Биринҹи фәсил


ÖZÜNƏ UYĞUN HƏYAT YOLDAŞI



Yüklə 8,85 Mb.
səhifə19/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

ÖZÜNƏ UYĞUN HƏYAT YOLDAŞI


Din və dindarlıq haqqında danışdıqdan sonra izdivacın çox mühüm şərtlərindən olan tərəflərin bir-birinə tay olmaları məsələsinə diqqət yetirmək zəruridir. Rəvayətlərdə bu məna «kufuv» sözü ilə ifadə edilmişdir. «Kufuv» sözünün hərfi mənası «oxşarlıq», «bənzərlik» deməkdir. İzdivac məsələsində isə bundan məqsəd, qızla oğlanın zahiri və batini baxımdan bir-biri ilə bənzərliyidir.

Bu bənzərliyin ən mühüm mərhələsi özünü dindarlıqda göstərməlidir. Yəni Haqqın pak dinində mömin möminənin tayı, dindar dindarın bənzəridir.

Quranın dili ilə desək,

«Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər təmiz qadınlara layiqdirlər»3.

Quran buyurur:

«Sizə halal olan qadınlarla nikah bağlayın»4.

Bu paklıqdan məqsəd, ilk növbədə daxili paklıqdır. Daxili paklıq Allaha, qiyamətə, nübüvvətə, Qurana, mələklərə inamdan və ilahi əxlaqla zinətlənməkdən ibarətdir.
Buna əsasən, müsəlman və imanlı kişi qeyri-müsəlman və imansız5 qadınla ailə qurmaq haqqına malik deyil. Belə bir izdivacın həyata keçirilməsi düzgün deyil. Belə ki, onların nikahı batil, övladları isə zinazadə olacaq. İmanlı qadın da imansız bir şəxslə ailə qurmaq haqqına malik deyil. Çünki belə bir izdivac şəri baxımdan batil və haram, bu yolla dünyaya gələn uşaqlar isə haram yolla doğulmuş olacaqlar.

Mömin və möminə, qeyri-mömin və qeyri-möminə ilə tay deyildirlər. Əgər bu qeyri-şəri nikah baş tutarsa, onların üzünə qiyamət əzabından bir qapı açılacaq. Quran pak, mömin insanın müşriklə ailə qurmasına qəti surətdə qadağa qoymuşdur:

«Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar kişilər) sizi cəhənnəmə səslədikləri halda, Allah sizi öz icazəsi ilə cənnətə, məğfirətə çağırır yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır».

Buna əsasən, valideynlər son dərəcə diqqətli olmalı və öz imanlı qızlarını Haqq əhli olmayan birinə ərə verməməlidirlər. Həmçinin, öz gənc oğlanlarına ilahi prinsipləri danan qız almamalıdırlar. Çünki izdivacın ilk şərti oğlan və qızın imanlı olmasıdır. Bu yolla iki pak və pakizə mömin bir-birinə qovuşur və bu qovuşmanın məhsulu olan saleh övladlar dünyaya gəlir. «İmansız kişi və ya qadının pulu, gözəlliyi, vəzifəsi onun xoşbəxtliyinə, sağlamlığına və həyatın davamına dəlildir» - deyə düşünmək düzgün deyildir.

Əlbəttə, ailələr bənzərlik məsələsini çox da qabardaraq işi çətinləşdirməməlidirlər. İki gənc İslam etiqadı, əxlaq, əməl, sima və görkəm baxımından bir-birinə tay olarlarsa, şəri cəhətdən bənzər və oxşar sayılırlar. Haqqın rəhməti onları izdivacında mütləq özünü göstərəcəkdir.

Bənzərlik məsələsi haqqında aşağıdakı hədislərə diqqət yetirin:

İmam Sadiq (ə) buyurmuşdur: «İffətli və həyatı asanlaşdıran qız sizin tayınızdır».1

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dinindən və əmanətdarlığından razı olduğunuz bir şəxs sizin qızınıza elçi göndərərsə, mütləq bu izdivacın baş tutmasına zəmin yaradın. Çünki bir-birinə tay olanların ailə qurmasının qarşısını almağınız, yer üzündə böyük bir fitnə-fəsada yol açır».2

Rəsulullah (s) digər bir hədisində buyurmuşdur: «Dinindən, davranışından razı olduğunuz adama qız verin. Bu izdivacın qarşısını alsanız, yer üzündə böyük bir fitnə-fəsada səbəb olacaqsınız».3

Bəli, izdivacı çətinləşdirmək, ona maneələr törətmək, yanlış adət-ənənələrə üz gətirmək, çətin şəraitin tabeçiliyinə düşmək, gözəllik, var-dövlət və vəzifə tələb etmək gənclərin özlərini müxtəlif yollarla doyurmalarına, homoseksualizmə, zinaya, əsəbi və ruhi xəstəliklərin çoxalmasına yol açır. Bütün bunların cəzası dünya və axirətdə bunu törədən valideynlərin, qohum və ailələrin yaxasından yapışacaq.

Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: «Bir-birinə tay olan gənclərin izdivacına zəmin yaradın. Öz tayınızla ailə qurun və saf övladlar dünyaya gətirmək üçün onlarla nikah bağlayın».4

Bəli, iman, əxlaq, əmanət və doğruluq bənzərliyin, oxşarlığın mayasıdır. Valideynlərə, ailələrə olduqca tez, ilahi şərtlər əsasında gənclərin izdivacı üçün şərait yaratmaq zəruridir. Onlar yalnız bu yolla Haqqın razılığını cəlb edə bilərlər.

Həzrət Baqir (ə) buyurmuşdur: «Bundan böyük müsibət yoxdur ki, gənc bir mömin öz mömin qardaşının qızına elçilik edə, o isə «Mən qızımı sənə verə bilmərəm, çünki sən məndən yoxsulsan»-deyə cavab verə».1

İzdivac məsələsində tayfa, qəbilə, şəhər təəssübləri nəzərə alınmamalıdır. Çünki bu tip təəssüblər Allah dinində qadağan olunmuşdur. Yoxsulluğu və var-dövlətliliyi, bu şəhəri və o şəhəri, bu qəbiləni və o qəbiləni izdivacın meyarına çevirmək lazım deyil. Çünki insanları ayıran və üstünlüklərini müəyyənləşdirən yalnız təqva və pərhizkarlıqdır.


HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ


Həzrət imam Baqir (ə) buyurur: «Atam Zeynəl-Abidin (ə) həcc miqatlarından birində bir xanımla rastlaşdı. Onun əxlaqı atamı özünə cəlb etdi. Həzrət (ə) onun ailəli olub-olmadığını soruşduqda, «Ailəli deyil»-deyə cavab verdilər. Atam qadının əsil-nəsəbi haqqında axtarış aparmadan ona elçilik etdi. Sonunda, bu elçilik izdivacla nəticələndi.

Ənsardan olan bir kişi bu məsələdən xəbərdar oldu. Bu evlilik, bu sadəlikdə izdivac ona çox ağır gəldi. «Mümkündür, o qadın əsilsiz-nəsəbsiz və nəticədə, İmamın (ə) məzəmmətinə səbəb olsun»-deyə düşündü. Bir müddət axtarış apardı. Məlum oldu ki, o qadın Şeyban tayfasındandır. İmamın (ə) yanına gəldi. Məsələni İmam (ə) danışıb, «Şükür Allaha, sizin həyat yoldaşınız tanınmış və möhtərəm bir ailədəndir»-deyə ərz etdi. İmam (ə) ona buyurdu: «Mən sizin bu işlərə diqqət yetirmək səviyyəsindən daha ağıllı olduğunuzu düşünürdüm. Məgər bilmirsənmi ki, uca Allah İslamın bərəkəti ilə bütün səviyyəsizlikləri aradan qaldırımış və qüsurların yerini doldurmuşdur. İndi müsəlman hansı mövqedə olmasından asılı olmayaraq möhtərəmdir. Ona heç bir səviyyəsizlik aid etmək olmaz. Bu xislətlər cahiliyyətə məxsus idi».1

Bu şərif hədisə əsasən eyni qəbilədən, eyni şəhərdən və ya var-dövlət baxımından eyni səviyyədə olmaq bənzərliyə səbəb olmur. İslamın hökmünə əsasən ərəb əcəmdən, ağ qaradan, Qüreyş qeyri-Qüreyşdən heç bir şeylə fərqlənmir. İnsanlar bir-birindən təqva ilə fərqlənir. İki müsəlman qadın və kişi iman, təqva, əxlaq, əmanətdarlıq, iffət, paklıq və təharətə malik olmaqla, bir-birinə tay olurlar. Biri ərəb, digəri əcəm, biri şəhərli, digəri kəndli, biri varlı, digəri yoxsul, biri ağ, digəri qara və biri əsilli-nəsilli, digəri isə kimsəsiz olsa belə, onlar bir-birinə taydırlar.

Əli ibn Əsbat həzrət Cavada (ə) yazdı: «Mən qızlarımı ərə vermək üçün özüm kimi imanlı, əxlaqlı birisini tapmamışam». Həzrət (ə) onun məktubuna cavab olaraq belə yazdı: «Qızların haqqında yazdıqlarını aldım. Allah sənə öz rəhmət və lütfünü şamil etsin. Qızlarını ərə vermək məsələsinə bu qədər diqqət yetirmək lazım deyil. Peyğəmbər (s) buyurmuşdur: «Əgər əxlaqını, dinini bəyəndiyiniz biri elçiliyə gəlsə, qəbul edin. Əks təqdirdə, yer üzündə böyük bir fitnə-fəsada yol açacaqsınız».2

İmam Sadiq (ə) İbrahim adlı bir kişiyə buyurdu: «Heç bir mömin var-dövlətdən təhlükəli fayda qazanmamışdır. Malın ziyanı, çobansız sürüyə hücum edən iki canavarın ziyanından çoxdur. Bu canavarlar qoyunlara nə edirlər?» İbrahim dedi: «Yırtıb dağıtmaqdan başqa bir şey etmirlər». İmam buyurdu: «Doğru deyirsən. Malın ən kiçik ziyanı budur ki, bir müsəlman digər bir müsəlmanın qızına elçi göndərsin və o, yoxsul olduğu üçün qızını ona verməsin».


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin