Биринҹи фәсил


İYİRMİ ALTINCI FƏSİL VALİDEYNLƏRİN ÖVLAD ÜZƏRİNDƏ OLAN HÜQUQLARI



Yüklə 2,31 Mb.
səhifə146/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   142   143   144   145   146   147   148   149   ...   175

İYİRMİ ALTINCI FƏSİL

VALİDEYNLƏRİN ÖVLAD ÜZƏRİNDƏ OLAN HÜQUQLARI


Valideynlərin hüquqlarını qorumaq olduqca ağır, incə və dəqiq məsələdir. Bunun öhdəsindən yalnız həqiqi mömin gələ bilər. Hansı ki, o möminin xüsusiyyətləri Quranda qeyd olunmuşdur:

«Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq «Eşitdik və itaət etdik!» deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər ‒ məhz belələri uğura çatanlardır (əbədi səadətə - cənnətə qovuşanlardır)» 1.

İndi isə Allah-təalanın valideynlər haqqındakı hökmünə nəzər salaq:

«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara «uf» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb, «Pərvərdigara! Onlar məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» de»2.

Bu ayələrdə valideynin haqqı Tanrının haqqından sonra qeyd olunmuşdur. Bu ardıcıllıq məsələnin əzəmətini göstərir.

Çox dəyərli «Kafi»1 kitabında bu ayələrin həqiqi təfsiri imam Sadiqdən (ə) rəvayət olunan bir kəlamda buyurulmuşdur.

Sözügedən kitabın müəllifi mərhum Kuleyni «qeybəti-suğra» dövründə yaşadığına, qeyd etdiyi rəvayətləri məsum dövrünə yaxın rəvayətçilərdən nəql etdiyinə, yazılışında riayət olunan xüsusi ardıcıllığa, bu günə qədər ona yetirilən böyük diqqət və üsuli-dinin və Əhli-beyt fiqhinin çox mühüm qaynaqlarından olduğuna görə heç bir kitabın malik olunmadığı xüsusi etibar və çəkiyə malikdir.

Mənə belə gəlir ki, bu ayələrin təfsiri imam Sadiqin (ə) dilindən «Kafi» kimi bir kitabda qeyd olunduqdan sonra valideynlərin hüququ məsələsində heç bir kimsə üçün bəhanə gətirməyə yer qalmır.

Ravi (rəvayəti nəql edən şəxs) deyir: «Həzrət Sadiqdən (ə) ayənin mənasını soruşduqda buyurdu: «Atan-anaya yaxşılıq etmək onlarla yaxşı, mehriban, səmimi, səbir və hövsələ ilə davranmaq deməkdir. Bu, onlarla acıqlı, qaba davranmamaq, ehtiyacları olduğunu dilə gətirmədən onlara vermək və onlarla görüşməyə, onlara baş çəkməyə getdikdə əli boş getməməkdən ibarətdir.

Məgər Allah-təala buyurmurmu?

«Sevdiyiniz şeylərdən (Haqq yolunda) sərf etməyincə, savaba çatmazsınız»2.

İmam Sadiq (ə) buyurur: «Əgər onların biri və ya hər ikisi qocalığın ən düşkün çağına yetdikdə qocalıq, zəiflik və hövsələsizlik üzündən səni incidib darıxdırarlarsa, onlara «uf» belə demə. Əgər səni vurarlarsa, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Yenə sənə əl qaldırarlarsa, onlara «Allah sizin hər ikinizi bağışlasın» de. Bu, həqiqətən, xoş sözdür».

Daha sonra tövsiyələrini belə davam etdirir: «Onlarla son dərəcə təvazö ilə davran. Baxışlarında mərhəmətli ol. Əlini onların əlindən yuxarı, səsini onların səsindən yuxarı qaldırma. Onların qarşısında oturma, onlardan önə keçmə.

Onlar üçün dua edərək de: «Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri, böyütdükləri kimi, Sən də onlara rəhm et!»

Allah-təala digər ayələrdə buyurur:

«…Mənə və at-anana şükür et. Axır dönüş Mənədir! Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib, Mənə tərəf dönməyin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm».1



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin