Yaxın Şərq ölkələrində dəmir yolu nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsi
Yaxın Şərq regionunda beynəlxalq dəmir yolu daşımalarının hüquqi tənzimlənməsi məsələsi xüsusi maraq doğurur.
Məlum olduğu kimi dəmir yolu ilə beynəlxalq yükdaşımalar müxtəlif hüquqi aktlarla tənzimlənir. Qərbi və Mərkəzi Avropa ölkələrində beynəlxalq dəmir yolu nəqliyyatı ilə daşımalar KOTİFlə (Bern Yük Konvensiyası ilə) tənzimlənir. MDB ölkələrinə gəldikdə isə qeyd etmək lazımdır ki, həmin ölkələrdə dəmir yolu ilə beynəlxalq yükdaşımalar «Beynəlxalq dəmir yolu ilə yük əlaqələri haqqında» Sazişlə nizamlanır.
Yaxın Şərq ölkələrində isə beynəlxalq dəmir yolu nəqliyatı ilə daşımalar «Dəmir yolu ilə yük daşımaları haqqında» Sazişlə (TSLİ) tənzimlənir. «TSLİ» onun qısaldılmış adıdır.
Bu Sazişə aşağıdakı dövlətlər daxildir:
-Türkiyə Respublikası;
-Suriya Respublikası;
-Livan Respublikası;
-İraq Respublikası;
-İran İslam Respublikası;
-İordaniya Respublikası.
Sözü gedən Saziş – TSLİ regional sazişdir. O, Bern Yük Konvensiyası nümunəsində qurulmuşdur. Lakin TSLİ bəzi fərqli cəhətlərə malikdir. Məsələn, burada daşıyıcı (dəmir yolu) üçün Bern Yük Konvensiyasına nisbətən bir o qədər də yüksək məsuliyyət nəzərdə tutulmur və ya yükdaşımanın daha sadə rəsmiləşdirilmə forması, yəni sadə formalı qaimədən istifadə edilməsi müəyyənləşdirilir və s.
Göstərilən ölkələr həm də dəmir yolu nəqliyyatı vasitəsilə sərnişin daşımaları üçün ümumi tarif işləyib hazırlamışlar. Bu sənəd sərnişin daşınması barədə Bern Konvensiyasına (Bern Sərnişin Konvensiyasına) yaxındır. Ümumi tarif həmin regional ölkələr arasında həyata keçirilən dəmir yolu ilə beynəlxalq sərnişin daşımalarının tənzimlənməsində vacib rol oynayır.
Dostları ilə paylaş: |