Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə36/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   32   33   34   35   36   37   38   39   ...   62
beytul-ahzan

Ya Hüseyn (ə)
Sən süruri qəlbi Xətmül-mürsəlinsən ya Hüseyn
Məşriqül-ənvari Rəbbul-aləminsən ya Hüseyn
Ey kəlamullahdakı, əssabiqunəs-sabiqun
Nəfsi nəfsul-mütməinnə kaf, eyn, sad və nun
Yatdığın yer ərşidən baş sirri ma la tələmun
Mürşidü-ustadi-Cibrili-əminsən ya Hüseyn
Səcdəgahda aşiqi xunin vüzusan seyyidim
Qoli “kuntu kənzi”də sirri məqusan seyyidim
Hər du aləm ənbiyayə abirusan seyyidim
Sən həmən Quran deyən həblul-mətinsən ya Hüseyn
Şahidani-bəzmi-vəhdət yox sözüm kamildilər Ali-Taha 
mərdü-zən xoşbu gül, sünbüldülər
Sən bəhari-eşqisən hərçənd onlar da güldülər
Ayrı ətrin var sənin xoşbutərinsən ya Hüseyn
Onda ki, atdan yer üstə etdin iclali-nüzul
Qilü-qalə fəlsəfə sındı edib məntiq üful
Eşqi fatih çıxdı aləmdə olub heyran üqul
Bildi aləm ta əbəd aşiqtərinsən ya Hüseyn


137
Vardı bir qarə qulamın şah başından tac alar
Qabə-qovsəyni qaşından ləzzəti-merac alar
Bir namazın ənbiyanın hamısından bac alar
Qətligahda sacidi xunin cəbinsən ya Hüseyn
Ey yaralı peykəri başdan-başa bir parça naz
Xəncərə naz eyləyən aşiq, şəhi sail nəvaz
Sən yaralı səcdəyə getdin şərəfləndi namaz
Gördülər ruhi-namaz, əsli-dinsən ya Hüseyn
Peykəri-İslama vurmuşdu böyük yarə ədu
Tari-zülfü-Əkbərilə eylədin amma rüfu
Nizə başında dolandın şəhri-eşqi-kubeku
Ta bilə aləm rəisül-aşiqinsən ya Hüseyn
İmam Hüseynin (ə) düşmən qoşununa 
xitabı
Yaxşı baxın Hüseyn dedi ey əşqiya mənə
Eşq əhliyəm yazıldı bəla ibtida mənə
Quran mənəm, Kitab mənəm, əsli-din mənəm
Yoldan nə çıxıbsız, nə rəva, bu cəfa mənə
Əfv eylərəm ölənlərimin qanın almaram
Bu şərtilən eyləyəsiz iqtida mənə


138
Fikrim budur Yezidi salam təxtdən yerə
Nüsrət edin bu barədə siz mütləqən mənə
Meyxarə bir xəlifə yaraşmaz bu məktəbə
Bir fikr edin camaat olun həmsəda mənə
Zillətdi fasiqə baş əyək beş gün ömrüdə
İzzətdi qanlı ölüm baxın bərməla mənə
Agah olun Yezidə Hüseyn baş əyən deyil
Başım kəsilsə olsa cüda müttəka mənə
Aldım Fəratı gördü hamı içmədim vəli
Su istəməm ki, zillət ola hakəza mənə
Mutu desəm bir anidə məhv eylərəm sizi
Mən neynirəm əsani ola əjdəha mənə
Mən verməsəm icazə çəkənməz biri nəfəs
Canız əlimdədir deməyin narəva mənə
Tutsa qoşun bu dəşti Hüseyni yıxanmaz
Əkbər yıxıb məni yetişib ibtila mənə
Qəlblərdəki məhəbbətimi öldürənməzsiz
Zahir fənada səbt olunubdur bəqa mənə
Bir iddə adımı yazacaq qara pərçəmə
Hər yerdə dair eyləyəcəklər əza mənə


139
Abbas ölüb nə qəm, hələ bir Zeynəbim də var
Həmrahdı əvvəlindən elə hər qədəm mənə
Qalu bəla bəlasına bir yol bəla dedim
Yüz Kərbəla yenə də yoxdu “la” mənə
Amma özüm sizə rəhmim gəlir mənim
Bu qədər etməyin daxi zülmü-cəfa mənə Peyğəmbərin 
səhabəsi Cabir tanıyır məni
Ondan sual edin yetişin cabeca mənə
Zeyd ibn Ərqəmi çağırın bir danışdırın
Zikr eyləsin fəzayili-biintiha mənə
Ləşgər arasında o halda səsləndi bir şəqi Bəsdir 
sükut elə demə çox macəra mənə
Biz Heydərin ədavətinə gəlmişik bura
Şərh eləmə bu qədri Hüseyn “Həl əta” mənə
Öldürməyincə biz səni burdan qaytmarıq
Qəlbdə Əli ədavətidir müddəa mənə
Bu səs gələndə döndü Nəcəf səmtinə Hüseyn
Səsləndi qıl nəzər baba ya Mürtəza mənə
Mən ya Əli deyəndə bunlar daşlayır məni
Eşqində səhlidir gələ hər ibtila mənə


140
Atalığından başqa mən özüm aşiqəm sənə
Adın veribdi hər iki aləm baha mənə
Eşqim nə qədər ola yenə Zəhraya çatmaram
Şahid yanan qapıdı sübhü-məsa mənə
Amma baba köməklərimi öldürübdülər
Rəhm etməyibdi zərrəcə qövmi dəğa mənə
Var xatirində iyirmi biri məhi siyam
Abbası tapşırırdın o gün cabeca mənə
Sən tapşıran vəfalını öldürdü küfiyan
Bax nəhri Əlqəmə eylə dildən dua mənə
Ey Xeybərin qapısını tək qozayan baba Tək 
qalmışam yoxumdu kömək yar ola mənə

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin