Qrammatik xüsusiyyətlər
Rabitəli mətnlər olmasa da, xüsusi adların təhlili əsasında madalıların dilinə məxsus bir sıra morfoloji və sintaktik əlamətlər müəyyənləşdirmək mümkündür.
-ğ,-k, -ıq,-uq,-aq şəkilçisi. Müasir dilimizdə olduğu kimi, bu şəkilçi Mada tayfalarının dilində də fe’llərdən ad düzəldən şəkilçi kimi işlənmişdir; məs.: ba (bağlamaq) - bağ (‘allah’), Kara-k, Sar-uk, Daya-k; Danaku sözü ‘gurultunun əks-sədası’ (25; 158) və -ak şəkilçisi ilə ‘əks-səda verən yer’ mə’nasındadır. Kırnak sözü ‘balaca’, ‘uşaq’ mə’nasında qır-ıq (qırnıq) sözüdür. Uriakku (uri - qədim türkcə ‘artmaq’, ‘çoxalmaq’, ‘oğul’ (25; 614) və -ak şəkilçisindən - ‘törəyən, artan, çoxalan’ deməkdir.
-li - sifət düzəldən şəkilçi; Tukliaş sözü tük-li (‘kol-koslu’) yış (‘meşə’) və ya ‘kol-kos aşırım’, ‘körfəzli meşə’ kimi izah olunur; Atar-li sözü otar ‘otarmaq mümkün olan yer’, ‘otlaq’ və -li şəkilçisindən ibarətdir. -li şəkilçisinin assimilyasiyaya uğramış -da/du (-lı) forması daha işləkdir; məs.: Kuakin-da sözündə kua - ‘qaya’, kin(g)-’qala’ deməkdir,
-da isə -lı şəkilçisi hesab olunur; söz hərfən: qaya qala-lı kimi başa düşülür. Kindutauş sözündə kin - ‘qala’, -du hissəciyi -li şəkilçisidir - qala-lı mə’nasında;
-ma - isim düzəldən şəkilçi; Tarmakis/Tarmakes sözündə tar - ‘daramaq’, ‘düzəltmək’, -ma isim düzəldən şəkilçi (‘qamış tikili’ mə’nasında);
-ar - fe’llərdən isim düzəldən şəkilçi: dart(maq) fe’lindən Dartar şəxs adı (‘saxlayan’ mə’nasında);
-an fe’li sifət şəkilçisi; Kanzabakanu sözündəki bak-an (baxan) sözündən aydın olur ki, sonu -an fe’li sifət şəkilçili mürəkkəb adlar artıq o dövrdə mövcud idi. Uşkakkan - uşk - ‘sakit’, ‘dinc’, ak-an - ‘axan’; Künduran - ‘gün duran’;
-da - yerlik hal şəkilçisi; məs.; Ma-da sözü ‘allah’, ‘rəis’, ‘başçı’ mə’nalarında ba/ma kökünə məkan bildirən -da şəkilçisinin artırılması ilə ölkə adı kimi təşəkkül tapmışdır. Şəkilçinin assimilyasiyaya uğramış forması: -d>n keçidi ilə Hundurna sözündə qalmışdır -‘hündür yer’ mə’nasında;.
-ay - Altay dillərində adlıq hal şəkilçisi: Üştaş-ay (üç daş - ay);
Sintaktik üsulla söz yaradıcılığı xüsusi nəzərə çarpır:
Sözlərin yanaşması yolu ilə mürəkkəb sözlərin yaranması; məs.: Uştaşay - üç daş-ay, İştaippa - üç təpə, Taştami - daş dam, Künduran- gün duran və s. Akkuşu şəxs adı ‘ağ quş’ mə’nasındadır; Zarişu sözü şMorfoloji əlamət (mənsubiyyət şəkilçisi) formalaşmasa da, Uzumanda - ‘Manna müdriki’ şəxs adından görünür ki, bu dövrdə yanaşma-uzlaşma əlaqəli birləşmə modeli (ikinci növ ismi birləşmələr) yanaşma əsasında artıq mövcud idi. Şarrut - ‘çar çayı’ sözündə də eyni qrammatik mə’na vardır.
Xüsusiləşməyən əlavələrin işlənməsi: Kuakinda sözü kua ‘qaya’, kin ‘qala’ mə’nasında olub, da (-lı) şəkilçisi ilə hərfən ‘qaya qalalı’ deməkdir. Kingariku (e.ə.714) sözü king ‘qala’ və ərqu ‘dayanacaq’, ‘düşərgə’ sözlərindən ibarət olub, ‘qala-düşərgə’ mə’nasındadır. Kintau - ‘qala-dağ’ deməkdir. Mənbələrdə türk mənşəli adların sonunda assur və yunan dillərinə məxsus bir sıra şəkilçilər vardır. Datis sözündə yunan -is şəkilçisi, Maşdayaukku, Zardukku, Dayaukku tipli sözlərdə k səsinin qoşalaşması və assur adlıq hal şəkilçisi işlənmişdir. Bunlar mə’lumatın verildiyi dilin xüsusiyyətləridir.
Dostları ilə paylaş: |