Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə59/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

İNSAF


İnsaf ədalət, digərlərinə xidmət göstərmək, özü üçün istədiyini digərləri üçün istəyib, istəmədiyini isə digərləri üçün də istəməməkdir. Bu, ər və arvad, həmçinin övlad və valideyn arasında öz əksini tapmalı və hər bir kəs digərlərinə qarşı insaflı olmalıdır.

İmam Sadiqin (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət etdiyi bir hədisində buyurulur: «Camaatın ən ədalətlisi özü üçün bəyənib istədiyini camaat üçün də bəyənib istəyən, özü üçün bəyənib istəmədiyini camaat üçün də bəyənib istəməyən şəxsdir».1

Həzrət Peyğəmbər (s) buyurur: «Yoxsula yardım göstərən və digərlərinə qarşı insaflı olan şəxs həqiqi mömindir».2

Rəsulullah (s) Əliyə (ə) buyurur: «Üç şey imanın göstəricisidir: yoxsul halda sədəqə vermək; hamıya qarşı insaflı olmaq; elm istəyənə elm öyrətmək».3

Bir kişi həzrət Peyğəmbərə (s) dedi: «Mənə, behiştə yetməyimi asanlaşdıran bir əməl öyrət». Həzrət (s) buyurdu: «Qəzəblənmə, camaata əl açma və özün üçün istədiyini başqası üçün də istə».4

Əli (ə) buyurur: «Xəbərdar olun! Allah camaata qarşı insaflı olan şəxsin izzətini artırar».5

Bir-birlərinə qarşı insaflı olan ailə üzvlərinin yaşamı necə də şirindir! Belə ailələrdə hamı özü üçün bəyəndiyini digərləri üçün də bəyənir, özü üçün bəyənmədiyini isə digərləri üçün də bəyənmir.

Ailədə istirahət yalnız kişiyə, uşaqlara, çətinlik, əziyyət isə yalnız qadına məxsus olmamalıdır. Hamı ev işlərində şərik olmalıdır. Bununla ailənin səadəti təmin olunar və onun üzvləri bədbəxtliyin hücumundan amanda qalarlar.


MÜLAYİMLİK VƏ KEÇİNMƏ


Ailədə bir-biri ilə mülayim, yumşaq davranmaq İslamın göstərişi olmaqla yanaşı, böyük bir savaba malikdir.

Həzrət Peyğəmbər (s) buyurur: «Mülayimcəsinə keçinmək bərəkət, kobudluq isə bədbəxtlik və nəhslik gətirər».1

Rəsulullah buyurdu: «Sizə cəhənnəm odu haram olan kimsəni tanıtdırımmı?». Məclisdəkilər «Bəli»-deyə cavab verdilər. Həzrət (s) buyurdu: «O, mülayim, insaniyyətə yaxın, yumşaqxasiyyət və hər şeyi asanlaşdıran şəxsdir».2

Musa (ə) Allah-təalaya ərz etdi: «Pərvərdigara! Heç kəsin pislik görmədiyi, hamıya yaxşılıq edən şəxsin mükafatı nədir?» Xitab olundu: «Qiyamət günü od həmin şəxsə deyəcək: «Sənin mənə tərəf yolun yoxdur».3

Həzrət Peyğəmbərdən (s) soruşdular: «İslamın ən gözəl tapşırığı hansıdır?» Rəsulullah (s) buyurdu: «Bütün müsəlmanların onun əlindən və dilindən amanda qalması».4

Peyğəmbəri-əkrəm (s) buyurur: «Allahın və Onun rəsulunun yanında iman, mülayimlik və bəndələrlə yaxşı davranmaqdan da gözəl bir əməl yoxdur və Allahın və Onun rəsulunun yanında şirkdən və Allah bəndələri ilə kobud rəftar etməkdən də pis bir əməl yoxdur».5

Ailə üzvlərinin ilahi vəzifələri bir-birlərinə qarşı mülayim və səmimi davranmaqdır.

NƏSİHƏT


Nəsihət dünya və axirət savabına malikdir. Nəsihəti qəbul etmək qəlbin işıqlanmasına və insanın qəflət yuxusundan oyanmasına səbəb olur.

Hər bir şəxs bacardığı qədər digərlərinə nəsihət verməli və onların xeyirini istəməlidir. Nəsihət olunan şəxsin isə onu qəbul edərək həyata keçirməsi zəruridir.

Nəsihət edərkən həya və utanmaqdan, onu qəbul edərkən isə qürur və təkəbbürdən uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərin (s) buyruğuna əsasən, nəsihəti əngəlləyən həya axmaqcasına edilən həya, nəsihətin qəbul olunmasına mane olan qürur isə şeytani bir hissdir.

Ailə başçısı öz həyat yoldaşına və övladlarına nəsihət verməli və onlara öz vəzifələrini xatırlatmalıdır. Bəzən bunun əksinə olaraq, arvadın ərinə və ya övladların valideynlərinə nəsihət vermələri zərurəti qarşıya çıxır. Bu zaman qarşı tərəfə nəsihəti qəbul etmək zəruridir.

İmam Sadiq (ə) buyurur: «Mömin qardaşını ziyan içində, təhlükədə görən şəxs onun bu təhlükəsini aradan qaldırmağa gücü çatdığı halda heç bir iş görməzsə, mömin qardaşına xəyanət etmiş olur».1

ƏDƏB


Özünü ağır, vüqarlı aparmaq, digərləri ilə əxlaqi dəyərlər əsasında davranmaq, yerində danışmaq, camaatın hörmətini saxlamaq və s. kimi məsələlər hamısı ədəbin müxtəlif mərhələləridir.

Kişi öz arvadına, arvad öz ərinə, ər və arvad öz övladlarına və övladlar öz valideynlərinə qarşı ədəbli olmalıdırlar.

Ədəb insanın dəyərini yüksəldir, izzətini qoruyur, hörmətini artırır, dostlarını çoxaldır. Bütün bunlardan başqa, ədəb bir növ ibadət olaraq Haqqın rəhmətini cəlb edir.

Əmirəl-möminin (ə) buyurur: «Ədəbdən daha yetkin əsil-nəsəb yoxdur»;1 «Ədəbli olmağın üçün başqaları üçün bəyənmədiyini tərk etməyin kifayətdir»;2 «Ədəbli olmaq əsil-nəsəbi əvəz edir».3


AİLƏNİ İTTİHAMDAN QORUMAQ


İnsanın bütün davranışları, get-gəlləri islami baxımdan ailə üzvlərini hər hansı bir ittihamdan qoruyacaq şəkildə olmalıdır. İttiham ailənin abırının məhvinə və həyatın şirinliyinin aradan qalxmasına yol açır.

Mümkündür, insan öz nəzərində, ünsiyyətdə olmağın maneəsi olmayan şəxslə ünsiyyətdə olsun, lakin məsələnin həqiqətindən xəbərdar olmayanlar, dilini yersiz mühakimədən qorumayanlar onun bu ünsiyyətini tədricən başqa cür qələmə verərək, insana iftira yaxıb, onu yaşadığı yerdə, cəmiyyət arasında gözdən salsınlar. Bununla da, onun özü və ailəsi ləkələnsin.

Bu növ ittihamlar gələcəkdə ailə üzvlərinin hər biri üçün böyük ziyanlara başa gələ bilər. Sabah qız ərə verdikdə, oğul evləndirdikdə və ya hər hansı bir iqtisadi layihə həyata keçirdikdə, bu yersiz ittiham onun qarşısına bir sədd kimi çəkilərək, hər bir işini əngəlləyəcəkdir.

İmam Sadiq (ə) buyurur: «Atam mənə xəbərdarlıq etdi: «Oğlum! Pis dostla münasibətdə olan şəxs sağlam qalmaz, pis yerlərə gedən şəxs ittihamdan amanda qalmaz. Dilini qorumayan şəxs peşman olar».4

Həzrət Peyğəmbər (s) buyurur: «Töhmətə daha layiq olan şəxs, töhmət olunanlarla yoldaşlıq edəndir».5

Əli (ə) buyurur: «Özünü ittihama salan şəxs, ona qarşı pis zənnə düşən şəxsi qınamasın».1

İmam Sadiq (ə) buyurur: «O yerlərdən ki, camaat sizə qarşı pis fikrə düşür, uzaq olun. Camaatın yolu üstündə öz ananızla belə dayanmayın. Çünki hamı o qadının sizin ananız olduğunu bilmir».2

Bəli, mümkündür cahil, anlamaz şəxslər camaat arasında: «Filan şəxs yad bir qadınla deyib-gülürdü»-deyə söz-söhbət yaysınlar.

Bu kimi insanların doğru-düzgün insan olmadıqları məlum olduğu halda, camaat onların sözünə etina göstərməməli və belələrinin vasitəsi ilə digərlərinin namusunu ləkələməməlidirlər.

Ailənin kişisi də, qadını da, övladları da özlərini ittihamdan qorumalıdırlar. Çünki İslam bu məsələyə xüsusi diqqət yetirmişdir.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin