çəng // çənk Bax: çanq
çəngəl ism. – qarmaq, lövbər
çəngəlli sif. – qarmaqlı, saçaqlı: Bir xızıl xalı çəngəlli. Bir saçaqlı qırmz xalı.
çənşi Bax: çəşni
çəpəl ism. (frs.) – çirkli, kirli, çirkin, eybəcər
çərəz ism. (azərb.) – çərəz
çəşni // çəsni // çəşi // çənşi ism. – beh, avans
çətən Bax: çetən
çğıt Bax: çiğit
çi Bax: çiy
cibal // cıbal // çbal ism. - bal, arı balı: Suxlançlıdır ol, ne ki altun da ne ki bahalı taş, özdən köp tatlıdır ol, ne ki bir kesək çibal (Məz. 18/19: 11).
Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,
Onlar baldan, şanı balından da şirindir.
çibin ism. – cabin, milçək: At çibini. At çibini. İtçibini. İt milçəyi.
çibinlik ism. pərdə, örtük, evə milçək girməməsi üçün çəkilən pərdə
çiçək I (-kə, -ni, -i, -idir, -imizgə, -lər, -lərgə, -lərni, -lərdə, -lərdən, -lərin, -lərindən) ism. – çiçək: Zera oldur neçik ot yandıruçı da neçik çiçək boyaçınınq da ol tursar arıtma kümüşnü da altunnu da arıtır oğulları Leveanınq da eritir alarnı, neçik altunnu da kümüşnu da sunarlar Eyəmizgə badarak toğruluxta (Маl. 3: 2, 3). Çünki o, yandıran od və boyaçıların çiçəkləri kimidir və nücə ki gümüşlə altunu təmizləyir, eləcə də Levi oğullarını təmizləyər, onları gümüş və altun kimi əridər, doğruladaraq Tanrıya qurban edər. Da dir padşahı yılanlarnın Karp ki, dir hörmətli, bahalı daş başında ki, dir çıpçıx yumurtası xadar da alır novirağ çiçəkni közinə, da baxmax bilə tiriləri öldürür Və ilanların padşahı Karpdır ki, başnda quş yumurtası boyda bahalı daş-qaş var və o, çiçəyə bənzər gözlərinin bir baxışı ilə diriləri öldürür. Da neçik şuşan keçiyir bitmaxi blə kendininq özgə çiçəklərni körklü isli da anınq üçün dür ündəlgən hakimlərdən “flos regius” – çiçəki padşahlarnınq. Zanbaq öz boyu ilə bütün digər ətirli çiçəkləri keçdiyinə görə, həkimlər onu “flos regius” – padşahların çiçəyi adlandırırlar. Sensen padşahlar (padşahlarnınq) çiçəki, şuşan, ki törmelənməgən (xurumağan) çiçəkni kötürdünq (toğurdunq) Sən padşahlar çiçəyisən, ey zanbaq, məhz sən təbiətə öz təkrarolunmaz rəngini bəxş etmisən. Neçik çiçək tütünlü türlü-türlü çiçəklərdan Cürəbəcür çiçəklərin yanında ətirli çiçək kimi. Adamnınq (Adamğa) neçik biçəndir (yaş ottur) künləri kendininq (anınq); neçik çiçəki tüznünq, ol türlü çiçəklənir (çiçəkləngəy) (Məz. 102 /
103: 15).
İnsanınsa ömrü bir ota oxşar,
Çəmən gülləri kimi çiçək açar,
çiçək II (-kə, -ni, -i, -idir, -imizgə, -lər, -lərgə, -lərni, -lərdə, -lərdən, lərin, -lərindən) ism. – zərgərlik işi olan çiçək formalı bəzək elementi: On yedi kesək üçü bilə kümüş belbağ, çiçəki altunsuvlu, xulaxları bağırdan. Bəzəkləri qızıl suyuna çəkilmiş və qulaqcıqları misdən olan 17 bölümlü bel bağ (kəmər).
çiçəklə ~ (-dim, -dinq, -di, -dix, -dinqiz, -dilər) fel. – çiçəklə bəzəmək, bəzəmək
çiçəklən ~ (-mə, -dinq, -di, -ir, -iyirmen, -gəy, -gəylər, -gən, -gəni, gənlər, -məx, -ip) fel. - çiçəklənmək, çiçək açmaq: Buyur manqa, Biy, neçik antamalucğa, sağaymağa ki, büzgəymen töşəkimni ağrıxlarıma körə da yürügəymen erkinqni etkənlər bilə yıxövünqə seninq yaşıl çiçəklənip, dügül yazıx bilə yapraxlanıp. Buyur mənə - zəifləmiş olana, ya Rəbb, sağalım, xəstəlik döşəyinə əlvida deyim, Sənin əmrinə uyğun olaraq, Sənin evinə - kilsəyə günahlardan ibarət xəzan yarpağı kimi deyil, açmış çiçək kimi gedim.
çiçəkli // çiçəklı sif. – çiçəkli
çiçəklik ism. və sif. – çiçəklik
Çij x. ism. – albanlar arasında rastlanan şəxs adlarndan: Çij xatunu. Çijin arvadı.
çimən Bax: çayır-çimən
çimdir ~ (-ip) fel. – çimdikləmək: Bu cuhutqa alay körünüy, neçik ki iski içina bir oğlannınq tenindən çimdirip ta, alay üləşir edi elgə surp Vasilios. Bu yəhudiyə el gəldi ki, guya müqəddəs vasilios döşəkdəki körpəni çimdikləyərək, insanlara paylaşdırır.
çini sif. – çini, çini qab, farfor: Ekişər çini bardax. Iki ədəd çini bardaq.
çins Bax: cıns
çipçə (-lərininq, -lərin) ism. – cücə, quş balası: Anda uçar xuşlar köktəgi çipçələrin (uçarları köknünq balalar çıxarğaylar da uyası ləgləgninq tolu işançıdır alarnınq (uyası arakilninq işançıdır anınq) (Məz. 103/104: 17).
Bu ağaclarda uçan quşlar balalayar,
Leyləklərin yuvası şam ağacındadır.
Erusalem, Erusalem, ki tas etər edi markarelərni da taşlar edi arakəllərni kendində, neçə kez klədim yığıştırma oğlanlarınqni seninq, ne türlü ki yığıştırır tavux çipçələrin kendininq xanatları tibinə da kləmədinqiz! (Mat. 23: 37). Yerusəlim, Yerusəlim, peyğəmbərləri öldürən və həvvariləri daşlayan şəhər, toyuq cücələrini ətrafna toplayan kimi, övladlarını ətrafıma yığmaq istədim, fəqət siz bunu istəmədiniz! Müq. et: çıpçıx
çipçix // çipçıx Bax: çıpçıx
çirax Bax: çırax
çirey (-i, -in) // çırey (-i) ism. – üz, sifət, çöhrə: Adam oğlununq körki, tinçsiz bolsa, çireyin salır. İnsan yorğun görünəndə; sifəti də gözəlliyini itirir. Xiqar ölü çireyin alıp edi. Axiqarın sifəti ölü sifəti şəklini almışdı. Sifətininq çireyin közü bilə körər. Sifətinin çöhrəsini gözü ilə görər. Müq. et: yüz I
çireyli sif. – xoşsima, gözəl üzlü: Anq da unutma axqanın gülaf çireyli xanınqnı da asqanın tenqrilik başınqnınq (aşxalatkanın başınqnı) xaç üstünə. Sənin al qanının necə axdığını və gözəl çövrəni necə xaç üstünə qoyduğunu xatırla və untma.
çiri Bax: çirik
çiri ~ (-inqiz, -dilər, -rmen, -ir, -irlər, -məylər, -iyirmen, -iyir, -gən, -məx, -məximə) // çürü ~ (-gən) fel. – çürümək: İrinlədilər(İrinləndilər) da çiridilər yaralarım menim yüzündən seziksizlikimninq (eksizlikimninq // essizlikimninq) menim (Məz. 37/38: 6). Ağılsızlığımın üzündən iyrənc və irinli yaralarım çürüyür.
çirik // çürük sif. – çürük: Çiybal çirik, xurtlu çıxtı. Bal çürük və qurdlu çıxdı.
çirilmə - cırılma
çirkin sif. – çirkin, eybəcər
çit ism. və sif. – çit: Xumaş hadirdə sayılğan – çit 284, xaysı ayttıx bağlama bir tank içinə da möhürlədix möhür bilə Çit hesab edilən qumaş 284. Hamsını bir bağlamaya bağlamalarını söylədik və möhürlə möhürlədik. Çit yuvurğanga türlü-türlü kesəklərdən. Ayrı-ayrı hissələrdən çit yorğan.
çivən Bax: çüvən
çivit ism. – göy daş, lazulit: Xaysı ki biylikinqiz berip edinqiz ant içməgə manqa, ne türlü ki men Yağop Butax oğlununq çivitinə nemə zağallix etmiyirmen da nemə xarıştırıyırmen, anınq üstünə men barıp da ant içtim da könülük ettim, ne türlü ki anqar nemə zağallıx etmiyirmen. Yaqub Budaq oğlunun göy daşına hrç bir zərər vurmadğım və heç nə qatmadığım barədə məni and içməyə sövq etdiyiniz kimi mən də heç bir zərər vurmadığım və qarışdırmadığım barədə and içdim.
çiy // çi sif.. – 1. çiy; 2. kobud, qaba
çiyə (-ninq, -dən) ism. – gilas (Prunus Cerasus): Yuvarmen çağırda kiyinişim menim da xan içində çiyəninq (Yar. 49: 11). ... Paltarımı çaxırda və ... gilasın qan rəng li suyunda yuyaram. Bizgə lezetni yetişkən çiyədən etti ağaç aşıra surp xaçnınq. Müqəddəs xaç ağacı vasitəsilə yetişmiş gilasdan bizim üçün ləzzətli şərab hazrladı.
çiybal Bax: cibal
çıbçır ~ Bax: çıpçır ~
çıbçırıl ~ Bax: çıpçırıl ~
çıçxan Bax: sıçxan
çıda ~ (-ma, -mama, -dınq, -dı, -dıx, -dılar, -madı, -madılar, -man, -mandır, -mas, -ğaysen, -ğay, -ğaybiz, -ğaylar, -mağay, -mağaylar, -sanq, -sa, -sax, -sanqız, -salar, -sarsen, -sar, -sarlar. –mağan. –max, -maxın, -p) feı. – dözmək, sinə gərmək: Tamaşalı (Skançeli) boldu bilməxinq seninq mendən, xuvatlandı da çıdamandır (tözəlmən) bunqar (Məz. 138 / 139: 6). Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, buna dözə bilmərəm.
çıdal ~ fel. – dözümlü olmaq, dəyanət göstərmək
çıdamaxlıx (-nınq) ism. – dözüm, dəyanət
çıdov Bax: çıdamaxlıx
çıdovçı Bax: çıdovuçı
çıdovlu (-dur) sif. – dözümlü, dəyanətli
çıdovsuz sif. – dözümsüz, dəyanətsiz
çıdovsuzlan ~ (-ıyırmen, -sarmen) fel. – dözümsüz olmaq, dözülməz olmaq
çıdovsuzlux (-unquz) ism. – dözümsüzlük, dözülməzlik
çıdovucçı // çıdovçı ism. və sif. – dözüm göstərən, dəyanət nümayiş etdirən
çıdovuçılıx ism. – dözümlülük, dəyanətlilik
çığanax // çıxanax ism. – bilək:
Kördülər xınqır xolununq çığanaxından aşağa xılıç bilə sançqan... xınqır xolu çıxanaxından yoğarı kök urğan. Onlar onun sol qolunun biləkdən aşağı hissəsində qılınc yarasının yerini..., sol qolunun biləkdən yuxarı hissəsində isə zərbədən göyərmiş sahə gördülər.
çığarmax Bax: çıxarmax
çığıç Bax: çığıt
çığış (-nı, -пn, -larından) ism. – sərf: Ol ulu baha xoydu saxtanlarına – manqa çığış etmədi. O öz dəri məmulatına çox baha qiymət qoydu və bu mənə sərf etmədi. Egər ki bir yılğa ança kensilərinə ol övdə çığış etməsə... na biz borçlu bolğaybiz. Əgər bu evdə bir qalmaq ona sərf etməsə, onda biz ona borclu qalacağıq.
çığış ~ Bax: çızış ~
çığıt // çğıt // çıhıt // çığıç ism. – kəsmik, pendir
çıhıt Bax: çığıt
çıqar ~ Bax: çıxar ~
çıx ~ I // çx ~ (-ma, -maga, -ıyım,-qın, -sın, -ıyx, -alıx, -ınqız, -sınlar. -masın, -mıyıx, -manqız, -tım, -tınq, -tı, -tınqız, -tılar, -madınq, -madı, -madıx, -madılar, -ıptır, -ıptırlar, -ıp edi, -ıp edir, -ıp edilər, -ıp esə, -ıp esələr də, -armen, -ar, -arsız, -arlar, -mas, -mastır, -masbiz, -maslar, -ar idim, -ar idinq, -ar edi // idi, -ar edilər, -arlar edi, -arlar edilər, -mas edim, -maysen, -ıy edi, -ıy edilər, -ıyırmen, -ıyırsen, -ıyır, -ıyırbiz, -ıyırlar, -mıyır, -ıyır edim, -ıyır edi, -qaymen, -qaysen, -qay, -qaylar; -mağaysen, -mağay, -mağaybiz, -mağaysiz, -mağaylar, -qıy edi, -qay edinqiz, -sam, -sa, -sax, -masa, -sarmen, -sarsen, -sar, -mısar, -sar edi, -qan, -qannınq, -qanğa, -qannı, -qanda, -qandan, -qanlarında, -qanım, -qanımdan, -qanınq, -qanınqa, -qanınqnı, -qanı, -qanına, -qanın, -qanından, -qanımıznı, -qanlar, -qanlarnınq, -mağan, -an, -annınq, -anlarnınq, -mış bolğay, -max, -maxnınq, -maxqa, -maxnı, -maxta, -maxtan, -maxınq, -maxnqa, -maxı, -maxınınq, -maxın, -maxımıznı, -maxlar, maxlarnınq, -a, -ıp, -mıyın, -qınça, -almas edim) fel. – çıxmaq: Altı axça bersər yılnınq çıxqanına. İl çıxanadək altı axça verməlidir.
çıx ~ II Bax: çınıx ~
çıxan Bax: çıx ~ I
çıxanax Bax: çığanax
çıxar ~ (-ma, -mağa, -ıyım, -ğın, -sın, -ıyıx, -ınqız, -ma, -mağın, -manqız, -dım, -dınq, -dı, -dıx, -dılar, -madılar, -ıptır, -ıpbiz, -ıp edir, -ıp esə, -ırmen, -ırsen, -ır, -ırbiz, -ırsiz, -ırlar, -mas, -maslar edi, -ıyırmen, -ıyırsen, -ıyır, -ıyırlar, -ıy edi, -ıy edilər, -acѕax, -ğaymen, -ğaysen, -ğay, -ğaybiz, -ğaysiz, -ğaylar, -mağay, -mağaysiz, -mağaylar, -ğay edi, -sa, -sax, -salar, -masa, -masax, -sarsen, -sar, -sarlar, -malı bolsan, -ğan, -ğansen, -ğandır, -ğanı, -mağan, -mağan bolğıy edi, -mağan bolsa edi, -max, -maxtır, -maxqa, -maxta, ~maxı, -a, -ıp, -almadı) fel. – çıxartmaq: Ol vaxtta biyənsərsen xurbanğa toğruluxnunq, (xaçan) niyət xurbanımızna çıxarğay seğanınqa seninq, ögüznü // Ol sahat biyəngəysen xurbanına toğrularnınq, xaçan ant bilə xurbannı çıxarsalar seğanınqa seninq, ögüz // Ol sahat biyəngəysen xurbanına artarlıxnınq, ant bilə xurban, xoyğaylar seğanınqa seninq ögüz (Məz. 50/51: 21).
Onda doğru yolla təqdim edilən qurbanlardan,
Bütöv yandırma qurbanlarından zövq alarsan.
O zaman qurbangahında buğalar qurban kəsilər.
çıxara ber ~ (mə, -məgə, -iyim, -mə, -məgin, -mənqiz, -dim, -dinq, -di, -dilər, -mədinq, -mədi, -ip edilər, -irmen, -ir, -məs, -irlər edi, -iyirmen, -iyirbiz, -gəy, -səm, -sə, -məsə edi, -məsə edilər, -sərmen, -sər, -gəndən, -məx, -mək bilə, -məxni) fel. – azad etmək, çıxarmaq
çıxara beril ~ (-dim, -di, -irbiz, -irsiz, -gəylər, -sərsen, -sər, -sərlər, -sər edi, -gən, -gənni, -gəninqni) fel. – azad edilmək, çıxarılmaq: Yarğular Biy joğovurtun kendininq da xullarında kendininq övünür, zera kördü (ki kördi) alarnı salğan (yorulğan, boşanğan (çeşilgən) da çıxara berilgən yəsirlikkə (yəsirlixkə) (Qan. 32: 36).
Rəbb Öz xalqını mühakimə edəcək (m.
Onların gücünün qurtardığını görərkən,
Nə kölədən, nə azaddan kimsə qalmayarkən
Qullarına rəhm edəcək (onları əsirlikdən çıxaracaq).
çıxara berüçi ism. – satqın, xəyanətkar, xain: Çıxara berüçilər, harsız, yamanlıx yiğıştıruçı, suxlanmax sovüçi, ne ki Tenqri sövüçi (II Тim. 3: 4). Xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər.
çıxardagi Bax: çıxarıgi
çıxargi Bax: çıxarıgi
çıxarıgi (-sin, -lər, -lərdən) sif. – xarici, dışarı, xaricindəki, dışındakı, xaricdən, dışdan, zahiri: Zera yarğulasarmen çıxarıgisin? Da anınq dügül ki siz içkərisin yarcularsiz? (1 Коr. 5: 12). Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi? Egər ki çıxarıgi adamilikimiz buzulur esə, içkərigi adamilikimiz yanqılır // Egər ki çıxarıgi adamımız bizim buzulsa, na içkərigi yanqırır kün-kündən (II Коr 4: 16). Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
çıxarıl ~ fel. – çıxarılmaq, xaric edilmək
çıxart ~ fel. – çıxartmaq, xaric etmək
çıxartki Bax: çıxarıgi
çıxartın // çxartın Bax: çıxarıgi
çıxaruçı (-dır) ism. – çıxarıcı, çıxaran, azadedici, azad edən, xaric edən: Tişli temir et çıxaruçı xazandan, haq. Qazandan ət çıxartmaq üçün nəzərdə tutulmuş dişli qarmaq.
çıxış // çığış ism. – gəlir, qazanc: Mendə neçik öksüz kimsə yoxtur nemə bilə çığış etməgə. Yetim olduğum üçün gəlir əldə etməyə bir şeyim yoxdur.
çıxmax f. ism. – bu dünyadan çıxış - ölüm: Çıxmax ya ölüm. (Bu dünyadan) çıxış (köç) və ya ölüm.
çıxmaxlıx ism. – çıxış, mənbə, mənşə:
çıxtır ~ Bax: çınıxtır ~
çıxuçı (-nınq, -ğa, -larnınq) f. ism. – çıxan
çılaçıx sif. – 1. çeçələ, çeçələ barmaq: Sonq xoluna çılaçıxı kesilip tüşüptur... tüz xolununq 3 barmaxı tutup çılaçıxından keskəndir. Sol əlinin çeçələ barmağı kəsilib düşüb... sağ əlinin üç barmağı, çeçələdən başlayaraq, kəsikdir. 2. uzunluq ölçü vahidi (= ?)
çılan ~ (-dı, -ıyır, -ğay, -ıp) fel. – islanmaq: Eki duvar da çılandı. Hər iki divar islandı.
çılat ~ (-tım, -tınq, -tı, -sar, -qan, -ıp) // çlat ~ fel. – islatmaq, suya çəkmək:
Çıltıx Bax: Şıltıx
çımdırğan ism. - kəlbətin: Axkerməndə edix da Holubnunq eki çımdırğanı bar edi, xaysı ki Holub aytti: birin sattım bir xızıl axçaya... Keldi Harbed da Sultan, kördü xoluma ol çımdırğannı da aldılar da berdilər yazuçığa başxış. Ağkermən şəhərində idik və Holubun iki kəlbətini vardı ki, onlar barədə dedi: birini bir qızıl axçaya satdım… Harbedlə Sultan gəldilər, əlimdəki kəlbətini gördülər və alıb mirzəyə hədiyyə etdilər. Türkkə bolğan borçnu töləsər Stepan barın, tek on üç çımdırğan bersər Qureq. Stepan türk ölkəsində bütün borcu ödəyəcək, yalnız Qureq on üç kəlbətin verməlidir.
çın // çin ism. və sif. – gerçək, həqiqət, doğru
çına (-lar) ism. – fincan
çınıx ~ fel: - təlim görmək, tərbiyə edilmək, sənət öyrənmək, elm hasil etmək, öyrənmək: Da egər ki unuttum esə, xayda ögütləmə bolur edinq, evet sen, şağavatlı da yarlığovuçı Tenqri, unutmadınq, xayda xutxarma çınıxtınq. Və əgəe mən Sənin mənə harada öyüd verdiyini unutmuşamsa da, Sən – rəhimli və rəhman olan Tanrı xilas etməyi harada təlim etdiyini unutmadın.
çınıxmax f. ism. – təlim, tədris, məşq: Çnıxmax bilə övrəngən. Təlim vasitəsi ilə öyrənmək.
çınıxtır ~ fel: - təlim etmək, tədris etmək, dərs vermək, öyrətmək, məşq etdirmək
çınıxtıruçı // çınıxturuçı ism. – təlimçi, məşqçi, tərbiyəçi, müəllim:
çınq ism. – uçurum: Körgüzdü ekinçi üçün murnunq Yovhanesninq xabax bolğan çınq yanına... O Yovhanesə uçurumun yanındakı daşın burun hissəsini göstərdi...
çıpçıx (-lar, -larğa) // çipçix // çipçıx ism. – kiçik quş, quş balası, cücə: Çıpçıxlar bilə bilgən sözləmə, cadulux etmə... Quşları müşahidə etməklə xəbər verən, falçılıq edən... Da dir padşahı yılanlarnın Karp ki, dir hörmətli, bahalı daş başında ki, dir çıpçıx yumurtası xadar da alır novirağ çiçəkni közinə, da baxmax bilə tiriləri öldürür Və ilanların padşahı Karpdır ki, başnda quş yumurtası boyda bahalı daş-qaş var və o, çiçəyə bənzər gözlərinin bir baxışı ilə diriləri öldürür.
çıpçır ~ // çıbçır ~ fel: - xilas etmək, azd etmək, tordan çıxartmaq:
çıplax sif. – çılpaq
Çıplax x. ism. – alban soy adlarından: Simon Çıplax.
çırax (-sen, -tır, -nı, -tan, -ımnı, -ın, -ınqız, -lar, -larnı, -larınqnı) // çirax // çrax // cırax // craq // crax (-tır, -ın) ism. – çıraq: Çırax bilə izdəsələr edir meni, tapmaslar edir. Çıraq ilə izləsəlr də, məni tapa bilməzdilər.
Çırax x. ism. – alban şəxs adlarından biri
çıraxçı ism. – çıraqçı
Çıraxçı x. ism. – alban şəxs adlarından biri: Tavid Çıraxçı oğlu. Davud Çıraxçı oğlu.
çıraxqala // çiraxqala ism. çıraqqala, çıraq qalası, qız qalası. Dağ zirvəlrində və düzənliklərdə qurulan və üzərində ocaq yaxılmaqla müxtəlif xəbərlərin (düşmən həmləsi, qurultay və s.) operativ şəkildə uzaq məsafələrə ötürülməsinə xidmət edən qala komplekslərinin ümumiləşdirici adı.
çıraxlıx ism. – çraqlıq, işqlandırma avadanlıqları (şam, çıraq və s.)
çıraxlıxlat ~ (-ıyırmen) fel. – çıraqlqla (işıqlandırma avadanlıqları ilə) təmin etmək
çırey Bax: cirey
çırım (-ın) // cırım ism. - mürgü, yuxu: Ber çırım etmə közlarinə tenimninq da oyax bolma bizgə canğa körə ki, kündüz da keçə bergəybiz sanqa haybat tıyğısız. Cismani gözümüzə mürgü, ruhumuza oyaqlıq ver ki, gecə də, gündüz də yorulmadan sənə həmd edək. Men çırım ettim da yuxladım (yuxuda boldum), oyandım da Biy yöpsünövüçim menimdir (Məz. 3: 6). Mən mürgülədim və yuxuladım, oyandım, çünki Rəbbim himayəçimdir Közətüçinqni seninq yuxu yenqməs, zera baxuçınq seninq çırım etməs (Məz. 120/121: 3). Gözətçin sənin yuxuya yenilməz, çünki o mürgüləməz.
çırma ~ (-ğın. -dım, -dı, -rmen. –mandır, -sarmen, -sar; -max) // çrma ~ fel. – bükmək, cildləmək, üzləmək
çırmal ~ fel. – bükülmək, cildlənilmək, üzlənmək
çırmamax ism. – bağlama
çırpı ism. – çırpı, çır-çırpı: Tügəndilər (Eksildilər, neçik tütün, künlərim da sövəklərim, neçik xamış (çırpı), xurudular (Məz. 101/103: 4). Tükəndilər (əksildilər) günlərim tüstü kimi mənim, qamış (çırpı) kimi qurudular.
çıybal Bax: çibal
çızıl ~ fel. – cızılmaq
çızışqan sif. – çızılmış
çızma // cızma ism. – uzunboğaz çəkmə
çızmaçı ism. – uzunboğaz çəkmə tikən usta, ayaqqabı ustası
çızmaçılıx ism. – çəkməçilik sənəti: Ortax boldum Edilbey bilə peşəgə tikişninq, çızmaçılıx. Çəkməçilik prşəsində Ədil bəylə ortaq olduq.
çx ~ Bax: çıx ~
çxar ~ Bax: çıxar ~
çxarı Bax: çıxarı
çxartın Bax: çıxartın
çxş Bax: çıxış
çlat ~ Bax: çılat ~
çmdırğan Bax: çımdirğan
çoban (-dır, -lar, -larnı) – çoban: Könüsün, könüsün
aytıyırmen sizgə: kim ki kirməsə eşik bilə ovçarnasına xoylarnınq da özgə yartın kirsə, ol oğrudur da xarağçı; kim ki kirər eşik blə, çobandır xoylarnın. Doğru, doğru söyləyirəm sizə: kim ki tövləyə qapıdan deyil, başqa tərəfdən girsə, o, oğru və qarətçidir, kim ki qapıdan girsə o, qoyunların çobanıdır. It ornuna ündə meni da men keliyim artınqdan, yaxşı da könü çoban, izdə meni da tap men bularğannı. Məni it əvəzinə çağır və mən ardınca gəlim, ey saleh və yaxşı çoban, axtar və tap məni-azmışı.
Çoban x. ism. – albanlar arasında yayğın olan şəxs adlarından biri
çoçxa ism. – çoşğa, donuz: Tişi çoçxa. Dişi donuz. Bax: tonquz // tunquz
çoğur (-dur, -nunq, -ğa, -nu, -da, -dan, -u, -una, -unda, -lar, -larnınq, -ları) // çuğur (-nunq, -ğa, -nı, -dan, -lar, -larnınq, -u, -una, -undan, -larına) // çuxur (ğa) // çuhur // çoğor ism. – çuxur: Egər kimesə çuğur (çoğur) açsa yer içinə, xayda ki taxıl (taxılı) bar anınq... Əgər kimsə yerin içində taxılını saxladığı çuxuru açsa... Sen, Tenqri, endirgəysen alarnı çoğuruna (çuğuruna) buzuxluxnunq (buzulmaxnnq) (Məz. 54/55: 24). Ey tanrı, onları çürüməz çuxura (qəbirə) endirəcəksən. Xaytarmağın (Xaytarma) yüzünqnü seninq mendən, oxşasarmen (oxşağaymen) alarğa ki, enərlər çoğurğa (kimlər tüşərlər çuğurğa) (Məz. 142/143: 7).
Ya Rəbb, mənə tez cavab ver,
Çünki ürəyim çəkilir.
Üzünü məndən gizlətmə,
Qoyma çuxura düşən insanlara bənzəyim.
Xoydular meni çuğurğa (çoğurğa) tibdəgi (tibdəki çuğurğa), xaramğuluxqa (xaramğuluxta // xaranqğuluxqa) da kölgəsinə (kölegəsinə) ölümnünq (Məz. 87/88: 7). Məni dərin çuxura (qəbirə), dərin, qaranlıq bir yerə saldılar.
çoxrax Bax: çovrax
çolğan ~ f. sif. – sürünən
çolğatsa bol ~ fel. – sürünmək: Biylik etinqiz balıxlar üsnə tenqizninq da xuşlarnınq köknünq da barça hayvanlar üsnə, xaysı çolğatsa bolıyırlar yer üsnə (Yar. 1: 28). Dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin.
Çolpan x. ism. – Çolpan (Çoban ulduzu), Zöhrə, Venera: Çolpan yolduz ya günəş. Çolpan ulduzu ya günəş. Xoynumdan burun Günəştən (xarından) ilgəri, ne ki Çolpan yolduz(u) toğurdum seni (Məz. 109/110: 3). Günəşdən, Çolpandan öncə bətnimdən doğdum səni.
çomax ism. – çomaq: Çomax yarası. Çomaq yarası.
çortan // çortanbalıx – ism. - durnabalığı (Esox lucius)
Çortan x. ism. albanlar arasında yayğın olan şəxs adlarından biri: Kirkor Çortan oğlu.
Dostları ilə paylaş: |