Faanjaynahu waahlahu illa imraatahu qaddarnaha mina alghabireen
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadını) geridə qalanlardan olmasına qərar verdik. Ayədən göründüyü kimi, ölüm də qədərin tərkib hissəsidir və onun vaxtına və yerinə Allah qərar verir. Əlbəttə ki, söhbət təkcə ölüm hadisəsindən yox, insanın həyatı boyu üzləşdiyi bir çox hadisələr, bəlkə də, bütün hadisələr Allahın bilavasitə qərarı ilə baş verir.
Mövzu ilə bağlı ən maraqlı ayələrdən biri də Ya sin surəsinin 81-ci ayəsidir. Həmin ayədə belə buyurulur:
أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ