Bəxtiyar Tuncay


بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ



Yüklə 1,11 Mb.
səhifə52/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   48   49   50   51   52   53   54   55   ...   96
بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.

Özünün ateist və təkamülçü baxışları ilə fərqlənən Konrad Lorenz inanırdı ki, insanlara öz “heyvan əcdadlarından” bütöv bir instinktlər məcmusu, xüsusən də - təcavüzkarlıq və nəsillərə qayğı instinktlərini miras olaraq almışlar. İnstinklər insanlarda və “ali” heyvanlarda eyni dərəcədə mürəkkəb bir sistem meydana gətirirlər. Fərq yalnız insanın təlim və tədris nəticəsində əldə etdiyi mədəni əlaqələrdədir.

Lorenz əxlaqda, inkişaf edən mədəniyyətə sahib bir cəmiyyətdə insanın instinktiv istəklərini uyğunlaşdırmaq üçün zəruri bir kompensasiya mexanizmi görürdü. Bu halda o instinktlə refleksi səhv salmaqda idi. Hərçənd ki, reflekslər bəzən instinkt kimi qəbul edilə bilər, baxmayaraq ki, bir qayda olaraq reaksiyaların növü instinktlərdən köklü şəkildə fərqlənir. Məsələn, yeni doğulmuş bir uşağın qidalanma üçün ananın döşünü tapmasına kömək edən axtarış və əmmə refleksləri var.

Lorenzin ateist və təkamülçü baxışlarına görə, digər heyvanlardan fərqli olaraq primatlarda instinktlər onlara birbaşa nəzarət etmir və bunun əvəzinə hisslər və duyğular altında gizlənir, hormonlar vasitəsilə müəyyən bir hərəkət və ya qərara meyl edən motivasiyanı stimullaşdırır. Ərazi, güc, qida mənbələri, qorunma və reproduktiv uğur uğrunda mübarizəni stimullaşdıran təcavüz instinkti digər instinktlərdən fərqlənir.

İnsanlar üzərində aparılan tədqiqatlar nəticəsində çox sayda instinkt müəyyən edilmişdir. Onlardan bir neçəsini gözdən keçirək.

  1. Altı aylıq körpələr ilan və hörümcəklərdən fitri qorxu instinktinə sahibdirlər.

  2. Körpənin ağlaması və qışqırması yaşamaq instinktin təzahürüdür, Çünki o, hərəkət edə bilmir və körpənin yeganə özünüqoruma aləti, ilk növbədə diqqəti cəlb etmək üçün lazım olan siqnallardır (ağlama və qışqırıq). Bu siqnallar ananın uşağının həyatını qoruması üçündür. Neyrobioloqlar ana instinktinin mövcudluğunu da təsdiqləyibilər. Məlum olub ki, öz uşaqlarının ağlamasına cavab olaraq anaların beynində meydana gələn funksional MHİ prosesi baş verir.

  3. İnsan və şimpanze balalrında utanma instinkti aşkar edilmişdir. Oranqutanlarda isə bu instinkt üzə çıxarılmamışsır.

  4. Kişilərdə, ailədə uşaq doğulduqdan sonra testosteron səviyyəsində azalma aşkar edilib. Bu, instinktiv proqrama uyğun olaraq, tərbiyə, övladın qorunması və ona qayğı göstərilməsini təmin edir, eləəcə də atanın hakim funksiyalarına çevrildiyini göstərir.

  5. Testosteron genetik proqram səviyyəsində hökmranlıq, cinsi fəaliyyət, özünü təsdiq etmək, rəqiblərə qalib gəlmək, iyerarxiya qurmaq istəyi kimi müxtəlif instinktləri stimullaşdırır, məsələn,; testosteron empatiyanı zəiflədir və kişilərdə şiddətli və şiddətli siqnallara cazibəni artırır. Bu hormonun yüksək səviyyələri kişiləri əksər hallarda təcavüzkarlıq, qanunsuz davranış, başqalarına qarşı zorakılıq, banditizm və s. kimi hadisələrə sövq edir. Bunu həbsxanalarda aparılan araşdırmalar təsdiqləyir. Kişilərdə testosteron miqdarı hər hansı bir rəqabətə cavab olaraq kəskin şəkildə arta bilər.

  6. İnsanlarda aşkar edilmiş iyrənmə və çəkingənlik instinkti insanları müxtəlif xəstəliklərə yoluxmasının qarşısını almağa xidmət edir.

Bu gün artıq tam dəqiqliklə məlumdur ki, instinktlər insan və heyvanların genrtik yazısına, başqa sözlə proqramına həkk edilmişdir.
İnstinkdən fərqli olaraq, refleks orqanizmin xarici və daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyaları. Refleksin bioloji əhəmiyyəti orqanizmin daxili mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan ibarətdir.

Reflekslər iki böyük qrupa bölünür: Anadangəlmə (şırtsiz) və şərti reflekslər.

Anadangəlmə və ya şərtsiz Refleksin icrası üçün heç bir hazırlıq, şərt, təlim tələb olunmur (Məs., əmmə, gözqırpımı, bəbək R.-i və s.). Hər heyvan növünün özünəməxsus şərtsiz, irsi refleksi vardır. Şərti refleks isə həyat prosesləri nəticəsində qazanılır. Dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət daşıyır, yəni refleksin yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. "Şərti refleks" terminini ilk dəfə elmə İ. Pavlov daxil etmişdir. 

Şərtsiz reflekslərin də eynən instinktlər kimi insan və heyvanların genrtik yazısına, başqa sözlə proqramına həkk edildiyi məlumdur. O da məlumdur ki, canlıların sonradan şərti reflekslər qazanması qabiliyyəti də genetik proqramın nətisidir.

Həm instinktlər, həm də reflekslər insanların davranışlarında, deməli həm də qədərlərində önəmli rol oynamaqdadır.


Fərqli fəlsəfi və etiqadi məktəblərin “qədər və qəza” məsələsinə baxışları
Qədər-qəza” mövzusunda fərqli dini-fəlsəfi cərəyanların və etiqadi məzhəblərin fərqli baxışlarına keçməmişdən öncə mövzu ilə bağlı aksiom kimi qəbul ediləcək müddəaları sıralamağa çalışaq:

  1. İnsanın doğum və ölüm vaxtı, eləcə də yaşayacağı sürə onun iradəsindən asılı deyil.

  2. İnsan harada, hansı ölkə və ya şəhərdə, ailədə doğulacağına, dünyaya hansı etnosun nümayəndəsi kimi gələcəyinə özü qərar vermir və bu onun iradə və seçimindən asılı deyil.

  3. Dünyaya gələrkən saçının, gözünün, dərisinin rəngini necə, boyunun nə qədər olacağı, sağlam və ya xəstə olacağı insanın özündən asılı deyil.

  4. Dünyada neçə il yaşayacağını da o özü təyin və ya müəyyən etmir.

  5. Hansı temperamentə sahib olacağı da ondan asılı deyil.

  6. Böyümə insanın istəyindən asılı olmayaraq, hüceyrələrin bölünməsi və çoxalması hesabına baş verir.

  7. Sahib olduğu və həyatında mühüm rol oynayan instinkt və təbii reflekslər də ondan asılı deyil.

  8. İnsanın həyatını tənzimləyən, həyatına nizam verən, qərarlarına təsir edən gecə və gündüz, müxtəlif fəsillər, iqlim dəyişiklikləri, təbi fəlakətlər (sel, zəlzələ, ildırım, dolu) və s. onun iradəsindən asılı deyildir.

  9. Yer kürəsi ilə birlikdə saniyədə 30 km sürətlə Günəşin ətrafına dönməsi, Günəş sistemi ilə birlikdə qallaktikamızın vahid cazibə mərkəzində kainatda hərəkət etməsi də onun seçimi deyil.

  10. Orqanizminin ona Yerdən kənarda yaşamağa imkan verməməsi səbəbindən daim Yerdə yaşamağa məhkum olması da onun seçimi deyil.

  11. Yeməyə, su içməyə ehtiyacı olması və digər təbii ehtiyaclar da ondan asılı deyildir.

  12. Cənənt və cəhənnəmin mövcudluğu ağıl sahibi olan insanların seçim hüququna, yəni, digər canlılardan fərqli olaraq, öz qədərlərinə təsir etmək imkanına sahib olduqlarını göstərir.



Bu müddəalar aksiomdur. Onların sübuta ehtiyacı yoxdur. Tək teorem isə budur:

İnsanın seçim imkanı, yəni azadlığı hansı ölçülərdədir?

Qədər və qəza məsələsinə baxışda əhli-sünnə ilə şiələr arasında elə də ciddi bir fərq yoxdur.

Əhli Sünnə vəl Cəmaat hər xeyr və şərrin Allahın qəza və qədəri ilə meydana gəldiyinə, Allahın yaratdığı hər bir şeyə bir ölçü, yəni qədər müəyyən etdiyinə (Əl-Qəmər surəsi, 49-cu ayə), dilədiyi hər bir şeyi etdiyinə zərrə qədər də şübhə edtmədən inanmaqdadırlar. Bu inanc öz qaynağını Qurani-Kərimdən və səhih hədislərdən almaqdadır.

Əhli-Sünnənin inancına görə, hər şey Onun iradəsi ilədir. Heç bir şey Onun istəməsindən kənara çıxa bilməz. O, olmuş və olacaq hər şeyi olmazdan əvvəl, əzəldən bəri bilir. Onun elmi geniş və cüzi olan hər bir şeyi əhatə edir: 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin