TRASEKA proqramının başlıca stateji məqsədləri aşağıdakılardır:
1.Asiya-Avropa arasında alternativ nəqliyyat dəhlizləri vasitəsilə Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin Qərb bazarlarına çıxışını təmin etmək və bu yolla onlarən iqtisadi, siyasi, mədəni inkişafəna dəstək vermək;
2.Müstəqil Cənubi Qafqaz və Orta Asiya dövlətləri arasında regional əməkdaşlığa təkan vermək;
3.Beynəlxalq maliyyə qurumlarını həmin müstəqil dövlətlərə maliyyə yardımına cəlb etmək; Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini Transavropa nəqliyyat şəbəkəsi ilə birləşdirmək və s.
Azərbaycan coğrafi mövqeyi onun tarixən Avropa və Asiya ölkələri arasında nəqliyyat dəhlizi olmasına şərait yaratmışdır və bu baxımdan Azərbaycanı TRASEKA layihəsindən çox böyük mənfəətlər gözləyir ki, onları da aşağıdakı kimi qruplaşdırmaq olar:
İqtisadi mənfəətlər–İpək Yolunun keçdiyi ölkələr üzrə mal və xidmətlər dövriyyəsinin artımı nəticəsində ümumi yükdaşımaların həcminin artması, nəqliyyat və kommunikasiya şəbəkəsinin əlaqəli şəkildə güclü inkişafı, infrastrukturun yaxşılaşdırılması və s.;
Sosial mənfəətlər – işsizlik probleminin qismən də olsa həlli, informasiya mübadiləsinin güclənməsi, əhalinin pul gəlirlərinin artması və s.;
Siyasi mənfəətlər – Azərbaycanın dünyanın iri ölkələrinin geosiyasi və geoiqtisadi cəhətdən diqqət mərkəzində olması, Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında birbaşa fəaliyyət, layihənin çoxlu sayda ölkələrin əməkdaşlığa cəlb etməsi nəticəsində sağlam beynəlxalq iqlimin bərqərar olması, lahihə iştirakçıları arasında mənafe birliyinə nail olunması, təhlükəsizliyin və siyasi sabitliyin təmin olunması və s.
TRASEKA-nın iqtisadi səmərəliliyinin yüksəldilməsində şübhəsiz ki, bu layihə çərçivəsində yükdaşımaların həcminin artırılması ciddi əhəmiyyət kəsb edir. Belə ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 1996- cı ildə 650 min tondan, 1999-cu illərdə müvafiq olaraq 24 mln tona, 2001-ci ildə 32 mln tona, 2003-cü ildə isə 40 mln tona, 2005-ci ildə 46 mln tona qədər artmışdır. 1999-cu ildə yükdaşıma- lardan əldə olunan gəlir 87,7 mln man, 2002-ci ildə149 mln man, 2005ci ildə 191 mln man olmuşdur. Eyni zamanda bu dövrdə Bolqarıstan, Rumıniya, Polşa, Moldova, Monqolustan və Türkiyə proqramın üzvü olmuşlar, bundan əlavə Çin, Cənubi Koreya və Avropanın 25 ölkəsi bu proqrama xüsusi maraq göstərmişlər.
Dostları ilə paylaş: |