Bəxtiyar Tuncay


Hipokrat və Qalenə görə tiplər



Yüklə 1,11 Mb.
səhifə50/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   46   47   48   49   50   51   52   53   ...   96
Hipokrat və Qalenə görə tiplər

Temperamentin özəllikləri

ICD-10 diaqnozu


ICD-10 kodları


Xolerik

İmpulsivlik, təcavüzkarlıq

Şəxsiyyətin impulsiv pozğunluğu

F60.30

Fleqmatik

Cəmiyyətdən təcrid, özünə qapalı

Şəxsiyyətin şizoid pozğunluğu

F60.1

Melanxolik

Qəmli, ehtiyatkar, əzgin, zəif

Şəxsiyyətin həyacanlı pozğunluğu

F60.6

Sanqvinik

Hərəkətli, ünsiyyətcil, özgüvənli

Hipomaniya

F30.0

Siqma tiplər. Yaxşı manipulyatordurlar. Alfa və omeqa qədər cəzbedici olmasalar da, onlardan daha üstündürlər. Alfalardan daha yaxşı manipulyasiya edirlər. Alfalar özləri yaşadıqları şeyləri təcrübədən keçirirlər. Onlar isə alfalara ağıl verərək riskə getmədən öyrənən insanlardır. İstənilən insanların arasını asanlıqla vurura bilirlər. Keçmişdə padşahların vəzirlərinin çoxu siqma tip olub.


Delta tiplər. Onların özünəməxsus fikirləri yoxdur. Onlar özlərini alfa tip kimi özgüvənli ağıllı göstərməyə çalışsalar da əslində bir betadırlar.

Temperament xarakterin formalaşması və inkişafı üçün əsasdır. Fizioloji baxımdan, bu neyrokimyəvi sistemlərin (monoaminlər, neyropeptidlər, hormonlar) balansından qaynaqlanır və çox vaxt daha yüksək sinir fəaliyyətinin bir növü ilə əlaqələndirilir. Temperament, həm insanlarda, həm də heyvanlarda bioloji cəhətdən müəyyən edilmiş fərdi fərqlərə aiddir.

1971-ci ildə mühəndis A. Belov bir insanın temperamentinin faiz nisbətini təyin etmək üçün "temperament düsturundan" istifadə etməyi təklif edib. Bu düstur aşağıdakı kimidir:

Burada:


Ft – temperamentin formulu

H - xolerik temperament

S – sanqvinik temperament

F – fleqmatik temperament

M – melonxolik temperament

A – müsbət cavabların ümumi sayı

Ah – xoleriklərə xas müsbət cavabların ümumi sayı

As - sanqviniklərə xas müsbət cavabların ümumi sayı

Ay - fleqmatiklərə xas müsbət cavabların ümumi sayı

Am - melanxoliklərə xas müsbət cavabların ümumi sayı



Nəticədə aşağıdakı formul alınır:

Temperaturun neyrofiziologiyasının müasir eksperimental tədqiqatları 4-dən çox temperament və tənzimləmə sistemlərini müəyyən etmişdir.


Təcrübələr göstərir ki, temperament bir sıra hallarda insanları eyni situasiyalarda fərqli seçim və ya hərəkət etməyə məcbur edir. Bu isə o deməkdir ki, insanın qədər və qəza mexanizmində genetik proqramdan qaynaqlanan, yəni anadangəlmə olan temperament önəmli rol oynayır.

Qədər və qəza mexanizmində instinkt və təbii reflekslər
Qədər və qəza mexanizmində instinkt və təbii refleksələrin də müəyyən rolu var. Bunlardan instinkt qeyri-iradi və ya qeyri-şüuri olaraq məqsədə uyğun hərəkət etmək və ya iş görmək qabiliyyətlərinin məcmusu, canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi görmə qabiliyyətidir. Buna misal olaraq, özünüqoruma instinktini göstərmək olar.

İnstinkt və ya irsi davranış bir canlının təbiətində var olan başqa kompleks bir davranışa yönəlmə meylidir. Təlim və tədris  prosesinin təsirli olmadığı, canlının əvvəlki təcrübələrindən müstəqil şəkildə verdiyi reaksiyalar instinkt daxilində qiymətləndirilməkdədir. Bir qumluda yumurtadan çıxan dəniz tısbağalarının dərhal okeana  doğru yönəlmələri, quşların mövsümi köçləri, yeni doğulan buzovun dərhal ayağa qalxması və anasının döşünü özünün tapması, bal arısının mürəkkəb quruluşlu pətək, hörümçəyin tor, quşların və heyvanların yuva qurması və s. bu vəziyyətə nümunə olaraq göstərilə bilər. Ümumilikdə isə, instinktlər heyvan davranışının əsasını təşkil edir. Daha yüksək heyvanlarda instinktlər fərdi təcrübənin təsiri altında modifikasiyaya məruz qalır. İnstinktin ümumi qəbul edilmiş tərifi hələ inkişaf etdirilməyib. Bəzi problemlər, o cümlədən "instinkt" termininin insanlara tətbiq edilməsi mübahisəlidir, daha doğrusu bu mövzuda alimlər arasında yekdil fikir yoxdur.

Bütün bu “qabiliyyətlər” sözügedən canlıların genomunda proqramlaşdırılmışdır. Qurani-Kərimdə bu haldan Allahın heyvanlar üçün nəzərdə tutulmuş xüsusi vəhyi, təlqini kimi təqdim edilir:

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin