Биринҹи фәсил


İLAHİ ƏNBİYALARIN ALLAHIN RƏHMƏT VƏ MALİKİYYƏTİNƏ SIĞINMALARI



Yüklə 8.85 Mb.
səhifə14/65
tarix08.03.2020
ölçüsü8.85 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

İLAHİ ƏNBİYALARIN ALLAHIN RƏHMƏT VƏ MALİKİYYƏTİNƏ SIĞINMALARI


Haqqın malikiyyət, rəhmət və lütfündən qeyrisini tanımayan, özlərini bütün anlarda Allahın mülkü, qulu, bəndəsi hesab edən, yalançı malikiyyət iddiaçıları ilə daim mübarizə aparan, bəzən bu yolda canlarından belə keçən ilahi peyğəmbərlər cansıxıcı hadisələr və ehtiyaclar zamanı O müqəddəs varlığın rəhmətinə, malikiyyətinə sığınardılar.

Adəm ərz etdi:



«Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər Sən bizi bağışlamasan rəhm etməsən, mütlək ziyankarlardan olarıq.»1

Həzrət Nuh (ə) özünün və möminlərin nicatı, zalımların kökünün kəsilməsi üçün etdiyi duada belə dedi:

«Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!» 2.

İbrahim (ə) duasında deyirdi:

«Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə, Sənin Beytül-həramın (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim»3.

Musa (ə) çarəsi hər yerdən kəsildikdə, Mədyən şəhərinin darvazası ağzında Allahla belə münacat etdi:

«Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam»1.

Həzrət Yusif (ə) ərz etdi:

«Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri yeri yaradan! Sən dünyada da, axirətdə mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al məni əməli salehlərə qovuşdur!» 2.

Həzrət Zəkəriyya ərz etdi:

«Pərvərdigara! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan»3.

Öz kəramət sahibi Rəsuluna (s) münacat edərkən belə deməyi təlim edir:

«(Ya Məhəmməd!) De ki, Pərvərdigara (bizi) bağışla rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan»4.

Haqq övliya və aşiqlərindən nəql olunur ki, qaranlıq gecədə oturduqları halda xilqət və yaradılış haqqında düşünərək belə deyirlərmiş:

«Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan»5.

Məsum imamlardan bizə gəlib çıxan dualarda, xüsusilə «Kumeyl», «Əbu Həmzə», «Ərəfə» və imam Səccadın (ə) «On beş münacat» duasında «Rəbb» sözü çox işlənmişdir. Ənbiyanın bu məqama diqqəti, sığınması, dualarda təkrar olunması bu məsələnin əzəməti və insan həyatının bütün sahələrində öz əksini tapmasının göstəricisidir. Haqqın rübubiyyəti onların həyatında, əqidələrində və əxlaqlarında öz elmi və əməli əksini tapmışdır.


HAQQIN İBADƏT VƏ BƏNDƏLİYİNİN ƏZƏMƏTLİ MƏQAMI


İnsan ‒ istər qadın, istərsə də kişi - eyni şəxsiyyətə, eyni varlığa malikdirlər. Mənəvi məqamlara yetmək və insani keyfiyyətlər kəsb etməkdə onlar arasında heç bir fərq mövcud deyil. Onlar batini istək və fitri cazibə ilə, əql, nübuvvət, imamət və bəşər müəllimlərinin vasitəsi ilə Haqqın malikiyyətini qəbul edər və ona tabe olarlarsa, tağut, həva-həvəs, şeytani cərəyan və mədəniyyətlərin kölgəsinə çevrilməkdən amanda qalarlar. Bu həqiqi malikin mülkü olmağın bərəkəti vasitəsi ilə yüksək mənəvi məqam və dərəcələrə yetişərlər.

Qadın və kişi öz yaradılışlarında Haqqın rəhmanlığının, rəhimliyinin, malikiyyətinin təcəllisidirlər. Bu, Quran ayələrindən aydınca istifadə olunan bir həqiqətdir. Belə ki, onda bir irad və ya tərəddüd yoxdur.

Qadın insandır, istedad və mənəvi qüvvə sahibidir. Qadın vəhy məntiqində kişi ilə eyni şəxsiyyətə malikdir. Qadın ilahi rəhmətdir, Haqqın rübubiyyət cilvəsidir. Onu təhqir etmək, təzyiq göstərmək, hüquqlarını tapdalamaq, haqqını ödəməkdən boyun qaçırmaq, insanlığını zəif sanmaq, yersiz və səbəbsiz boşamaq, onunla oğlan arasında fərq qoymaq hamısı yalançı bəşər malikilərinin, tarix fironlarının və zalım mədəniyyətlərin acı nəticəsidir.

İtaliyada hər hansısa bir kişinin qız övladı olduqda, sevincindən uçmağa qanadı olmurdu. Çünki onun var-dövləti artmışdır. On üç, on dörd yaşına çatdıqda, onu bazara çıxarıb satacaq və gündəlik xərclərini ödəyəcək.

Bəzən İtaliyada qadının əlindən bezidikdə, onu içində zeytun yağı qaynayan iri bir qazana ataraq məhv edirdilər. Ondan xidmətçi, kölə və şəhvət aləti kimi istifadə edirdilər. Qadın hələ də bəşər mədəniyyətində bir çox hüquqlarından məhrumdur.

Amma Haqq dinində, vəhy məntiqində qadın ülvi bir varlıq, mənəvi xüsusiyyətlər, ilahi qüvvə və sonsuz istedadlar qaynağıdır.

Qadın öz qədrini bilsə, öz insani məqamını qorusa, öz tərəqqisi üçün İslam təlimlərindən istifadə etsə öz həddində pak Məryəmə, kəramət sahibi bir Xədicəyə, ləyaqətli bir Zeynəbə çevriləcək və cənab Haqqın yanında uca bir məqama sahib olacaqdır. Əks təqdirdə naşükür, Haqqın nemətlərini danan kişilər kimi dünya və axirət uçurumuna düşəcək və Haqqın əbədi lənətinə gələcəkdir.

QADIN VƏHY MƏNTİQİNDƏ


Böyük «Məcməul-bəyan» təfsirində qeyd olunur:1 «Əsma bint Üməys öz həyat yoldaşı Cəfər ibn Əbi Taliblə birgə sırf ilahi və dinin qorunması məqsədi ilə həyata keçirilən Həbəşə hicrətindən qayıtdıqdan sonra Peyğəmbərin (s) xanımlarının yanına gəlir və onlardan «Bizim haqqımızda Quranda bir şey varmı?»-deyə soruşur. «Yox» cavabı eşitdikdə Peyğəmbərin (s) hüzuruna gedərək, eyni sualı soruşur və bildirir ki, qadınlarda ümidsizlik yaranmışdır. Peyğəmbər (s) «Hansı mövzuda?»-deyə soruşduqda o deyir: «Kişilərin yaxşılığı yad edilmiş, lakin qadınların yox.» Bu hadisədən sonra mehriban Tanrı aşağıdakı ayəni nazil etdi:

«Həqiqətən, Allah məhz müsəlman kişilər qadınlar, mömin kişilər qadınlar, (Allaha) müti kişilər qadınlar, doğru danışan kişilər qadınlar, səbirli kişilər qadınlar təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər qadınlar, sədəqə verən, oruc tutan kişilər qadınlar, ayıb yerlərini (zinadan) qoruyan kişilər qadınlar Allahı çox zikr edən kişilər qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) böyük bir mükafat (cənnət) hazırlanmışdır»1.

Həzrət Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmiş idi. Əsma bint Yəzid Ənsari onun hüzuruna gəlib ərz etdi: «Atam-anam sənə qurban! Mən qadınlar tərəfindən gəlmişəm. Bil ki, şərq və qərbdə bütün qadınların fikri mənim fikrimlə üst-üstə düşür. Allah səni kişi və qadınlar üçün peyğəmbər göndərib. Biz də sənə və Allaha iman gətirmişik. Lakin qadın cinsinin imkanları çox məhduddur. Onlar evdə ‒ dörd divar arasında həbs olunublar və öz ərlərinin şəhvətini doydurmağa və hamilə olmağa məcburdurlar. Amma siz kişilər cümə və camaat namazlarına, xəstələrin görüşünə, cənazə müşayiətinə təkrar şəkildə həcc ziyarətinə, hamısından mühümü də Allah yolunda cihada getməkdə qadınlardan üstünsünüz. Kişi həccə, ömrəyə və yaxud sərhədləri qorumağa gedir, biz qadınlar isə onların malını qoruyur, libas tikir, uşaq tərbiyə edirik. Biz kişilərlə hansı əcrdə, hansı savabda şərikik?» Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutaraq buyurdu: «Dini haqqında bundan yaxşı danışan bir şəxs görmüsünüzmü?» Səhabələr dedilər: «Bu həqiqətlərə çatacaq hər hansısa bir qadın təsəvvür etmirik». Həzrət Peyğəmbər (s) üzünü ona tutaraq buyurdu: «Get, bütün qadınları xəbərdar et. Ərinizə yaxşı xidmət göstərmək, onların razılığını cəlb etmək və düzgün həyat sürmək məsələlərində onlarla razılaşmaqdan qazandığınız savab, kişilərə aid bütün savablarla bərabərdir».

Əsma bint Yəzid Ənsari Peyğəmbərin əyləşdiyi məclisdən olduqca şad və sevincək halda xaric oldu.2

Səkkizinci İmam (ə) ataları vasitəsi ilə həzrət Peyğəmbərdən (s) nəql edir: «Mömin insan Allah üçün müqərrəb mələk kimidir. Həqiqətən, mömin Haqq üçün mələkdən də böyükdür. Allah üçün tövbə edən mömin kişi və qadından sevimli bir şey yoxdur».




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə