Биринҹи фәсил


LƏYAQƏTLİ VƏ KƏRAMƏTLİ HƏYAT YOLDAŞI



Yüklə 8,85 Mb.
səhifə12/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

LƏYAQƏTLİ VƏ KƏRAMƏTLİ HƏYAT YOLDAŞI


Hicrətin 60-cı ilində Züheyr ibn Qin Bəcəli öz tərəfdarlarından bir neçəsi ilə birgə həcc səfərinə gedir və Həcc əməllərini yerinə yetirir. Züheyrin başçılıq etdiyi bu kiçik karvan öz evindən Allah evinə gəlmiş, indi də Allah evindən öz evinə qayıdırdı. Züheyr də beləcə öz evinə qayıtdığını düşünürdü. Lakin qəzavü-qədər (tale) belə deyildi. O, Allah tərəfindən Allaha tərəf qayıdırdı. Amma özünün bu həqiqətdən xəbəri yox idi.

Züheyrin kiçik karvanı həccdən qayıtdıqda, onun imam Hüseynin (ə) böyük karvanına qatılmaq meyli yox idi. Əgər imam Hüseynin (ə) karvanı bir yerdə düşərgə salırdısa, Züheyrin karvanı oradan keçərək digər bir mənzilə gedib, orada düşərgə salırdı. Əgər Hüseyn (ə) bir yerdən keçirdisə, Züheyr orada düşərgə salırdı. O, bütün imkanlarından istifadə edərək çalışırdı ki, imam Hüseynlə (ə) qarşılaşıb üz-üzə gəlməsin. Görəsən, niyə? Çünki özünün ictimai mövqeyi onu belə bir rəftara vadar edirdi. O, Əli (ə) və onun övladlarının tərəfdarlarından sayılmırdı. Bu sülalə ilə heç bir əlaqəsi yox idi və o, Osmanın tərəfdarlarından idi. Sonralar da Yəzid hökumətinin ‒ hakim qüvvənin yaxınlarından oldu.

Bir tərəfdən Hüseyni (ə) yaxşı tanıyırdı. Əli (ə) ailəsinə böyük hörmət bəsləyir və o həzrətin (ə) oğlunun qətlinə şərik olmaq istəmirdi. Bitərəf qalaraq Əməvilərlə dostluğunu qorumaq istəyirdi. Buna görə imam Hüseynlə (ə) qarşılaşmaq onun bu fikirlərini alt-üst edəcəkdi. «Züheyr Hüseynlə (ə) görüşdü»-deyə, Yezidə məruzə olunacaqdı. Əgər imam Hüseyn (ə) ondan kömək istəsə necə? Ona kömək etsə dostları əlindən çıxacaq, kömək etməsə Hüseynin (ə) sözündən necə çıxsın? Hüseyn (ə) Əlinin (ə) və Fatimənin (s) oğlu, Peyğəmbərin (s) yeganə yadigarıdır. Onun əmrinə itaət etməmək olarmı? Sabah Allaha nə cavab verər? Cəhənnəm atəşi ilə nə edər?

O, «Bitərəf qalmaq ən yaxşı yoldur»-deyə düşünürdü. Deməli, imam Hüseynlə (ə) qarşılaşmamaq ehtimalı olan yerlərlə hərəkət etməli idi. Züheyr başqa şey istəyirdi, tale başqa şey.

Ərəbistanın isti və quru çölləri sonu görünməyən səhralardır. Karvanlar istəsələr də, istəməsələr də düşərgə salmağa məcbur olurlar. Tale Züheyrin karvanını bir diyarda düşərgə salıb, imam Hüseynin (ə) karvanı ilə qarşılaşmağa məcbur etdi. Belə ki, bu diyar Osman tərəfdarından Əli (ə) tərəfdarı yaratdı, Yezid tərəfdarını Hüseyn tərəfdarına çevirdi.

Bir tərəfdə Züheyr mənsublarının, digər bir tərəfdə isə imam Hüseyn (ə) mənsublarının çadırları ucalmışdı. İmam Hüseyn (ə) Züheyrin şücaətli, igid, mərd, bilici və bacarıqlı olduğunu bilirdi. Elə bu səbəbdən belə bir şəxsin Bəni-Üməyyə kimi bir qurdun təsiri altına düşməsini istəmirdi.

Burada da Züheyr ehtiyatı əldə verməyərək, imam Hüseynin (ə) gözündən yayınmağa çalışırdı. Çünki imam Hüseyn (ə) hakimiyyətə qarşı çıxmışdı. Züheyr isə hakimiyyət tərəfdarlarından idi. Dövrün hakimiyyəti öz tərəfdarlarından düşmənləri ilə düşmən olmağı, ona qarşı çıxanlarla döyüşməyi, müxalifləri məhv etməyi umurdu. Onlarla yaxın münasibətdə olmağı cinayət hesab edirdi.

Züheyr öz çadrasında oturub, qohumları ilə yemək yeyirdi. Bu zaman imam Hüseynin (ə) elçisinin gözəl qaməti göründü. O salam verərək dedi: «Züheyr, Əba Əbdillah Hüseyn ibn Əli (ə) səni çağırır!».

Züheyr qorxduğu vəziyyətlə üzbəüz qaldı. Qorxusundan bir söz deyə bilmədi. Düşünmək yolu onun üzünə bağlanmışdı. O belə bir vəziyyət yaranacağını nəzərdə tutmamışdı. İndi nə etməli olduğu mövzusunda tərəddüddə idi: İmam Hüseynin (ə) buyuruğundan boyunmu qaçırsın, yoxsa Yezidə arxa çevirib imam Hüseynəmi qoşulsun? Hər iki iş onun məqsədi olan bitərəfliklə ziddir. Lakin indi bitərəf qalmaq planı da icra olunası deyildi.

Hamını dərin bir sükut bürüdü. Tikələr ağızlardan düşdü. Yemək, danışmaq unuduldu. Hüseynin (ə) elçisi yaranmış vəziyyəti süzərək təəccüb edir və özündən, «Bu nə sükutdur»-deyə soruşurdu. «Züheyr niyə gəlmir və ya niyə görə «gəlmirəm» demir? İmam Hüseyn (ə) ki, ona təzyiq göstərmir. O, cavab verməkdə azaddır.»

Bu minvalla bir neçə dəqiqə keçdi. Züheyr qəti qərara gələ bilmədi. Nə «bəli» deyə bildi, nə də «xeyr». Onu heyrət və tərəddüddən xilas edəcək bir nur şüası saçmalı idi.

Züheyrin ömrünün ən həssas saatı idi. Belə ki, iki yol ayrıcında ‒ ölüm və həyat arasında qalmışdı. Züheyr hakimiyyətin qüvvəsindən hali idi. İmam Hüseynin (ə) tərəfdarlarını tanıyır və onların öldürüləcəyini də bilirdi. Bilirdi ki, imam Hüseynin (ə) ailəsi əsir olacaq. Bilirdi ki, imam Hüseyn (ə) onu nə üçün çağırır. Bilirdi ki, imam Hüseynin (ə) yolu behişt, Yezid yolu isə cəhənnəm yoludur. Biri səadət, digəri isə bədbəxtlik yoludur.

Qəfildən ildırım çaxdı və bir qadın sükutu pozub, qərara gəlmək qüdrətini Züheyrə qaytardı. Bu qadın onun sirdaşı, həyat yoldaşı idi: «Züheyr, Allah rəsulunun (s) oğlu səni çağırır, getmirsən? Sübhanəllah!! Get, gör nə deyir. Sözünü eşit və qayıt» (Yaxşı həyat yoldaşı, necə də gözəl nemətdir).

Züheyr dərhal yerindən sıçrayıb, imam Hüseynin (ə) yanına yollandı. Çox keçmədi ki, geri döndü. Dodaqlarında təbəssüm yaranmışdı. Çöhrəsinin qəmi, qüssəsi çəkilmişdi. Yanaqlarında şadlıq, sevinc yaranmışdı. Zülmət getmiş, yerinə nur gəlmişdi. «Bitərəf» gedib, «lehinə» qayıtmış idi.

Bu qısa bir zamanda Hüseynin (ə) Züheyrlə nə danışdığını heç kəs bilmədi.

Züheyr öz çadrasının yanına gəlib dedi: «Mənim çadırımı Hüseynin (ə) çadırının yanında qurun». Kiçik bir çay dəryaya qovuşdu. Yezid tərəfdarı Hüseyn (ə) tərəfdarına çevrildi.

Züheyr öz tərəfdarlarına xitab edərək dedi: «Mənə tabe olanlar mənimlə qalacaqlar. Əks təqdirdə, vidalaşmaq anı çatmışdır».

Salman Bəcəli - Züheyrin əmisi oğlu - ona qoşuldu və Hüseyn (ə) tərəfdarlarından olaraq «şəhadət günü» zöhr namazını imam Hüseynlə (ə) qıldıqdan sonra şəhid oldu. Züheyr dünya və dünya malına göz yumaraq, Hüseynə (ə) qoşuldu, imamla (ə) birgə oldu, birgə can verdi. Hal-hazırda da axirət dünyasında Hüseynlədir (ə).

O öz əziz həyat yoldaşı ilə vidalaşaraq dedi: «Qohumlarının yanına getməlisən. Qoy, mənim ucbatımdan sənə bir ziyan dəyməsin». Onun bütün var-dövlətini özünə verib, əmisi oğlu ilə öz qəbiləsinin yanına göndərdi.

Həyat yoldaşı alicənab əri ilə vidalaşarkən ağladı və dedi: «Allah sənə yar olsun. Bu son anda səndən bir xahişim var. Qiyamət günü həzrət Peyğəmbərin (s) hüzurunda olarkən məni yaddan çıxartma».

Bəli, Züheyrin azadlığı, iradəsi, seçimi Əməvilər tərəfindən qarət olunmuşdu. Lakin ləyaqətli həyat yoldaşı onda dönüş yaranmasına səbəb oldu. Beləliklə, Züheyr tağutun köləliyindən azad olmaq sayəsində əbədi səadətə qovuşdu.

Bu səbəbdən də, «izdivac hürriyyət və ixtiyarın qarantı və ya azadlığın qayıdış amilidir» desək, yanılmarıq.

İzdivacla özümüzdə ilahi ruhu qorumalı, Haqq tərəfindən verilmiş xəlifəlik məqamını şəhvani istəklərin hücumundan amanda saxlamalıyıq. Öz iman və saleh əməllərimizi günü-gündən artırmalıyıq. Bu yolla dinimizin yarısını əldə edib, qalan yarısını da təqva və haramlardan çəkinməklə qorumalıyıq.

Kişi izdivac vasitəsi ilə qadının, qadın da kişinin istedadının çiçəklənməsində şərikdir.

Qadın ləyaqətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, kişinin vücudundakı həqiqətləri aşkara çıxarır». Kişi şərafətli və kəramətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, qadının yüksək dərəcələrə yetişməsinə bais olur».

Əli (ə) buyurur: «Dünya qadınlarından behiştə ilk qədəm qoyan Xədicə olacaq».

Bu hədis qadının ilahi ruhuna, Haqq tərəfindən əta olunmuş yüksək məqamına, insani və əxlaqi keyfiyyətlərə malik olmasına sübutdur.

Bəli, həva-həvəsdən, tağut əsarətindən, şəhvani meyllərdən azad olan qadın və azad kişi əzəmətli xilqət meydanında qiymətli gövhər, iki ülvi həqiqətdirlər.

İmam Hüseyn (ə) Hürr ibn Yəzidin azadlığını onun kəramət sahibi olan anasına aid edir. Əli (ə) Malik Əjdərin əzəmətinin anasının ilahi paklığından qaynaqlandığını söyləyir.

Ailədə kişi yaxşı xislətlər baxımından qadına örnək, ülgü olmalıdır. Həmçinin, onlar hər ikisi bu baxımdan övladlarına nümunə olmalıdırlar.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin