Биринҹи фәсил


ƏQL VƏ ŞƏHVƏT XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİN MEYARIDIR



Yüklə 8,85 Mb.
səhifə15/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

ƏQL VƏ ŞƏHVƏT XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİN MEYARIDIR


Həqiqətləri dərk edən, reallıqları qəbul edən, xoşbəxtlik və sağlamlığın planını cızan, insan həyatında müsbət işlərin həyata keçirilməsinin idarəçisi əqldir. «Üsuli-kafi»nin «Əql» fəslində Əhli-beytdən nəql olunan bir rəvayətdə bu qiymətli gövhər «batini peyğəmbər» adlandırılmışdır.

Təbii ki, şəhvət Haqqın neməti, maddi həyatdan ləzzət alma vasitəsi və insanın yaşamı üçün fəaliyyət və çalışma amilidir. Şəhvət əql nurunun nəzarəti altında olarsa, həyatın fəzası sağlam olar. Bununla da insan, insaniyyətin kamil nümunəsi və mələkdən də dəyərli olar. Lakin əgər əql şəhvət zindanında əsir olub öz nurunu yaymaqdan məhrum olsa, insan həyatını idarə edən heç bir hədd tanımayan şəhvət olsa, batini və zahiri gözü şəhvət ucbatından maddiyyatdan qeyrisini görməsə, insan həyatının meyarı qarın və cinsi qərizə olsa, insaniyyət məhvə sürüklənərək, heyvanlardan da səviyyəsiz olar.

Abdullah ibn Sənan deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Mələklər üstündür, yoxsa insanlar?» Həzrət cavab verdi: «Əli (ə) buyurmuşdur: «Allah-təala mələklərə yalnız əql bəxş etdi. İnsana isə həm əql, həm də şəhvət bəxş etdi. Deməli, əqli şəhvətinə üstün gələn mələklərdən yaxşı, şəhvəti əqlinə üstün gələn isə heyvanlardan da pis olacaqdır».1

Bu həqiqət qadınlarda da kişilər kimi özünü göstərsə, şübhəsiz ki, onun dəyər və qiyməti mələklərdən çox olacaqdır. Lakin bu varlıq əqlinin, «daxili peyğəmbər»inin - üstünü örtərək bütün cəhdini bəzənib-düzənməyə, özünü digərlərinə göstərməyə, Tanrıdan ayrı yaşamağa yönəldərsə, fasiq və kafir kişilər kimi, heyvanlardan da pis olacaqdır.


MERAC GECƏSİ QADINLAR HAQQINDA MARAQLI BİR HƏDİS


Şiə məzhəbinin böyük alimi və elmi simalarından və həzrət Hadinin (ə) buyruğuna əsasən, ziyarətinin savabı imam Hüseyn (ə) ziyarətinin savabı ilə bərabər olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni imam Cavaddan (ə), o həzrət də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getdik. O həzrət çox möhkəm ağlayırdı. Ərz etdim: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm. Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu: Başının qabağının tükü ilə cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».

Həzrət Zəhra (s.ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğurmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçün vasitəçilik edər və qadınları cinsi tələblərini doydurmaq üçün kişilərin ixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində xanəndəlik edər və həsəd xəstəliyinə bulaşmış idi».1

Hər halda, vəhy məntiqinə əsasən, qadın ən uca mənəvi məqamlara, yüksək dərəcələrə yetişərək Məryəm, eləcə də Haqq dininə diqqətsizlik nəticəsində heyvanlardan da pis ola bilər.

YEDDİNCİ FƏSİL

İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ

İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK


Oğlan və qızın izdivaca olan ehtiyacı təbii və zati bir ehtiyacdır. Şəhvət qərizəsinin hücumundan özünü uzun müddət qorumaq oğlan və qız üçün olduqca çətindir.

Bəzən müddətin çoxluğu izdivaca ehtiyacı olanın məhv olmasına gətirib çıxarır. Bəzən qərizələrin çılğınlığı insanların günah və fəsad girdabına sürüklənmələrinə bais olur. Bəzən qız və oğlanın izdivacına mane olmaq onlar üçün baş ağrısı yaradır və onları müxtəlif xəstəliklərə salır. Bəzən izdivacın qarşısını almaq eşq üçün maneələr törətmiş, pak insanları aludə etmiş və hər bir ölkənin sərmayəsi olan gəncləri intihar həddinə qədər gətirib çıxarmışdır.

Bəzi valideynlər izdivac yaşına yetən övladının ailə həyatı qurmaq istədiklərini eşitdikdə onu uşaq hesab edir, bu istəyini həyasızlıq, üzlülük adlandıraraq ona hücum edirlər. Bu tip davranışlar nəticəsində övlad ümidsizliyə sürükləyirlər. Belə ki, güclü imana malik olmayanlar bu hərəkətlərin nəticəsində yollarını azmağa məcbur olduqlarını güman edirlər.

Bəzi valideynlər gəlinin və ya kürəkənin ailəsinə elə ağır təkliflər irəli sürürlər ki, müqabil tərəf üçün onu həyata keçirmək qeyri-mümkün olur. Bəzən öz təkliflərinin üstündə elə möhkəm dayanırlar ki, övladlarının izdivac vaxtı keçir.

Bəzən oğlan elçilik üçün bir qızın evinə gedir. Lakin qızın ailəsinin pis rəftarı ilə qarşılaşır və onunla ailə qurmaq istədiyinə peşman olur. Nəticədə, qızın yaşı ötür və evdə qalır. Əlbəttə, bu növ davranış oğlanın ailəsində də ola bilər.

Bəzən oğlanlar və qızlar öz iradələrinin məhdudluğu ucbatından valideynlərinin iradəsinə tabe olduqlarına görə izdivaca boyun qoymur və bununla da böyük bir ziyana düşürlər. Bəzən cavanlar özləri ağır təkliflərlə qarşı tərəfin izdivacı həyata keçirməsinə mane olurlar.

Müqəddəs İslam dini bu növ davranışları insaniyyətə və mürüvvətə zidd, insani əxlaqa uyuşmayan qeyri-ilahi və qeyri-şəri bir iş hesab edir. İslam izdivacı çətinləşdirənlərə xəbərdarlıq edərək, onların bu hərəkətlərin acı nəticəsini dünya və axirətdə görəcəklərini bildirir. İslam deyir: Allah-təala digərləri ilə asanlıqla davrananlarla asan, çətinliklə davrananlarla çətin davranacaq. Bu məsələni çətinləşdirmək oğlan və qızların insani, təbii meyl, arzu və amalları ilə döyüşmək deməkdir. Allah-təala onları çətinliyə salar və öz məhəbbətindən məhrum edər.

Himad ibn Osman deyir: «Bir şəxs imam Sadiqə (ə) digəri haqqında şikayət etdi. Çox keçmədi ki, haqqında şikayət olunan şəxs gəlib çıxdı. İmam (ə) buyurdu: «Filan şəxs səndən nə üçün şikayət edir?» Ərz etdi: «O, mənə borcludur. Özümə söz vermişəm ki, son dinarına qədər borcumu ondan alam. Həzrət (ə) oturuşunu dəyişdi və əsəbiləşərək buyurdu: «Borcunu son dinarına qədər ondan almağının pis iş olmadığını düşünürsən?! Allah-təalanın Quranda nə buyurduğunu eşitməmisənmi?»

«(Rəbbindən) (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar»1.

«Sən pis haqq-hesabın Allah tərəfindən bəndəsinə olunan zülm olduğunu hesab edirsən! Yox, and olsun Allaha (belə deyil). Onlar yalnız ondan qorxurlar ki, əməllərin ən axırıncı zərrəsinə qədər onlardan hesab çəkilsin. Ey kişi, bunu bil ki, kim hesabı belə çətin çəksə, pis bir görmüşdür.»

Valideynlər, oğlan və qızlar, məxsusən də izdivac məsələsini çətinləşdirməkdən çəkinməlidirlər. Bu qeyri-insani işdən özlərini qoruyaraq, izdivac yolunu açmalıdırlar. Bu ilahi işin şəraitini asanlaşdırmalı və bununla da günah süfrəsinin açılmasının qarşısını almalıdırlar.


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin