşür və həmin xalqlar da eynən sözügedən mədəniyyətlərin daşıyıcıları kimi R1a1 və müəyyən qədər R1b haploqrupuna sahibdirlər.

3. Sibirin türk xalqlarının genetik yapısının O. A. Balaqanskaya və digər tanınmış genetiklər tərəfindən hərtərəfli araşdırması sonucunda gəlinən qənaətə görə, Qərbi Avrasiya substratının (R1a1a) 4000 il öncə Sibirdə peyda olmasından sonra keçən dövr ərzində onun tədricən yerli substratlar - Q, eləcə də N1c1 və N1(xN1c1) tərəfindən sıxışdırılması müşahidə edilməkdədir. Hazırda Q substratı Sibirdə orta hesabla 32%, Altay və xakas türklərində isə 18 % təşkil edir. N1c1 və N1(xN1c1) substratı isə bölgənin müxtəlif xalqlarında 2-89 % arasında dəyişir. Türk xalqlarında onun göstəricisi keçən 4000 il ərzində 17-18 faizə çatıb. Nəticədə bu xalqlarda monqoloidlik əlamətləri artmağa başlayıb.

4. Həm skif və sakların, həm də sarmat və alanların R1a haploqrupuna sahib olduqları elm tərəfindən artıq təsbit edilmişdir. Elni ədəbiyyatda bir əsrə yaxındır ki, həmin xalqların birbaşa varisi kimi təqdim edilən osetinlərdə - nə diqorlarda, nə də ironlarda R1a haploqrupuna, demək olar ki, rast gəlinməyib. Onların genlərində G2a haploqrupu dominantlıq təşkil edir. Diqorlarda bu göstərici 2/3, ironlarda isə 3/4-dür. Yəni osetinlərin diqor boyunun hər üç nəfərindən ikisi, iron boyunun hər dörd nəfərindən üçü sözügedən haploqrupun daşıyıcısıdır. Odur ki, osetinləri alanların, demək həm də skif, sak və sarmatların varisləri hesab etmək səhvdir.

5. Alan qəbirlərindən çıxan skeletlərin DNT analizləri sübut edir ki, onlar da skif, sak və sarmatlar kimi R1a haploqrupunun daşıyıcıları olublar. Osetinlər içərisində bu haploqrupun təmsilçiləri 0,5-0,8 % təşkil edir. Həmin haploqrup inquşlarda 7, İnquşetiyada yaşayan çeçenlərdə isə 8 % təşkil edir. Qaraçaylı və balkarlarda isə bu göstərici 36 faizə çatır. Bu isə o deməkdir ki, alanların, deməli, həm də iskit, sak və sarmatların Şimali Qafqazdakı əsas kötükcələri qaraçay və balkar türkləridir.

6. Rusiya ərazisində aparılan tədqiqatlar tatar və başqırdların da eynən qaraçay və balkarlar kimi skiflərin nəsilləri olduğunu göstərməkdədir. Tatarlarda eynən xəzərlərdə olduğu kimi R1a-Z93 və R1a-Z280 haploqrupları dominantlıq təşkil edir və bu fakt sözügedən türk xalqının köklərinin Qərbi Avrasiya ilə bağlılığına işarə edir. Tatarlar, eləcə də çuvaş türkləri üçün xeyli miqdarda fin-uqor xalqları üçün xarakterik olan N2 və N3 haploqrupları da xarakterikdir ki, bu da keçmişdə regionda baş vermiş qarşılıqlı nigahların nəticəsidir. Elə bu səbəbdəndir ki, mari, mordva, komi və udmurtlar kimi fin-uqor xalqlarında da çox sayda R1a daşıyıcısı müəyyən edilmişdir.

7. Tatar və başqırdlarda kifayət qədər R1b3 haploqrupu da müşahidə edilib. Tatarlarda bu 15, başqırdlarda isə 43 % təşkil edir. R1b haploqrupunun da eynən qohum R1a haploqrupu kimi Yaxın Şərqdə formalaşdığı, oradan Avropaya və daha sonra Avrasiyanın geniş ərazilərinə yayıldığı hesab edilir. R1a ruslar üçün də xarakterik olan haploqruplardandır ki, bu da ruslar içərisində xristianlığı qəbul etmiş və slavyanlaşmış türk mənşəlilərin həddən artıq çox olduğundan xəbər verir.

8. Genetik tədqiqatlar xəzərlərin etnogenetik nəsil zəncirində skiflərlə müasir türk xalqları, xüsusən də qaraçaylılar və balkarlar, eləcə də tatarlar və başqırdlar arasında birləşdirici halqa olduğunu göstərir. Üzərlərində genetik analizlər aparılmış xəzərlərə aid sümük nümunələrinin analizi onların R1a–Z93 haploqrupunun daşıyıcısı olduğunu üzə çıxarmışdır. Ümumilikdə isə aparılan tədqiqatlar nəticəsində xəzərlərin ümumi əcdaddan gələn iki nəsldən ibarət olduqları məlum olub ki, sözügedən haploqrupu onlardan sadəcə biri daşımışdır. Bu haploqrup genetik sıralamada 1251 indeksi altında qeyd edilir. Digər nəsil isə 1986 indeksi ilə qeyd edilmiş R1a–Z280 haploqrupunun daşıyıcısı olub. Genetiklərin apardıqları hesablamalara görə, bu iki soyun ümumi əcdadı 2750-3590 il əvvəl, başqa sözlə, e. ə. II-I minilliklərdə yaşamışdır. Belə hesab edilir ki, R1a–Z93 kök nəsil olmuş, R1a–Z280 isə ondan ayrılmışdır, yəni onun fərqli bir qolu olmuşdur. Çünki R1a–Z93 daha qədimdir və kərtmə mədəniyyətini yaradan xalq da onun daşıyısı olmuşdur. Bu nəslin ən azı 5000 il yaşı olduğu, onun təqribən 8075 il öncə tarix səhnəsinə çıxan daha qədim nəsildən ayrıldığı hesab edilir. Bu haploqrupa Potapov, Sintaşta, Andronovo, Karasuk mədəniyyətlərinin yaradıcılarının genlərində də rast gəlinib.

9. Çatal-Höyükün neolit və eneolit dövrünə aid mədəni təbəqələrindən tapılan 800-ə yaxın skeletdən götürülmüş DNT nümunələrinin analizi nəticəsində məlum olub ki, həmin şəhərin əhalisinin daşıdıqları genomlar içərisində R1b və R1a haploqrupları dominantlıq təşəkil edirdi. Şəhər əhalisinin 24 faizi R1b, 14 faizi isə R1a haploqrupunun daşıyıcısı olub. Bu fakt «Neolit inqilabı»nın müəlliflərinin R1b və R1a haploqrupunun daşıyıcıları olan türklərin ulu babalarının olduqlarını söyləməyə əsas verir.

10. Altay, Sayan, Tyan-Şan və Pamirin türkdilli əhalisinin Y-xromosomunun polimorfizmi Qərbi və Şərqi Avrasiyanın genofondlarının qarşılıqlı əlaqəsi kontekstində öyrənilməsi istiqamətində apılan tədqiqatların nəticəsinə görə, R1a1a haploqrupu tədqiqata cəlb edilmiş bütün populyasiyalarda, yəni əhali qruplarında 4-61 % arasında müşahidə edilməkdədir. Bu hal, çox güman ki, sözügedən ərazidə iskit-sarmat dövründə və daha öncəki dövrlərdə üstünlük təşkil etmiş paleoavropa substratını markerləşdirir. R1b1b2(269) variantı isə bunun əksinə olaraq öyrənilən populyasiyalarda çox nadir hallarda rast gəlinir (1%) və orta hesabla polimorfizm həddinə çatmır.

11. Altay, Sayan, Tyan-Şan və Pamirin türkdilli əhaləsində (toplam 1101 nəfər) üç əsas gen axını istiqaməti aşkar edilmişdir: (R1a1a haploqrupu ilə markerləşən) Qərbi Avrasiya, Şərqi Avrasiya (C, D, O haploqrupları) və Şimali Avrasiya (N1b, N1c1 və Q) genləri.

12. Tədqiqata cəlb edilmiş türkdilli əhali qruplarının genofondunun formalaşmasında əsas tendensiya özünü Qərbi Avrasiya (paleoyevropoid) komponentinin Şərqi Avrasiya (monqoloid) komponenti ilə əvəz olunması şəkilində göstərir. Monqoloid təsir özünü baryer rolunu oynayan dağlıq zonalara nisbətən çöl və çöllə həmsərhədd zonalarda daha çox büruzə verir. Onların genlərində protoural və paleoasiya komponentlərinin izləri də qorunub saxlanılmışdır.

13. Öyrənilən türkdilli populyasiyalar genetik sahədə üç klasterdə birləşir: Altay-Sayan, çöl və bu ikisi arasında keçid olan Pamir – Tyan-Şan. Y-xrosomun hər iki (SNP və STR) markeləri üzrə xakaslarla qırğızların daha sıx etnogenetik bağlarının olduğu, şorların Qərbi Avrasiya, qazaxların isə Şərqi Avrasiya komponentinə daha yaxın olduğu müəyyən edilib.

14. Nisbətən tez-tez müşahidə edilən haploqruplar (N1b, N1c1, P1a1a, R1b1b1, Q, D) STR-haplotiplərin klasterləri müəyyənləşdirilib. Onlar əsasında Cənubi Sibir və Orta Asiya xalqlarının genofondunun nisbətən cavan (təqribən 4000 il) olduğu aşkar edilib.

15. Genetika elmi ilk türklərin Altay, Sayan, Pamir və Tyan-Şana 4000 il bundan əvvəl qərbdən, daha dəqiq desək, Qərbi Avrasiyadan gəldiklərini bildirir. Bu isə o deməkdir ki, türklərin Altay mənşəli olduqları və bu ərazidən bütün Avrasiya ərazilərinə yayıldıqları fikri öz təsdiqini tapmır. Genetiklərin Avrasiya ərazisinə yayılmış və müxtəlif minilliklərə aid çoxsaylı kurqanlardan aşkar edilmiş skeletlərdən götürdükləri DNT nümunələri əsasında onların, demək olar ki, hamısının R1a və R1b haploqruplarının daşıyıcısı olduğu və həmin genlərin Qərbi Avrasiyanın eneolit dövrü qədim əhalisi ilə bağlı olduğu üzə çıxmışdır.

16. Dünyanın 33 aparıcı genetikinin birlikdə apardıqları tədqiqatların nəticələri göstərir ki, fileocoğrafi məlumatlara əsasən, R1a-M420 haloqrupunun ilkin diverfikasiya epizodları təqribən 5800 il öncə İranın bilavasitə yaxınlığında, Qərbi Azərbaycan vilayətində və Şərq Anadoluda baş verib. Tədqiqata cəlb edilmiş R1a-M420 (xSRY10831.2) xromosom barədə məlumatların 18-i İranın Qərbi Azərbaycan vilayətindən, 3-ü isə Şərqi Anadoludan əldə edilmişdir. Müşahidə edilən R1a1- SRY10831.2 (xM417 / Page7) altı xromosomdan beşi də analoji olaraq məhz İran Azərbaycanında üzə çıxarılıb.

17. P. Anderhill və digərlərinin tədqiqatlarına əsasən deyə bilərik ki, təqribən 6000-5500 il əvvəl R1a (M420)>(M198), (M417) > (SRY10831.2) haploqrupunun daşıyıcıları olan qədim türklərin bir qismi yeni otlaq yerləri axtararaq, Qafqazdan keçməklə Avrasiya düzənliklərinə hərəkət etmişlər – R1a (SRY10831.2) > (Z93). Qədim türklərin başqa bir hissəsi isə (çağdaş cənubi azərbaycanlılar) əski yurd yerlərində qalıblar və onların nəsilləri bu gün də həmin ərazilərdə yaşayırlar.

18. Arxeoloqlar, bir qayda olaraq, eneolit mədəniyyətinin Avropa və Qafqaza ayaq açmasını Anadoludan və ona həmsərhəd olan Güney Azərbaycandan köçüb gələn miqrantlarla bağlayırlar. Genetiklərin tədqiqatları sayəsində həmin köçmənlərin R1a və R1b Y-xromosomlarının daşıyıcıları olduqları, bir müddət sonra kurqanda dəfn ənənəsinin də məhz onların içərisində yarandığı məlum olmuşdur.

19. Tədqiqatlar nəticəsində eneolit mədəniyyətininin kurqanaqədərki və ondan sonrakı sərhəddinə aydınlıq gətirməyi bacaran alimlərin səyləri nəticəsində bu yeniliyin ilk dəfə harada yarandığı və Avrasiyanın geniş çöllərinə haradan, hansı marşrutlar üzrə və nə zaman yayıldığını müəyyən etmək, qismən də olsa, mümkün olmuşdur. Məlum olmuşdur ki, R1b və R1a Y-xromosomlarının daşıyıcılarının eneolit dövründə Avropada qurduqları ilk mədəniyyət kimi hələlik e.ə. V-IV minilliklərə aid Xavalınsk mədəniyyətini gözdən keçirmək daha doğru olar. Xvalınsk kurqanlarından çıxan skeletlərdən götürülən DNT nümunələrinin analizləri nəticəsində burada da eynən Çatal-Höyükdə olduğu kimi R1b və R1a Y-xromosomlarının dominantlıq təşkil etdiyi məlum olmuşdur.

20. Azərbaycan Respublikasında sistemli və əsaslı genetik analizlər aparılmadığından bizim genetik yapımız haqqında məlumatları Rusiya alimlərinin Dağıstan (Dərbənd) azərbaycanlıları üzərində apardıqları tədqiqatlardan öyrənmiş oluruq. Həmin tədqiqatlardan belə məlum olur ki, bu gün də Azərbaycan türklərinin genetik yapısında, Kür-Araz mədəniyyəti və «Kür-Araz eneoliti» dövründə olduğu kimi, R1b Y-xromosomu aparıcı yer tutur. Tədqiqatlar göstərir ki, Azərbaycan türklərində dominant olan R1b haploqrupunun R1b1a2a-L23 və R1b1a2-M269 variantları (haplotipləri) Ön Asiya (Şərqi Anadolu və Cənubi Qafqaz) mənşəlidir.

21. E.ə. IV minillikdə Azərbaycan ərazisində peya olan və radiokarbon analizləri nəticəsində bölgənin ən qədim kurqanları kimi qəbul edilən dəfn abidələri 11 №-li (2005) Soyuqbulaq kurqanı (e.ə. 3930-3760-cı illər), Üçtəpə kurqanı (e.ə. 3932-3363-ci illər), 8 №-li (2005) Soyuqbulaq kurqanı (e.ə. 3790-3710-cı illər), eləcə də 14 (2005, e.ə. 3700-3640-cı illər) və 9 №-li Soyuqbulaq (2005, e.ə. 3650-3639-cu illər) kurqanlarıdır. Digər Soyuqbulaq kurqanları e.ə. IV minilliyin ortalarına aiddir.

22. Qərbi Azərbaycanda (Ermənistan) tədqiq edilən və radiokarbon analizlərinin nəticələrinə görə e.ə. 3700-cü illərə (e.ə. IV minillik) aid edilən 5 və 6 №-li Sərdarabad (Aknaliç), eləcə də e.ə. 2619-2465-ci illərə, yəni e.ə. III minilliyə aid olduğu radiokarbon analizləri ilə təsbit edilən Alagöz (Talin) və Əmirxeyir (1991-ci ildə adı dəyişilərək Kalavan qoyulub) kurqanlarından tapılmış sümük qalıqlarının DNT analizi onların R1b və R1a haploqrupunun daşıyıcısı, yəni türk olduqlarını ortaya qoymuşdur.

23. Türkiyədəki qədim Arslantəpə ərazisində aparılan qazıntılar nəticəsində məlum olub ki, Arslantəpəyə təqribən e.ə. 3400-cü illərdə Güney Qafqazdan gələn Kür-Araz mədəniyyəti (R1b) daşıyıcıları hakim olmuş, təqribən e.ə. 3300-cü ildə burada dövlət qurulmuş və hökmdar sarayı mövcud olmuşdur. Sarayda oturan hökmdarlar kurqanlarda dəfn edilərdi və dövrümüzədək e.ə. 2900-cu illərə aid belə kurqanlardan, yəni hökmdar kurqanlarından biri gəlib çıxmışdır. Bu isə o deməkdir ki, artıq ən azı e.ə. 3300-3200-ci illərdə burada bir prototürk dövləti mövcud idi. Daha doğrusu bu şəhər bütün «Kür-Arazlı»ların bir növ paytaxtı, mədəni və siyasi mərkəzi idi.

24. E.ə. III minilliyə aid edilən, İranın şimal-qərbində yerləşən Timərə (Teymərə) qayalıqlarında rast gəlinən oğuz boylarına (kayı, bayat, salğur və s.) məxsus damğalar protooğuzların bu ərazilərin ən qədim avtoxton sahibləri olduğunun, buralarda ən azı Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasiyasında önəmli mərhəllərdən biri olan Kür-Araz mədəniyyətinin yaradıcıları qismində çıxış etdiklərinin təkzibedilmz sübutudur.

25. Kür-Araz mədəniyyətinin və ilk dövlətimizin qurulmasında iştirak etmiş digər prototürk soy və boylarının adlarını e.ə. III-II minilliklərə aid mixi kitabələrdən öyrənə bilərik. Bunlar suvar // subar, turuk // türk, su // so, ku // kumen boylarıdır.

26.Türklərin R1b Y-xromosomlarının daşıyıcısı olan hissəsinin, yəni protooğuzların Avropada qurduqları daha bir möhtəşəm mədəniyyət e.ə. 3600-2300-cü illəri əhatə edən, başqa sözlə, son eneolit – ilk tunc dövrlərinə aid olan Çuxur mədəniyyətidir. Bu mədəniyyəti Xavalınsk mədəniyyətininin davamı və birbaşa varisi hesab edirlər. Belə hesab etmək üçün ən əsas arqument hər iki mədəniyyətin eyni coğrafi ərazidə (Cənubi Uraldan Dnesyr çayına və şimali Qafqaza qədər uzanan ərazilərdə) peyda olması, ölülərin kurqanlarda arxası üstə basdırılması, onların üzərinə oxra səpilməsi və R1b haploqrupunun dominant olmasıdır. Çuxur mədəniyyətinin daşıyıcılarının DNT analizləri də onların Şimala Cənubdan, Ön Asiyadan köçdüklərini söyləməyə əsas verir. Son illərdə aparılmış tədqiqatlar nəticəsində onlarda H, H15b1, U5, T2, T1, T1a1, U4, K, W, N1a, J, U2, X, R0a1 mitoxondrial (ana xətti) haploqruplarını üzə çıxarmışdır. Lakin bizi maraqlandıran təkcə ata xətti, yəni mitoxondrial haploqruplar yox, həm də ata xətti, başqa sözlə qadınlarda olmayan, atadan oğula keçən Y-xromosomlardır. Rostov vilayətindəki Ulan IV məzarlığından tapılmış 11 skeletin DNT analizləri onların hamısında R1a haploqrupunu aşkar etmişdir. Onlardan 8-inin R1a12a2, 1-inin R1ba2 M269, bir nəfərinin R1b1a2a-L23 və bir nəfərinin də R1b1a-P297 haplotipinə sahib olduğu məlum olmuşdur. Bu isə o deməkdir Çuxur mədəniyyətini yaradanlar əsasən Kür-Araz mədəniyyətinin daşıyıcıları olan gəlmələrlə daha öncəki Xvalınsk mədəniyyətinin daşıyıcısı olan yerlilərdən törəmişlər. Bu fikri antropoloqlar da təsdiq edirlər. Onların yazdığına görə, «Cuxurlu»ların önəmli hissəsi eynən «Kür-Arazlı»lar və «Maykoplu»lar kimi dolixokran kəllə quruluşuna sahib idilər.

27. Türklərin Avropada əsasını qoyduqları daha bir mədəniyyət eneolit dövrünün sonları - tunc dövrünün əvvəllərini əhatə edir və elmi ədəbiyyatda «Döyüş baltaları mədəniyyəti» və ya «Qaytan keramikası mədəniyyəti» adı ilə tanınır. Y-xromosomların müəyyənləşdirilməsi istiqamətində aparılmış DNT analizləri nəticəsində bu mədəniyyətin yayıldığı ərazilərin əksər hissəsində yaşayan qədim əhalinin böyük qisminin R1a1 haploqrupunun daşıyıcısı olduğu müəyyən edilmişdir. Bu nəticəyə Esperştedtdən tapılmış 1 (Esperstedt, № I0104) və Eylaudan (Eulau) üzə çıxmış 2 skeletdən götürülmüş DNT nümunələrinin analizi sonucunda gəlinmişdir. Polşadakı Leki Male yaxınlığındakı məzardan götürülmüş nümunənin analizi də eyni nəticəni vermişdir. Həmin ərazidə, e.ə. 2286-2048-ci illər arasında yaşamış insanın skeleti üzərində aparılmış tədqiqatlar onun da R1a (R1a1a1-M417) haploqrupuna sahib olduğunu ortaya qoymuşdur. Əldə edilən bu nəticələr Güney Qafqaz ərazisindəki orta eneolit və tunc mədəniyyətlərinin eyni xalq tərəfindən yarandığını və bölgədə qırılmayan, davamlı vahid bir etnik mədəniyyətin mövcud olduğunu sübut edir. Lakin çox təəssüflər olsun ki, bənzər araşdırmalar Azərbaycanda aparılmayıb və biz qədim kurqanlarımızda dəfn edilmiş meyitlərin etnik mənsubiyyətini, daha doğrusu, protoqıpçaq-bulqar (R1a) və ya protooğuz (R1b) olduğunu onun qəbirə qoyulma vəziyyətinə əsasən müəyyən etmək məcburiyyətindəyik. Meyit arxası üstə oturmuş vəziyyətdə, yəni dizləri bükülmüş vəziyyətdə uzadılıbsa o, protooğuz (və ya protooğuz-qıpçaq), böyrü üstə uzadılıbsa, protoqıpçaq-bulqar mənşəlidir. Sol böyrü üstədirsə qadın, sağ böyrü üstədirsə kişidir. Eyni sözlər, təbii ki, Soyuqbulaq kurqanları üçün də keçərlidir.

28. Cənubi və Cənub-Şərqi Ural ərazilərini əahatə edən, e.ə. III-II minilliklərə aid edilən və adını Tobol çayının sol qolu olan Sintaşta çayı sahilindəki eyniadlı yaşayış məntəqəsindən alan Sintaşta mədəniyyətinə aid kurqanlarındakı skeletlərdən götürülmüş DNT nümunələrinin analizləri bu mədəniyyətin daşıyıcılarının R1a (R1a1a1b2a2-Z2124 və R1a1a1b2a2-Z2123) Y-xromosomuna (ata xətti) və J1, J2, N1 və U2 mitoxondrial haploqrupuna (ana xətti) sahib olduqlarını, başqa sözlə, qıpçaq-bulqar olduqlarını ortaya qoymuşdur. E.ə. XVIII-XII əsrlərə aid edilən Kərtmə mədəniyyəti daşıyıcılarının da eynən «Sintaştlı»lar kimi R1a1a1b2a2a-Z2123 haploqrupunun daşıyıcıları olduğunu üzə çıxmışdır. Belə ki, 3900-3200 il bundan əvvəl yaşadıqları radiokarbon üsulu ilə müəyyənləşdirilmiş 6 skeletdən əldə edilmiş DNT nümunələrinin analizləri nəticəsində onların R1a (R1a1, R1a1a, R1a1a1b2, R1a1a1b2a2a-Z2123) Y-xromosomuna sahib olduqları müəyyə edilmişdir. Daha 14 skeletdən alınan nümunələr nəticəsində «Kərtməli»lərin ana xatti ilə U5a1 (2 nəfər), U5a1f2, U5a2a1, K1b2a, I1a1, T1a1, T2b4, J21a2a, H2b, H3g (iki nəfər), H5b, H6a1a mitoxondrial haploqruplarına aid olduqları məlum olub. Sintaşt mədəniyyəti kurqanlarından əldə edilmiş R1a1a1b2a2-Z2124 Y-xromosomunun izlərinə isə Andonovo mədəniyyətinə aid kurqanlarda rast gəlinib. Bu kurqanlardan əldə edilmiş DNT nümunələrinin analizləri nəticəsində 10 nümunədən 9-da R1a1 (R1a1a1b2a2-Z2124) haploqrupu, 1-də isə monqoloid xalqlarda rast gəlinən C (Prd M48) haploqrupu aşkar edilmişdir. Bu isə o deməkdir ki, Kərtmə və Andronovo mədəniyyətini yaradanlar bir atanın iki oğlunun nəsilləridir. Bu nəsillərdən biri (R1a1a1b2a2a-Z2123) Qərbə hərəkət edərək, Kərtmə mədəniyyətinin, digəri isə (R1a1a1b2a2-Z2124) Şərqə və Cənub-Şərqə hərəkət edərək Andronovo mədəniyyətini qurmuşlar.

29. Andronovo mədəniyyətini quran əski türk soyunun bir qolu Hindistan yarımadasına qədər gedib çıxmış və öz toxumunu, yəni R1a haploqrupunu indiki Hindistan, Pakistan, eləcə də Əfqanıstan ərazilərinə də yaymışdılar. Şərqə və Cənub-Şərqə hərəkət edənlər burada monqoloid irqlərin nümayəndələri (C-M48) ilə üzləşmiş və onları assimilyasiya etmişlər. Assimilyasiyaya uğrayaraq türkləşən C-M48 haploqrupu daşıyıcılarının bu günkü nəsilləri qazax türkləri içərisində əksəriyyət (60 %) təşkil edirlər.

30. Qazaxıstan ərazisində C-M48-lilərə öz dini-mifoloji görüşlərini qəbul etdirərək onları türkləşdirməyi bacaran, fəqət qarşılıqlı nigahlar sayəsində onlardan monqoloidliyi qəbul edən türklər Hindistan ərazisində isə yerlilərin dinlərini qəbul edərərk, öz əski dini-mifoloji dünyagörüşlərini tərk etdikləri üçün zamanla hind – urdu dilinə keçmişlər. Sonrakı türk axınları (saklar, kuşanlar, eftalitlər və s.) da onları assimilyasiyaya uğramaqdan xilas edə bilməmişdir. Əfqanıstanda isə onlar zamanla pəştu dilinə keçmiş və pəştulaşmışlar. Hazırda pəştuların təqribən 40, hindlilərin isə 14 %-i R1a haploqrupunun daşıyıcısıdırlar, yəni türk kökənlidirlər.

31. Türklərə xas R1a və R1b haploqruplarının və onların üzə çıxarıldığı kurqanların xronoloji ardıcıllıq əsasında öyrənilməsi Altay nəzəriyyəsinin heç bir ciddi elmi əsasının olmadığını və imperialist dairələr tərəfindən sırf siyasi və geosiyasi məqsədlərlə uydurulduğunu, R1a və R1b Y – xromosomlarının Şərqə doğru «səyahətə» Anadolu və Cənubi Azərbaycandan başladıqlarını, bu haploqrupların daşıyıcılarının Qafqaz və Balkanlar üzərindən keçərək, öncə Qafqazda və Avropada məskunlaşdıqlarını, yalnız bundan sonra üzlərini Şərqə tutaraq, Cənubi Sibir, Monqolustan, Altaylar və Şərqi Türküstana çatdıqlarını söyləməyə tam əsas verir. Genetik analizlər protooğuz-qıpçaqların (R1b) bu bölgələrdə protoqıpçaq-bulqarlardan (R1a) daha tez məskunlaşdıqlarını və həmin ərazilərdə Afanasyevo mədəniyyətinin əsasını qoyduqlarını göstərir.

32. Orta tuncun sonları-son tuncun əvvəllərinə aid edilən, Cənubi Sibir və Şimali Qazaxıstan bölgələrini əhatə edən Karasuk mədəniyyəti təmsilçilərinin DNT analizləri onların «Andronovolu»larla qohum olduqlarını ortaya qoymuşdur. R1a haploqrupunun daşıyıcısı olan skeletlərin birindən əldə edilmiş genlər onun (RISE495 Arban 1 karasuk) R-S23592 (Z2124+ Z2125+ Z2122- Z2123-) haplotipinə aid olduğu məlum olmuş və onda müsbət YP349 aşkar edilmişdir. Məlum olmuşdur ki, qırğız türklərinin təqribən yarısı onun nəslindəndir. Eyni zamanda Karasuk mədəniyyətini qırğız türklərinin ulu babalarının yaratdığı, qırğızların indi yaşadıqları ərazilərə Avropadan, Avropaya isə Ön Asiya və Qafqazdan gəldikləri də beləcə üzə çıxmışdır.

33. Pazırıkdan, eləcə də Taqar mədəniyyətinə aid kurqanlardan əldə edilmiş sümük qalıqlarının genetik analizlərinin nəticələrinə görə, həm saklar, həm də sak-dinlinlərə aid olduğu bildirilən Taqar mədəniyyətinin daşıyıcıları eyni haploqrupa – R1a haploqrupuna sahib olmuşlar. Eyni zamanda məlum olmuşdur ki, Çin mənbələrində «xunnu» kimi qeyd edilən, Şərq hunları hesab edilən Tarım mədəniyyətinin daşıyıcıları da eyni haploqrupdan idilər. 2012-2014-cü illərdə həyata keçirilən və müxtəlif türk xalqları arsında mövcud olan qıpçaq boylarının etnogenezini öyrənməyə həsr edilmiş «Suyun» etnoqenomika tarixi tədqiqatları layihəsi çərçivəsində gerçəkləşdirilmiş DNT testləri başqırdların kıpsak (qıpçaq) və teleu boylarının R1a–Z2123 subkladının daşıyıcıları olduğunu müəyyənləşdirmiş və onlar FTDNAda sak-dinlinlərin şərqi aors klasterinə aid edilmişlər. Bundan başqa, qaraçaylıların Botaşevlər, Akbayevlər, tatarların Sabitovlar, Mirasovlar kimi soyları, eləcə də başqırdların elan (alan) boyundun olan soylarının bir qismi də eyni qrupda yer almaqdadır.

34. Sak və hunların daşıyıcısı olduqları R1a-Z2123 geninin uzaq əcdadı olan R1a-Z93 subkladının daşıyıcıları Rusiyanın cənubunda təqribən 5000 il öncə peyda olmuşlar. Burada onlardan Z94, Z2124 və L657 nəsilləri, Z2124-dən isə Z2123 nəsli budaqlanmışdır. Bu nəsilin (saklar və hunlar) bir qismi sonradan L657 nəslinin nümayəndələri ilə birlikdə Hindistana, Z2124 nəsli isə Bəlxə (Baktriya) köçmüşdülər. Z2123 nəslinin köçməyən, Rusiyanın cənubunda qalan hissəsinin (skiflər) davamçılarına bu gün də qaraçaylı, balkar, tatar və başqırdlar arasında sıx-sıx rast gəlinir.

35. Hindistanda R1a-Z2123 geninin yaylmasında saklarla yanaşı, ağ hunların (eftalitlərin) da az rolu olmamışdır. Hazırda Hindistan əhalisinin 14 faizində R1a haploqrupu aşkar edilmişdir. Nəzərə alsaq ki, bu haploqrupun daşıyıcısı olan türklər – saklar (şakyalar) və ağ hunlar (kuşanlar) uzun müddət bu ölkədə hakimiyyət sürmüşlər, hinduizmi qəbul etdikdən sonra onların Hindistanın yüksək kastalarında yer almaları və bu kasta mənsublarının böyük hissəsində türk genlərinə rast gəlinməsi təbiidir. Əldə olan məlumatlara görə, Hindistanın Qərbi Benqaliya və Uttar-Pradeş ştatlarında yaşayan brahmanlar içərisində R1a haploqrupuna sahib olanlar müqabil olaraq 72% və 67% təşkil edirlər.

36. Altın Orda dövrünə aid 227 kurqanın 246 məzarından əldə edilmiş skeletlərin geneteik və antropoloji analizi onların heç birində «monqol» geninin (C) izinə rast gəlinməmiş, onlarda monqoloidlik aşkar edilməmişdir. Tədqiq edilmiş sümüklərin hamısının birmənalı və istisnasız şəkildə türklərə, daha dəqiq desək, tatarlara aid olduğu sübut edilmişdir.

37. Cənubi Koreyadan olan bir qrup genetika mütəxəssisi 2016-cı ildə Monqolustandan olan həmkarları ilə birlikdə Çingiz xanla eyni soydan olduğu dəqiq bilinən «monqol» (qara tatar) hökmdarlarının Monqolustanda yerləşən «Tavan-Tolqoy» məzarlığındakı qəbirlərini açmış, orada uyuyan beş skeletdən DNT nümunələri götürərək tədqiq etmişlər. Tədqiqatçılar Çingiz xanla qohumluğu sənədlərlə tam sübut edilən beş nəfərin həm Yxromosomunu, həm mitoxondrial DNT-sini, həm də autosomlarını təknukleotidli polimorfizm (SNP) və mikrosatellitlər (STR) üzrə təhlil edərək, onlardan dördünün ana xətti ilə qohum olduqlarını, D4 mitoxondrial haploqrupunu daşıdıqlarını üzə çıxarmışlar. Beşinci şəxs isə ana xətti ilə onlardan ayrı olmuş və CZ haploqrupunu daşımıdır. Qeyd etmək lazımdır ki, həm D4, həm də CZ mitoxondrial haloqruplar Şərqi Asiya üçün xarakterikdir. Bu isə deməkdir ki, onların anaları mənşəcə yerli qızlar olmuşlar. Alimlərin araşdırmaları sonucu məlum olmuşdur ki, tədqiqata cəlb edilən beş nəfərin beşi də həm SNP, həm də STR profilləri üzrə eyni etnosun nümayəndəsidirlər və R1b haploqrupuna sahibdirlər. Onlardan ikisində R1b-M343, birində isə və R1b-M17 haploqrupu aşkar edilib. Bu haploqruplar Qərbi Avrasiya üçün xarakterikdir. Görünür, elə bu səbəbdəndir ki, tədqiq edilən skeletlərdə həm avropoid (ata), həm də monqoloid (ana) irqinin əlamətlərinə rast gəlinib. Koreyalı və Monqolustanlı genetiklərin əldə etdikləri nəticə Çingiz xanın guya C3c-M48 haploqrupuna sahib olduğu barədə Çin alimlərinin faktiki materiala əsaslanmayan ehtimalını təsdiq etməmişdir.

Haploqrup mutasiya nəticəsində bir ortaq əcdaddan gələn, sonrakı nəsillərə irsən keçən oxşar haplotiplər qrupudur.

“Haploqrup” termini bəşəriyyətin genetik tarixini öyrənən “əhali (populyasiya) genetikası” adlı elm sahəsində və genetik şəcərədə geniş istifadə olunur.



Gentik tarixin öyrənilməsi Y-xromosomlarının (Y-DNT), eləcə də mitoxondrial DNT-nin (mtDNT) öyrənilməsi ilə mümkün olur.

Bütün haploqrupların atası A0-T olaraq adlandırılmaqda və 235.500 il əvvələ aid olduğu düşünülməkdədir. Yəni genetika elmi dünyadakı bütün adamların bir ulu babanın soyundan gəldiyini təsdiq etməkdədir. Söhbət, əlbəttə ki, Həzrət Adəmdən (ə) gedir.

Bəzi alimlər belə hesab edirlər ki, 66.000 il əvvəl A və B haploqruplarına əlavə olaraq C, D, E və F soy haploqrupları meydana gəlmişdir. Bugünkü haploqruplar bu soy qruplarından törəmişdir. Əgər bu fikir doğrudursa, o zaman, C, D, E və F soyları Həzrət Nuhla (ə) birlikdə onun xilas olan üç oğlundan və qızının ərindən gələn soylardır.

Fakt isə budur ki, hazırda bütün dünyada cəmi 20 haploqrup və onların çox sayda haplotipləri müəyyən edilmişdir. Mövcud haploqruplar şərti olaraq latın əlifbasının A hərfindən T hərfinə qədər bir hərflə işarələnmişdir. Onların hamısının bir kişinin, yəni vahid ulu babanın nəsilləri olduğu hesab edilir.

Aşağıda ilk kişidən dövrümüzə Y-DNT haploqrup soy ağacınının xülasəsi olan bir vizual nümunə göstərilmişdir. 

20 haploqrup 20 soydan xəbər verir ki, bu da Həzrət Adəmin (ə) oğullarının hədislərdə zikr edilən sayına uyğundur.

Doğrudur, İslam alimləri içərisində Həzrət Adəmin (ə) övladlarının sayı barəsində yekdil bir fikir mövcud deyil, çünki onların adları və sayları barəsində bir-birini inkar edən şox sayda müxtəlif rəvayət və hədislər vardır. Bu isə o deməkdir ki, onların ya heç biri düz deyil, saxta hədislərdir, ya da biri düz, qalanları saxtadır.

Qazi Nəsirəddin Beyzavinin “Nizam üt-Tarix” kitabında yazdığına görə, hər dəfə hamilə olanda bir oğlan və bir qız (əkiz) dünyaya gətirirdi. Hər doğuşdan olan qız o biri doğuşdan olana verilirdi. Beyzəvi yazır ki, Həvva yüz iyirmi qarın övlad dünyaya gətiribdir. “Qabil dördüncü qarnın oğludur. Habilin ölümündən beş il sonra; Adəmin bir qarında tək qız olmayan bir oğlu oldu, ona "Şeys" adı qoydu və buyurdu:

-O Habilin əvəzinə mənə verilib və mübarək bir oğlandır və Peyğəmbər olacaq”. 

Beləliklə, bu rəvayətə əsasən, Adəm və Həvvanın 239 övladı olub.

Ət-Təbəri özünün “Tarix” kitabında müxtəlif rəvayət və hədislərdə keçə sayları belə sıralamışdır:

  1. Oğlanlı qızlı yüz iyirmi övlad.

  2. Qırx oğlan və qız.

  3. İyirmi beş oğlan və dörd qız.

Əhli sünnənin səhih hesab etdikləri hədislərin birində Həzrət Adəmin (ə) 20 oğlu və 20 qızı olduğu söylənilir və bu hədis doğrudur. Bunun doğru olduğunu geneologiya elmi, daha dəqiq desək, məlum haploqrupların sayının 20 olması faktı sübut edir.

Qarşılıqlı evliliklər, köçlər, assimiliasiyalar sayəsində hazırda bu haploqrupların əksəriyyətinə əksər etnosların fərdlərində rast gəlinməkdədir.

Allahın ayrı-ayrı insan topluluqlarının – soyların, tayfaların, etnosların, ümmətlərin qədərini öncədən təyin və təqdir etdiyini Qurani-Kərimin aşağıdakı ayələrindən də anlamış oluruq:


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin