Bəxtiyar Tuncay


Qədər – qəza mexanizmində temperamentin yeri və rolu



Yüklə 1,11 Mb.
səhifə49/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   45   46   47   48   49   50   51   52   ...   96
Qədər – qəza mexanizmində temperamentin yeri və rolu
İlk öncə qeyd edək ki, “temperament” sözü latın sözüdür və onun həmin dildən hərfi tərcüməsi “hislərin sabit qarışığı və ya qarşılıqlı nisbəti” deməkdir. İnsanların doğuşdan müxtəlif xarakterə sahib olduğunu ilk dəfə görən və qeyd edən yunan həkimi Hippokrat (V-IV əsrlər) olub. O, temperament dedikdə, insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətlərini nəzərdə tutmaqda idi. Hippokrat bu xüsusiyyətləri dörd tipə bölmüş, həmin tipləri sanqvinik, xolerik, fleqmatik və melonxolik  adlaandırmışdı. Bu adlar günümüzədək yaşamını sürdürməkdədir.

Belə hüsab edilir ki, temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.

İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir. İnsan psixologiyasında, əhval ruhiyyəsində 4 temprament tipi mövcuddur: Sanqvinik, Xolerik, Fleqmatik, Melanxolik.

Vikipediyada verilən məlumata görə, sanqviniklər sürətlə yeriyir və tez-tez danışır, gördüyü film və ya oxuduğu kitab haqqında həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərirlər, mimikaları zəngin, mütəhərrik və ifadəlidir. Onların əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzlərindən oxumaq olar. Hissləri və əhvali-ruhiyyələi çox deyişkəndir. Bu tipə məxsus olan insanlar tez coşub tez sakitləşirlər, emosionaldırlar, çevikdirlər, bacarıqlı və qabiliyyətli olurlar, insanlarla tez ünsiyyət qurur, xoşbəxt və ətrafın sevimlisi, üzü nurlu olur. Yaş artsada üz cizgiləri sanki uşaqlıq da olduğu kimi qalır.

Xolerik. Tez-tez ucadan danışır, çox ifadəli sifəti olur, maraqları sabit və davamlıdır, çətinlik meydana cıxdıqda özünü itirmir ve böyük enerji ilə onu aradan qaldırmağa çalışır. Bele insanlar heyatda rahat yer tuta bilerler. Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Həmişə istənilən məsələyə  birinci reaksiya verənlər arasındadırlar. Bu xasiyyətləri ucbatından melanxolik tipli insanlarla asanlıqla yola getmir tez-tez  münaqişəyə girirlər. Ona  görə  də xoleriki adətən səbirsiz, tündməcaz, insan kimi tanıyırlar. Ancaq istənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik. Qaradinməzdir, onlari güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik  qədər təmkinli deyil. Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban istiqanlıdırlar. Sadəcə onları yaxından tanımaq üçün vaxt lazımdır, vaxt keçdikcə alışdığı insanlara qarşı  diqqətli və mehriban olurlar. Həmişə rəfiqələrini dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Melanxolik. Sakitdir. Əhvali çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Küsəyən və özünə qapalıdır. Melanxolik tipli insanlar sakit ancaq həssasdırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik  diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər “yüz ölç bir biç”məsləhətinə riayət etmir. Bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır

Hippokrat həmçinin insanları Alfa, Omega, Beta tip olmasına görə də qruplaşdırıb. İlk dəmir dövründə insanlar alfa və betaya ayrıldılar. Sonra omega daha sonra isə törəmə tiplər yarandı.

Alfa tiplər. Özgüvənli və yaradıcı insanlardır. Yanlız istədikləri şeyləri edirlər. Qorxu və şübhələri olsa belə, bunun öhdəsindən asanlıqla gəlirlər. İçlərindən çox gözəl liderlər çıxır.

Beta tiplər. Özgüvənsiz, utancaq olurlar. Əksər hallarda özlərinə inammırlar, daim uğursuzluqla üzləşəcəklərindən ehtiyat edirlər. Bu da onlara həyatda irəli getməyə mane olur. İnsanlar onlara lider deyil, dost gözüylə baxırlar. Lider deyil, liderə tabe olanlardırlar.

Omega tiplər. Alfa tip kimi özgüvənlidirlər. Yaradıcılığa meylli olurlar. Ünsiyyətcil deyillər. Özləri özlərinin lideridirlər. Yəni öz işlərilə məşğuldurlar. Nə lider, nə də ona tabe olan deyillər.

Bəzi tiplər isə törəmə tiplərdir. Bunlar tam olaraq heç birinə aid olmayan insanlardır. Bunlara Qamma tiplər, Siqma tiplər və Delta tiplər daxildirlər.

Qamma tiplər. Nə alfa, nə də betta deyillər. Hər ikisinin xüsusiyyətlərini daşıyırlar. Alfa kimi ağıllıdırlar və işin içindən necə çıxacaqlarını bilirlər. Lakin qorxu, şübhə, özgüvənsizlik kimi xüsusiyyətlər onlara qabağa getməyə mane olur. Bəzən lider, bəzən idarəçi olurlar. Cəmiyyətdən baş çıxara bilsələr də, yaddaqalan, cəlbedici xüsusiyyətləri yoxdur. Qammalar 3 cür yaranır. Alfaların liderliyini itirməsi nəticəsində (downgraded alpha) betaların özlərini təkmilləşdirməsi nəticəsində (upgraded beta) və anadangəlmə.





Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin