BiRİNCİ HİSSƏ


SOSİOLOJİ TƏDQİQATDA MÜSAHİBƏ



Yüklə 454,05 Kb.
səhifə39/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
SOSİOLOJİ TƏDQİQATDA MÜSAHİBƏ

Konkret sosioloji tədqiqat metodları arasında geniş istifadə olunmasına və tətbiqi nəticəsində alınan məlumatın dəyərliliyinə görə müsahibə əsas yerlərdən birini tutur. Sorğunun xüsusi növü kimi müsahibənin ən səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, müsahibə alanla (sorğu aparan) respondent (rəyi soruşulan) üz-üzə rastlaşır və tədqiqatçını maraqlandıran məlumat fərdin ona şifahi şəkildə təqdim edilən suallara verdiyi cavablarda olur.

Müsahibə — lazım olan məlumatların müsahibə aparanın respondentlə bilavasitə məqsədyönlü söhbəti vasitəsilə alınması metodudur. Söhbətin istiqaməti müsahibə aparanı maraqlandıran və konkret sosioloji tədqiqatın predmeti olan problem tərəfindən müəyyənləşdirilir.

İlkin sosioloji məlumat almaq vəzifəsini yerinə yetirərək, müsahibə eyni zamanda müsahibə alanla respondentin sosial-psixoloji qarşılıqlı təsirinin müəyyən formasıdır. Bu şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə alana, söhbətin təşkili və keçirilməsi təşəbbüskarı kimi aparıcı, əsas rol ayrıldığı halda, respondent idarə olunan, məlumat mənbəyi rolunda çıxış edir. Tədqiqatçı soruşur, respondent cavab verir, tədqiqatçı sualların vasitəsilə söhbətə istiqamət verir, respondent öz cavabları ilə onun arxası ilə gedir. Onların münasibətlərində bir növ dönməzlik vardır. Məhz bütün bunlar konkret sosioloji tədqiqat metodu kimi müsahibənin özünə xas xüsusiyyətlərini müəyyənləşdirir.

Müsahibənin müxtəlif tətbiq sahələri ola bilər. Əvvəla, müsahibə ümumi problemin dəqiqləşdirilməsi və tədqiqat hipotezasının ifadə edilməsi məqsədi ilə tədqiqatın ilkin mərhələlərində istifadə oluna bilər; ikincisi, müsahibə tez-tez böyük sorğu-yoxlama metodikasının hazırlanması üçün tətbiq edilir; üçüncüsü, müsahibə məlumat toplamağın əsas metodu kimi, əsasən sosial-psixoloji tədqiqatlarda məhdud və ya az seçmə zamanı tətbiq edilə bilər; dördüncüsü, anketləşdirmə, müşahidə və s. ilə birlikdə müsahibə məlumat almağın əlavə metodlu kimi tətbiq olunur; beşincisi, müsahibə başqa metodlar vasitəsi ilə alınmış məlumatları dəqiqləşdirmək və yoxlamaq məqsədilə bu cür adlanan kontrol tədqiqatlarda istifadə edilir.


Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin