İmam Sadiq (ə) buyurur: “Həqiqətən qəza və qədər – Allahın iki məxluqudur”.
İmam Rza (ə) buyurur: “Qədərin mənası – bir şeyi uzununa və eninə ölçməkdir. Qəzanın mənası – hökm veriləndən sonra, (həmin) hökmü təsdiq etməkdir”.
İmam Əli (ə) buyurur: “Hadisələr İlahi qəza əsasında baş verir, nəinki insanların istəyi əsasında”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın bütün qəzalarında mömin üçün xeyir vardır”.
İmam Kazım (ə) buyurur: “Mömin davamlı olaraq xeyirə məruz qalar. Əgər İlahi qəza nəticəsində bağı sınarsa – xeyirdir. Əgər aləmin şərq və qərbinin hökuməti ona əta edilərsə - yenə də xeyirdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Hər kim mənim qəzama razı olmaz və mənim təqdirimə imanı olmaz, gedib Məndən başqa ilahdan istəsin”.
İmam Əli (ə) buyurur: “Qiyamət günü ən çox cəzalandırılan insan o kəsdir ki, İlahi qəzadan narazı olar”.
Şiə alimlərindən Əllamə Mürtəza əl-Əskəri "Qəza və qədər" adlı risaləsində şiələr arasında mötəbər hesab edilən bir neçə hədisi diqqətə çatdırır:
1. “Tövhidüs-Səduq” kitabında İmam Həsən (əleyhissəlam) yolu ilə, “Tarixu-Diməşq” kitabında da İbn Abbas yolu ilə Əmirəlmöminindən (əleyhissəlam) belə nəql olunur:
“İraq camaatından olan bir şəxs Əmirəlmömininin (əleyhissəlam) hüzuruna gəlib dedi: “Bizə de görək, şamlılarla döyüşməyimiz Allahın qəza və qədəri ilə idimi?”
Əmirəlmöminin (əleyhissəlam) dedi: “Bəli, ey şeyx. Allaha and olsun ki, hansı təpəyə çıxıb hansı vadiyə endinizsə, məhz Allahın qəza və qədəri ilə çıxıb-endiniz”.
Kişi dedi:
“Onda bütün əziyyətimi Allahdan bilim, ey möminlərin əmiri?!”
Dostları ilə paylaş: |