Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,53 Mb.
səhifə1/9
tarix21.10.2017
ölçüsü1,53 Mb.
#7497
növüDərs
  1   2   3   4   5   6   7   8   9


Vəliyulla Cəfərov

DANIŞIQLARIN

APARILMASI

TEXNOLOGiYASI


Vəliyulla Cəfərov


DANIŞIQLARIN APARILMASI

TEXNOLOGİYASI

(dərs vəsaiti)



Bakı Dövlət Universitetinin

31 0ktyabr 2016-cı il tarixli R-92 saylı əmri

ilə nəşr (qrif) hüququ verilmişdir




Бакы - 2О16
Мцяллиф:

Вялийулла Ъяфяров БДУ-нун «Дипломатийа вя мцасир

iнтеграсийа просесляри кафедрасынын

досенти, филолоэийа елмляри üzrə

fəlsəfə doktoru



Елми редактор:

Кярям Мяммядов БДУ- нун «Дипломатийа вя мцасир

интеграсийа просесляри» кафедрасыnın

досенти,сийаси елмляр üzrə fəlsəfə

doktoru


Ряйчиляр:

Məcid Əfəndiyev БДУ-нун «Politologiya və sosiolo-

giya» кафедрасынын dosenti, fəlsəfə

üzrə fəlsəfə doktoru
Şirinbəy Əlyev Bakı Slavyan UniversitetiDiploma-

tiya və xarici siyasət” kafedrasının

müdiri, tarix елмлярi üzrə fəlsəfə

doktoru , dosent



Beynəlxalq münasibətlər” – 050213 ixtisası



üzrə bakalavr hazırlığı dövlət standartı ilə müəyyənləşmişdir (İPFS-BO3)
Mündəricat

1. Ön söz ------------------------------------------------------3

2 Danışıqlar anlayışı və modelləri ------------------------6

3. Danışıqlar, ünsiyyət və kommunikasiya ------------17

4. Danışıqların funksiyası---------------------------------30

5. Danışıqların təsnifatı------------------------------------39

6. Danışıqların taktika və strategiyası ------------------50

7. Danışıqların dialektikası--------------------------------61

8. Danışıqların mərhələləri---------------------------------70

9. Danışıqların milli üslubları -----------------------------86

10 Beynəlxalq münaqişələr və danışıqlar --------------101

11.Danışıqlar və vasitəçilik-------------------------------111

12.Beynəlxalq müqavilələr------------------------------ 125

13.Qeyri-verbal ünsiyyət və danışıqlar -----------------140

14.Ədəbiyyat -----------------------------------------------158

15.Əlavə-----------------------------------------------------161

16.Terminlər------------------------------------------------165

Ön söz
Danışıqların öyrənilməsini aktuallaşdıran əsas amillər sırasında yaşadığımız dövrün, sözün həqiqi mənasında,“danışıqlar əsri” kimi səciyyələnməsidir. XX əsrin sonuna doğru və XXI əsrin davamında bey-nəlxalq danışıqlar boy artımı ilə diqqəti çəkməkdədir. Etiraf etməliyik ki, bu səbəbdən hər birimiz «данышан адам» (щомо логуенс) дюврцнцн сакинляриyik Елми-техники тярягги, эцълц информасийа системляри, йени вя мцасир технолоэийалар да, чох тяясцф ки, инсанлары да-нышмаг язабындан хилас етмякдя аъиздир. Щяр бири-мизя илащидян гисмят пайы олан данышмаг габилиййяти ян етибарлы васитя кими щяйатын доланбаъларында бизи аддым-аддым мцшаийят едир вя инсанлыг зирвясиня чякир.

Məzmun və keyfiyyət baxımından yeni-yeni çalar-la zənginləşən danışıqlar prosesi az öyrənilən bir elm və tətbiqi biliklər sahəsidir. İnkarolunmaz həqiqət budur ki, danışıqlar insan həyatının, beynəlxalq ün-siyyətin, diplomatiyanın əvəzolunmaz alətidir. Da-nışıqlar prosesində nələrin baş verə biləcəyini və bu-nun səbəbıərini qabaqcadan proqnozlaşdirmaq xeyli çətindir.Данышыг инсан фяалиййятинин бцтцн сферaларыны ящатя едир. Бу заман данышыг йардымчы васитя йох, инсанын конкрет фяалиййятиндян асылы олараг формала-шан мягсядйюнлц вя шцурлу просесдир.

Dövlətin xarici-siyasi və diplomatik fəaliyyəti-nin səmərəliliyinin təmin olunması, bu istiqamətdə fəaliyyət göstərən dövlət orqanlarının işinin təkmil-ləşdirilməsi məhz danışıqların aparılmasında peşə-karıq, çevik vərdiş və bacarıqlar kompleksinin vəh-dətini tələb edir. Bеля бир фикирля разылашmalıyıq ки, danışıqlar щяйатын нябзидир və danışıqların aparılma-sının özünəməxsus texhologiyası mövcuddur.

Çoxillik təcrübəyə malik tədqiqatcı- alım V.Cəfəro-vun metodikı prinsiplərı rəhbər tutmaqla hazırladığı ki-tab tələbələrə müasir dünya nizamının formalaşması, dünya siyasətinin inkişaf istiqamətləri, dövlətlərarası münasibətlərin modifikasiyası, bəşəri problemlərin həl-li yollarının öyrənilməşi, danışıqların təşkilı və aparıl-ması, qarşılıqlı birgə qərarın qəbul olunduğunu əks etdidirən yekun sənədin işlənib hazırlanması problem-ləri ilə bağlı biliklər verilməsində, vərdiş və bacarıqla-rın formalaşmasənda əvəzsiz mənbə olacaq.




Hicran Hüseynova

Siyasi elmlər doktoru, professor



Beynəlxalq danışıqların mahiyyəti ünsiyyətdədir.

Y.Steyn

Danışıqlar anlayışı

və modelləri
1.Danışıqların məqsədi

2 Danışıqların növləri

3.Danışıqların elm kimi dəyərləndirılməsi

4.”Oyunlar nəzəriyyəsi”nin əsas prinsirləri

5.İnteqrativ danışıqlar

6.Polemik danışıqlar

Danışıqlar prosesi haqqında dolğun məlumat verməmişdən öncə kökdaş olan “danışmaq”və “danı- şıqlar” sözlərinin eyni anlamda olmadığı qeyd edilmə-lidir.Gerçək olan isə danışmadan danışıqlar aparıl-masının mümkünsüzlüyüdür.Belə qənaət formalaşır ki, ünsiyyət, kommunikasiya və danışıqlar arasında təmas4nöqtələri4mövcuddur.Danışıqlar4insan4fəaliy-yətinin təməlində dayanan və şüurlu fəaliyyət siste-minin tərkib elementlərindən biridir. Hər hansı zid-diyyətli problemi aradan qaldırmağ, xoş məramlı əla-qələr qurmaq, mövcud əlaqələri daha da inkişaf etdir-mək məqsədi ilə tərəflərdən heç olmasa birinin göstər-diyi cəhd ünsiyyət formasından asılı olmayaraq, geniş mənada, danışıqlar kimi təsəvvür olunmalıdır.

Cavablanmalı suallar çox olsa da, beynəlxalq münasibətlərdə, dövlətlərarası ikitərəfli və çoxtərəfli beynəlxalq danışıqların xüsusiyyətlərini açmaq məq-sədindəyik.

Açıqlamada göstərildüyü kimi, danışıqlar tərəf-lərin maraqları üzərində, eyni zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif mentalitetlərə və mədəniyyətlərə malik subyektlər arasında diploma-tiya,siyasət və iqtisadi sahələrdə aparılan özünəməx-sus qaydalar çərçivəsində baş tutan nizamlanmış prosesdir. Beynəlxalq danışıqlar institutu dövlətlər-arası ikitərəfli və çoxtərəfli, regional və qlobal bey-nəlxalq münasibətlərin əvəzolunmaz alətidir.Çox vaxt danışıqlar və diplomatiya sözləri qoşa işlənir, bəzən isə eyniləşdirilir. Belə yanaşma yeni deyildir. Vaxtilə Fransada işıq üzü görən diplomatik sözlükdə birmə-nalı şəkildə göstərilirdi ki, danışıqlar diplomatik agentlərin, missiya başçılarının, demək olar ki,bütöv-lükdə diplomatiyanın özüdür, digər bütün rəsmi fəal-iyyət formaları isə ikinci dərəcəlidir, daha doğrusu, danışıqlardan asılıdır.

Cox haqlı olaraq zəmanəsinin işıqlı dühala-rından sayılan kardinal Armand Rişelyenin hələ 1630-cu ildə ("Siyasi vəsiyyətnamələr") yazdığı kimi "...da-nışıqların ardıcıl, fasiləsiz və açıq aparılması bir zəru-rətdir. Qısa bir müddətdə ğözlənilən nəticə əldə alun-madıqda, və hətta yaxın ğələcəkdə də buna tam əminlik olmadığı halda da, danısıqlar dayandırılmamalıdır."

Danışıqlara bu səpkidə yanaşma bir daha diplo-matiyanın "danısıqlar elmi" (Fransua de-Kalyer) kimi pasportlaşmasını təmin edir. Diplomatiyanı dövlətlə-rin hərbi güc tətbiq etmədən bir-biri ilə təmas qurma-sı cəhdi. qarşı tərəfin maraqlarına nüfuz etməsi pro-sesi kimi də təsvir etmək olar. Ana rolu xoşməramlı beynəlxalq kommunikasiya olan diplomatiya iki əsas funksiya daşıyır:



1.Tərəflər arasında (münaqişəni qarşıdurmanı həll etmək;

2.Beynəlxalq aləmdə mövcud olan mühüm əhə-miyyətli qeyri-hərbi problemlərin ikitərəfli və çoxtərəfli həllinə nail olmaq;

Bu əsasda danışıqlar iki müstəvidə baxıla bilər.



1. elmi müstəvidə,

2. kommunikasiya müstəvisində.

Birinci halda qeyd olunmalıdır ki, danışıqların heç bir dəqiq nəzəriyyəsi yoxdur.Ancaq danışıqları bir elm kimi təsəvvürə gətirsək, onda bir neçə suala cavab axtarmalıyıq;



1.Münaqişə məqamında tərəflərin maraqlarını

necə doğru, dəqiq yozmaq olar?

2.Necə etmək lazımdır ki, yad tərəflər bir-birini

düzgün başa düşə bilsin?

3.Bir tərəf öz maraqlarından heç nəyi güzəştə

getmirsə, ortaq razılığa gəlmək mümkündürmü?

Diplomatiya ilə bağlı sadaladığımız hər nə varsa birbaşa danışıqlardan keçir. Danışıqlarla bağlı tədqi-qatların qıtlığı zəruriliyi danılmayan bu prosesə baxış bucaqlarını da çarpazlaşdırır. Məşhur amerikalı poli-toloqlar Rodcer Fişer Vilyam Yuri üçün danışıqlar tərəfləri konsensusa doğru aparan vasitədir. Belə başa düşməliyik ki, bu fikrin müəllifləri əslində danışıqları ziddiyyətin sonuna,maraqların uzlaşdırılmasına atılan körpü sayırlar. Bu da özlüyündə doğru yanaşmadır. Analoji və oxşar yanaşma bu sahənin tədqiqatçıla-rdan Fil Byuqlinin deyimində də təsdiqini tapır.O yazır:-...Danışıqlar qarşılıqlı faydalı qərarlar qəbul olunmasının və gələcək birgə fəaliyyət istiqamətlərini razılaşdırmağın yeganə yoludur ”.

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması danışıqlar institunun çəkisini xeyli artırdı. Beynəlxalq aləm bundan sonra əsl danışıqlar arenasına çevrildi.

Danışıqları şərtləndirən iki əsas amil xüsusi diq-qət tələb edir.



1.Tərəflər qarşılıqlı asılıdır;

2. Tərəflər fərqli maraqlara malikdir

Danışıqların apaırılması heç də problemin (mü-naqişənin) birbaşa və birdəfəlik həlli deyildir. Tərəflər bir qayda olaraq əllərində olan informsiya əsasında problemin həllinə təsir göstərə biləcək yeni vasitələr axtarışında olurlar. Əlverişli məqamın passiv gözlə-yicisi kimi davranmaq əslində danışıqlara yad düşün-cədir.Münaqişə və danışıqlar bir-birinə çox yaxın ol-duğuna görə əksər hallara danışıqları”sönmüş müna-qişə(R.Lone)adlandırırlar.Danışıqların tanınmış təd-qiqatçılarından olan F.Ç.İkle prosesə bir qədər fərqlı yanaşaraq yazır ki,”... danışıqlar üçün ortaq maraq və eyni dərəcədə də maraqların ziddiyəti zэruridir.”

Həqiqi mənada, danışıqlar fikir ayrılıqlarına son qoymasa da, bu istəklə uz-üzə oturmağın özü də uğur-lu sonluğa işıq tutmaqdır.Danışıqların mürəkkəb pro-ses olması onun beynəlxalq-hüquqi mənzərəsini də ziddiyyətli edir. Tutaq ki, danışıqların müddəti (baş-lanması, tamamlanması və c.) ilə bağlı beynəlxalq hü-quqda heç bir qeyd-şərt öz əksini tapmayıb. Bu o demək deyildir ki, beynəlxalq hüquq elmi danışıqların zəruriliyinə kölgə salır. BMT Baş Assambleyası 8 de-kabr 1998-ci il tarixdə “Beynəlxalq danışıqların apa-rılması prinsipləri və şərtləri haqqında” qətnamə (53/101)1 qəbul etməklə, onların daha effektli aparıl-masına təkan verdi.

Danışıqların aparılması üçün problemin labüd-

lüyü,maraqların ortaqlığı və ziddiyyəti bu “oyundan” baş açmağı xeyli çətinləşdirir. Bəlkə elə bu səbəbdən tədqiqatçılar danışıqlara “Oyunlar nəzəriyyəsi”ni tətbiq etməkdə maraqlıdırlar.2





A.Rapoport və T.Şellinq onu praktiki danışıqlara tətbiq etməklə müsbət nəticələr qazana bildilər. Maraqlı budur ki, belə bir cəhd diplomatlar, siyasət-çilər tərəfindən yox, nədənsə riyaziyyatçılar tərəfin-dən atıldı.Az sonra ünlü amerikalı tədqiqatçılardan bi-ri olan Q.Rayffa “Oyunlar nəzəriyyəsi” əsasında danı- şıqları aşağıdakı şəkildə qruplaşdırdı:

1.Sıfır nəticəli oyunlar(hər şey qalib tərəfə çatır)

2.Müsbət nəticəli oyunlar (hər iki tərəf nəsə qa-

zanır)

3.Qarışıq oyunlar

“Oyunlar nəzəriyyəsi”çərçivəsində danışıqların əsas etibarilə üç formada aparılmasına üstünlük verilir;



1.İnteqrativ(əməkdaşlıq);

2.Polemik(mübahisəli);

3. Rasional(faydalı);

Göstərilən modellərin hər birinin ətraflı yozuma ehtiyacı var.



İnteqrativ(əməkdaşlıq)model

Adından göründüyü kimi, bu tipli danışıqlarda tərəflər öz maraq və məqsədlərini elə start nöqtəsin-dən uzlaşdırmaq niyyətində olurlar. Bu cur yanaşma Harvard prinsipləri ilə (R.FişerV.Yuri təlimi nə-zərdə tutulur) səsləşir və tərəflərin problemi birgə həl-lində seçdiyi ən qısa, ən səmərəli yoldur. İnteqrativ danışıqlarda tərəflərin hamısı faydalandığından nəti-cə “Oyunlar nəzəriyyəsi”nin Müsbət nəticəli oyun-larqoluna daxil edilə bilər. Təbii ki,bütün formalar-da əməkdaşlıq ilk növbədə tərəflərdən problemi düz-gün qiymətləndirilməsini tələb edir.

Yalnız sonrakı mərhələlərdə müəyyən zaman bici-mində həllini tapacaq ortaq məqsəd tərəfləri bir-ləşdirir. Reallıqda isə mövqelərin bütünlükdə üst-üstə düşməsi inanılmazdır .Belə olsaydı danışıqlara ehti-yac qalmazdı. Deməli, bütün hallarda az da olsa uz-laşmayan xırdalıqlar üzə çıxa bilər. Bunlar inteqrativ danışıqların dəyərini aşağı salmır. Nəticədə tərəflər uzunmüddətli səmərəli əməkdaşlığı davam etdirir.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin