Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Universitetlərə İslam dəyərlərini hakim etmək



Yüklə 416,28 Kb.
səhifə57/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   53   54   55   56   57   58   59   60   ...   73
2- Universitetlərə İslam dəyərlərini hakim etmək

Bizim universitetlərimiz bu gün elə olmalıdır ki, sabahkı məzunları inqilaba və İslama sadiq kadrlar olsunlar. Biz bu inqilabın dəyərləri, birinci növbədə milli istiqlaliyyət, ölkənin azadlığı, beynəlxalq istismarçıların boyunduruğundan qurtuluş dəyərləri, İslama öhdəçi və itaətkar bağlılıq üçün bir şey fikriləşməliyik. Bizim bugünkü tələbəmiz bu devizlərə dəyər tanımalıdır. Bu isə xüsusi vəzifələr tələb edir. Bu, universitet üçün xüsusi bir öhdəlikdir. Bundan ötrü nə etmək istəyirsiniz?498


Mühüm olan universitetə hakim üsuldur. Bu üsul və əlaqələr İslama tam uyğun olmalıdır. Demək olar ki, əsasən belədir də. Rektorlar universitetlərdə İslamı birinci bilməlidirlər. Universitet müsəlman və öhdəlikli mütəxəssislərin yetişdiyi yer olmasa, inqilabın istədiyi universitet olmayacaq. Bu da yalnız universitetlərdə bünövrənin, üsulun və sistemin İslam əsasında olması ilə mümkündür. Dərslər nə olur-olsun, müəllim kim olur-olsun, amma münasibətlər İslam münasibətləri olmalıdır; yəni rektor, tələbə və müəllimlər birinciliyi İslama verməli, İslam hökmlərinə əməl etməlidirlər. İslam dəyərləri universitetdə müsabiqə formasını almalı, İslam qərib olmamalı, İslama uyğun əməl və öhdəliklər barmaqla göstərilməməlidir, namaz, əmanətdarlıq, doğru danışmaq, səmimiyyət, qardaşlıq, mücahidlik, həvəs və səmimiyyətlə dərs oxumaq, təhsildə bir-birinə kömək göstərmək, müxtəlif bilik və məlumatlara dərindən yiyələnmək hissləri geniş yayılmalıdır. Elm və bilik də İslamdandır.499

Bu gün universitetə girmək elm hövzəsinə girmək kimi olmalıdır. İnsan elm hövzəsində din, etiqad və dindarlıq öyrəndiyi kimi, hətta İslam və inqilab əsaslarından uzaq bir tələbə də universitetdə təhsil aldığı 4-5 il ərzində bu dəyərləri öyrənməli, İslam və inqilab əsasları ilə tanış olmalı, dindar insana çevrilməlidir. Bu baxımdan, universitetdə dini tərbiyəyə və gənclərin aktiv inqilabçı ruhuna çox əhəmiyyətli yanaşmaq lazımdır. Və bu yalnız sözlə baş tutmur.500


Dini dəyərlərə yad, inqilabın məqsəd və təlimlərinə qarşı biganə və soyuqqanlı olan, inqilabın nəbzi vurmayan, tələbə və müəllimlərinin İran xalqının inqilabçı hərəkətinə qarşı öncüllük vəzifəsi hiss etməyən, qısası, inqilab işində birinci dərəcəli rolu olmayan laqeyd universitet gələcəyə ümid yaradan, onu təmin edən və imamın nəzərdə tutduğu universitet deyil. Buna əsasən, universitet istiqamətli, dindar, inqilab və İslam dəyərlərinə çox meylli olmalıdır. Təbii ki, inqilab dəyərləri İslam dəyərlərindən əsla ayrılmazdır, onlar eynidirlər. Heç kəs deyə bilməz ki, mən müsəlmanam, amma inqilabı qəbul etmirəm. Bu necə müsəlmanlıqdır ki, İslam fəaliyyətinin zirvəsi olan İslam inqilabını qədul etməsin?! Yaxud kimsə deyə bilməz ki, mən inqilabçıyam, amma İslamı qəbul etmirəm. Hansı inqilabçılıqdan söhbət gedir?! Bu gün ən canlı inqilab budur. Müxtəlif inqilablarla dolu olan son bir neçə onillikdə xalqı ən çox səfərbər edən bu inqilabdır. Deməli, islamçı olmayan inqilabçı və inqilabçı olmayan islamçı yoxdur. İnqilab dəyərləri elə İslam dəyərləridir.501
Universitetdə dini tərbiyəyə və gənclərin aktiv inqilabçı ruhuna çox əhəmiyyətli yanaşmaq lazımdır. Və bu yalnız sözlə baş tutmur, bunun üçün bəzi işlər görülməlidir. Ən mühüm işlərdən biri budur ki, universtetlərdə təsirli kadrlar inqilabı həqiqətən ürəkdən qəbul edən insanlar olmalıdırlar. Biz demirik ki, universitetlərdə tədqiqat aparan, yaxud tədris edən hər bir müəllim və mütəxəssis birinci dərəcəli inqilabçı olmalıdır. Onda inqilaba qarşı düşmən hisslər olmamalıdır. Bu hiss olsa, onun elmi inqilaba xidmət göstərə bilməz. Deməli, həssas mərkəzlərdə çalışanlar, bütün universiteti, yaxud elm və tədris işlərini idarə edənlər, məsul şəxslər və mühüm sahələrə nəzarət edənlər həqiqətən inqilabçı kadrlar olmalı, digərlərində də inqilaba qarşı düşmən hisslər olmamalıdır. Hansı səviyyədə olursa-olsun, inqilaba qarşı çıxan şəxsin universitetdə çalışması zərərlidir; hətta təhsil üçün də zərərlidir.502
Biz inqilabın başlanğıcından uzaqlaşdıqca, İslam inqilabının və İslam Repsublikasının yaşı artdıqca ölkənin müxtəlif sahələri, o cümlədən universitetlər prinsipcə inqilab təlimlərinə daha yaxınlaşmalı, ondan daha çox təsirlənməlidir. Bu təbii bir məsələdir.

Misal üçün, inqilabın ilk illərində İslam təfəkkürünün sözü və nəzəri olduğu bəzi humanitar elmlərdə kitablarımız az idisə, indi çoxalmalıdır; müəllimimiz az idisə, indi çox olmalıdır; bəzi elmlərin istiqaməti islami deyildisə, yaxud İslam yönümü az idisə, indi daha çox olmalıdır. Əgər universitetlər İslam təlimləri və İslam əməli ilə az uyğunlaşırdısa, indi çox uyğunlaşmalıdır. Yəni inqilab yolunda hərəkətin zəruri nəticəsi budur: biz inqilabın əvvəlindən uzaqlaşdıqca onun məqsədlərinə yaxınlaşmalıyıq. İnqilabın rəhbərliyi ilə hərəkət etdiyimizə görə, prinsip etibarilə inqilabın məqsədlərinə hər gün daha da yaxınlaşmalıyıq. Bu, universitetlərdə, dərs vəsaitlərində və müəllimlərdə özünü göstərməlidir. Bəzi humanitar elmlər yaxşı durumda deyil. Universitetlərin rəhbərləri bu məsələ ilə məşğul olsunlar. Universitetlərin bəzi humanitar sahələrindən bizə xoşagəlməz məlumatlar çatır. Məsələn, deyilir ki, bir fakültədə dini təməlli dərslər bəzi qüvvələr tərəfindən tədricən kənara qoyulur, Qərb təməlli dərslərə daha çox həvəsləndirilir və şərait yaradılır; yaxud fərz edin, humanitar elmlərə İslamın əsasları ilə yanaşan müəllimlər kənara qoyulur, belə dərsləri ləğv edir və ya etməyə çalışırlar; yaxud humanitar elmlərdə islamyönümlü dissertasiya mövzuları etinasızlıqla qarşılanır. Hər hansı fakültədə belə bir şey duyulsa, məncə buna həssas yanaşmaq lazımdır. Bu barədə verilən məlumatlar dəqiq olmaya da bilər, amma əhəmiyyətlidir və bunlarla maraqlanmaq lazımdır. İslam təfəkkürünə və İslam hidayətinə malik elmlərin təcrid olunmasına, kənarda qalmasına şəraitin yaranmasına imkan verməyin. Ümumilikdə humanitar elmlərdə lazımi işlər müşahidə olunmur. Mən kitab yazmağa dair fəaliyyətlərdən müəyyən həddə xəbərdaram, lakin biz inqilabın qələbəsindən 13-14 il ötəndən sonra bu sahədə əsaslı işlər görmüş olmalıyıq. Humanitar elmlər digər elmlərdən fərqlidir. Humanitar mövzuların dini yönümdən araşdırılması fərqli nəticələrə gətirib çıxarır. Müsəlman cəmiyyətində, İslam quruluşunda bir qurumun, təşkilatın, müəllimin və ya rektorun İslamın əksinə hərəkət etməsi, ona rəvac verməsi yolverilməzdir. Bu məsələyə çox həssas yanaşmaq lazımdır. Mənim tövsiyəm budur. Həmçinin humanitar elmləri İslam əsasında, İslam dünyagörüşünə uyğun araşdırıb yazmaq lazımdır. Pul lazımdırsa, verilsin; kadr yetişdirmək lazımdırsa, bu işi görək. İnqilabdan indiyədək az zaman ötməmişdir. Prinsipcə bu müddətdə əsas işləri görməli idik. Bu nə qədər geciksə, bir o qədər pis olacaq. Odur ki, bundan sonra vaxt tələf etmək olmaz.503


Təəssüf ki, bəzi sahələrdə kitablar lazım olduğundan çox fərqlidir. Misal üçün, hüquq fənni belədir. Əslində çoxlu sahələr belədir, lakin biz bəzi elmlərdə geridəyik və lazımi təcrübəmiz yoxdur. Keçmişdə bizim psixologiyada, sosiologiyada tədqiqatçı və mütfəkkirlərimiz olmayıb. Odur ki, bu fakültələrdə öz kitablarımız olmasa, bəlkə də heç kim bizi qınamaz. Bəs hüquqda necə?! Cinayət hüququnda necə?! Bu gün bizim hüquq mütəxəssislərimiz burada iştirak edirlər. Müxtəlif hüquq sahələrində dəyərli fəqihlərimiz kimi elmli olan varmı?! Hüquqşünasların arasında hüquqi məsələlərdə bir müctəhid qədər güclü bir alim həqiqətən az tapılar. Mən Cəvahir kitabının müəllifini demirəm. O bütün bunların fövqündə durur. Bütün fiqhi işləmiş Cəvahir sahibi kimi birisini tapmaq çətindir.504


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin